KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə5/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   2   3   4   5   6   7   8   9   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
rumların formalaşdırdığı iqtisadi fəaliyyət əsaslı qruplar halın‐
da  yenidən  ortaya  çıxmaqdadır.  Burada  şirkətlərin  ortadan 
qalxması, yəni yox olması deyil dönüşməsi nəzərdə tutulur. 
‐ Yeni iqtisadiyyat bir şəbəkə iqtisadiyyatıdır: Kommunika‐
siya şəbəkələri ilə bütünləşən bir iqtisadiyyatdır. Analoq xətlər 
yerinə  rəqəmsəl  kommunikasiya  şəbəkələrinin  yaranması  və 
klassik  əsas  kompüter  sistemindən  veb  əsaslı  sistemə  doğru 
gerçəkləşən  yerdəyişmə  biznes  dünyasında  önəmli  transfor‐
masiyalara  səbəb  olmaqdadır.  Yeni  texnologiya  və  kommuni‐
kasiya şəbəkələri kiçik səviyyəli şirkətlərə böyük səviyyəli şir‐
kətlərin sahib olduğu miqyas iqtisadiyyatları və ehtiyatları əl‐
də  etmə  kimi  başlıca  üstünlüklərə  malik  olma  imkanı  yarat‐
maqdadır. 
‐ Yeni iqtisadiyyatda vasitəçilər əsasən aradan qalxacaqdır: 
Özəl  və  dövlət  sektorunda  bir  çox qurum  istehlakçıları  ilə  şə‐
bəkələr vasitəsilə birbaşa təmas quracaqlar və vasitəçilərini de‐
mək olar ki, sıradan çıxaracaqlar. 
‐  Yeni  iqtisadiyyatın  hakim  sektoru  üçlü  bir  formasiyadır: 
Sənaye  iqtisadiyyatında  maşınqayırma  sektoru  açar  mövqe‐
yində ikən, yeni iqtisadiyyatda hakim iqtisadi sektor digər bü‐
tün sektorların rifah yaratmasına gedən yolu təşkil edən kom‐
püter,  kommunikasiya  və  əyləncə  sənayelərinin  bütünləşməsi 
ilə formalaşan yeni media sektorudur. 
‐ Yeni iqtisadiyyat yenilik əsaslı bir iqtisadiyyatdır: Yeni iq‐
tisadiyyatın  prinsipi  “öz  məhsulunun  modasını  özün  yekun‐
laşdır”  olacaqdır.  Əgər  yeni  və  uğurlu  bir  məhsul  yaradılmış 
və bazara çıxarılmışsa, hədəf bu məhsulun daha da inkişaf et‐
dirilmişinin yaradılması və ilk məhsulun modasının yekunlaş‐
dırılması olmalıdır. 
‐ Yeni iqtisadiyyatda istehsalçı və istehlakçı fərqi azalmaq‐
dadır:  Kütləvi  istehsalın  yerini  çoxsaylı  müştəri  tələbatlarına 
uyğunlaşan istehsalın alması ilə birlikdə, istehsalçılar fərdi is‐
tehlakçıların  zövq  və  tələbatlarına  uyğun  özəl  əmtəə  və  xid‐
 
‐ 19 ‐


İlkin Sabiroğlu 
mətlər təklif etmə zərurəti ilə üzləşmişlərdir. Yeni iqtisadiyyat‐
da istehlakçılar faktiki olaraq istehsal prosesinə qatıla bilmək‐
dədirlər. 
‐ Yeni iqtisadiyyat bir sürət iqtisadiyyatıdır: Rəqəmsəl mə‐
lumatlar  üzərinə  qurulmuş  bir  iqtisadiyyatda,  şirkətlərin  mü‐
vəffəqiyyəti  və  iqtisadi  fəaliyyətlər  baxımından  sürət  başlıca 
dəyişkəndir. 
‐  Yeni  iqtisadiyyat  qlobal  bir  iqtisadiyyatdır:  İki  qütblü 
dünyanın dağılmasından sonra, iqtisadi divarların əhəmiyyətli 
səviyyədə  ortadan  qalxdığı,  dinamik,  yeni  və  dəyişkən  qlobal 
bir mühit ortaya çıxmışdır. 
‐  Yeni  iqtisadiyyat  bəzi  sosial  problemləri  özü  ilə  birlikdə 
gətirmişdir: Yeni bir iqtisadiyyatın astanasında, güc, mühafizə, 
bərabərlik,  keyfiyyət,  biznes  həyatının  keyfiyyəti  və  demok‐
ratik prosesin gələcəyi kimi bir sıra problemləri özü ilə birlik‐
də gətirən yeni bir siyasi iqtisadiyyatın başladığı da müşahidə 
edilməkdədir. 
Ən  əsası  isə  odur  ki,  yeni  iqtisadiyyat,  insana  qoyulan  in‐
vestisiyanın  gəlirinin  fiziki  sərmayə  investisiyalarından  daha 
yüksək  olduğu  bir  mərhələyə  daxil  olduğumuzu  da  göstər‐
məkdədir.  Fərdlərin,  bazarda  sahib  olduqları  informasiyanın 
dəyəri, zamanla daha da əhəmiyyətli hala gəlməkdədir.
23
İnformasiya çağı yeni iqtisadiyyata sahib ölkələrin çağıdır. 
İnsanına  deyil,  təbii  ehtiyatlarına  arxalanan  “köhnə  iqtisadiy‐
yat”a  sahib  ölkələr  çağın  gerisində  qalan  ölkələrdir.  Beynəl‐
xalq  hesabatlarda  Azərbaycanın  mütəxəssis  sarıdan  kasad  bir 
ölkə olduğu xüsusi vurğulanır. Ölkəni yeni iqtisadiyyata daşı‐
maq üçünsə İKT sahəsində çoxsaylı mütəxəssislərə ehtiyac var. 
 
 
                                                 
23
 İlkin Sabiroğlu, “İKT üzrə universiteti zəruri edən nədir?”, “Gündəlik 
Azərbaycan” qəzeti, 13 dekabr 2005. 
 
‐ 20 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Hazırlığa haradan 
başlamalı? 
 
Əvvəlki iqtisadi nəzəriyyələrə görə, istehsal amillərinin gə‐
lirləri  bütün  bölgələrdə  tarazlanana  qədər,  əmək  ehtiyatları 
əmək  haqlarının  daha  aşağı  olduğu  bölgələrdən  daha  yüksək 
olduğu bölgələrə doğru, kapital ehtiyatları da bunun tərsi yön‐
də hərəkət edərdi. Yəni, Azərbaycan kimi ölkələrdə əmək haq‐
ları aşağı olduğundan, məsələn, ABŞ şirkətləri öz vətənlərində 
deyil, gəlib Azərbaycanda istehsalla məşğul olmalı idilər. Belə‐
cə ölkələrarası kəskin rifah fərqləri də azalmış olacaqdı. 
Lakin yeni nəzəriyyələr bu fikirləri alt‐üst etdi. Məlum oldu 
ki, həm kapital və investisiyalar, həm də əmək ehtiyatları əsa‐
sən yoxsul iqtisadiyyata sahib ölkələrdən zəngin iqtisadiyyata 
sahib ölkələrə doğru yönəlir. Çünki, bilgi (informasiya) çağını 
yaşayan zəngin iqtisadiyyata sahib ölkələrdə təhsilin və ən ye‐
ni  texnologiyaların  istehsal  prosesinə  tətbiqi  sayəsində  çox 
yüksək məhsuldarlıq həddi əldə edilməkdədir. Bunu belə başa 
düşmək  olar:  ABŞ‐da  3000  dollar  əmək  haqqı  alan  bir  işçi, 
Azərbaycanda 100 dollar əmək haqqı alan 30 işçidən daha ar‐
tıq əlavə dəyər yaradır. Ona görə də bu gün dünyanın maliyyə 
bazarlarında dolaşan və həcmi trilyon dollarlarla ölçülən kapi‐
taldan Azərbaycan kimi keyfiyyətli əmək ehtiyatları və mütə‐
xəssis sarıdan sıxıntı çəkən ölkələr, təbii ehtiyatlar sektoru isti‐
sna olmaqla yetəri qədər pay ala bilmir. 
Macarıstan təcrübəsi isə göstərdi ki, ölkə zəruri hazırlıqları 
görmədən xarici sərmayə cəlb eləsə belə bu ölkədaxili rifah sə‐
viyyəsini  arzu  olunan  səviyyədə  yüksəltməyə  də  bilər.  Əgər 
həm  ölkəyə  xarici  sərmayə  cəlb  etmək,  həm  də  bunun  rifah 
üzərində  pozitiv  effektini  görmək  istəyiriksə  bu  işə  İrlandiya 
kimi  ciddi  hazırlaşmalı  və  xarici  sərmayə  mövzusunda  seçici 
davranmalıyıq.  Məsələn,  kənd  təsərrüfatına  cəlb  edilən  xarici 
 
‐ 21 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə