Йалныз Аллащ



Yüklə 266,43 Kb.
səhifə10/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
1   2   3   4   5   6   7   8   9   10   11

«Allah  buyurdu: «Bir-birinizə  düşmən  olaraq yer  üzünə enin. Yerdə sizin 

üçün bir müddət sığınacaq və dolanacaq vardır. Orada yaşayacaq, orada 

öləcək və oradan dirilib çıxarılacaqsınız!» (əl-Ə`raf 7:24, 25). 

 

Allah Adəmlə Həvvanın səmimi peşmançılığını görürdü. Ona görə də, uzun əsrlər boyunca 



peyğəmbərləri vəcdə gətirən qeyri-adi bir hərəkətlə Öz mərhəmətini nümayiş etdirərək, onları 

bağışladı.  Allah  günahsız  bir  quzunu  boğazladı,  onun  dərisindən  ilk  insanlar  üçün  paltar 

düzəltdi  və  onları  geyindirdi.  Ərəb  sözü  olan  «kəffəra`an»  -  örtmək  sözü,  eyni  zamanda 

bağışlamaq mə`nasını da verir. Allah Öz hökmünü dəyişmədi və heç bir insan da Onun sözünü 

dəyişə bilməz.  

 

«... Allahın sözləri heç vaxt dəyişməz. Bu, ən böyük qurtuluş və uğurdur!» 

(Yunus 10:64). 

 

Allah Adəmə və Həvvaya demişdi: 



 

«Ancaq  xeyirlə  şəri  bilmə  ağacından  yemə,  çünki  ondan  yeyən  gün  sən 

hökmən öləcəksən» (Yar. 2:17, Tövrat). 

 

Hər  şeydən  Uca  Olanın  ədaləti  tələb  edir  ki,  hər  şey  Onun  dediyi  kimi  olsun.  Lakin  Allah 



həm də bağışlamaq arzusundadır. Gəlin yenə də Onun sözünə müraciət edək: 

 

«...  Yerdə  sizin  üçün  bir  müddət  sığınacaq  və  dolanacaq  vardır.  Orada  yaşayacaq,  orada 



öləcək və oradan çıxarılacaqsınız!» (əl-Ə`raf 7:24, 25). 

 

Necə  ola  bilər  ki,  Allah  eyni  zamanda  həm  ədalətli,  həm  də  bağışlayan  olsun?  Tövrat  bu 



sualı cavablandırır: 

 

«Onda  Rəbb  Allah  Adəmlə  arvadı  üçün  dəridən  patar  düzəltdi  və  onları  geyindirdi»  (Yar: 



3:21, Tövrat). 

 



Ilk cütün ölməli olduğu gün onların əvəzinə heyvan öldü, bununla da, insanların günahının 

üstü  örtüldü,  yə`ni  bağışlanıldı.  Onlar  artıq  Allahdan  utanmalı,  gizlənməli  deyildilər,  çünki 

dəridən hazırlanmış paltar onların çılpaqlığını örtürdü.  

Günahkarın  günahı  üzündən  günahsız  heyvan  həyatdan  məhrum  oldu.  Ikincinin  ölümü 

birinci üçün yaşamaq imkanı yaratdı.  

Peyğəmbərlərin kitabları  xilasın yeganə yolunu  Allahın  bəxş  etdiyi  bağışlanmada  görürlər. 

Günahdan  qurtulmaq  istəyən  günahkar,  Allahın  böyük  mərhəmətlə  insanlara  təklif  etdiyi 

əvəzedilməz bəxşişi qəbul etməlidir. Yalnız bunun vasitəsilə biz cənnətə yol tapa bilərik.  

Bu  yoldan  imtina  edən  hər  kəs  öz  günahlarının  içində  məhv  olmalıdır.  Bu  həqiqətin  aşkar 

sadəliyinə  baxmayaraq,  bir  çox  insanlar  Adəmlə  Həvvanın  etdiyi  kimi,  öz  günahlarını  Allah 

qarşısında gizlətməyə  çalışırlar.  Digərləri  isə  yaxşı işlər görməyə  sə`y göstərərək, Allahda  xoş 

təəssürat  yaratmaq  arzusunda  olurlar.  Onlar  öz  əməlləri  vasitəsilə  gələcək  cənnətə  girmək 

hüququ əldə edəcəklərinə ümid edirlər. 

Halbuki, Allahın bütün peyğəmbərləri yalnız bir Allahın, yalnız bir xilas yolunun, yalnız bir 

cənətə aparan yolun və yalnız bir inamın olduğunu öyrədirdilər. 

