K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

63
dur, ancaq sonradan iddiaçının təqsiri üzündən onlar arasında na-
razılıqlar yaranmışdır. Cavabdeh həmçinin göstərmişdir ki, onlar 
iki il yarım birgə yaşamışlar, o, əmək haqqını həmişə evə gətir-
miş,  arvadının  və  onun  birinci  nikahdan  olan  azyaşlı  oğlunun 
qayğısına  qalmışdır.  Onunla  arvadı  arasında  yaranmış  ədavətli 
münasibətlər üzündən və buna görə birgə yaşayış mümkün olma-
dığından ailənin sosial kirayə müqaviləsi əsasında tutduğu yaşa-
yış sahəsinin bölünməsi haqqında məsələni o, həqi qətən, qaldır-
maq istəyir.
Abbasovanın  iddiası  üzrə  məhkəmə  hansı  qərarı  qəbul 
etməlidir? Belə nikahda olan şəxslərin qeyri-əmlak və əmlak hü-
quqlarına  münasibətdə  nikahının  məhkəmə  tərəfindən  etibarsız 
sayılmasının hüquqi nəticələri hansılardır? 
Məsələ 11.
Vətəndaş Kamilov birinci arvadından ayrılmadan və bu halı 
gizlədərək  vətəndaş  Məmmədova  ilə  2002-ci  ildə  nikaha  daxil 
olmuşdur. 2008-ci ilin martında Kamilovun birinci arvadı Dada-
şovanın  iddiası  ilə  Kamilovla  Məmmədovanın  nikahı  etibarsız 
sayılmışdır. Məhkəmənin qərarından altı ay sonra Məmmədova 
yaşına görə (58 yaş) əmək qabiliyyətinin olmamasına, az təqaüd 
almasına,  yaşayış  üçün  vəsaitinin  çatmamasına  istinad  edərək 
özünün  saxlanılması  üçün  Kamilovdan  vəsait  tutulması  barədə 
ona qarşı iddia qaldırmışdır. Bundan başqa, iddiaçı Kamilovun 
hərəkətləri  nəticəsində  ona  vurulmuş  mənəvi  zərərin  əvəzinin 
ödənilməsini də tələb etmişdir. 
Ər-arvaddan birinin digərindən nikahda olmasını gizlətməsi 
halında nikahın məhkəmə tərəfindən etibarsız sayılmasının hansı 
hüquqi nəticələri vardır? Vicdanlı həyat yoldaşının anlayışını ve-
rin. Məmmədovaya vurulan mənəvi zərərin ödənilməsi üçün əsas 
vardırmı? Mənəvi zərərin kompensasiyası üsulunu və məbləğini 
göstərin. Məmmədovanın iddiası ödənilməlidirmi?


64
Məsələ 12.
Kərimova Qarayevlə nikahının etibarsız sayılması iddiası ilə 
məhkəməyə  müraciət  etmişdir.  Kərimova  iddia  ərizəsində 
göstərmişdir ki, ona aşağıdakılar məlum olmuşdur: nikah bağlan-
masının  dövlət  qeydiyyatı  zamanı  iddiaçı  qey diy yata  alınmış 
başqa nikahda olmuş, bunu ondan və onlar arasında nikah bağlan-
masının dövlət qeydiyyatını həyata keçirən vətəndaşlıq vəziyyəti 
aktlarının dövlət qeydiyyatı orqanından gizlətmişdir. 
Məhkəmə  iclasında  Qarayev  Kərimova  ilə  nikaha  daxil  ol-
mazdan  qabaq  baş qa  nikahda  olduğunu  inkar  etməmiş,  ancaq 
göstərmişdir ki, Kərimova ilə ni ka hının qeydiyyatından bir qədər 
əvvəl birinci nikah məhkəmə qərarı ilə pozul muşdur. O, boşan-
manın  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  orqa-
nında qeydiyyata alınmasının (Azərbaycan Respublikasının Ailə 
Məcəlləsinin  23.2-ci  maddəsinin  tələblərindən)  zəruriliyin dən 
xəbərsiz  olmuş,  buna  görə  birinci  nikah  pozulduğundan  onun 
barəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı or-
qanında danışmamış, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qey-
diyyatı  orqanının  əməkdaşı  isə  ondan  şəxsi  sənədlərini  tələb 
etməmişdir.  Bundan  başqa,  Qarayev  Kərimovanın  iddia  irəli 
sürməsinə  qədər  birinci  nikahın  pozulması  haqqında  aldığı 
şəhadətnaməni məhkəməyə təqdim etmişdir. 
Şəxsin nikahda olması onun başqa nikah bağlamasına mane 
olan haldırmı? Nikaha daxil olan şəxslərin nikahın dövlət qey-
diyyatı və onların şəxsiyyətini təsdiq edən sənədlərin təqdim edil-
məsi zamanı şəxsən iştirakı tələb edilirmi? Əgər sonradan nika-
hın bağlanmasına mane olan hallar aşkar olarsa, belə nikah eti-
barsız  sayılırmı?  Kərimovanın  iddiası  üzrə  məhkəmə  hansı 
qərarı çıxaracaq? 
Məsələ 13.
Q.Y.Kazımova ilə ikinci nikahda olan S.V.Salayev bu nikahı 
da poz muşdur. Bundan sonra Kazımova öyrənmişdir ki, Salayev 


65
onunla evlənənə qədər F.Ş.Ələkbərova ilə qeydiyyata alınmış ni-
kahda olmuş və onu pozmamışdır. Kazımova hüquq məsləhətxa-
nasına müraciət edərək bu faktın müəyyən edilməsi nəticəsində 
nələrin dəyişəcəyini aydınlaşdırmağı xahiş etmişdir. 
Kazımovaya hansı cavabı verə bilərsiniz?
Məsələ 14.
Vətəndaş  K.S.Bayramova  2007-ci  ilin  iyununda  vətəndaş 
V.P.Əsədovla nikaha daxil olmuş, bundan sonra onlar Bayramo-
vanın  özəlləşdirilmiş  mənzilində  birgə  yaşamağa  başlamışlar. 
Bayramovanın birinci nikahdan olan iki uşağı da onlarla birlikdə 
olmuşdur. Nikahlarının qanunla müəyyən edilmiş qaydada 2006-cı 
ildə pozulduğu Bayramovanın birinci əri Bayramov 2008-ci ilin 
payızında ona xəbər vermişdir ki, Əsədov son iki ildə QİÇS viru-
sunun daşıyıcısıdır, ancaq o, anonim müalicə alaraq bu halı hamı-
dan gizləyir. Bununla bağlı Bayramov keçmiş arvadına öz uşaqla-
rının sağlamlığına görə narahatlığını bildirmiş və ona Əsə dovun 
tibbi müayinədən keçirilməsini təşkil etməyi təklif etmişdir. 
Bayramova  bu  təkliflə  razılaşmış,  ancaq  baxılan  məsələdə 
təcrübəsiz olması ilə bağlı vəkilin köməyinə müraciət etmişdir. 
Bu zaman o, birinci ərinin məlumatının düzgün olması halında 
Əsədovla nikahı pozmaq niyyətinin olmasını bildirmişdir. 
Belə  vəziyyətdə  vəkil  Bayramovaya  nə  məsləhət  verə  bilər? 
Şərh  edilən  vəziyyətdə  Bayramova  ilə  Əsədovun  nikahının  eti-
barsız sayılması mümkündürmü?
Məsələ 15.
Səksən  üç  yaşlı  D.V.Orucov  və  əlli  üç  yaşlı  L.E.Nəzərova 
2008-ci ilin fevralında belə bir şərtlə nikah bağlamağı qərara al-
mışlar ki, Nəzərova Orucova lazımi qulluq göstərəcək, sonuncu 
isə ona ölümündən sonra özünün özəlləşdirilmiş mənzilini miras 
qoyacaqdır. 2008-ci ilin mayında nikahın bağlanmasının dövlət 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə