İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə


Nəzəri biliklərin qiymətləndirilməsi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

 
 
Nəzəri biliklərin qiymətləndirilməsi 
Test 2 
Sual  1.
  Mühərrikin hərəkət  rejimi  “Hexativ”-in  işçi  diapazonunu  keçdikdə  və  aşağı  diapazonu 
keçərsə: 
A) Hər iki qoşucu avtomatik işdən kənarlaşır; 
B) Yuxarı ötürücü avtomatik işə qoşulur; 
C) Aşağı ötürücü avtomatik işə qoşulur; 
D) Yuxarı və aşağı ötürücü avtomatik işə qoşulur. 
 
Sual 2. 
Class Axion 820 traktorunun mühərrikinin yaddaşı və addımı hansı hüdudda olmalıdır? 
A)
 
850-1350 dövr/dəq və 50 dövr/dəq; 
B)
 
İstənilən səviyyədə yaddaş (0-2000 dövr/dəq)və addımda (0-100 dövr/dəq); 
C)
 
Mühərrikin maksimum yüklənməsində  (2000 dövr/dəq)  və  ən yüksək  addımda  (100 
dövr/dəq); 
D)
 
Mühərrikin minimum yüklənməsində (300 dövr/dəq) və ən kiçik addımda (10 dövr/dəq).  
 
Sual 3.
 Hidravlik sistemin süzgəci “Combo” hansı ölçüdə hissəciklərin süzülməsini təmin edir? 
A) 4-10 mikrometr; 
B) 10-20 mikrometr; 
C) 15-25 mikrometr; 
D) 1-4 mikrometr. 
 
Sual 4.
 Akumlatorun sıxlığı hansı aparatla ölçülür və nə qədər olmalıdır? 
A) Ampermetrlə, qışda 1,15, yayda 1,36 q/sm
3

B) Voltmetrlə, qışda 1,21, yayda 1,16 q/sm
3

C) Areometrlə, qışda 1,31, yayda 1,26 q/sm
3

D) Barometrlə, qışda 2,55 yayda 4,56 q/sm
3

 
Sual 5.
 Starterin işə yararlılığını yoxlamaq üçün cihaz. 
A) Areometr; 
B) Voltmetr; 
C) Ampermetr; 
D) Barometr. 
 
Sual  6. 
Class  Axion  820  traktorun təkərlərarası  izlərinin minimum və  maksimum həddini 
göstərin:  
A) Minimum həddi - 1797 millimetr, maksimum həddi – 1941 millimetr; 
B) Minimum həddi - 1050 millimetr, maksimum həddi – 1120 millimetr; 
C) Minimum həddi - 1750 millimetr, maksimum həddi – 2940 millimetr; 
D) Minimum həddi - 2700 millimetr, maksimum həddi – 3900 millimetr. 
 
45 
 


 
3.
 
Maşın, texnika və ya aqreqatlardan istifadə
 
 
Bu təlim elementində  maşın,  texnika  və  ya aqreqatlardan istifadə  edilməsinin  əsas 
xüsusiyyətləri  verilir. Asma  sisteminə  qoşulmuş  kənd təsərrüfatı  maşınından  istifadə  zamanı 
təhlükəsizlik tədbirlərinin  görülməsinin vacibliyi qeyd edilir. Kənd təsərrüfatı  işlərinin yerinə 
yetirilməsi məqsədi ilə aqreqatın tarla hərəkətini idarə etmək bacarığı haqqında mexanizatorun 
təlimatlandırılmış  olması  göstərilir. Səpin  əməliyyatı  və  digər  əməliyyatları  icra  etdikdə 
tənzimləmə  işlərinin təhlükəli  olması  qeyd  edilir.  Iş  zamanı  xüsusi  qoruyucu  vasitələrdən 
istifadənin vacibliyi göstərilir.  Aqreqatın  ictimai yol  nəqliyyatı  ilə  birlikdə  hərəkətinin 
tənzimlənməsi, qarlı yolda hərəkətinin tənzimlənməsi verilir.  
Sürücülərin iş müddətində əməyin rahat təşkil edilməsi məqsədi ilə texnikanın, xüsusi ilə 
traktorların  və  kombaynların  kabinələrinin  rahatlığı  təmin edilməlidir. Kabinədə  idarəetmə 
orqanları, cihazlar lövhəsi elə yerləşdirilməlidir ki, sürücü aqreqatın işinə işçi orqanların içinə 
nəzarət edə  bilsin və  aqreqatı  rahat  sürə  bilsin. Kənd təsərrüfatı  əməliyyatlarının  yerinə 
yetirilməsində köməkçi işçilərin təhlükəsizliyini təmin edə bilsin. Maşınların gücündən səmərəli 
istifadə etməklə, aqreqatlaşdırılmış maşının və yerinə yetirilən əməliyyatın güc tələbatından asılı 
olaraq traktorun effektiv yüklənməsini təmin edə  bilsin.  Traktorların  və  kombaynları  nəzarət 
cihazlarının göstərişini başa düşsün və onların norma daxilində və ya normadan kənar olduğu 
haqda qərar verə bilsin. Kənd təsərrüfatı maşınlarının istifadəsi zamanı onların məhsuldarlığının 
yüksək olmasını təmin edə bilsin. Mexanizator aqreqatın işi zamanı yaranan səs və spesifik iydən 
texnikanın nasazlığı haqqında fikir yürüdə bilməlidir. 
 
 
3.1.
 
Maşın traktor və aqreqatdan istifadə zamanı təhlükəsizlik tədbirləri 
Bu  alt  başlıqda  traktorun  asma  sistemindəki  maşından  istifadəsi  zamanı  təhlükəsizlik 
tədbirlərinə aid olan əməliyyatların icrasından bəhs edilir. İşçi orqanların təmizlənməsinin yalnız 
aqreqatın  dayanıqlı  halında  aparılması  vurğulanır.  İşi  icra  etmək üçün traktorçunun təlimatda 
keçdiyi qaydalara əməl etməsinin vacibliyi qeyd edilir. Aqreqatın təhlükəsiz işinin təmin edilməsi 
məqsədilə hərəkət zamanı   qadağan edilmiş işlərin görülməsinə icazə verilməməsi göstərilir. 
Təhlükəsizlik tədbirlərinə  sürücünün həyatı  üçün  təhlükəli  halların  aradan  qaldırılması, 
qəza  şəraitlərinin  qarşısının  alınması,  köməkçi  işçilərin təhlükəsizliyinin təmin edilməsi
idarəetmə  zamanı  müxtəlif  funksiyaların  yerinə  yetirilməsi,  və  onların  koordinasiya  edilməsi, 
traktorun normal işini  təmin edən soyutma, yağlama və qidalanma sistemlərinin işinə nəzarət 
edilməsi aid edilir. 
 
Diqqət!
  Bu təlim elementində  Almaniya  istehsalı  CLASS  AXİON  820  traktoru və  ona 
qoşulacaq hər hansı kənd təsərrüfatı maşınlarından istifadə haqqında məlumat verilir. 
46 
 


 
3.1.1.
 
Texnika  ilə  işləyərkən  təhlükəsizlik 
tədbirləri 
CLAAS  Axion  820
  traktorunun asma 
sistemindəki kənd təsərrüfatı  maşınından  istifadə 
zamanı  təhlükəsizlik tədbirlərinə  aid  bir  sıra 
əməliyyatlar yerinə yetirilir (Şəkil 3.1): 

 
Kotanla  iş  zamanı  onun  işçi  orqanlarının: 
çərçivə,  gövdə,  gavahın  və  s.  xüsusi 
təmizləyici alətlərlə təmizlənməsi

 
Kultivatorla iş zamanı onun işçi orqanlarının 
kultivasiya pəncələri,  şırım  açan  və  gübrə 
verən pəncələrinin  və  s.  quru  ot,  saman  və 
digər materiallardan təmizlənməsi; 
 
Şəkil 3.1. Axion 820 traktorunun  kənd 
təsərrüfatı maşını ilə qoşma halında  
istifadəsi.
 

 
Mala ilə işlədikdə disklərin, çərçivənin və s. müxtəlif zibillənmələrdən təmizlənməsi; 

 
Səpən maşın və s. qoşulmuş aqreqatla iş zamanı, onun işçi orqanlarının - səpən maşının 
səpici  boruları,  səpici  aparatı,  gübrə  səpən aparatı  və  s.  quru ot və  samandan  
təmizlənməsi.  
Yadda saxlayın!
 İşçi orqanların təmizlənməsi prosesi, xüsusi təmizləyici alətlərlə yalnız maşın, 
texnika və ya aqreqat dayandırıldıqdan sonra aparılır. 
 
Unutmayın!  Maşın,  texnika  və  aqreqat 
ilə 
kənd təsərrüfatı  əməliyyatı  icra  edildikdə  onun 
tarlaya nəql etdirilməsi  zamanı  mexanizator 
təhlükəsizlik üzrə  təlimat keçdiyi tələblərə  ciddi 
riayət etməli və  iş  prosesində  bütün təhlükəsizlik 
tədbirlərini təlimata uyğun yerinə yetirməlidir (Şəkil 
3.2). 
Yadda  saxlayın! 
Təhlükəsizlik tədbirlərinin 
gözlənilməsi baş verə biləcək bütün qəza və bədbəxt 
hadisələrdən mühafizəni təmin edir. 

 
Təhlükəsizliyin təmin edilməsi ilk növbədə 
xüsusi  geyim  və  qoruyucu  avadanlıqlardan 
istifadəni nəzərdə tutur. 
 
Şəkil 3.2. Aqreqatla iş zamanı təhlükəsizlik  
tədbirlərinin gözlənilməsi. 
 

 
Oddan təhlükəli olan maye və  qaz mühitində  işlədikdə  od təhlükəsinin  qarşısı 
alınmalıdır. 

 
Kəsici və  yonucu dəzgahlarda  işləyərkən mühafizə  edici  vasitələrdən istifadə  etməklə 
özünün və ətrafdakıların təhlükəsizliyi təmin edilməlidir. 

 
İşçi binada havanın təmizliyinin qorunması və təmiz saxlanması üçün çalışmalıdır. 

 
Baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün ilk yanğından mühafizə 
vasitələri ilə təchiz edilməlidir. 
47 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə