Йалныз Аллащ



Yüklə 266,43 Kb.
səhifə8/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
1   2   3   4   5   6   7   8   9   10   11

 

«Ey  kitab  əhli!  Öz  dininizdə  həddi  aşmayın!  Allah  barəsində  yalnız 

haqqı  deyin.  Həqiqətən,  Məryəm  oğlu  Isa  əl-Məsih  ancaq  Allahın 

peyğəmbəri,  Məryəmə  çatdırdığı  bir  söz  və  Onun  tərəfindən  olan  bir 

ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin» (ən-Nisa 4:171). 

 

«Bu,  ixtilafda  olduqları  Məryəm  oğlu  Isa  haqqında  Allahın  buyurduğu 



haqq sözdür!» (Məryəm 19:34). 

 

Allahın qulu - 3 dəfə 



Allahın əlaməti (ərəb. Ayətulla) - 3 dəfə 

Allahın şahidi - 2 dəfə 

Allahın ruhu: 

 

«...  Məryəm  oğlu  Isa  əl-Məsih  ancaq  bir  peyğəmbər,  Məryəmə  çatdırdığı 



bir söz və Onun tərəfindən olan bir ruhdur» (ən-Nisa 4:171). 

 

Hər yerdə mübarək qılınmış: 



 

«Körpə dilə gəlib dedi: «Mən,  həqiqətən, Allahın quluyam. O, mənə kitab 

verdi, özümü də peyğəmbər etdi. O, harda oluramsa olum, məni mübarək 

etdi...» (Məryəm 19:30, 31). 

 

Allahdan mərhəmət: 

 

«... Biz onu insanlar üçün bir mö`cüzə, dərgahımızdan olan bir mərhəmət 



kimi edəcəyik» (Məryəm 19:21). 

 

Saleh (Ali-Imran 3:46). 




Şanı uca (Ali-Imran 3:45). 

Mə`sum (Məryəm 19:19 - ərəb. «zəkiy»: günahsız). 

 

3. Onun işləri. 

Isa aclar üçün səmadan mö`cüzəli şəkildə yemək endirmək qabiliyyətinə malik idi.  

 

«O  zaman  həvarilər  demişdilər:  «Ya  Məryəm  oğlu  Isa!  Rəbbin  bizə 

göydən  bir  süfrə  göndərə  bilərmi?»  Isa  cavabında  onlara:  «Əgər 

mö`minsinizsə,  Allahdan  qorxun!»  demişdi.  Həvarilər  demişdilər:  «Biz 

istəyirik  ki,  ondan  yeyək,  ürəklərimiz  sakit  olsun,  sənin  bizə  doğru 

dediyini  bilək  və  ona  şahidlik  edənlərdən  olaq».  Məryəm  oğlu  Isa  dedi: 

“Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o, bizim 

həm  birincimiz,  həm  də  axırıncımız  üçün  bir  bayram  və  Səndən  bir 

mö`cüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!» Allah 

buyurdu: «Mən onu sizə, əlbəttə, nazil edərəm”» (əl-Maidə 5:112-115). 

 

Isa  palçıqdan  canlı  yarada,  korlara  görmə  bəxş  edə,  cüzam  xəstələrini  sağalda  və  ölüləri 



dirildə bilirdi.  

 

«Onu  Israil  övladına  peyğəmbər  göndərəcək.  “Mən,  həqiqətən,  Rəbbiniz 



tərəfindən  mö`cüzə  ilə  sizə  gəlmişəm.  Sizin  üçün  palçıqdan  quşa  bənzər 

bir  surət  düzəldib  ona  üfürərəm,  o  da  Allahın  iznilə  quş  olar. 

Anadangəlmə  korları,  cüzam  xəstəliyinə  tutulanları  sağaldar  və  Allahın 

iznilə ölüləri dirildərəm...”» (Ali-Imran 3:49,  həmç. bax. əl-Maidə 5:110). 

 

Qur`an  haqlı  olaraq  Allahın  fiziki  oğlunun  olmadığını  buyurur.  Müqəddəs  Kitab  da  Isanı 



hərfi  mə`nada  Allahın  oğlu  adlandırmır,  çünki  Isa  atasız  doğulmuşdur.  O,  ona  görə  Allahın 

oğlu  hesab  edilir  ki,  Allah  Onu  bütün  peyğəmbərlərindən  üstün  etmiş,  «Allahın  Sözü», 

«Allahın seçilmişi» adlandırmışdır. Bununla yanaşı, Isa paklıq, nəciblik, mərhəmətlilik, salehlik 

kimi ilahi keyfiyyətlər, səmadan ruzi endirmək, həyat bəxş etmək, ağır xəstəlikləri sağaltmaq və 

ölüləri diriltmək kimi qabiliyyətlər nümayiş etdirmişdir.  

Əziz  oxucular,  mən  sizi  Qur`anı  ciddi  şəkildə  araşdırmağa  və  bu  fəsildə  qeyd  etdiyimiz 

surələri xüsusi diqqətlə oxumağa də`vət edirəm.  



Əminəm  ki,  Isanı  həddindən  artıq  yüksəltməkdən  ehtiyat  edərək,  Onu  adi  peyğəmbər 

səviyyəsinə  endirmək  olar.  Lakin  bu,  yolverilməzdir, çünki  Qur`anda deyilir  ki,  Isa  Öz  həyatı 

vasitəsilə  bizə  Allahı  açmışdır.  Eyni  zamanda  Qur`an  bizə  Incili,  Tövratı  və  Yazının  digər 

kitablarını oxuyan imanlılara müraciət etməyi məsləhət görür.  

 

«Əgər  sənə  nazil  etdiyimizə  şübhə  edirsənsə,  səndən  əvvəl  kitab 

oxuyanlardan  soruş.  Haqq  sənə,  sözsüz  ki,  Rəbbindən  gəlmişdir.  Şübhə 

edənlərdən olma!» (Yunus 10:94). 

 

«Allahın  Əlaməti»  olan  Məryəm  oğlu  Isanın  həyatı  hansı  kitabda  daha  ətraflı  təsvir 



olunmuşdur? Əlbəttə ki, Incildə! 

Məhz  buna  görə  də,  əziz  oxucular,  sizi  Incili  ciddi  şəkildə  araşdırmağa  də`vət  edirəm.  Bu 

kitab dünya tarixi boyunca Allahın gördüyü işlər, Onun Isanın həyatında izhar olunan iradəsi 

haqqında ən doğru mə`lumat mənbəyidir.  

Allah sizi xeyir-dualasın! 

 

 




IV Fəsil 

Qurban bayramının əsl mahiyyəti nədədir?  

 

Qur`ani-Kərim Qadir Allahı Kainatın və göydə və yer üzündə olan hər şeyin yaradıcısı kimi 



açıqlayır. 

 

«O,  Özündən  başqa  heç  bir  tanrı  olmayan,  bütün  məxluqatın  sahibi, 



müqəddəs  və  pak  olan,  əmin-amanlıq,  salamatlıq  bəxş  edən,  arxayın 

edən, göz-qulaq olan, yenilməz qüvvət və qüdrət sahibi, qalib olub hökmü 

keçən  və  fövqündə  olan  Allahdır!  Allah  müşriklərin  Ona  qoşduğu 

şəriklərdən  ucadır.  O,  hər  şeyi  yaradan,  yoxdan  var  edən  və  surət  verən 

Allahdır.  Ən  gözəl  adlar  ancaq  Ona  məxsusdur.  Göylərdə  və  yerdə 

olanların  hamısı  Onu  təqdis  edib  şə`ninə  tə`riflər  deyər.  O,  yenilməz 

qüvvət və hikmət sahibidir!» (əl-Həşr 59:23, 24). 

 

Eyni zamanda, Qur`ani-Kərim insanın günaha batmasından, onun təşəbbüsü ilə yaradılmışla 



Yaradan  arasında  anlaşılmazlıq  səddinin  ucalmasından  söhbət  açır.  Allaha  itaətsizliyin 

nəticəsində insan Onun hüzurunda şəxsən iştirak etməkdən məhrum oldu. Çünki Allah o qədər 

müqəddəs  və  böyükdür  ki,  öz  kamilliyini  itirmiş  insan  Onun  hüzurunda  bircə  anlıq  belə  sağ 

qala bilməz. 

Həm Qur`anda, həm də Müqəddəs Kitabda deyilir ki, ilk insanlar - Adəm və Həvva Allahı 

tanıyırdılar.  O,  onlara  o  qərəd  yaxınlaşırdı  ki,  onlar  Onu  görə  bilsinlər  və  öz  Yaradanları  ilə 

söhbət edə bilsinlər. Lakin günah yaradılmışla Yaradan arasında olan bu birlik ahəngini pozdu. 

«Günah»  sözünün  mə`nasını  başa  düşmək,  bu  məvhumun  mahiyyətini  dərk  etmək  üçün 

Adəmlə Həvvanın hekayəsi ilə yaxından tanış olmalıyıq.  

 

«Xatırla  ki,  bir  zaman  Rəbbin  mələklərə  belə  demişdi:  “Mən  quru  və 

qoxumuş palçıqdan insan yaradacağam!” Mən ona surət verib ruhumdan 

üfürdüyüm zaman siz ona səcdə edin!» (əl-Hicr 15:28, 29). 

 

Allah insana dedi: 



 


Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə