Йалныз Аллащ


etməz daha, belə ki, o əbədi yaşasın, onu məzardan saxlasın» (Məz.49:7-9



Yüklə 266,43 Kb.
səhifə11/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
1   2   3   4   5   6   7   8   9   10   11

etməz daha, belə ki, o əbədi yaşasın, onu məzardan saxlasın» (Məz.49:7-9, 

Zəbur). 

 

Mahiyyətcə bu, elə həmin cavabdır. «Sənin oğlunun həyatından daha qiymətli olan və yalnız 



onun  deyil,  həm  də  bütün  insanların  həyatını  xilas  edən  yeganə  şey  -  Mənim  qoçumdur.  Bu 

qoçu Mən səmadan endirmişəm və oğlunun əvəzində kəsiləcək qurban kimi onu sənə hədiyyə 

edirəm». 

Lakin Ibrahim Allahın göndərdiyi quzudan imtina etsə idi, nə baş verərdi? 

- Yox, Allahım, mən bu hədiyyəni qəbul edə bilmərəm. Sənin məndən ötrü bu qədər böyük 

qurban verməyini özümə rəva bilmərəm.  

- Ibrahim, qurbanın böyük olması fikrilə razıyam. Lakin əgər sən Mənim qoçumun həyatını 

almağa hazır deyilsənsə, onda oğlunu qurban verməli olacaqsan. O, ölümə layiq günahkar kimi 

öləcək. Yaxşı fikirləş. Ya Mənim göndərdiyim qoç sağ qalacaq, sənin oğlunsa öləcək, ya da ki, 

əksinə, Mənim göndərdiyim qoç öləcək, oğlun isə sağ qalacaq.  

Ibrahim hansı qərarı verdi? O, Allaha itaət etdi, Onun iradəsilə hərəkət edərək, qoçu qəbul 

etdi və öz oğlunu xilas etdi. Məhz buna görə Ibrahim Allaha itaət edənlərin atası adlandırılır. 

Qur`anda deyilir: 

 

«Ibrahim  nə  yəhudi,  nə  də  xaçpərəst  idi.  O,  ancaq  Hənif  müsəlman 



(Allaha təslim olan) idi və Allaha şərik qoşanlardan deyildi» (Ali-Imran 

3:67). 

 

Özünü müsəlman - Allaha təslim olan adlandıran hər kəs Ibrahimin getdiyi yolla getməlidir. 



Xeyirxah işlər  bizi  günahlardan  təmizləmir.  Biz  hamımızın  əvəzində canından  keçmiş  Allahın 

qoçunu qəbul etməyə hazır olmalıyıq. 

Qurban  bayramını  qeyd  edən  hər  kəs  Allahdan  gələn  qiymətli  qurbanı  xatırlamalıdır. 

Ibrahimin  qurban  gətirdiyi  qoç  və  Qurban  bayramı  zamanı  qurban  gətirilən  qoç,  Allahdan 

gələn Quzunu simvolizə edir.  

Allahın  göydə  qoyun  sürüsü  varmı?  Əlbəttə  ki,  yox.  Qoç,  qoyun  və  ya  quzu  -  mülayim, 

günahsız heyvandır. Tövrat kitabında «quzu» sözünə rast gəlinmir. Qur`anda da bu barədə bir 

söz  yazılmamışdır.  Lakin  Incildə  Allahın  qurban  hədiyyəsi  Quzu  adlandırılmışdır.  Bəlkə  də, 

Allah  bunula  göstərmək  istəyir  ki,  O,  qurbanlıq  üçün  gətirilən  heyvandan  daha  təmiz  və 

günahsızdır.  




Yeniyetmə  oğlanın  xilası  əhvalatı  ilə  Allah  Öz  dostuna  və  bizim  hamımıza  göstərmək 

istəyirdi ki, Səma bəşəriyyətə ən böyük hədiyyəsini bəxş etmişdir. Ibrahimin oğlunu ölümdən 

qurtara biləcək yeganə şeyi Allah ona bəxş etmişdi.  

Allahın Öz yaratdığına olan məhəbbəti nə qədər böyükdür! 

Allahın  Quzusu,  yeganə  günahsız,  mə`sum  varlıq  bütün  günahkar  bəşəriyyətin  əvəzinə 

öldü. Əziz oxucular, siz hansı qərarı verəcəksiniz? Əgər Allahın Quzusunu rədd etsəniz, əbədi 

günahkar qalacaq və öləcəksiniz.  

Allah sizi xilas etmək, günahlarınızı bağışlamaq, sizə əbədi həyat bəxş etmək istəyir. O arzu 

edir ki, sizlərdən hər biriniz Onun əbədi cənnətində yaşayasınız. Əgər siz də bütün imanlıların 

atası adlandırılan  Allahın dostu  Ibrahim  kimi  qərar qəbul  etsəniz,  ona  bənzər  olacaq  və  onun 

ailə  üzvünə  -  həqiqətən  imanlı  insanların  birinə  çevriləcəksiniz.  Sizin  ürəyiniz  günah 

səhrasında təravətli çəmən kimi olacaq, çünki Allahdan gələn həyat suyu həyatınızı xoşbəxtlik 

və sülhlə yaşıllaşdıracaq.  

Hər gün Allaha dua edin:  

 

«Bizi doğru yola yönəlt!» (əl-Fatihə 1:6). 

 

Özü haqqında aşağıdakı sözləri deyən barəsində Incildə qeyd olunur: 



 

«Yol  və  həqiqət  və  həyat  Mənəm;  Mənim  vasitəçiliyim  olmasa,  Allahın 

yanına heç kim gələ bilməz» (Yəh. 14:6, Incil). 

 

Özünü «yol, həqiqət və həyat» adlandıran kimdir? Kim sizin bütün günahlarınızı bağışlaya 



və sizə əbədi həyat bəxş edə bilər? 

Əziz  oxucular,  kitabın  növbəti  səhifəsini  açaraq  və  axırıncı  fəsli  oxuyaraq,  bu  suala  cavab 

tapa bilərsiniz.  

Allah sizi xeyir-dualasın! 

 

 



V Fəsil 

Yalnız Allah həqiqi sülh bəxş edə bilər! 

 

Əssəlamun-əleyküm! Sülh olsun!  



 

Qardaşlar, qonşular və xalqlar arasındakı sülhdən daha yaxşısını arzulaya bilərikmi?! Lakin 

dünyada ən qiymətli şey - ürəkdə sülhün olmasıdır! Mə`nəvi rahatlıq, vicdan əzabından azadlıq 

və Allahla sülhdə yaşamaqdan daha gözəl heç nə yoxdur.  

Müqəddəs  kitablar  dünyanın  yaranışından  sonra  onda  hökm  sürən  sülh  və  harmoniyadan 

söhbət  açır.  Şeytan  öz  yalanı  və  şirnikləndirici  sözləri  ilə  ilk  insanları  itaətsizliyə  gətirəndə, 

sülhün mövcudluğuna çox tezliklə son qoyuldu.  

Lakin  mərhəmətli  Allah  könüllü  surətdə  insanların  günahlarını  bağışlayır.  Yazılar  Qadir 

Olanın Adəm və Həvvanı, daha sonralar isə Ibrahimi necə bağışladığından söz açırlar. Bundan 

əvvvəlki  «Qurban  bayramının  əsl  mahiyyəti  nədədir?»  fəslində  bu  barədə  oxumaq  imkanı 

qazandınız. 

Əvvəlki fəsildə verilmiş bir Qur`an ayəsini yadınıza salmaq istərdim:  

 

«Biz ona böyük bir qurbanlıq əvəz verdik» (əs-Saffat 37:107). 

 

Əvəz  vermə,  bağışlama  ideyası  bizi  antik  dünyanın  qədim  zamanlarına  çəkib  aparır.  O 



zaman günahkar,  təqsirkar  bilinən adamları çox  vaxt  qul  kimi  satırdılar.  Əgər mərhəmətli  bir 

insan tapılardısa, o, həmin qulun əvəzində qulsatana pul ödəyib onu azadlığa buraxdıra bilərdi. 

Indiyə  qədər  də  elə  ölkələr  vardır  ki,  gənclər  müəyyən  məbləği  ödəməklə  hərbi 

mükəlləfiyyətlərdən  azad  olunurlar.  Hər  iki  halda  baş  verənləri  azadlıq  hüququnun, 

insanlardan asılı olmamanın hansısa qiymət bahasına əldə edilməsi adlandırmaq olar.  

Yazı  isə  bizim  günahlardan  azad  olmağımız  barədə  şahidlik  edir.  Günah  -  ləkəli  vicdanın, 

Allah qorxusunun, bir çox zərərli vərdişlərdən məhvedici şəkildə asılılığın səbəbkarıdır. Bütün 

bunlar  və  bir  çox  digər  şeylər  bizim  dünyadakı  mövcudluğumuzu  qulların  həyatına  bənzər 

edir. Yalnız kamil və müqəddəs Allahla müqayisə edərkən, biz günahın dəhşətliliyini dərk edə 

bilirik.  Bu  müqayisə  bizi  bir  daha  əmin  edir  ki,  insanın  ən  yaxşı,  ən  xeyirxah  əməlləri  onu 

günahdan  və  onun  acı  nəticələrindən  azad  etmək  iqtidarında  deyil.  Eyni  ilə  də  başqasının, 

bizim  gözümüzdə  daha  saleh  görünənin  əməlləri  ilə  də  bütün  dünyanın  Hakimi  Allah 

qarşısında bəraət qazana bilmərik. 



Yalnız  Allahın  Özü  bizə  bağışlanma  bəxş  edə  bilər.  Hətta  Allahın  böyük  elçiləri  - 

peyğəmbərlər  də  yalnız  Allaha  və  Onun  mərhəmətinə  arxalanırdılar.  Onun  mərhəməti 

olmasaydı, onların heç biri Qadir Olanın hüzurunda dayana bilməzdi.  

Ibrahim Allaha üz tutaraq deyirdi: 

 

«Ey  Rəbbimiz!  Haqq-hesab  çəkilən  gün  məni,  ata-anamı  və  mö`minləri 

bağışla!» (Ibrahim 14:41).  

 

Musanın duasında da bu fikir səslənir:  



 

«Musa  dedi:  “Ey  Rəbbim!  Məni  də,  qardaşımı  da  bağışla.  Sən  rəhm 

edənlərin ən rəhmlisisən!”» (əl-Ə`raf 7:151). 

 

Davud peyğəmbər də öz dövründə deyirdi: 



 

«”O, sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, 

sənə  zülm  etmişdir.  Doğrudan  da,  şəriklərin  çoxu  bir-birinə  haqsızlıq 

edər.  Yalnız  iman  gətirib  yaxşı  işlər  görənlərdən  savayı!  Onlar  da  çox 

azdırlar!” Davud bizim onu imtahana çəkdiyimizi güman etdi. O, dərhal 

Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq 

tövbə etdi» (Sad 38:24). 

 

Nə  qədər  xeyirxah  və  yaxşı  olmalarından  asılı  olmayaraq,  yer  üzündəki  bütün  insanlar 



Allahın ilahi mərhəmətindən asılıdırlar. Məhəmməd Allahdan belə bir tapşırıq almışdı: 

 

«Ya peyğəmbər!  Səbr et.  Allahın  və`di  haqdır. Günahının  bağışlanmasını 



dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!» (əl-Mu`min 40:55). 

 

Allah  hər  şeydən  əvvəl  mərhəmətlidir.  Məhz  buna  görə  də  Qur`anda  tez-tez  Onun 



bağışlamağa hazır olması barədə söhbət açılır. Bağışlanmamızı mümkün edən tükənməz Allah 

məhəbbəti - daha böyük vəhydir. 




Bağışlanmanı adi əfvlə qarışıq  salmaq  olmaz,  onların  arasında  oxşar  heç  nə yoxdur.  Çünki 

mərhəmətli  Allah  həm  də  ədalətlidir  və  şəri  cəzasız  buraxmır.  Bu  həqiqətə  aydınlıq  gətirmək 

üçün misal göstərmək istəyirəm.  

Qızğın alver gedən bazarı təsəvvürünüzə gətirin: piştaxtalar, çoxlu insan axını və böyük səs-

küy. Birdən kimsə qışqırır: «Oğru! Oğru!» Oğurluq edən adamı tuturlar. Bir çox bekar adamlar 

bir-birini  sıxışdıra-sıxışdıra  onu  hər  tərəfdən  dövrəyə  alırlar.  Polis  çox  böyük  çətinliklə 

camaatın arasından keçir. Oğrunu hakimin yanına aparırlar. O, oğru üçün zərər çəkənin çəkdiyi 

zərərin qiymətindən  daha artıq məbləğdə cərimə tə`yin edir. Cinayətkarın bəxti gətirdi ki, o, bu 

cür cinayət  üçün  oğrunun  sağ  əlinin  kəsildiyi dövrdə  və  ölkədə  yaşamırdı.  Hakimin çıxardığı 

hökm, ədalətli əvəz yanğısında olanları və cinayətsiz bir dünya arzulayanları razı saldı. Lakin 

birdən  məhkəmə  zalından  bir  səs  ucalır:  «Mən  müttəhimi  tanıyıram.  O,  cinayətkar  deyil.  O  - 

kasıbçılığın  və  çarəsizliyin  qurbanıdır.  Onun  ailəsi  acından  ölmək  təhlükəsi  qarşısındadır. 

Yalnız  bu  ağır  vəziyyət  onu  oğurluğa  vadar  etdi.  Cənab  hakimlər,  hökmün  oxunması  üçün 

tələsməyin, onu sərt cəzalandırmayın, əgər mümkündürsə - bağışlayın». Bir neçə dəqiqə əvvəl 

ədalətli əvəz yanğısı ilə yaşayanların ürəkləri müttəhimə qarşı mərhəmət hissi ilə dolur. «Bəli, 

biz  kədər,  ədalətsizlik  və  günah  dünyasında  yaşayırıq.  Bu  bədbəxt  insanı  günah  işlətməyə 

vadar edən acınacaqlı şəraiti nəzərə alaraq, onu bağışlamaq olar». Lakin satıcı da daxil olmaqla 

yerdə qalan adamlar e`tiraz səslərini ucaldırlar: «Bir dəqiqə, əgər biz bu gün oğruya rəhm etsək, 

sabah öz əməllərinə bəraət qazandıran minlərlə insanın öhdəsindən gəlməyə məcbur olacağıq. 

Bir  də  axı  bizim  aramızda  ehtiyac  içində  yaşayanlar  çoxdur.  Bu,  başqalarına  əziyyət  vermək 

üçün səbəb ola bilməz». 

Bütün  «lehinə»  və  «əlehinə»  cavablarını  sayaraq,  hakim  ədalətli  qərar  verir:  təqsirkardır, 

deməli, cəzalandırılmalıdır. Sonra isə təəccüblü bir şey baş verir. Cəzanı tə`yin edən hakim öz 

çek  kitabçasını  çıxarır  və  cərimənin  məbləğini  orada  qeyd  edir.  O,  qanun  pozuntusuna  görə 

tə`yin olunmuş cəriməni öz üzərinə götürür. Beləliklə, ədalət öz yerini tutur. Müttəhim bəraət 

qazandı  və  azadlığa  buraxılır.  Bu  insan  necə    qeyri-adi  bir  azadlıq  hissi  keçirməli,  layiq 

olmadığı bağışlanmanı duymalı idi! 

Allah  tərəfindən  bağışlanıldığımı  dərk  edən  zaman  məhz  bu  cür  hisslər  keçirdim.  Bu 

əhvalatda  hakim  müttəhimə qarşı  çox  təəccüb doğuran  bir  məhəbbət  nümayiş  etdirdi:  heç  bir 

günahı olmadan, günahkarın əvəzinə cəzanı ödədi. Bəs əgər bu cərimə deyil, qədim dövrlərdə 

olduğu kimi - sağ əlin kəsilməsi ilə cəzalandırma olsaydı, onda necə olardı? Real həyatda belə 

bir  şeyin  baş  verə  bilməsini  təsəvvür  etmək  çox  çətindir.  Lakin  bu  cür  cəzanın  olmasının 

mümkünlüyü  özünün  bütün  qeyri-adiliyi  ilə    Yazıda  bağışlanma  adlandırılan  məvhumu 

obrazlı  şəkildə  təsvir  edir.  Bütünlüklə  kamil  və  saleh  olan  Allah  bizim  əməllərimizin 

nəticələrinə  və  Ona  qarşı  mənfi  münasibətimizə  göz  yuma  bilməz.  O,  eyni  zamanda  bizi 

ölçüsüz  dərəcədə  çox  sevir.  Bu  məhəbbət  yerin  palçığından  insan  yaradılmasına  bir  me`yar 

olmuş,  sonra  onu  əsrlərin  axarından  keçirərək,  ona  Allahın  günahkar  insana  qarşı  nə  qədər 

mərhəmətli  olduğunu  və  Onun insanları  günahkarlıq  hissindən azad  edərək,  hər  birinə  əbədi 

bağışlanma bəxş etmək arzusunda olduğunu göstərmişdir.  



Əziz  oxucular,  Allah  sizləri  Özü  ilə  barışıqda  görmək,  sizə  sülh  və  Onun  sizə  bəslədiyi 

hisslərin  qarşılıqlı  olması  üçün  xüsusi  qabiliyyət  vermək  arzusundadır.  Bu,  yalnız  Onun 

qurbanını, Onda olan ən əziz şeyi qəbul edən zaman mümkün olacaqdır.  

Ibrahimlə olduğu kimi, Allah sizə də Özünün ən qiymətli sərvətini, Öz Quzusunu bəxş edir. 

Əbədi  həyat  və  Yaradanla  yaradılmış  arasındakı  sülh  üçün  Allah  sizin  günahınızın  əvəzini 

ödəmişdir. Ibrahim nə vaxtsa bu qurbanı qəbul etdi və imanlıların atası oldu. Siz hansı seçimi 

edəcəksiniz?  Onun  mərhəmətli  təklifini  qəbul  etməyərək,  əbədi  ölümə  məhkum  olmaq 

istəyirsinizmi? 

Müqəddəs Kitab kimi, Qur`an da bizim bağışlanmamız üçün könüllü surətdə Öz həyatından 

keçən  Xilaskar  haqqında  danışır.  Onsuz  məhvə  məhkum  olduğumuzu  dərk  edən  və  Ondan 

bizim  üçün  Allah  qarşısında  vasitəçilik  etməsini  xahiş  edən  zaman,  dərhal  bəraət  qazanırıq. 

Xilaskarın  vasitəçiliyi  kömək  edir  ki,  Allah  günahkara  keçmişdə  heç  bir  günah işlətməmiş  bir 

insan kimi baxsın.  

Onun  əfvi  və  bəraəti  insan  ürəyini  dolduran  qeyri-adi  sülh  və  sevinclə  nəticələnir.  Bu  xoş 

mücdə deyilmi? 

Aşağıdakı suala haqq qazandırmaq olar: «Bu Xilaskar kimdir?» Qur`anda oxuyuruq: 

 

«Cəbrail:  «Mən  sənə  yalnız  təmiz,  mə`sum  bir  oğlan  bağışlamaq  üçün 

Rəbbinin göndərdiyi elçiyəm» - dedi» (Məryəm 19:19). 

 

Qur`anda  yalnız  bir  şəxsə  bu  cür  xarakteristika  verilir.  Bu  şəxsin  adı  -  Isadır  ki,  bu  da 



Xilaskar mə`nasını verir.  

Qur`anın üç surəsində Isanın ölümündən, dirilməsindən və göylərə ucalmasından danışılır.  

 

«O  vaxt  Allah  buyurdu:  «Ya  Isa,  həqiqətən,  Mən  sənin  ömrünü  tamam 

edib  Öz  dərgahıma  qaldıraram,  səni  kafirlərdən  pak  edərəm.  Sənə  iman 

gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm» (Ali-Imran 3:55). 

 

«...  Isa  cavabında  deyəcək:  «Sən  pak  və  müqəddəssən!...  Nə  qədər  ki, 



onların arasında idim, onlara şahid mən idim. Sən canımı aldıqdan sonra 

onlara  nəzarətçi  Özün  oldun.  Yalnız  Sən  hər  şeyə  şahidsən!»  (əl-Maidə 

5:116, 117). 

 



«...  Mən,  həqiqətən,  Allahın  quluyam.  O,  mənə  kitab  verdi,  özümü  də 

peyğəmbər  etdi.  O,  harda  oluramsa  olum,  məni  mübarək  etdi... 

Doğulduğum  gün  də,  öləcəyim  gün  də,  diriləcəyim  gün  də  mənə  salam 

olsun!» (Məryəm 19:30, 31, 33). 

 

Çox  müsəlmanlar  belə  fikirləşirlər:  «Isanın  ölməsi  qeyri-mümkündür».  Onun  günahsız 



olduğunu və günahkar insanın əvəzinə ölməməli olduğunu fikrləşməkdə haqlıdırlar. Halbuki, 

«mə`sum»,  «təmiz»,  və  «müqəddəs»  şəxsin  günahkar  insanların  əvəzinə  ölməsi  faktı,  Allahın 

düşkün bəşəriyyətə olan sevgisinin ən bariz şəhadətidir.     

 

«Çətin  güman  etmək  olar  ki,  kimsə  saleh  uğrunda  ölsün;  yaxşı  bir  adam 



uğrunda  bəlkə  də,  biri  ölməyə  cəsarət  edər.  Fəqət  Allah  bizə  olan 

məhəbbətini  bununla  sübut  etdi  ki,  biz  hələ  günahkar  ikən,  Məsih  bizim 

uğrumuzda öldü» (Rom. 5:7, 8, Incil). 

 

Allahın məhəbbətindən böyük məhəbbt yoxdur. O, o qədər böyükdür ki, heç bir insan onun 



dərinliyini  dərk  etmək  iqtidarında  deyil.  Bu  məhəbbət  Qadir  Allah  qarşısında  ürəklərimizi 

bürüyən həyəcanlı qorxu hissini bizdən uzaqlaşdırır.  

Əziz oxucular, Allah sizləri Onun bağışlanma bəxş edən qurbanını qəbul etməyə də`vət edir. 

Incilin  əsas  mövzusu  elə  bundan  ibarətdir.  Əgər  öz  günahlarınızı  və  zəifliyinizi  dərk  edərək 

Allaha üz tutsanız və Onun təklifinə  «hə»  cavabı versəniz, həqiqi sülhü hiss edəcək və Allahın 

sizin  bütün  günahlarınızı  bağışladığına  əminlik  qazanacaqsınız.  Rəbbimiz  hər  bir  insana  yeni 

həyata başlamaq şansı verməyə hazırdır.  

Hər  bir  insan  Allahın  gözündə  təsəvvürəgəlməz  dərəcədə  qiymətli  olduğundan,  O,  həm 

mənim,  həm  də  sizin  xilasınız  üçün  Özünün  ən  qiymətli  sərvətini  -  Öz  Quzusunu,  Isa  Məsihi 

qurban verdi.  

Həqiqi sülh axtarışlarınızda Allah sizi xeyir-dualasın! 

                

    

 

 

                                                        

         



                           

              

                 

                              



         

Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə