İlkin Sabiroğlu
‐ Avropa Birliyi Konstitusiyası ilə birlikdə AB‐nə ümumi
bir xarici işlər naziri təyin olunacaq.
‐ Avropa Birliyi Konstitusiyası ilə birlikdə qadın‐kişi bəra‐
bərliyi və işsizliklə mübarizə kimi sosial siyasət məsələləri da‐
ha əhəmiyyətli hala gələcək.
‐ Uzun sürən müzakirələrdən sonra hazır hala gələn konsti‐
tusiya, 25 ölkə arasında mümkün ola biləcək ən yaxşı konsen‐
susdur.
‐ Avropa Birliyi Konstitusiyası, Fransanın Birlik daxilindəki
səs potensialını 9 faizdən 13 faizə çıxaracaq.
“IqtisadNet”in Forumunda Fransadan bir dostumuzun
yazdığına görə, referendumdakı “yox” nəticəsinin əsas səbəb‐
lərindən birisi də fransızların özlərinin sosial iqtisadi problem‐
lərini Avropa İttifaqı ilə bağlamalarıdır. Yalnız yeni birliyin
uğur və uğursuzluqlarından ehtiyatlanmaq deyil, mövcud
problemləri də onun üzərinə yazırlar. “Bir şeyi də vurğulamaq
lazımdır ki, bu səsvermədən siyasi məqsədlər üçün də istifadə
olundu. Yəni hökuməti, başda prezidenti istefaya göndərmək
üçün. Fransada hal‐hazırda işsizlik 10 faiz səviyyəsindədir.
Alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Sadə fransızların əksəriy‐
yəti bu konstitusiyanı oxumadılar belə. Sadəcə hökumətin bü‐
tün siyasi texnologiyalardan istifadə etməklə “Oui” (hə) üzə‐
rində davamlı təbliğatı “hökumətdən küskün təbəqələr”in
əlində ona qarşı “kozır”a çevrildi... Başqa bir bölgünü belə gör‐
düm. Nisbətən imkansızlar “yox”, imkanlılar; uzağı görənlər
isə “hə” dedilər...”
33
Əslində AB‐dəki bu müzakirələr və ziddiyyətlər daha libe‐
ral, yoxsa daha sosial bir kapitalizm istəyini də ortaya qoyur.
Bilindiyi kimi, AB ölkələrində iki fərqli kapitalizm nümunəsi
hakimdir: Bunlardan birincisi İngiltərədə hakim olan Anqlo‐
33
“Avropa Birliyi Konstitusiyası”,
http://www.iqtisad.net/forum/viewtopic.php?t=4, 29 may 2005, (22.01.2006).
‐ 30 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Sakson kapitalizmi (ABŞ‐da inkişaf edən və tətbiq olunan),
ikincisi isə, Almaniyada (və Yaponiyada) inkişaf edən və ha‐
kim olan toplumçu kapitalizm.
Ren çayı sahilində yerləşən ölkələrdə “Toplumçu Kapita‐
lizm” ön plana çıxdığı kimi, Atlantik Okeanının şərq sahilin‐
dəki İngiltərədə də okeanın qərb sahilindəki ABŞ‐da olduğu
kimi “Anqlo‐Sakson Kapitalizmi” tətbiq olunmaqdadır. Ona
görə də birinciyə “Ren Kapitalizmi” də deyilməkdədir. İstan‐
bul Universitetində yeni müdafiə edilmiş doktorluq dissertasi‐
yası əsasında nəşr edilən “Avropa Birliyi və Kapitalizm” kita‐
bında yuxarıdakı iki kapitalizm nümunəsinin əsas fərqləndi‐
rici xüsusiyyətləri aşağıdakı şəkildə göstərilib.
34
Ümumiləşdirilmiş halda Ren kapitalizmini Anqlo‐Sakson
kapitalizmdən fərqləndirən beş əsas xüsusiyyət:
1‐ Aktiv Planlayıcı Dövlət: Buna görə dövlətin vəzifəsi top‐
lumun tələbatlarını müəyyənləşdirmək və bu tələbatların qar‐
şılanmasını təmin etməkdir. Qaçılmaz olaraq dövlət, koordina‐
siya, prioritetlərin müəyyənləşməsi və planlama kimi əhəmiy‐
yətli funksiyaları öz əlində cəmləşdirir.
2‐ Toplumçuluq: Bərabərlik və konsensusa, məcbur edərək
ya da nisbətən könüllü şəkildə nail olmaq nəzərdə tutulur.
Toplumçuluq, fərdlərin toplamından daha artıq bir şeydir, or‐
qanikdir, atomistik deyildir. Bir bütün olaraq toplumun tələ‐
batları, fərdlərdən təşkil olunan öz üzvlərinin tələbatlarını aş‐
mış özəl tələbatlardır.
3‐ Vətəndaşların Hüquqları və Vəzifələri: Toplumu təşkil
edən fərdlər üçün gəlir, təqaüd, səhiyyə və digər sosial haqlar
ön planda tutulmaqdadır. Bu haqlar bir toplum olmanın, həm
də yaxşı bir toplum olmanın nəticəsi kimi qəbul edilir. Vəzifə‐
lər də hüquqlar kimi toplumçu kapitalizmin ayrılmaz bir par‐
34
Kenan Dağcı, Avrupa Birliği ve Kapitalizm, TASAM Yayınları, İstanbul, 2005,
səh.28‐29.
‐ 31 ‐
İlkin Sabiroğlu
çasıdır. Toplumçu kapitalizmdə hüquqlara və vəzifələrə eyni
yanaşma keçərlidir.
4‐ Sosial Tələbat: Təmiz hava və su, mühafizə, enerji, iş və
s. sosial tələbatlar, fərdi tələbatlarla müqayisədə daha artıq
əhəmiyyət kəsb etməkdədir. Bu yanaşma, sosial maraqların
təbii olaraq istehlakçıların tələbatlarını ödəməyə çalışan mən‐
fəət qruplarının, fərdiyyətçi şirkətlərin (kiçik şirkətlərin daha
çox tərcih edildiyi) mübarizələri nəticəsində sərbəst rəqabət
vasitəsilə ortaya çıxdığını irəli sürən “fərdiyyətçi” düşüncədən
köklü sürətdə fərqlənir.
5‐ Qarşılıqlı Əməkdaşlıq və Qrup Məsuliyyəti: Toplumçu
kapitalizm anlayışında əməkdaşlıq, konsensus və qrup məsu‐
liyyəti vardır.
Michel Albert “Kapitalizmə Qarşı Kapitalizm” əsərində
Ren çayı sahilindəki İsveç, Almaniya, Belçika və Hollandiya
kimi ölkələri “Ren Kapitalizmi” qrupuna daxil edir. Həmçinin
Albert, köhnə kommunist sistemin nisbi sosial təminatı ilə
Amerikan kapitalizminin xəyal edilən rifah və effektivliyinin
sintezindən ideal bir modelin ortaya çıxa biləcəyindən bəhs et‐
məkdə və buna ən yaxşı nümunə kimi Almaniyanı göstərmək‐
dədir.
35
David Lane də Rusiya nümunəsində Qərbdən gələn
məsləhətçilərin ölkədə sürətli özəlləşdirmə və liberallaşdırma‐
nın həyata keçirilməsi ilə birlikdə Anqlo‐Sakson modelin mə‐
nimsənilməsinin əhəmiyyətini önə çəkdiklərini vurğulayır.
36
Əslində Azərbaycana da müstəqilliyinin ilk illərindən etibarən
tövsiyə edilən model bu idi...
Həmçinin, Anqlo‐Sakson kapitalizmini Ren kapitalizmdən
fərqləndirən beş əsas xüsusiyyət isə belədir:
37
35
Michel Albert, Kapitalizme Karşı Kapitalizm, Türkcəyə tərcümə: Cemil Oktay‐
Hüsnü Dilli, Afa Yayınevi, İstanbul, 1992, səh.143.
36
David Lane, “What kind of capitalism for Russia? A comparative analysis”,
Communist and Post‐Communist Studies, №33, 2000, səh.485.
37
Dağcı, op. cit., səh.35‐37.
‐ 32 ‐
Dostları ilə paylaş: |