K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

57
Məsələlər
Məsələ 1.
Bakı şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiy-
yatı or qanlarından birinə vətəndaş Vəliyeva Daşkəsən rayonunun 
uzaq kəndlərinin bi rində yaşayan vətəndaş Nəcəfovla nikahının 
qeydiyyata alınması haqqında əri zə ilə müraciət etmişdir. Ərizə 
vermək  üçün  Nəcəfovun  Bakıya  gəlmək  imkanı  ol ma dığından, 
Vəliyeva  Nəcəfovun  tərtib  etdiyi  və  işlədiyi  müəssisənin  rəh-
bərinin təsdiq etdiyi müvafiq ərizəni vətəndaşlıq vəziyyəti aktla-
rının  dövlət  qeydiyyatı  orqanına  vermişdir.  Ancaq  vətəndaşlıq 
vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı nın müdiri Vəliyeva-
dan həmin ərizəni qəbul etməkdən imtina etmişdir. 
Nikahın  qeydiyyata  alınması  haqqında  ərizənin  vətəndaşlıq 
vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına verilməsi zamanı 
nikaha  daxil  olan  şəxslərin  şəxsən  iştirakı  zəruridirmi?  Hansı 
hallarda  nikaha  daxil  olmaq  haqqında  ərizə  nikaha  daxil  olan 
şəxslərdən biri tərəfindən verilə bilər? Azərbaycan Respublika-
sında nikahın qeydiyyata alınması haqqında ərizə forması müəy-
yən olunmuşdurmu? Əgər müəyyən olunmuşdursa, hansı norma-
tiv-hüquqi aktla? Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiy-
yatı orqanı işçiləri Vəliyevaya hansı izahatı verməlidirlər?
Məsələ 2.
Vətəndaşlar Qafarov və Namazova öz aralarında nikah bağ-
lanması haqqın da vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiy-
yatı  orqanına  ərizə  vermişlər.  Onlar  ərizə  vermələrinin  ertəsi 
günü nikahın qeydiyyata alınmasını xahiş etmişlər. Belə ki, Qafa-
rov uzaq xaric ölkələrin birində işə qəbul olunduğundan tezliklə 
həmin ölkəyə yollanacaqdır, gələcək arvadı da onunla getməyə 
hazırlaşır. Göstərilən hal müvafiq arayışla təsdiq edilmişdir. 
Belə şəraitdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiy-
yatı orqanı necə hərəkət etməlidir, hansı hüquqi normaları rəhbər 


58
tutmalıdır?  Hansı  səbəblər  Azərbaycan  Respublikasının  Ailə 
Məcəlləsinin  9.2-ci  maddəsində  nəzərdə  tutulmuş  nikahın  bağ-
lanma (qeydiyyata alınması) müddətinin azaldılması və ya uza-
dılması üçün üzrlü hesab edilə bilər? Bu səbəblərin siyahısı qa-
nunda varmı? 
Məsələ 3.
K.N.Əliyev və C.V.Məmmədova nikaha daxil olmaq haqqın-
da  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  orqanına 
ərizə  vermişlər.  Bir  neçə  gün  sonra  vətəndaş  Muradova  vətən-
daşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  şöbəsi  müdirinə 
müraciət edərək Əliyev və Məmmədovanın nikahını qeydə alma-
mağı xahiş etmişdir. Belə ki, Muradova bir neçə ildir Əliyevlə 
birgə yaşayır. Onların nikahı qeydiyyata alınmasa da, çox mehri-
ban ailələri, üç yaşında qızları vardır. Əliyev qızın atası olduğunu 
rəsmən müəyyən etdirmişdir.
Vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  şöbəsinin 
müdiri Muradovaya hansı izahatı verməlidir? Vətəndaşlıq vəziy-
yəti aktlarının dövlət qeydiyyatı şöbəsi Əliyev və Məm mədovanın 
nikah bağlanmasının dövlət qeydiyyatından imtina edə bilərmi?
Məsələ 4.
Ə.E.Qasımov və Ş.V.Xəlilova nikaha daxil olmaq haqqında 
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına ərizə 
vermişlər. Bununla bağlı nikah bağlanmasının dövlət qeydiyyatı 
günü müəyyən edilmişdir. Onlar Qasımovun ezamiyyətdə olması 
ilə  bağlı  nikahın  qeydiyyata  alınması  vaxtının  müəyyən  edilən 
vaxtdan  bir  ay  sonraya  dəyişdirilməsini  xahiş  etmişlər.  Ancaq 
Xəlilovanın xəstəliyi üzündən onlar vətəndaşlıq vəziyyəti aktla-
rının  dövlət  qeydiyyatı  orqanına  yeni  müəyyən  edilmiş  vaxtda 
gələ bilməmiş və nikah bağlanmasının dövlət qeydiyyatı vaxtının 
dəyişdirilməsini  yenidən  xahiş  etmişlər.  Bu  zaman  vətəndaşlıq 


59
vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının müdiri Qasımov 
və Xəlilovanın vaxtında gəlməmələrinin və xahişlərinin səbəbini 
üzrsüz hesab edərək, onların nikah bağlanmasının dövlət qeydiy-
yatı vaxtını yenidən dəyişdirməkdən imtina etmişdir. Buna cavab 
olaraq  Qasımov  və  Xəlilova  vətəndaşlıq  vəziyyəti  aktlarının 
dövlət qeydiyyatı orqanının müdirinin hərəkətindən məhkəməyə 
şikayət edərək, baş vermiş hadisələrin səbəbi üzündən nikah bağ-
lanmasının  dövlət  qeydiyyatı  vaxtının  dəyişdirilməsi  haqqında 
ərizələrinin təmin edilməsini xahiş etmişlər. 
 Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin 
müdirinin  qərarını  necə  izah  etmək  olar?  Məhkəmə  şikayətlə 
bağlı hansı qərarı qəbul etməlidir?
Məsələ 5.
1994-cü ildə vətəndaş Rəsulov vətəndaş Vahabova ilə nikaha 
daxil olmaq haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qey-
diyyatı orqanına ərizə vermişdir. Rəsulov ərizəsində əvvəl nikahda 
olduğunu, ancaq sonradan ayrıldığını göstərsə də, onun paspor-
tunda  nəyə  görəsə  birinci  nikahın  bağlanması  haqqında  möhür 
yox idi. Rəsulov vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiy-
yatı şöbəsinin müdirini inandırmışdır ki, onun boşanma haqqında 
şəhadətnaməsi vardır və o, nikah bağlanmasının dövlət qeydiyyatı 
günü bu sənədi gətirəcəkdir. Buna görə Rəsulov və Vahabovanın 
nikaha daxil olmaq haqqında ərizələri qəbul edilmişdir. Bir ay son-
ra  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  orqanında 
nikahın qeydə alınmasından qabaq Rəsulovdan boşanma haqqında 
şəhadətnamə  tələb  edilmişdir.  Bunun  əvəzində  o,  məhkə mə nin 
nikahın ləğv edilməsi haqqında 12 mart 1992-ci il tarixli qanuni 
qüvvəyə  minmiş  qətnaməsini  təqdim  etmişdir.  Həmçinin  ay dın 
olmuşdur ki, Rəsulov nikahın ləğvini vətəndaşlıq vəziyyəti aktla-
rının dövlət qeydiyyatı orqanında qeydiyyatdan keçirməmişdir.
Belə vəziyyətdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiy-
yatı orqanı necə hərəkət etməlidir? Rəsulov və Vahabova arasın-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə