İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

 
2.2.6.
 
Özüyeriyən 
texnikanın 
kabinəsinin 
havalandırılması 
Diqqət!
  Aqreqat  iş  üçün  hazırlandıqda  onun 
bütün  qayışötürücü  sistemindəki  qayışların 
tarımlığının normal vəziyyətdə olmasına əmin olmaq 
lazımdır. 
Traktordan  istifadədən  əvvəl dilçək  qayışının 
tarımlığının  yoxlanması  vacibdir.  Dilçək  qayışının 
normal tarımlığı 10-15 millimetr hüdudunda dəyişə 
bilər (Şəkil 2.10). 
Tarımlıq  15  millimetrdən  artıq  olduqda  onun 
tənzimlənməsi vacibdir. 
 
 
Şəkil 2.10. Aqreqatın   kabinəsinin 
havalandırılmasında qayış ötürücü sistemin 
tarımlığının tənzimlənməsi. 
 
2.3.
 
Aqreqatların 
istismara 
yararlığının 
yoxlanması  
Yeni  maşın,  texnika  və  ya aqreqatdan istifadə 
etməmişdən  əvvəl  elektrik  sisteminin  işə 
yararlılığının yoxlanması 
Diqqət! 
Yeni  maşın,  texnika  və  ya aqreqatdan 
istifadə  etməmişdən  əvvəl  elektrik  sisteminin  işə 
yararlılığı yoxlanılır. 
Bunun üçün akumlatorun maye səviyyəsi
starterdə  gərginliyin  12V  olmasına  ciddi  fikir 
verilməlidir (Şəkil 2.11). 
Generatorun  işə  salma  qayışının  normal 
vəziyyətdə olmasına nəzarət edilməlidir. 
 
 
Şəkil 2.11. Traktorun elektrik 
avadanlıqlarının testerlə  diaqnostika 
edilməsi və işə yararlığının yoxlanması. 
 
2.3.1.
 
Akumlatorda maye səviyyəsinin gərginliyi 
və elektrolitin sıxlığının yoxlanması    
 
Yadda  saxlayın  ki,
  akumlatorda  mayenin 
səviyyəsi məhlul  doldurma  qapağına  baxmaqla 
yoxlanılır.  
Mayenin səviyyəsi 1-1,5  santimetr  qapaqdan 
aşağıda olmalıdır. 
Akumlatorun  sıxlığı  areometrlə  ölçülür, 
batareya tam dolduğu halda qışda 1,31 q/sm
3
, yayda 
isə 1,26 q/sm
3
 olmalıdır (Şəkil 2.12). Ölçmə zamanı 
akumlatorun  sıxlığı  məlum  olmadıqda  onun 
doldurulması yoxlanılır. 
 
Şəkil 2.12. Akumlatorda mayenin səviyyəsi, 
gərginliyi və elektrolitin sıxlığının 
yoxlanması. 
35 
 


 
Şəkil 2.12-də a-akumlatorda elektrolitin səviyyəsinin yoxlanması; 
b-akumlatorun klemlərində gərginliyin yoxlanması; 
v-elektrolitin sıxlığının yoxlanması verilmişdir. 
Burada  
1 - şüşə boru;  
2 - yükləyici çəngəli;  
3 - areometrdir.
 
 
2.3.2.
 
Traktor 
generatorunun 
qayışının 
tarımlığının yoxlanılması 
Traktorla  işə
  başlamazdan  əvvəl  generatorun 
qayışının tarımlığını yoxlamaq lazımdır. 
 Generatorun aşağı və yuxarı bərkidici qaykaları 
boşaldılır,  açar  bərkidici  şkivin  boltuna  qoyulur,  val 
iki dəfə  saat  əqrəbi istiqamətində  fırladılır,  sonra 
qayışın  tarımlığı  yoxlanılır,  ölçü  10-15  millimetr 
hüdudunda qəbul edilir (Şəkil 2.13). 
 
Şəkil 2.13. Traktor generatorunun qayışının 
tarımlığının yoxlanılması. 
 
2.3.3.
 