Peyğəmbərlərdən biri bu həqiqəti xüsusilə gözəl başa düşürdü. Qur`ani-Kərim onu Allahın 

dostu adlandırır. 

 

«Yaxşı  əməl  sahibi  olub  özünü  Allaha  təslim  edən,  Ibrahimin  hənif 



millətinə  tabe  olan  şəxsdən  din  e`tibarilə  daha  gözəl  kim  ola  bilər? 

Həqiqətən, Allah Ibrahimi Özünə dost tutmuşdur!» (ən-Nisa 4:125). 

 

Kiminsə özünün ən yaxın dostundan nəyisə gizli saxlaması mümkündürmü? Əlbəttə ki, yox! 



Allah  da  çox  vacib  olan  həqiqəti  -  günahkar  insanların  xilası  haqqında  həqiqəti  Öz  dostu 

Ibrahimdən gizlətmədi. Bir dəfə Allah ona dedi: 

 

«Sevdiyin  yeganə  oğlunu  götür  və  Moriya  torpağına  get.  Orada  sənə 

göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et» (Yar. 

22:2, Tövrat). 

 

Bu  ayə  Musanın  Birinci  Kitabından  götürülmüşdür,  mənsə  sizə  bu  gözəl  hekayəti  diqqətli 



şəkildə araşdıraraq oxumağı məsləhət görürəm. 


Bu kəlmələri oxuyan zaman bir sual ortaya çıxır: «Allahın Öz dostundan bu cür qurban tələb 

etməyə  haqqı  çatırmı?»  Bəli,  Onun  hər  şeyə  haqqı  çatır.  Lakin  Ibrahimin  oğlunun  günahı  var 

idimi? Burada da cavab qətidir, çünki bütün insanlar günahkardırlar.  

 

«Xeyr, insan Allahın ona buyurduğunu hələ yerinə yetirməmişdir» (Əbəsə 



80:23). 

 

Ibrahimin  oğlu  da  günahkar  idi,  ona  görə  də  ölümə  məhkum  idi.  Allah  bir  dəfə  çıxartdığı 



hökmü heç vaxt dəyişmir. Lakin hər şeyə rəğmən O, Ibrahimi də, oğlunu da sevirdi. Buna görə 

də Allah yeniyetmə gəncin üzərinə bıçaq qaldıran əli saxladı.  

 

«Ibrahim,  uşağa  əl  qaldırma  və  ona  bir  şey  etmə».  Ibrahim  başını 

qaldırıb  baxdı  və  arxasında  buynuzları  kolluğa  ilişmiş  bir  qoç  gördü. 

Ibrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq 

təqdim etdi» (Yar. 22:11-13, Tövrat). 

 

Qoç  haradan idi?  Səmadan!  Kim  qurbanlıq  üçün gətirilmişdi?  Qoç!  Qoçu  kim  təqdim  etdi? 



Allah! Kim sağ qaldı? Ibrahimin oğlu! 

Bu  hadisənin  dərinliyinə  varmanızı  məsləhət  görürəm.  Ibrahim  çox  zəngin  bir  adam  idi. 

Onun çoxlu dəvələri, eşşəkləri, inəkləri və qoyunları var idi. Allahla Ibrahimin arasında bu cür 

söhbətin getməsinin mümkünlüyünü təsəvvür etmək çətin deyil: 

-  Rəbbim,  nə  üçün  Sən  Moriya  dağına  getdiyim  üç  uzun  gün  ərzində  bu  qədər  ağır  əzab 

çəkməyimə  yol  verdin?  Oğlumdan  ötrü  çox  narahat  idim,  çünki  o,  mənim  üçün  hər  cür  var-

dövlətdən  daha  qiymətli idi.  Nə  üçün  Sən  qoç  barəsində  mənə  əvvəlcədən deməmişdin?  Mən 

min qoçu Səninçün qurban gətirərdim. Min nədir, bütün sürülərimi qurban verərdim! 

-  Yox,  Mənim  əziz  dostum,  Mən  bilirəm  ki,  oğlun  səninçün  çox  əzizdir.  Sənin  bütün  var-

dövlətin  və  sürülərin  onun  yanında  heç nədir.  Gənc  oğlunu  ölümün  pəncəsindən  xilas  etmək 

üçün onlar kifayət etməz. Onu ölümdən yalnız bir kəs qurtara bilər - o, Mənim qoçumdur. 

Davud peyğəmbər yazır: 

 

«Kimsə  öz  ömrünü  satın  ala  bilməz,  həyatının  haqqını  Allaha  ödəyə 

bilməz.  Çünki  insanın  canının  haqqı  çox  baha,  ən  üstün  qiymət  kifayət 



Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə