91
V BÖLÜM
rayonda Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa
olunan “Dalğa” yay düşərgəsinin açılışı olub.
SUJET XANIM AÇILIŞLAR 2 BAKI
PƏRDƏ
* * *
KADR SURİYA Rusiya ordusuna məxsus döyüş
təyyarələri Hələbdə müxaliflərin nəzarətindəki
ərazilərə fosfor bombaları atıb. Türk mətbuatının
məlumatına görə, intensiv hücumların ardından on
minlərlə insan təhlükəsiz bölgələrə köçürülüb.
İSİD-in
nəzarətində olan Rakka şəhəri də hava hücumuna
məruz qalıb. Nəticədə 6-si uşaq olmaqla 25 mülki
vətəndaş həyatını itirib. Suriya insan haqqları təşkilatı
əməliyyatı Bəşər Əsədə sadiq qüvvələrin həyata
keçirdiyini açıqlayıb. Suriya prezidenti yeni hökumətin
qurulması üçün də tapşırıq verib. Bu işlə ölkənin
Energetika Naziri İmad
Muhammed Diyb Hamis
məşğul olacaq. 5 ildir müharibə şəraitində olan Suriya
hökumətinə 2012-ci ildən baş nazir Vail Nadir El Halki
rəhbərlik edir. SURİYA
**
KADR İRAN QƏZA.
İranın cənubunda avtobusun
qəzaya düşməsi nəticəsində 19 nəfər ölüb, 35-i
yaralanıb.Avtobus Sircan - Neyriz mağistralı ilə gecə
hərəkət edərkən dərəyə yuvarlanıb.İlkin ehtimal-
lara görə, sürücü idarəetməni
itirib və bu da qəzaya
səbəb olub. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti
ağırdır.
İRAN
**
KADR HİNDİSTAN.
Hindistanda ildırım vurması
nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.10-dan çox
yaralı var.Ölənlərin sayı arta bilər. Çünki ştatda ölənlər
və leysan yağışların vurduğu ziyan barədə məlumatlar
regional hakimiyyət orqanlarına gec daxil olur. Yağıntılı
hava şəraitinin hələ bir neçə gün davam edəcəyi bil-
drilir. HİNDİSTAN
**
KADR YANĞIN
Xaçmazda yanğın olub.Hadisələrdən
biri rayonun Mürşüdobad kəndində vətəndaşa məxsus
ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaq və
2 aynabənddən ibarət evdə baş verib.Nəticədə evin
1 mərtəbəsində mətbəxin tavanı 16 kv.m sahədə və
1 ədəd soyuducu yanıb. Evin qalan hissəsi yanğından
mühafizə olunub.Digər hadisə Çarxı
kəndində qeydə
alınıb. Dəyanət Ağasıyeva məxsus 35 ha biçilmiş əkin
sahəsinin 1 hektara qədər ərazisi yanıb, təsərrüfatçının
fındıq qələmləri də məhv olub.Alovun ətrafdakı əkin
sahələrinə və yaxınlıqdakı fermaya keçməsinin qarşısı
alınıb. XAÇMAZ
* * *
TƏQDİMAT.
Əkin sahələrinə hücum çəkən çəyirtkələrin
də qarşısını vaxtında almaq lazımdır. Bu il ard-arda
yağan yağışlar təsərrüfatçıların kefinə əməlli-başlı soğan
doğrayıb. Havaların isinməsinə, yağışların kəsməsinə
ümid edən fermerlərin bu arzusu çin olsa da ardınca
başqa problemlər ortaya çıxıb.Çəyirtkə təhlükəsi.İndi
şimal-qərb bölgəsi fermerlərinin başı bu həşəratla
mübarizəyə qarışıb.
SUJET-ÇƏYİRTKƏ - 2.30 QAX
TİTR: İSLAM MƏMMƏDOV - FERMER
TİTR.TƏLƏT MEHDİYEV - ŞƏKİ RAYON BİTKİ-
MÜHAFİZƏ MƏRKƏZİNİN RƏİSİ
* * *
TƏQDİMAT.
Fermerlərin, istehsalçıların
elə bu cür
çətinliklərlə üzləşməsi sığorta məsələsini də aktual edir.
Təbii ki, təsərrüfatçı itirdiyi gəlirini bərpa etmək istəyər.
Dövlətin də köməyi bir yerə qədərdir. Xarici təcrübə
də onu göstərir ki, bu kimi hallarda sığorta mütləqdir.
Ancaq sığorta şirkətlərinin qoyduğu öhdəliklər nəticədə
fermeri bu işdən ** uzaqlaşdırır.
SUJET-SIĞORTA - 4.10 ŞƏKI İSMAYILLI
* * *
TITR: AĞALAR QƏDİROV- FERMER (3) -ŞƏKİ
TITR: ZƏFƏR HACIYEV- FERMER
TITR: ETİBAR HACIYEV - FERMER
TITR: MƏMMƏD MƏMMƏDOV- SIĞORTA
MÜTƏXƏSSİSİ (2)
TITR: MEHMAN YUSİFOV - ŞƏKİ KƏND
TƏSƏRRÜFATI İDARƏSİNİN RƏİSİ
* * *
PƏRDƏ
* * *
TƏQDIMAT
– Hər il dünyada
şəkərli diabetə tutulma
halları təxminən 15 faiz artır. Hazırda Azərbaycanda isə
204 mindən artıq şəkərli diabet xəstəsi qeydiyyatdadır.
Təkcə Bakıda 62 min nəfər şəkərli diabetdən əziyyət
çəkir. Bu xəstəliyin qarşısını almaq üçün isə plan
hazırlanıb, effektiv mübarizə üsulları formalaşdırılır.
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ /
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ
92
V BÖLÜM
SUJET-DİABET - 2.30 BAKI
TİTR-YUSİF İSMİYEV - RESPUBLİKA
ENDOKRİNOLOJİ MƏRKƏZİNİN
TİTR-İLHAMƏ QURBANQIZI - ŞƏKƏRLİ DİABET
XƏSTƏSİ
* * *
TƏQDİMAT
İndi sizə dünyanın heç bir yerində rast-
lanmayan musiqi alətindən söhbət açacağıq. Barmaq
boyda olan yeni ixtiranı Tovuz rayon Hacıhəsənli kənd
sakini Süleyman Hüseynov hazırlayib. Özü balaca olsa
da ölçüsündən dəfələrlə böyük səs çıxarır.
SUJET MUSIQI ALET - 2.30 TOVUZ
SÜLEYMAN HÜSEYNOV KƏND SAKİNİ (3)
QULU ƏSƏDOV KƏND SAKİNİ
SÜLEYMAN HÜSEYNOV KƏND SAKİNİ
* * *
KADR RONALDO.
Sonda sizə bu gün sosial
şəbəkələrin ən çox müzakirə olunan kadrlarından
birini təqdim edəcəyik. Real”ın və Portuqaliya mil-
lisinin hücumçusu Kriştiano Ronaldo növbəti dəfə
qalmaqal yaradıb.Ulduz futbolçu jurnalistə qarşı
hörmətsizlik edib. Belə ki, AÇ-2016-nın F qrupu-
nun son matçında Macarıstanla oyun ərəfəsində
jurnalistlərdən biri futbolçudan müsahibə götürmək
istəyib.Jurnalistin bu hərəkəti Ronaldonu əsəbiləşdirib
və o, telekanal işçisinin
mikrofonunu əlindən alaraq
suya atıb.
* * *
TƏQDİMAT.
Şöhrət heç bir halda hörmətsizliyə əsas
vermir. Əksinə ağAc nə qədər bar verərsə başını aşağı
diksə yaxşıdı.
* * *
SON
Nümunə 2
Region TV 29.06.16
20.30
SƏLMİNƏ ƏLƏKBƏRLİ
SALAMLAŞMA
ANONS
* * *
- Türkiyə tarixinin ən qanlı hava limanı hücumuna
məruz qaldı..İNTERŞUM..Türkiyəni matəmə qərq
edən terror nəyə hesablandı
SİNX 02.40-02.46
-Erməni terrorunun qurbanları Moskvada
əbədiləşdirilə bilər...sinx(kuznetsov axırıncı cümlə )
-Gəncədəki təbii fəlakətdən təsirlənənlərə
prezidentdən dəstək gəldi...Ziyanın aradan
qaldırılması üçün vəsait ayrıldı...
-Ağdaş sakinlərini
təlatümdə saxlayan naməlum
məxluqdan xəbər var...SİNX...01.16-01.20
- SINX 00.24-00.28 Min bir dərdin dərmanı olan
üzüm indi özü dərdə düşüb
-Ehtiyatsızlıq yaylağa köç edən sürünü həyatdan da
köçürdü...SİNX...00.54.Xaçmazda isə çaqqal sürüsü
77 yaşlı qadını xəstəxanalıq etdi...
- Ləğv olunan Dövlət Sosial Təminat Xidmətinin
işçilərinin taleyinə aydınlıq gətirildi...Səlim Müslümov
söz verdi..
* * *
SALAMLAŞMA.
Siyasi kursunda əsaslı dönüş edən
Türkiyəyə bu istəyi 41 can bahasına başa gəldi.
Dünyaya barış mesajı verən ölkə indi matəm içindədir.
Başın sağ olsun Türkiyə.Şotlandlar müstəqilliyin bir
addımlığındadılar.İkinci referendum keçirilə bilər.
Qazaxıstan BMT Təhlükəsizlik Şurasının
qeyri daimi
üzvləri sırasına daxil oldu.Bu və digər xəbərlər barədə
ətraflı məlumatı gün ərzində hər yarım saatdan bir
xəbər buraxılışı təqdim edən TTV-dən ala bilərsiz.
Bizim efirdə isə “Ana-xəbər” vaxtıdır. Axşamınız xeyir!
Əvvəlcə anonslara nəzər salaq!
**
TƏQDİMAT Türkiyə növbəti dəfə dəhşətli ter-
rorla sarsıldı. Bu dəfəki ünvan Istanbuldakı Atatürk
hava limanı oldu. Qanlı olayda 41 nəfər həlak oldu,
239 yaralı var. Həlak olanlardan 10-u xarici, 3-ü isə
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ /
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