Kafedra: Mühəndis Fizikası və Elektronika Fənnin adı: Fizika 2 slayd fakültə



Yüklə 1,49 Mb.
səhifə6/18
tarix31.12.2021
ölçüsü1,49 Mb.
#81284
1   2   3   4   5   6   7   8   9   ...   18
Musa Əlizadə

(x,y,z,t) = (x,y,z)  (t)

şəklində olur. Burada E – qeyri-relyatvistik halda hissəciyin tam enerjisidir.



ATOM VƏ NÜVƏ FİZİKASININ ELEMENTLƏRİ.

Atomun Rezerford modeli

Maddənin ən kiçik və bölünməz hissəciyi – atom haqqında məlumatlar antik dövrlərdən mövcud olsa da, onun quruluşu haqqında ən ciddi məlumatlar ancaq XX əsrin əvvəllərində meydana çıxmışdır. Atomun quruluşu haqqında, mövcud təcrübi nəticələrə əsaslanan, ilk məlumat Tomsona məxsusdur. Tomsona görə atom, radiusu 10-10 m olan, müsbət yüklənmiş kürəcikdən ibarətdir. Bu kürəciyin daxilində isə elektronlar tarazlıq vəziyyəti ətrafında rəqs edirlər. Elektronların mənfi yüklərinin cəmi kürəciyin müsbət yükünə bərabərdir. Lakin təcrübələr sübut etdi ki, atomun bu modeli yaramır.

İngilis alimi E. Rezerfordun 1911-ci ildə, böyük enerjili -hissəciklərin nazik metal (qızıl, platin) təbəqəsindən keçməsini öyrənmək nəticəsində təklif etdiyi atomun «planetar» modeli elmitn sonrakı inkişafında çox böyük rol oynadı. -hissəcik, yükü 2e -yə bərabər olan müsbət yüklü hissəcikdir. Onun kütləsi 7300 dəfə elektronun kütləsindən böyükdür.

Rezerford, belə hissəciklərin nazik (1 mkm) qızıl təbəqəsindən keçməsini öyrənərək göstərdi ki, bu hissəciklərin əsas hissəsi qızıl təbəqəsindən keçdikdən sonra əvvəlki istiqamətdən ya heç meyl etmirlər və ya da çox cüzi meyl edirlər. Lakin bu hissəciklərin çox cüzi bir hissəsi isə (təqribən 20000-dən biri) əvvəlki istiqamətdən çox kəskin (130150) meyl edirlər.




Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə