K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

45
təyin  olunmasın  razılıq  verilir  (Azərbaycan  Respublikası  Ailə 
Məcəlləsinin 137-ci maddəsi):
– valideynlik hüququndan məhrum olunan şəxslər
– on səkkiz yaşına çatmayan şəxslər;
– məhkəmə tərəfindən tam və qismən fəaliyyət qabiliyyətsiz 
hesab edilmiş şəxslər;
–  keçmiş  övladlığa  götürənlər,  əgər  onların  təqsiri  üzündən 
övladlığa götürmə ləğv olunmuşsa, səhhətinə görə uşağı tərbiyə 
etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər.
5. Tələbələrə tədrisin gedişində o da vurğulanmalıdır ki, qəy-
yum ların  və  himayəçilərin  fəaliyyətinə  nəzarət  həyata  keçirilir, 
qəyyumluğa və himayəyə götürülənlərin əmlakı da himayə olunur.
Əmlakın  qorunması  yerləşdiyi  yerin  qəyyumluq  və  himayə 
orqanına həvalə edilir. Lazım gəldikdə bu orqan əmlak üzərində 
qəyyum təyin edə bilər.
Qəyyumluq və himayə orqanının sərəncamında gəlir gətirən 
əmlak olduqda, qəyyumluq və ya himayəçilik həmin əmlakı idarə 
etməklə  bağlıdırsa,  bu  orqan  qəyyuma  və  himayəçiyə  müvafiq 
haqq təyin edə bilər. Belə halda qəyyuma və ya himayəçiyə haqq 
əmlakdan alınan gəlir hesabına verilir.
6.  Tədris  prosesində  tələbələr  tərəfindən  qəyyumluğa  və 
hima yəçiliyə  xitam  verilməsinin  hüquqi  həlli  və  nəticələri  də 
əhatəli mənimsənilməlidir. Bu, aşağıdakı hallarda baş verir:
– himayədə olan uşaq övladlığa götürüləndə;
– himayədə olan uşaq uşaq müəssisəsinə tam dövlət təmina-
tına veriləndə;
– uşaq öz valideynlərinin yanına qaytarılanda;
– qəyyum və himayəçi öz vəzifəsinin öhdəsindən gələ bilmə-
yəndə;
– qəyyum və himayəçi ilə qəyyumluğa və himayəyə götürülən 
ümumi ünsiyyət tapa bilməyəndə;
–  qəyyum  və  himayəçi  vəzifəsini  lazımi  səviyyədə  yerinə 
yetirə bilməyəndə;


46
– qəyyumluğun və himayəçiliyin himayədə olanın əmlakına 
sahib olmaq məqsədilə həyata keçirildıyi aşkarlananda. 
Tərbiyə edilmək üçün uşağın himayədar (patronat – keçmişdə 
olan adı) ailəyə alınmasının xüsusiyyətlərinə də tədris prosesində 
xüsusi yer verilməlidir. Patronat 1936-cı ildən sovet ailə hüqu-
qunda mövcud olmuşdur. Lakin sonralar qəyyumluqla qarışmış-
dır. Lakin 1970-ci ildən sonra (yəni Azərbaycan SSR-i Nikah və 
Ailə Məcəlləsi) yenidən patronatın tətbiqinə başlanmışdır.
Belə ailə tipi müqavilə ilə yaradılır, ailəyə qəbul edənlər tər-
biyəçi valideyn adlandırılır. Onların əməyi ödənilir, habelə uşaq-
ların sağlam böyüməsi və tərbiyə alması üçün tərbiyəçi valideyn-
lərə  büdcədən  zəruri  vəsait  ayrılırdı.  Patronat  tipli  ailələrə 
güzəştlər və imtiyazlar verilirdi. 
Hal-hazırda patronat sözü AM-dən çıxarılmış və himayədar 
ailə  sözü  ilə  əvəz  edilmişdir,  patronat  ailənin  funksiyalarını 
himayədar ailə yerinə yetirir.
Aşağıdakı şəxslərin ailələrinə uşaq tərbiyəyə verilə bilməz:
– yetkinlik yaşına çatmayanlar;
– məhkəmələr tərəfındən tam və ya qismən fəaliyyəti qabiliy-
yətsiz sayılanlar;
–  məhkəmələr  tərəfindən  valideynlik  hüququndan  məhrum 
edilənlər və valideynlik hüququ məhdudlaş dırı lanlar;
–  qəyyumluqdan  və  ya  himayəçilikdən  öz  vəzifəsini  yerinə 
yetirmədiyinə,  habelə  lazımi  səviyyədə  yerinə  yetirmədiyinə 
görə kənarlaşdırılanlar;
– məhkəmə tərəfindən övladlığa uşaq götürmək hüququndan 
məhrum edilənlər:
– xroniki xəstələr.
Əlavə edək ki, himayədar ailələrlə bağlanan müqavilənin po-
zulmasının motivlərinə də diqqət verilməsi tövsiyə olunur.
Ümumiyyətlə,  hal-hazırda  bu  institutun  geniş  tətbiqinə  yol 
verilməlidir. RSFSR-in yeni qəbul edilmiş AM-də himayədar tipli 
ailələrə xüsusi diqqət verilir və bu cür uşaqlara baxan ailələrə 
dövlət  tərəfindən  çoxlu  imtiyazlar  müəyyən  edilir.  Hal-hazırda 


47
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə bu institutla bağlı 
ciddi dəyişikliklər olunmuşdur.
Onu da tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, Azərbay-
can  Respublikasında  erməni  təcavüzü  nəticəsində  internat  tipli 
mək təblərdə  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqların 
himayədar ailələrə qəbul edilməsi çox vacibdir. Hətta yeni qəbul 
edilmiş  qanunda  bu  uşaqlar  tərbiyəçi  valideynlə  bir  yerdə 
yaşama  salar da, bu institutun tətbiqinə yol verilir. Bir problemə 
tələ bələrin  diqqətini  xüsusilə  cəlb  etmək  lazımdır  ki,  tərbiyəçi 
valideyn uşaqla internat məktəblərdə əlaqə saxlayır, onların tərbi-
yə sinə xüsusi diqqət yetirir. Onlarla özləri arasında doğmalıq ya-
radır. Bundan əlavə, tərbiyəçi valideynlər həmin uşaqları bayram-
larda və ya ad günlərində evlərinə gətirir, onlara hər cür qayğı 
göstərirlər.
Arzu edirik ki, dünyanın heç bir yerində olmayan istiqanlılıq 
kimi bir keyfiyyəti olan Azərbaycanda nə uşaq evləri, nə də baş-
qa himayədarlıq olsun. Hər bir uşağın öz ailəsi və xoşbəxt uşaqlı-
ğı olsun.


48
AİLƏ HÜQUQU FƏNNİ ÜZRƏ KAZUSLAR
I MÖVZU
Ailə hüququnun anlayışı və predmeti. 
Ailə-hüquq münasibətləri
Əsas məsələlər
1. Ailə  hüququnun  anlayışı  və  predmeti. Ailə  hüquq  müna-
sibətlərinin tənzimlənməsi predmeti. 
2. Ailə hüququnun əsas prinsipləri.
3. Ailə hüququnun quruluşu və mənbələri. Mülki qanunveri-
ciliyin ailə münasibətlərinə beynəlxalq hüquq və xarici ölkələrin 
ailə hüquq normalarının tətbiqinin əsasları. 
4. Ailə-hüquq münasibətlərinin anlayışı, növləri, subyektləri 
və obyektləri. 
5. Ailə hüququnda hüquq qabiliyyəti və hüquq qabiliyyətinin 
olmaması.
6.  Ailə  hüquqlarının  həyata  keçirilməsi  və  müdafiəsi.  Ailə 
vəzifələrinin yerinə yetirilməsi. Ailə hüququnda məsuliyyət. 
7.  Ailə  hüququnda  iddia  müddətinin  və  digər  müddətlərin 
keçməsi.
Yoxlama sualları
1. Ailə hüququnun anlayışını verin. Ailə hüququ hansı müna-
sibətləri tənzimləyir? Onların hansı xüsusiyyətləri vardır?
2. Ailə hüququnun əsas vəzifələrini göstərin.
3.  Ailə-hüquq  münasibətlərinin  tənzimlənməsi  metodunun 
özünəməxsus xüsusiyyətləri nədən ibarətdir? 
4. Sosioloji və hüquqi mənada ailənin anlayışını verin. Ailə 
cəmiyyətdə hansı funksiyaları yerinə yetirir?
5.  Ailə  hüququnun  prinsipləri  dedikdə  nələr  başa  düşülür? 
Onları göstərin və məzmununu açıqlayın. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə