İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə


Praktiki tapşırıqlar və fəaliyyətlər



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 
 
Praktiki tapşırıqlar və fəaliyyətlər
 
 
Fəaliyyət 
Tapşırıqlar 
1.
 
Yeni maşın, texnika və ya 
aqreqatlardan istifadə etməmişdən 
əvvəl təlimatlanma. 

 
İş paltarınızı geyinin. 

 
Traktoru işə salmazdan əvvəl sürətlər qutusunun, 
arxa və ön hidravlik asma sistemlərinin saz neytral 
vəziyyətdə olmasına diqqət yetirin.
 

 
Traktordan,  kombayndan  istifadədən  əvvəl 
təhlükəsizlik qaydalarına riayət edin.
 

 
Texnikadan 
istifadə 
üzrə 
təlimatların 
aparılmasında mütəxəssisin iştirakı vacibdir. 
 

 
Təlimatlanmanı  yeni  maşın,  texnika  və  ya 
aqreqatın üzərində əyani olaraq göstərin. 
 

 
İstifadədən əvvəl aqreqatda tənzimləmə və xidmət 
işləri aparılması üzrə təlimatlanmaya yiyələnin. 
 

 
Texnikadan  istifadə  etməzdən  əvvəl təlimatların 
təhlükəsizlik qaydaları üzrə mütəxəssis tərəfindən 
aşılanmasına dəqiq fikir verilməlidir.
 
2.
 
Pambıqyığan  kombaynlarla 
işləməzdən əvvəl təlimatlanma. 

 
İş paltarınızı geyinin. 

 
Pambıqyığan kombaynı işə salmazdan əvvəl onun 
bütün hissə  və  mexanizmlərinin saz vəziyyətdə 
olmasına 
diqqət yetirin, 
qarşılaşdığınız 
çatışmazlığı qeyd edin. 

 
Pambıqyığan  kombayndan  istifadədən  əvvəl 
təhlükəsizlik qaydalarını sadalayın. 

 
Pambıqyığan 
kombayndan 
istifadə 
üzrə 
təlimatların  aparılmasında  mütəxəssisin  iştirakı 
vacibdir.  

 
Təlimatlanmanı pambıqyığan kombaynın üzərində 
əyani olaraq göstərin.  

 
İstifadədən  əvvəl kombaynda tənzimləmə  və 
yoxlama  işləri  aparılması  üzrə  təlimatları 
sadalayın.  

 
Pambıqyığan kombayndan istifadə etməzdən əvvəl 
təlimatlarla  tanışlıq  vəziyyəti  və  təhlükəsizlik 
qaydalarını  öyrənmə  mütəxəssis tərəfindən 
yoxlanılmalıdır.
 
28 
 


 
3.
 
Səpin, əkin və yığım əməliyyatlarını 
yerinə yetirən aqreqatlarla işləyərkən 
təlimatlanma. 

 
İş paltarınızı geyinin. 

 
Traktor  və  torpaq becərən  maşından  ibarət 
aqreqatı işə salmazdan əvvəl traktorun ötürmələr 
qutusunun, 
hidravlik asma sistemlərinin 
dəstəklərinin  saz  və  neytral vəziyyətdə  olmasına 
diqqət yetirin.
 

 
Fırlanma  hərəkəti tələb edən kənd təsərrüfatı 
maşınlarından    istifadədən  əvvəl təhlükəsizlik 
qaydalarına riayət edin.
 

 
Səpin,  əkin  aqreqatlarından istifadə  üzrə 
təlimatların  aparılmasında  mütəxəssisin  iştirakı 
vacibdir. 
 

 
Səpin,  əkin  aqreqatları  üzrə  təlimatlanmanı  yeni 
taxıl,  çiyid,  qarğıdalı  səpən,  şitil  əkən və  kartof 
basdıran aqreqatın üzərində əyani olaraq göstərin. 
 

 
Kotan,  mala,  kultivator və  taxılsəpən  maşınlarla 
işləməzdən  əvvəl tənzimləmə  və  xidmət  işləri 
aparılması üzrə təlimatları yerində icra edin. 
 

 
Zəhərli maddələrlə iş zamanı yanğından mühafizə 
üzrə təlimatları sadalayın. 

 
Qoruyucu vasitələrdən istifadə üzrə məşq edin. 
 
 
 
29 
 


 
 
Nəzəri biliklərin qiymətləndirilməsi 
Test 1 
Sual 1.
 Traktor və kombaynları hansı şəxslər idarə etməlidir? 
A) Maşında təlimat keçən və idarə etmə qabiliyyətli mütəxəssis; 
B) İdarə etmə üzrə vəsiqəsi olan və iş yerində maşında təlimat keçən; 
C) İdarə etmə üzrə aşağı dərəcəli vəsiqəsi olan mütəxəssis; 
D) İdarə etmə üzrə xüsusi kurs keçən mexanizator. 
 
Sual 2.
 Yeni maşında işləmək üçün təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılmalıdır: 
A) Kombaynları idarə edə bilən mütəxəssis; 
B) Traktoru idarə etmək qabiliyyəti olan, ali savadlı mütəxəssis; 
C) Digər maşını idarə etmək üzrə vəsiqəsi olan və stajı olan mexanizator; 
D) Aqreqatları idarə edə bilən mütəxəssis. 
 
Sual 3.
 Baş verə biləcək bədbəxt hadisələrin xəbərdarlığının əsas şərti: 
A) Maşın, texnika, aqreqatdan istifadə üzrə təhlükəsizlik üzrə texnikasından təlimatlanma; 
B) Traktorda işləməyi bacarma; 
C) Aqreqatı idarə edə bilmə; 
D) Kombaynla işləməyi bacarma. 
 
Sual  4.
  Aqreqatda  baş  vermiş  nasazlığı  aradan  qaldırmaq,  traktorda  tənzimləmə  və  texniki 
xidmət aparmaq məqsədilə mexanizator necə davranmalıdır? 
A) Traktorun sönmüş olmasına və kənd təsərrüfatı maşınının torpaq üzərində oturduğuna əmin 
olmalıdır; 
B) Traktoru dayandırmalıdır; 
C) Aqreqatın tənzimlənməsini aparmalıdır; 
D) Traktoru tənzimləməli və texniki xidmət göstərməlidir. 
 
Sual 5.
 Zəhərli kimyəvi maddələrlə iş üçün yararlı şəxslər: 
A) İşə başlamadan əvvəl təlimat keçmiş və 18 yaşdan yuxarı şəxslər; 
B) Bütün iş qabiliyyəti olan şəxslər; 
C) Orta məktəbdə təhsil alan yuxarı sinif şagirdləri; 
D) Ali və orta ixtisas təhsili məktəblərində təhsil alan gənclər. 
 
Sual 6.
 Yanğın baş verməsinə görə tarla işlərində ən təhlükəli dövr: 
A) Cərgə arası becərmə; 
B) Səpin; 
C) Şumlama; 
D) Yığım. 
30 
 


 
2.
 
Yeni maşın, texnika və ya aqreqatın istifadəyə hazırlanması
 
 
Bu təlim elementində  yeni  maşın,  texnika  və  ya  aqreqatların  istifadə  üçün  hazırlanması 
bölümündə ilk əvvəl yoxlama nəzarət işlərinin yerinə yetirilməsinin vacibliyi qeyd edilir.”Class  
Axion  820”  tipli traktorlardan və  digər  maşınlardan  istifadədən öncə  su,  yağ  və  havanın 
səviyyəsinə nəzarət edilməsi qeyd edilir. Burada mühərrikin soyuducu mayesinin səviyyəsinin 
saxlanılması  da  qeyd  edilir.  Eyni  zamanda  aqreqatın  hidravlik  sisteminə  nəzarət edilməsinin 
vacibliyi,  maşınların  kabinələrinin  havalandırılmasının  şərtləri və  zəruriliyi,  starterin, 
generatorun  və  akumlatorun  işlək vəziyyətdə  olması  göstərilir.  Aqreqatın  hərəkət hissəsi və 
dönmə  mexanizminin  nizamlanması  qeyd  edilir.    Taxılyığan,  pambıqyığan  və  silos  yığan 
kombaynların istifadə məqsədi ilə hazırlanması verilir. 
 
 
2.1.
 
Aqreqatdan istifadədən öncə yoxlama nəzarət işlərinin yerinə yetirilməsi 
Bu  alt  başlıqda  yeni  texnikadan  istifadə  etməzdən  əvvəl  onun  hazırlanması  haqqında 
məlumat  verilir.  Yeni  texnika  və  aqreqat istifadə  edilməzdən  əvvəl  yağın,  suyun  və  yanacağın 
səviyyəsinin  normallığının  yoxlanılması  vacibdir. Mühərrikdə  soyuducu mayenin minimum və 
maksimum səviyyəsinin  gözlənilməsi  vurğulanır.  Yağın  təzyiqi və  mayenin temperaturu 
yoxlanılmalıdır. 
 
 
2.1.1.
 
Yeni  texnikanı  istifadə  etməzdən  əvvəl 
yoxlama nəzarət işləri 
Diqqət! 
Yeni  texnikadan  istifadə  etməzdən 
əvvəl yoxlama nəzarət işləri yerinə yetirilir. 
Traktordan istifadə 
etməzdən 
əvvəl 
mühərrikdə  su,  yağ  və  havanın  səviyyəsinə  nəzarət 
edilir (Şəkil 2.1).  
Bunun üçün mühərrikdə  yağın  səviyyəsini 
ölçmək üçün mili  silin və  yenidən yerinə  qoyub 
çıxarın  və  yağın  səviyyəsi  haqqında  məlumat  əldə 
edin. 
Radiatorda soyuducu mayenin səviyyəsini 
yoxlayın. 
 
Unutmayın! 
Aqreqatda  yağın,  suyun  və 
havanın  səviyyəsinin  normal  olmaması  onun  iş 
ömrünü qısaldır və tez sıradan çıxmasına səbəb olur. 
 
Şəkil 2.1. Traktoru istifadə etməzdən əvvəl   
mühərrikə nəzarət işlərinin yerinə 
yetirilməsi.
 
31 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə