Йалныз Аллащ


günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!» (əl-Maidə



Yüklə 266,43 Kb.
səhifə4/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
1   2   3   4   5   6   7   8   9   10   11

günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!» (əl-Maidə 

5:13). 

 

«”Biz xaçpərəstik”», - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar 



olunduqları şeylərin bir hissəsini unutdular...» (əl-Maidə 5:14). 

 

«Ey  kitab əhli!  Sizə  kitabda gizlətdiyiniz şeylərin  bir çoxunu bildirirəm, 



bir  çoxunu  da  sizə  bağışlayıb  üstünü  vurmayan  peyğəmbərimiz  gəldi. 

Artıq  Allah  tərəfindən  sizə  bir  nur  və  açıq-aydın  bir  kitab  gəldi»  (əl-

Maidə 5:15). 

 

«Ürəklərində  inanmadıqları  halda,  dildə:  «inandıq»,  -  deyənlərin, 



yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir 

camaata  qulaq  asanların  küfr  içində  dolaşanları  səni  kədərləndirməsin. 

Onlar  Tövratdakı  sözlərin  yerlərini  dəyişib  təhrif  edirlər...»  (əl-Maidə 

5:41). 

 

«De  ki:  «Musanın  insanlara  bir  nur  və  haqq  yol  olaraq  gətirdiyi  kitabı 



kim  nazil  etmişdir?  Siz  onu  vərəqlərə  yazıb  göstərir,  bir  çoxunu  da 

gizlədirsiniz.  Əslində  siz  özünüzün  və  atalarınızın  bilmədiklərini 

öyrənmiş olursunuz» (əl-Ən`am 6:91). 

 

«Lakin  Israil  oğullarından  özlərinə  zülm  edənlər  onlara  deyilən  sözü 



dəyişdirib  başqa  şəklə  saldılar.  Etdikləri  haqsızlığa  görə  Biz  də  onlara 

göydən əzab göndərdik» (əl-Ə`raf 7:162). 

 

«Onlar özlərinə verilən öyüdü unutduqları zaman Biz də onları pislikdən 



çəkindirənlərə nicat verdik» (əl-Ə`raf 7:165). 

 



Əgər  yuxarıda  verilmiş  ayləri ixtisar  olunmuş  şəkildə  deyil,  bütünlüklə  oxumaq imkanınız 

olarsa,  çox  yaxşı  olar.  Oricinal  variantda,  yə`ni  ərəb  dilində  bu  ayələrdə  bir-birindən  fərqli  8 

fe`ldən istifadə edilmişdir. Gəlin bu fe`lləri nəzərdən keçirək: 

1) ahfa - gizlətmək, gizli saxlamaq (5:15; 6:91); 

2) iştara - satmaq (ucuz qiymətə), dəyişik salmaq (2:79); 

3) albasa - həqiqəti yalanla pərdələmək (2:42; 7:162); 

4) baddala - əvəz etmək (2:59; 7:162); 

5) karama - gizlətmək, gözdən uzaq yerə gizlətmək / bu fe`ldən daha çox istifadə edilmişdir/ 

(2:42, 140, 146, 159, 174; 3:71, 187); 

6) lauva - dillə təhrif etmək (mə`nasını) (3:78; 4:46); 

7) nasa - unutmaq (5:13; 7:165) 

8) harrafa - təhrif etmək (2:75; 4:46; 5:13, 41) 

Bu  ayələrdə  yəhudi  və  xristianların  dönüklüyünün  çoxsaylı  siyahısı  verilmişdir.  Ilk  yeddi 

fe`lin  mə`nasından  çıxış  edərək  bu  nəticəyə  gəlirik  ki,  yəhudilər  Ibrahimin  və  onun  nəslinin 

müsəlman  (Allaha  itaət  edən)  olduqları  faktını  gizli  saxlayırdılar;  Qiblə  ilə  razılaşmırdılar; 

Tövratı  düzgün  oxumur  və  yanlış  şərh  edirdilər;  Musanın  yazdığı  kitabların  bə`zilərini 

gizlədirdilər;  özlərinin  kitablarını  yazır  və  onları  Müqəddəs  Kitabla  eyni  səviyyədə  hesab 

edirdilər.  

Halbuki,  bu  ayələrdə  istifadə  olunmuş  fe`llərdən  heç  biri  Tövratın  dəyişdirildiyi  haqqında 

heç nə demir. Onlar yalnız qeyri-düzgün izahat faktını təsdiqləyirlər.   

Sonuncu  qeyd  olunmuş  fe`lə  diqqət  yetirin.  Bu  fe`lə  aşağıda  verilmiş  ayə  də  daxil  olmaqla 

dörd ayədə rast rast gəlmək olur. 

 

«Indi  onların  sizə  inanacaqlarına  ümidmi  edirsiniz?  Halbuki  onların 

içərisində  elələri  vardı  ki,  Allahın  kəlamını  dinləyib  anladıqdan  sonra, 

onu bilə-bilə təhrif edirdilər» (əl-Bəqərə 2:75). 

 

Burada  Yazının  özünün,  yoxsa  onun  mə`nasının  dəyişdirilməsindən  söhbət  gedir?  Islam 



alimləri bu suala cavab vermişdirlər. Məsələn, Əli Razi (606/1209) yazırdı: 

«”Təhrif” sözünü yalnız mətnin yanlış şərhinə aid etmək lazımdır». 

«Hətta əgər yəhudilər Yazının mətnini dəyişdirməyə çalışsaydılar belə, Allah buna heç vaxt 

yol verməzdi. Məhz buna görə də bu cür dəyişikliklər sadəcə olaraq mövcud deyil».                




Bir çox müsəlmanlar iddia edirlər ki, Məhəmməd peyğəmbərin gəlişinə şəhadət verən ayələr 

Müqəddəs Kitabdan çıxarılmışdır. Halbuki Qahirə universitetinin dosenti Əl-Əzar Məhəmməd 

Abdu (1265-1323/1849-1905) öz dövründə bu iddiaları rədd etmişdir: 

«Bu, mümkün olan şey deyil. Müqəddəs Kitaba malik olan insanların bütün ölkələrdən bir 

yerə yığılaraq, bu məsələ ilə bağlı razılığa gəlmələri ağılasığmaz bir şeydir». 

Bu  sətirlərin  müəllifi,  yəhudi  və  xristianların  Məryəm  oğlu  Isa  haqqındakı  ayələri 

dəyişdirmək barədə razılığa gəlmələri barəsindəki fikirləri də rədd edir: 

«Yəhudilər Isanı Allahın Oğlu kimi qəbul etmədikləri üçün, bu, heç cür baş verə bilməzdi». 

Elə həmin kitabda daha sonra belə yazılmışdır: 

«Biz qətiyyətlə deyə bilərik ki, Incil həqiqi Mücdədir». 

Yazının  ayələrinin  dəyişdirilməsi  problemi  ilə  bağlı  yuxarıda  qeyd  olunmuş  fikirlər  çap 

olunmazdan  uzun  müddət  qabaq,  daha  bir  böyük  islam  alimi  Əl  Bakvillani  (403/1013)  də  bu 

məsələyə toxunmuşdur. Onun fikrincə, müsəlmanlarla xristianların Isa haqqındakı tə`limlərinin 

fərqli  olması  Incilin  həqiqiliyini  şübhə  altına  almağa  əsas  vermir.  Alim  imanlılara  Müqəddəs 

Kitabı  təhlil  etməyi,  bu  və  ya  digər  faktları  Yazının  özündə  aşkara  çıxarmağı  tövsiyə  edir. 

Yalnız bu yolla baş qaldırmış fikir ayrılıqlarına aydınlıq gətirmək olar.  

Islam teologiyasının atası sayılan Əl-Qəzəli (450-505/1057-1111) də bu fikri dəstəkləmişdir.                

Beləliklə,  Tövratın  və  Incilin  təhrif  olunması  haqqında  nəzəriyyələr  nə  Qur`anda,  nə  də 

böyük din alimlərinin tə`limlərində öz əksini tapmamışdır.  

Bəs islam hədislərində bu məsələ barəsində nə söylənilir? 

Hədislər  Məhəmməd  peyğəmbərin  yəhudi  və  xristianlarla  əlaqə  saxladığını  təsdiqləyirlər. 

Deməli, bu Hədislərdə Yazının ayələrinin təhrif olunması ilə bağlı məslələrə də toxunulmalı idi. 

Lakin  Hədislərdə  bu  mövzuya  yalnız  iki  yerdə  toxunulur.  Bu  da  ki,  bə`zi  ayələrin 

söylənilməməsi ilə bağlı yəhudi və xristianlara ünvanlanmış ittihamlarla bağlıdır.  

Beləliklə, biz nə Qur`anın, nə Hədislərin, nə də islam alimlərinin Tövrat və Incili azacıq da 

olsa tənqid etmədikləri, onları Allahın iradəsinə zidd hesab etmədikləri ilə bağlı kifayət qədər 

dəlillərlə tanış olduq. Əgər bu, həqiqətən də belədirsə, onda nə üçün imanlıların bu qədər çox 

hissəsi Müqəddəs Kitabın dəyişdirildiyini iddia edirlər? 

Qur`ani-Kərimin  bir  çox  ayələrində  belə  bir  fikir  təkrarlanır  ki,  o,  Müqəddəs  Kitabın 

həqiqiliyini təsdiqləmək və onu təhlil üçün tövsiyə etmək məqsədilə verilmişdir.  

 

«Sizin  əlinizdəkini  (Tövratı)  təsdiqləyici  kimi  göndərdiyimə  (Qur`ana) 

iman  gətirin!  Onu  inkar  edənlərin  əvvəlincisi  siz  olmayın...»  (əl-Bəqərə 

2:41). 



Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə