İlkin Sabiroğlu
sərmayənin rifah üzərində təsiri çox məhdud olduğu halda, in‐
formasiya və telekommunikasiya texnologiyaları sektoruna
cəlb edilən xarici sərmayə rifah üzərində qat‐qat yüksək pozi‐
tiv effekt yaratmaqdadır. İrlandiya hazırlığa məhz təhsil sahə‐
sində ciddi islahatlarla başlamışdı. Bu islahatlar çərçivəsində
İrlandiya universitetləri hər il İKT üzrə mütəxəssis olan çox‐
saylı mühəndislər hazırlayır. Azərbaycan da məhz günümü‐
zün tələblərinə cavab verən mütəxəssis sarıdan sıxıntı çəkmək‐
dədir.
Azərbaycan təhsildə islahatlara çağdaş standartları mənim‐
səməklə başlamalıdır. Əvvəlki bölmədə də qeyd etdiyimiz ki‐
mi təhsildə də “Avropa standartları” var və bu standartlar
“Boloniya prosesi” çərçivəsində formalaşır.
“Boloniya prosesi” ilə Avropa Ali Təhsil Zonası yaranır.
1999‐cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri 2010‐cu ilə qə‐
dər konsensus və əməkdaşlıq içərisində Avropa Ali Təhsil Zo‐
nasını yaratmaq məqsədilə Boloniya Deklarasiyasını imzala‐
dılar. Azərbaycan da artıq “Boloniya prosesi”nə qoşulub.
24
Bo‐
loniya Deklarasiyanın əsas məqsədləri ‐ asanlıqla başa düşülən
və müqayisə edilə bilən dərəcələr sisteminin adaptasiya edil‐
məsi, iki əsas pillə üzərinə qurulan bir sistemin adaptasiya
edilməsi (bakalavr/magistratura), kredit sisteminin qurulması,
çətinlikləri aşaraq sərbəst hərəkət imkanlarının tətbiqi üçün di‐
namizmin dəstəklənməsi, keyfiyyət təminatı kimi Avropa
əməkdaşlığının təqdimi, ali təhsil proqramlarında Avropa as‐
pektlərinin dəstəklənməsi şəklindədir.
25
2001‐ci ildə Boloniya Deklarasiyasına Praqa Deklarasiyası
çərçivəsində ömür boyu təhsil, ali təhsil qurumlarını və tələbə‐
ləri aktiv olaraq “Boloniya prosesi”nə qoşmaq, Avropa Ali
Təhsil Zonasının cazibəsini artırmaq hədəfləri əlavə edildi.
24
“Azərbaycan Boloniya prosesinə qoşulub”, APA, 24 may 2005.
25
The Bologna Process, “Towards the European Higher Education Area”,
http://www.bologna‐bergen2005.no/EN/BASIC/Pros‐descr.HTM, (01.03.2006).
‐ 22 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
“Boloniya prosesi” 2003‐cü ildə imzalanan Berlin Deklarasi‐
yası və 2005‐ci il Bergen Deklarasiyası ilə daha da inkişaf etdi‐
rildi. “Boloniya prosesi”ndən gözlənilən əsas faydalar univer‐
sitetlərin öz potensiallarını ölçə bilmələri, universitetlərin aka‐
demik dünya tərəfindən daha yaxşı tanınması, universitetlərin
Avropada və dünyada rəqabət qabiliyyətinin artması, Avropa
Birliyinin çalışmalarını əldə edə bilmə, şəbəkələrə daxil olma
və müvəffəqiyyətli çalışmalardan nümunə götürə bilmə imka‐
nının təmini və bu çalışmalar üçün Avropa Birliyindən maliy‐
yə dəstəyinin təminindən ibarətdir.
Nəhayət bu il Azərbaycanda qəbul edilməsi gözlənilən yeni
“Təhsil haqqında” qanun layihəsinin “Boloniya prinsipləri”ni
özündə əks etdirəcəyi söylənilir. Buradakı çətinliklərdən birisi
də orta məktəbləri 12 illik sistemə keçirməkdir.
26
Hər bir illik
əlavə təhsilin iqtisadi məhsuldarlıq üzərində öz müsbət effekti
var. Məsələn, Kaliforniya universitetindən iqtisadçı James
Rauch elmi çalışmaları ilə sübut edir ki, bir illik əlavə təhsil
məhsuldarlığı 2,8 faiz artırır. Ayrıca, təhsillə Milli Gəlir, iqtisa‐
di yığım meyli kimi dəyişkənlər arasında düz mütənasiblik
əlaqəsi var.
27
Lakin Azərbaycanda mövcud maddi‐texniki baza, maliyyə,
həmçinin kadr potensialı bu məsələdə ciddi çətinlik yaradır.
İndiki sistemlə belə məktəb problemini çözə bilmiş deyilik. Bir
tərəfdən məktəbləri kompüterləşdirməyə çalışırıq, digər tərəf‐
dən isə, ölkədə həddindən artıq ağır şəraitdə olan çoxlu sayda
məktəb binasının olduğu məlumdur. Doğrudur, dövlət proq‐
ramı əsasında yeni məktəblərin inşası prosesi gedir. Heydər
Əliyev fondu da bu istiqamətdə fəaliyyət göstərir. Həmçinin,
İslam İnkişaf Bankının ayırdığı kreditlərdən istifadə olunur.
26
“Orta məktəblərdə təhsil müddəti 12 ilə qədər artırılacaq”, “Şərq” qəzeti,
http://www.sherg.az/view.php?d=910, (01.03.2006).
27
Thomas A. Stewart, Entellektüel Sermaye, Türkcəyə tərcümə: Nurettin
Elhüseyni, Kontent Kitap, İstanbul, 1997, səh.88.
‐ 23 ‐
İlkin Sabiroğlu
Amma bütün bunlar çatışmazlığı aradan qaldırmağa kifayət
eləmir. Halbuki neft gəlirlərindən də ölkənin ən əhəmiyyətli
problemlərindən birinin həlli kimi bu istiqamətdə istifadə edi‐
lə bilər.
Yeri gəlmişkən, Azərbaycanda Yaponiyanın ayırmış oldu‐
ğu qrantlar sayəsində də orta məktəb binaları tikilərək istifadə‐
yə verilir.
28
Niyə digərlərinin deyil, məhz yaponların orta təh‐
sil üçün məktəb binası çatışmazlığı probleminə əhəmiyyət ver‐
məsi məni təəccübləndirmədi. Hələ 1872‐ci ildə 8 illik məcburi
təhsil sistemini tətbiq edən bir millətdən təhsilin əhəmiyyətini
daha yaxşı kim anlaya bilər ki?
28
“Yaponiya yardımların həcmini artıracaq”, “Ayna” qəzeti, 23 dekabr 2005.
‐ 24 ‐
Dostları ilə paylaş: |