Starterin işə yararlılığının yoxlanılması 
Unutmayın  ki,
  yeni  maşın,  texnika  və  ya 
aqreqatla  işləməzdən  əvvəl  starterin  işə  yararlılığı 
yoxlanmalıdır. Starterin işə yararlılığı voltmetr cihazı 
ilə yoxlanılır.  
Akumlatordan  starterə  birləşmiş  +mənbə 
(klemma)  voltmetrə  qoşulur  və  gərginlik  yoxlanılır, 
bu 12V olmalı, starter isə xırıltılı səs verməlidir (Şəkil 
2.14). 
 
Şəkil 2.14. Starterin işə yararlılığının 
voltmetrlə yoxlanılması. 
 
2.3.4.
 
Səs siqnalı, hidravlik asma sistemi və aqreqatın işə yararlılığının yoxlanılması 
Bu  alt  başlıqda  traktorla  işə  başlamazdan  əvvəl səs  siqnalının  gücü  və  tonallığının  səs 
siqnalının  gücünü  ölçən  cihazla    yoxlanılması  göstərilir. Səs-küyün  normadan  çox  olmasının 
mexanizatorun  iş  görmə  qabiliyyətinə  təsiri  qeyd edilir. Hidravlik asma sistemində  yağın 
minimum və  maksimum səviyyəsinin  gözlənilməsi verilir.  Aqreqatın  istismara  yararlılığı 
müəyyənləşdirilir. 
36 
 


 
2.3.5.
 
Traktorda  səs  siqnalının  gücünün 
ölçülməsi 
Traktorla  işə  başlamazdan  əvvəl 
səs 
siqnalının gücü və tonallığı yoxlanılır. Bu zaman səs 
texnikasında səs siqnalının gücünün ölçülməsi üçün 
ölçmə cihazından istifadə edilir (Şəkil 2.15). 
Diqqət!  Yeni  maşın,  texnika  və  aqreqat 
istismar 
üçün  hazırlandıqda  səs-küyün normadan 
artıq  olması  mexanizatorun  tez  yorulması,  yuxu 
gəlməsi,  baş  gicəllənməsi  və  s. kimi hallarla 
qarşılaşmasına gətirib çıxara bilər. 
 
 
Şəkil 2.15. Traktorda    səs siqnalının 
gücünün ölçülməsi. 
 
2.3.6.
 
Traktorunun  hidravlik  asma  sistemində 
yağın minimum və maksimum səviyyəsi  
Diqqət! 
Traktorla  işə  başlamazdan  əvvəl 
hidravlik sistemin yoxlanılması önəmlidir. Bu zaman 
“Class Axion 820” traktorun hidravlik asma sistemi 
bölüşdürücü  mexanizm  vasitəsilə  idarə  olunur, 
aqreqatının  məhsuldarlığını  5-10  faiz  artırır,  qoşma 
maşınlarla  müqayisədə  yanacaq sərfini 10-15  faiz 
azaldır (Şəkil 2.16). 
Şəkil 2.16-da  
A - hidravlik yağın minimum səviyyəsi; 
B - hidravlik yağın maksimum səviyyəsidir. 
Qeyd! 
CLASS  AXİON  traktorunda  hidravlik 
yağın səviyyəsi A işarəsindən aşağı olmamalıdır. 
 
 
Şəkil 2.16. “Class Axion 820” traktorunun 
hidravlik asma sistemində yağın minimum və 
maksimum səviyyəsi. 
 
Aqreqat 
- traktor və ona qoşulmuş kənd təsərrüfatı maşınıdır.  
Aqreqatın  istismara  yararlılığı  ilk  növbədə  xidmət heyətinin təhlükəsizlik üzrə 
təlimatlanmasından başlayır:  

 
Ventilyasiya və yanğından mühafizə sistemləri işə yararlı olmalıdır;  

 
İşçilər qoruyucu geyimlərlə təmin olunmalıdır; 

 
Mexanizator və işçilər təhlükəsizlik üzrə təlimatlandırılmalıdır. 
 
Diqqət! 
Aqreqatın istismara yararlılığını yoxladıqda aşağıdakıların yerinə yetirilməsi vacibdir  

 
Bütün aqreqatların sazlığı yoxlanılır; 

 
Yağ və digər yağlama materialları dəyişdirilir

 
Sıradan çıxmış hissələr dəyişdirilir; 
37 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə