K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

66
qeydiyyatı aparıldıqdan sonra Nəzərova Orucovun yaşayış yerinə 
qeydiyyata  düşmüşdür.  Bundan  iki  ay  sonra  o,  həyat  yoldaşı 
vəzifəsini yerinə yetirməyi və Orucova qulluq göstərməyi dayan-
dırmışdır.  2008-ci  ilin  noyabrından  isə  Orucovla  faktiki  olaraq 
bir yerdə yaşamamışlar. 
Bununla bağlı Orucov Nəzərova ilə olan nikahının etibarsız 
sayılması iddiası ilə məhkəmədə iddia qaldırmışdır. Bu zaman o 
göstərmişdir ki, mənzilə görə saxta nikah bağlanmış, tərəflər ailə 
münasibətlərini qısa müddətdə saxlamışlar, bundan başqa, onla-
rın arasında böyük yaş fərqi vardır (33 il). 
Orucovun iddiası üzrə məhkəmə hansı qərarı qəbul etməlidir? 
Məsələ 16.
Ər-arvad Təhməzovlar yaşayış yeri üzrə vətəndaşlıq vəziyyəti 
aktlarının dövlət qeydiyyatı orqanına itirdikləri nikah bağlanması 
haqqında şəhadətnamənin təkrarının verilməsi xahişi ilə müraciət 
etmişlər. Onlara dövlət rüsumu ödəmək təklif olunmuşdur. Eyni 
zamanda ərizəçilərə bildirilmişdir ki, nikahın bağlanması haqqın-
da şəhadətnamənin təkrarı sorğu verən şəxslərin özünə verilmir 
və onlara yalnız sifarişli məktubla, həm də bütün zəruri sənədlərlə 
birlikdə ərizə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı 
orqanına daxil olduqdan sonra bir aydan az olmayan müddətdə 
göndərilə bilər. 
Vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  orqanının 
vəzifəli şəxslərinin hərəkəti qanunidirmi? Baxılan hallarda döv-
lət  rüsumunun  tutulması  nəzərdə  tutulmuşdurmu,  əgər  nəzər də 
tutulmuşdursa, onun məbləği və ödənilməsi qaydası necədir? Ni-
kah bağlanması haqqında şəhadətnamənin təkrar verilməsi qay-
dası və müddəti necədir?


67
III MÖVZU
Nikaha xitam verilməsi
Əsas məsələlər
1. Nikaha xitam verilməsinin anlayışı, əsasları və qaydası. 
2.  Ər-arvadın  hər  ikisinin  ərizəsi  ilə  vətəndaşlıq  vəziyyəti 
aktlarının dövlət qeydiyyatı orqanında nikaha xitam verilməsi. 
3. Ər-arvadın birinin ərizəsi ilə vətəndaşlıq vəziyyəti aktları-
nın dövlət qey diy ya tı orqanında nikaha xitam verilməsi. 
4. Məhkəmə qaydasında nikaha xitam verilməsi:
a) ər-arvaddan birinin nikaha xitam verilməsinə razı olma-
ması;
b) ər-arvadın qarşılıqlı razılığı ilə nikaha xitam verilməsi. 
5.  Nikaha  xitam  verilməsi  haqqında  qətnamə  çıxararkən 
məhkəmənin həll etdiyi məsələlər.
6.  Nikahın  pozulması  zamanı  nikaha  xitam  verilməsi  vaxtı. 
Nikaha xitam verilməsinin hüquqi nəticələri.
7. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (ar-
vad) gəlib çıxdıqda nikahın bərpası. 
Yoxlama sualları
1. Nikaha xitam verilməsinin əsaslarını göstərin. Ərin (arva-
dın) ölməsi və ya məh kəmə qaydasında ölmüş elan edilməsi hal-
larında və ya itkin düşmüş hesab edi lən hallarda nikah bağlanma-
sının  dövlət  qeydiyyatı  orqanlarında  nikaha  xi tam  verilməsinin 
qeydiyyatdan keçirilməsi tələb edilirmi?
2. Boşanmanın (nikaha xitam verilməsinin) anlayışını verin. 
Nikaha xitam ve rilməsinin nikahın pozulmasından fərqi nədir?
3.  Boşanmanın  təşəbbüskarı  kim  ola  bilər?  Nikaha  xitam 
verilməsi haqqında iddia hansı hallarda ər-arvaddan birinin qəy-
yumu tərəfindən verilə bilər?


68
4. Nikaha xitam verilməsi haqqında tələb irəli sürülməsi han-
sı hallarda digər tərəfin razılığını tələb edir? 
5. Ər-arvaddan birinin ölməsi və ya məhkəmə qaydasında öl-
müş  elan  edil mə si  nəticəsində  nikaha  xitam  verilməsi  vaxtını 
müəyyən edin. 
6. Ər-arvadın hər ikisinin ərizəsi əsasında nikah bağlanması-
nın  dövlət  qey diyyatı  orqanlarında  nikaha  xitam  verilməsinin 
əsası və qaydası nədən ibarətdir?
7.  Ər-arvadın  birinin  ərizəsi  əsasında  nikah  bağlanmasının 
dövlət qeydiyyatı orqanlarında nikaha xitam verilməsinin əsasını 
və qaydasını göstərin. 
8.  Məhkəmə  qaydasında  itkin  düşmüş,  fəaliyyət  qabiliyyəti 
olmayan hesab edilmiş, habelə cinayət törətməyə görə ən azı üç 
il müddətinə azadlıqdan məhrum olunmuş ərlə (arvadla) nikaha 
xitam verilməsinin xüsusiyyətləri varmı?
9. Nikaha xitam verilməsi üçün əsasın olmaması motivi üzrə 
nikah  bağlan ma sının  dövlət  qeydiyyatı  orqanı  nikaha  xitam 
verilməsindən imtina edilə bi lərmi? 
10.  Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsinin  17-ci 
mad dəsində göstəri lən əsaslar üzrə nikaha xitam verilməsi haq-
qında ərizəyə hansı sənədlər əlavə edil məlidir? 
11. Nikah bağlanmasının dövlət qeydiyyatı orqanlarında ni-
kahın  pozulması  vaxtı  ər-arvad  arasında  yaranan  mübahisələrə 
hansı qaydada baxılır?
12. Nikaha xitam verilməsinin məhkəmə qaydası hansı hal-
larda tətbiq edilir?
13. Ər-arvad arasında hansı mübahisələr məhkəmə tərəfindən 
nikaha xitam ve rilməsi ilə bərabər həll edilir? 
14. Nikaha xitam verilməsinə ər-arvadın qarşılıqlı razılığı ol-
duqda nikahın məhkəmə tərəfindən pozulması işinə baxılmasının 
hansı xüsusiyyətləri vardır?
15. Nikaha xitam verilməsi haqqında işin məhkəmə araşdırıl-
masında ər-ar va dın hər ikisinin iştirakı məcburidirmi?


69
16. Nikaha xitam verilməsinə ərin (arvadın) razılığı olmadıq-
da nikahın məh kə mə qaydasında pozulmasının xüsusiyyətlərini 
göstərin. 
17. Nikahın məhkəmə qaydasında pozulması üçün əsas nədir?
18. Nikahın pozulması işinə baxan məhkəmə hansı qətnaməni 
çıxara bilər?
19.  Hansı  halda  məhkəmə  ər-arvadın  barışması  tədbirlərini 
qəbul  etmək  hü qu quna  malikdir?  Məhkəmə  barışıq  üçün  hansı 
müddəti təyin edə bilər? 
20.  Məhkəmə  ər-arvadın  hansı  tələblərini  ayrıca  icraata 
götürmək hüququna malikdir? 
21.  Nikahın  pozulması  haqqında  iddia  ərizəsinə  və  nikahın 
pozulması  haq qında  məhkəmə  qətnaməsi  üzrə  nikaha  xitam 
verilməsinin dövlət qeydiyyatına görə ər-arvadın ödəməli olduğu 
dövlət rüsumunun məbləği nə qədərdir? 
 22. Nikah bağlanmasının dövlət qeydiyyatı orqanlarında po-
zulmuş nikah hansı vaxtdan xitam verilmiş hesab edilir? 
23. Məhkəmə qaydasında pozulmuş nikah hansı vaxtdan xi-
tam verilmiş hesab edilir? 
24.  Nikah  məhkəmə  qaydasında  pozulduqda  nikaha  xitam 
verilməsi vaxtı haq qında Azərbaycan Respublikasının Ailə Məcəl-
ləsinin 23-cü maddəsinin müd də ası hansı zamandan tətbiq edilir? 
25. Nikaha xitam verilməsinin (boşanmanın) hüquqi nəticələ-
rini  göstərin.  Ər-arvad  arasında  hansı  hüquq  münasibətləri  bo-
şanma zamanı saxlana bilər? 
26. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (ar-
vad)  gəlib  çıx dıqda  nikahın  bərpası  üçün  hansı  əsas  zəruridir? 
Nikahın  bərpası  üçün  qanunda  məhdudiyyət  nəzərdə  tutulmuş-
durmu? 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə