Jurnal2017-12. 02. indd



Yüklə 221,52 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix18.06.2018
ölçüsü221,52 Kb.
#49797
1   2   3   4   5   6   7   8

Göy qurşağı

25

Və bu sahildə gəzmək istəyənlər axan qum 

tələsinə düşür. Sonra dəniz qabarması. 9 metr  

hündürlüyü olan dalğalar və son... İnsanları 

təhlükədən qorumaq üçün hələ 15-ci əsrdə 

İngiltərə hökuməti bu yerlərdə bələdçilər 

saxlayardı ki, yolçuları bu dəhşətli tələdən 

qoruya bilsinlər.

    Başqa bir qatil məkan Alyaskadakı 80 

kilometr axan qumlardan ibarət Tarnegen 

körfəzi ərazisidir. Atlantik okeanındakı Seybl 

adasının axan qumları isə daha iştahalıdır-

lar. Onlar nəhəng gəmiləri udmaları ilə şöh-

rət qazanıb. Batan gəmi dəhşətli dalğalarla 

sahilə atılır və elə sahildəcə onu başqa, daha 

təhlükəli qatil gözləyir – axan qumlar. Belə 

bir gəmiudan digər ərazi isə İngiltərədəki 

Saut-Forlend burnudur. Bu burunda Qudvin 

dayazı deyilən ərazi var. Həmin ərazi “gəmi 

qəbiristanlığı” adı ilə dünyada məşhurdur. Bu 

böyük ərazidə axan qumların tamam udduğu 

gəmilərin dor ağacları və paslanmış boru-

ları, yarıudulmuş gəmilərin torpağa batmış 

burunları və daha nələr, nələr əbədi qum 

səssizliyində uyuyublar. Maraqlıdır... Gəmiləri 

təhlükədən xəbərdar edən mayak belə axan 

qum təhlükəsindən can qutara bilməyib. O 

da Qudvin qumlarının udduğu qurbanlardan 

birinə çevrilib. Faciə elə sürətlə baş verib ki, 

köməyə gələn helikopter mayakdan yalnız bir 

nəfəri xilas edə bilib.

Axan qumlar – daha bir təbiət möcüzəsi. 

Bu fenomeni hələlik heç bir alim və səyahət-

çi-ekstremal izah edilən təbii fəlakət hesab 

etmir. 

“Ayağınız altında torpaq möhkəm olsun”... 



Axan qumlar haqqında eşidəndən sonra belə 

bir alqış növünün yaranması lap yerinə düşər. 

Uğurlu yol!



26

Bu kitabda kosmik 

tədqiqatların 

problemləri, 

nailiyyətləri və təsadüfi 

uğursuzluqlarından 

bəhs olunur.

Rikinin ad günü

Riki ad günü təbrikinə 

gələn dostları arasında 

Annini görmür... Bəs 

o hardadır? Rikini 

daha hansı sürprizlər 

gözləyir?

Riki və Dələ

Riki ana və atasının 

köməyilə dələdən 

ayrılır. Sonra nə baş 

verir? Bunu bilmək 

üçün mütləq oxu!



Riki və dostları

Fərqli mədəniyyətlər 

arasında dostluğa 

həsr olunmuş şəkilli 

kitab 4 yaşdan yuxarı 

uşaqlar üçün nəzərdə 

tutulub. Sən də oxu!

"Rİkİ" serİyasIndan kİtablar



Bəxtiyar Vahabzadə. 

Şəbi-hicran. Seçmə

poemalar

Kitab gözəl şairimiz 

Bəxtiyar Vahabzadənin 

yaradıcılığından 

seçmələrdən ibarətdir. 

Bu kitab kosmosun 

teleskoplardan süni 

peyklərə, zondlara və 

robotlara qədər müxtəlif 

vasitələrin köməyi ilə 

tədqiq edilməsi üsullarını 

nəzərdən keçirir.

Çox oxusan,

Çox bil  rs  n

e

e



27

Müxtəlif süxurlar haqda

daha çox məlumat əldə

etməyinə yardım edəcək

elmi metodları öyrənmək

üçün bu kitabı oxu.

Bitkilər niyə işığa tərəf

yönəlir? Bitkiləri hansı

alimlər öyrənir? Məlumat

əldə etmək istəyirsənsə,

“Bitkilərlə təcrübələr”i oxu.

Rikinin planı var

Anasına ad günündə 

sürpriz hazırlayan 

cəsur və sevimli 

uşaqlar barədə 

maraqlı hekayə. 



Cəngavər Riki

Bu cəsur qəhrəman 

əsl orta əsr 

cəngavərləri kimi 

təhlükəli əjdahalarla 

qarşılaşır. 



Riki ilə toyuq Mia

Hamının sevdiyi 

bu hekayədə Riki 

öyrənir ki, bəzən ən 

yaxın dostun da tək 

qalmağa ehtiyacı olur.



Bu kitablar ilk dəfə Belçika və Hollandiyada “Clavis Uitgeverij”

nəşriyyatı tərəfindən Niderland dilində nəşr olunub.

Maqnit bütün metalları

cəzb edirmi? Elmi metodlar

alimlərə necə kömək

edir? Məlumat əldə etmək

istəyirsənsə, bu kitabı oxu.

Müxtəlif mayelər haqda

daha çox məlumat əldə

etməyinə yardım edəcək

bu kitabı mütləq oxu.


28

Ötən sayımızdakı məntiqi sualların cavabları

Heykəltaraşın 10 eyni 

heykəli var. O istəyir 

ki, zalın hər divarına 3 

heykəl qoysun. Heykəlləri 

yerləşdirməkdə heykəltaraşa 

kömək et. 

İstənilən üsulla verilmiş 

fiquru elə böl ki, 2 eyni, 

nisbətən kiçikölçülü fiqur 

alınsın.

1-dən 9-a qədər olan 

rəqəmləri xanalara elə düz 

ki, bütün cavablar uyğun 

gəlsin. Mərkəzdə lazım 

olmayan bir rəqəm olmalıdır.

Gəzinti meydançasında 6 it 

və hər itin öz sahibi var. Qırıq 

xətlər-xaltalarla (nümunədə 

göstərilən üsulla) it sahibləri 

və itlər olan xanaları 

rəqəmlərlə birləşdir. Xatırladım 

ki, rəqəmlər xaltanın 

uzunluğunu (yəni xaltanın 

keçdiyi boş və itli xanaların 

cəmi) göstərir. Xaltalar 

bir-birinə toxunmamalı və 

kəsişməməlidir.



Mÿntiqi 

sual

Göldə suzanbaqları

Cavab:

 İki suzanbağı 

gölün səthini bir aydan 

bir gün çıxmaq şərti ilə 

örtərdi. 

Ayaqqabı istehsalı

Cavab:

 Fabrikdəki fəhlələrin oğurladığı 

ayaqqabılar (yəni, ayaqqabının hər iki tayı).

Müəllif

hüquqlarının

qorunması

Cavab:

Adətən 


onlar lüğətə mövcud 

olmayan söz, atlasa 

isə mövcud olmayan 

ada daxil edirlər.



Büllur şəbəkə

Şəkildə atomlardan 

ibarət büllur şəbəkə verilib. 

Atomların birləşməsindən 8 

bərabərtərəfli üçbucaq alı-

nıb. 4 birləşdirici bəndi elə 

götürün ki, şəkildə 4 bəra-

bərtərəfli üçbucaq alınsın. 




29

Bir atalar sözü var:”İki dovşan dalınca qaçan 

heç birini tuta bilməz”. Bəs iki top? Görəsən, iki 

top dalınca qaçanın başına nə gələr? Başına nə 

gələr, deyə bilmərəm, amma adı futdablbolçu 

olar…


Dünyada 12 növ futbol oynanılır. Bunlardan 

biri də futdablboldur. Bu futbolda “oyundan 

kənar” vəziyyət yoxdur. Meydançada iki top və 

iki hakim var. 

Oyun belə başlayır. Hər koman-

danın qapıçısı oyuna bir top 

daxil edir. Hər hakim bir topa 

nəzarət edir. Toplar müxtəlif 

rənglərdə olur. Hakimlər də 

müxtəlif rəngli geyimlərdə. 

Hər oyun 45 dəqiqə davam 

edən  iki hissədən ibarətdir.

Hakim fitlərinin də səslən-

məsi müxtəlifdir. Oyunun 

məqsədi rəqib komandanın 

qapısından qoşa top keçir-

mək, öz qapısını qoşa topdan 

qorumaqdır. Bu oyun intellektu-

alların oyunudur desəm, 

yanılmaram. O qədər iti düşüncəyə sahib olma-

lısan ki, meydanda iki topa eyni anda nəzarət 

edə biləsən, hakim fitlərini səslənməsini ayırd 

edib nəticə çıxardasan, lazımi qərarı vaxtında 

verəsən. 

Futdablbolda təkcə qol həyacanı yaşanmır. Bu 

oyunda çox maraqlı məqamlar var: iki cərimə 

zərbəsi, iki künc zərbəsi... Komanda həmrəyliyi 

burada mütləqdir. İki topu eyni anda vurmaq 

məharəti böyük əhəmiyyət daşıyır. Qapıçıya 

bir topu qaytarıb, o birini tutmaq fürsəti veril-

məməlidir. İki top – iki eyni anda vurulmuş zər-

bə. Nəticədə, iki dovşan dalınca qaçmış qapıçı və 

dablqol...

Bu oyunun müdafiəsi də ikili həyəcan ya-

şatdırır. Qapını eyni anda vurulmuş iki cərimə 

zərbəsindən qorumaq o qədər də asan deyil. Və 

bunu bacaran əsl futdablbolçudur. 

Futdablbol futbol deyil. Və onu hər şərait-

də oynamaq mümkün olmur. Oyun 

üçün lazımi hazırlıq olmasa, bu 

oyun oynanılmaz. Oyunun apa-

rılması üçün mütləq iki hakim 

və iki məşqçi olmalıdır. Hələ iki 

müxtəlif rəngli topu demirəm. 

Fit haqqında isə heç danışma-

ğa dəyməz. Həyət futbolu isə 

bütün bunları sevmir. 

Futdablbol futbolla müqa-

yisədə daha gənc oyundur. İlk 

futdablbol oyunu 2007-ci ilin 

oktyabrında keçirilib. Və ilk 

oyunun nəticəsi acınacaqlı olub. İki 

dovşan, bağışla, çaşdım, iki top dalınca qaçan 

oyunçular meydançada qarmaqarışıqlıq ya-

radıblar. Hakimlər nə edəcəklərini düşünənə 

qədər vaxt əldən gedib. Hətta hakimlər o qədər 

çaşıblar ki, oyunun hansı hesabla bitdiyini belə 

bir xeyli hesablamalı olublar.

Futdablbol oyunu üçün meydança futbol 

meydançasından heç nə ilə fərqlənmir. Oyunçu-

lar bir-birini əvəz edə bilər. 

Hə... Nə fikirləşdin? Əlbəttə, bir topun dalınca 

qaçmaq yaxşıdır. Sənə uğurlar...

Futdablb      l




30

İ

llər öncə, hələ mobil telefon və 



planşetlərlə tanış olmadığımız 

“qaranlıq” zamanlarda, rəfiqəmlə 

o zamanın oyunlarını oynayırdıq. 

Kiçik bir qəsəbədə böyüyürdük. Böyük sivi-

lizasiyadan bir qədər kənarda.  Televiziyada 

yemək yeyən oyuncaq gəlincik reklamını 

ağzıaçıq izləyirdik. Belə bir gəlinciyi nəinki 

biz, heç bizim yaşadığımız qəsəbənin oyun-

caq mağazaları da görməmişdi... 

Sonra ağlımıza möcüzəli bir “fikir” gəlir! 

Və biz sevimli gəlinciklərimizin yemək yeyə 

bilməsi üçün ağız hissələrində deşiklər açırıq. 

Buyurun, bu da sizə yemək yeyən gəlincik! Gə-

linciyimizi yalnız su ilə bəsləyə bilməyimiz bizə 

kifayət edir. Rəfiqəmin maraqla bizi izləyən 

nənəsi 9 yaşında düzəltdiyi ağlayan gəlincik 

haqqında danışmağa başlayır... Tamamilə öz 

ixtirası olan ağlayan gəlinciyin hazırlanma 

qaydasını izah edir! Balqabağın təpə hissəsinə  

kömürlə qaş-göz, ağız-burun çəkir. Bəs saçla-

rı? Keçi yununu mürəbbə şirəsi ilə balqabağa 

yapışdırır. Bu da saçları... Sonra balqabağa 

rəngbərəng parça  kəsiklərindən paltar tikir. 

Amma ən vacibi qalıb: bəs gəlincik necə ağlaya-

caq? Gəlincik-balqabağın “qarnından” bir deşik 

açıb, içinə mayböcəyi qoyur. Budur, ağlayan 

gəlincik! Bu ideya rəsmiləşsə, rəfiqəmin nənəsi 

bir ixtiraçı kimi tarixə düşərdi. Bütün bunları 

mənə qərbli alimlərin uşaqkən icad etdikləri 

maraqlı ixtiralar xatırlatdı. Məsələn, Amerikalı 

Frenk Epperson qışda bayırda qalmış 1 stəkan 

limonadın onu milyonçuya çevirəcəyini ağlına 

belə gətirməzdi. Səhər 11 yaşlı Epperson buza 

çevrilmiş limonadı görmüş və “meyvəli buzun” 

ixtiraçısı olmuşdu. 

Fransız çəkməçinin  15 yaşlı oğlu Lui Brayl 

isə görmə əngəlli insanlar üçün xüsusi şrift 

yaradır və bu şrift onun şərəfinə Brayl şrifti ad-

landırılır. Lui atasının emalatxanasında çəkmə-

çi bıçağına ilişib yıxılmış və 5 yaşında görmə 

qabiliyyətini itirmişdi. Lakin Lui öz ixtirasının 

köməyi ilə oxumağı öyrənmişdi. Dünya hələ də 

bu ixtiradan istifadə edir. 

12 yaşlı Benjamin isə balıq üzgəclərini 

xatırladan iki qəribə əşya ilə çimərlikdə pey-

da olur. Ətrafdakıların iztehzalı gülüşlərinə 

baxmayaraq, Benjamin suya atılır və hamıdan 

daha sürətli üzür. Beləliklə, üzgüçülük üçün ilk 

lazımi əşya yaranmış olur. Franklin 15 yaşında 

dünyaya növbəti bir yeniliyi – yellənən kürsü-

nü bəxş edir. Bununla da, onun doğum tarixi, 

17 yanvar Uşaq İxtiraları Günü kimi tarixə 

düşür.

Uşaq İxtiraları Günü, dünyaya meydan oxu-



yan və müşkül məsələlərin böyüklərdən daha 

yaxşı həllini tapmağı bacaran bütün uşaqları 

bir araya gətirən gündür! Əminəm ki, başı 

çılğın  fikirlərlə dolu oxucumun beynində bu 

suallar dolaşır: “Bəs hanı 10 ədəd yesən də, 

xəstələndirməyən dondurma, incitməyən iynə, 

yuxuda davam edən film?”... Niyə indiyədək 

bunları ixtira edən bir uşaq yoxdur?! O uşaq 

sən. Buyur, ixtira et...

Ki÷ik ixtira÷ıların Bþyök ixtiraları



31

Gran’s great at sport. 

“When I was a pirate I could 

run 100 metres quicker than 

you can say doubloon,” says 

Gran, “especially with a police-

man after me.”

 So Gran’s invited her old 

shipmates Flint-Hearted Jack, 

Fingers O’Malley and Cut-

throat Malone to help her train 

for the Olympics.

 I heard her shout “Avast 

there me hearties” when they 

were running round the garden 

baton-passing this afternoon 

but someone kept dropping it.

 Gran’s very loyal so she 

won’t say who, but I notice she’s 

been calling the bosun Butter-

fingers O’Malley.

 She’s knitted special striped 

costumes for the synchronized 

swimming, and she and her pet 

crocodile have already made 

quite a splash at the pool.

 Mind you, when she saw the 

headline Man-eater Terrifies 

Toddlers in the paper Gran was 

furious.


 “My pet crocodile is good 

with children, and has never 

eaten anyone who didn’t de-

serve it,” said Gran.

 I think her jumping looks 

very promising. She’s been 

using the clothes prop to pole-

vault over the washing line and 

land in the compost heap. 

“It’s one small step for a 

Gran,” she said dusting off the 

cabbage leaves, “one giant leap 

for Grankind.”

 Of course pole-vaulting isn’t 

for everyone, but Gran says if 

you don’t mind feeling dizzy 

and showing your knickers it’s a 

sport more Grans should think 

about.

 Grandpa banned bowling 



after one of Gran’s cannon balls 

blew up his greenhouse. With 

him in it. “Lot of fuss about 

nothing,” Gran grumbled after 

she’d rescued him. “The day I 

can’t haul an old man out of an 

apple tree is the day I hang up 

my flintlock.” But even Grandpa 

admits she is brilliant at show-

jumping – although it is the 

first time he’s seen it done on 

a crocodile. There’s no doubt 

Gran’s a crack shot with her 

blunderbuss.

“Show me a varmint at 50 

paces, and I’ll show you a man 

with a hole through his hat,” 

laughed Gran after she’d fired at 

Grandpa’s scarecrow.

 She’s really good at fencing 

too. Grandpa challenged her to 

a duel with a cucumber… and 

Gran sliced it into sandwiches 

with her cutlass.

 And she’s claiming the 

world record for the fastes Gran 

over 800 metres – although 

Grandpa still says it doesn’t 

count if you have been fired out 

of a cannon.

 I’d love to see Gran standing 

under a Jolly Roger listening 

to a sea shanty when she gets a 

gold medal. But Gran says the 

most important thing isn’t win-

ning, it’s taking part and having 

fun. So just in case Grandpa 

is going to make her a special 

medal from all of us – for being 

the world’s Champion Gran.

Geraldine Durrant

Pirate Gran 

Goes for Gold



32

Məcidli Məhəmməd

Ağayeva Nərmin

Yusibzadə Nəzrin

Kərimli Əbülfət

Rzazadə Fidan

Azərbaycan Respublikası 

Ədliyyə Nazirliyində 

qeydiyyatdan keçib.



Qeydiyyat nömrəsi:

№ 3926 – 06.11.2014

2006-cı ilin noyabrından çıxır.

Təşkilati dəstək:

Azərbaycan Respublikası 

Mədəniyyət və Turizm Nazirliyi

Təsisçi:

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanası

Baş redaktor:

Şəhla Qəmbərova



Redaktor:

Sevinc Nuruqızı



Korrektor:

İlahə Quliyeva



Bədii tərtibat:

Aqil Tağıyev

Müəlliflik hüququ F.Köçərli adına Respublika Uşaq Kitabxanasına məxsusdur.

Xüsusi icazə olmadan jurnalın sürətini, elektron variantını çap etmək və yaymaq qanuna ziddir.

Jurnalımıza abunə olmaq istəyirsinizsə, yuxarıdakı ünvana müraciət edə bilərsiniz.

Ünvan:

Bakı AZ1022 S.Vurğun  küçəsi 88



Tel:

 (+99412) 5970851,    Faks: (+99412) 5970879.

«Aspoliqraf LTD» nəşriyyat-poliqrafiya müəssisəsinin mətbəəsin də hazır diapozitiv lərdən 

çap olunmuşdur.



web:

www.clb.az        



facebook:

fb.com/clb.az           



instagram:

 firidunbey_kocerlikitabxanasi



youtube:

 F.Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 221,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə