KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   2   3   4   5   6   7   8   9   10   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Dünyanın ən yaxşı 
universitetləri hansılardır? 
 
Bir vaxtlar müxtəlif ölkələrin iqtisadi potensiallarını müqa‐
yisə edərkən əmək tutumlu, yoxsa kapital tutumlu olmalarına 
baxardıq. Yeni iqtisadiyyatla birlikdə artıq elm tutumlu iqtisa‐
diyyatlardan bəhs etməyə başladıq. Bu isə o deməkdir ki, indi 
olduğu  kimi,  gələcəkdə  də  yalnız  elmi  potensialın  inkişafına 
və təhsilə əhəmiyyət verən ölkələr güclü iqtisadi mövqeyə sa‐
hib ola biləcəklər.
29
Çinin  tanınmış  Şanxay  Jiao  Tong  Universiteti  tərəfindən 
2003‐cü ildən etibarən hazırlanan və bütün dünyada çox ciddi 
qəbul edilən “Dünyanın ən yaxşı 500 universiteti” siyahısında 
2005‐ci il üçün keçmiş SSRİ məkanından cəmi iki universitet – 
Moskva  Dövlət  Universiteti  və  Sankt‐Peterburq  Dövlət  Uni‐
versiteti yer ala bildi. Bu da keçmiş super gücdən qalan miras. 
Amma  ilk  500‐lərin  siyahısında  ABŞ‐dan  168,  İngiltərə  və  Al‐
maniyanın  hərəsindən  40,  Yaponiyadan  isə  34  universitet  yer 
alıb. Siyahıda Türkiyədən də iki universitet (İstanbul Universi‐
teti və Hacettepe Universiteti) var.
30
Siyahıya  görə  dünyanın  ən  yaxşı  10  universitetindən  8‐i 
ABŞ‐a,  2‐si  isə  İngiltərəyə  məxsusdur. Dünyanın  ən  yaxşı 500 
universiteti siyahısındakı ilk 10 universitet bu ardıcıllıqla sıra‐
lanıb: Harvard Universiteti (ABŞ), Cambridge Universiteti (İn‐
giltərə),  Stanford  Universiteti  (ABŞ),  California‐Berkeley  Uni‐
versiteti  (ABŞ),  Massachusetts  Texnologiya  İnstitutu  (ABŞ), 
California Texnologiya İnstitutu (ABŞ), Columbia Universiteti 
                                                 
29
 İlkin Sabiroğlu, “Dünyanın ən yaxşı 500 universiteti”, “Gündəlik Azərbaycan” 
qəzeti, 28 oktyabr 2005. 
30
 Top 500 World Universities, Academic Ranking of World Universities 2005, 
http://ed.sjtu.edu.cn/rank/2005/ARWU2005FullList2.pdf, (01.03.2006). 
 
‐ 25 ‐


İlkin Sabiroğlu 
(ABŞ),  Princeton  Universiteti  (ABŞ),  Chikago  Universiteti 
(ABŞ) və Oxford Universiteti (İngiltərə). 
Siyahıda diqqət çəkən bir məqam da ondan ibarətdir ki, bu 
ən yaxşı 500 universitet, sadəcə, 36 ölkəyə məxsusdur. Ən yax‐
şı performansa sahib 10 ölkənin ardıcıllığı isə belədir: ABŞ, İn‐
giltərə,  Yaponiya,  Almaniya,  Kanada,  Fransa,  İsveç,  İsveçrə, 
Niderland  və  Avstraliya.  Siyahını  hazırlayanlar  Amerika  uni‐
versitetlərinin dünya üzrə ən çox dövlət dəstəyi alan ali təhsil 
qurumları olduqlarını da xatırladıblar. 
Bəs  Azərbaycan  kimi  kiçik  ölkələrin  haçansa  belə  siyahı‐
larda  təmsil  olunması  mümkündürmü?  Həm  İrlandiyanın, 
həm  də  Hindistanın  siyahıda  3  universitetlə  təmsil  olunması 
da göstərir ki, əhalinin azlığı və ya çoxluğu burada əhəmiyyət 
kəsb  etmir.  Siyahı  hazırlanarkən  tamam  başqa  kriteriyalara 
diqqət yetirilir. Bu kriteriyalar aşağıdakılardır:
31
‐ Təhsilin keyfiyyəti. Burada universitet məzunlarından ne‐
çə nəfərin Nobel mükafatı və Fields medalı aldıqları nəzərə alı‐
nır. Bu amil ümumi dəyərləndirmədə 10 faiz paya sahibdir. 
‐  Fakültələrin  keyfiyyəti.  Burada  isə  hər  biri  dəyərləndir‐
mədə 20 faiz paya sahib olan iki amilə diqqət yetirilir: Univer‐
sitetin elmi heyətindən neçə nəfərin Nobel mükafatı və Fields 
medalı  alması,  21  geniş  mövzu  kateqoriyasında  (tibb,  ictimai 
elmlər, mühəndislik və s. sahələr üzrə) yüksək səviyyədə isti‐
nad edilən tədqiqatçılar. 
‐  Tədqiqatlar.  Burada  “Science”  və  “Nature”  kimi  beynəl‐
xalq jurnallarda yayımlanan məqalələr (20 faiz) və bu məqalə‐
lərə istinadların çəkisi (20 faiz) – Elmi İstinad İndeksi (SCI), İc‐
timai Elmlər İstinad İndeksi (SSCI), Sənət və Bəşəri Elmlər İsti‐
nad İndeksi (AHCI) nəzərə alınır. 
                                                 
31
 Ranking Methodology, Academic Ranking of World Universities 2005, 
http://ed.sjtu.edu.cn/rank/2005/ARWU2005Methodology.htm (01.03.2006). 
 
‐ 26 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
‐  İnstitutun  tutumu.  İnstitutun  tutumuna  görə  akademik 
performansı (10 faiz). 
Göründüyü kimi, siyahı tamamilə obyektiv kriteriyalar çər‐
çivəsində  hazırlanır.  Azərbaycanın  belə  siyahılarda  təmsil 
olunmasına  gəlincə  isə  ilk  növbədə  bəzi  sualları  cavablandır‐
mağımız  lazımdır:  Universitetlərimiz  tərəfindən  beynəlxalq 
standartlara cavab verən neçə elmi jurnal nəşr edilir? Hər il ne‐
çə elm adamımızın beynəlxalq nüfuzlu jurnallarda elmi məqa‐
ləsi dərc edilir? Universitetlərimiz idarəetmədə nə qədər müs‐
təqildirlər?... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 27 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 28 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Kapitalizm kapitalizmə 
bənzəməz! 
 
Avropa  Birliyi  (AB)  ölkələrində  konstitusiya  həyəcanı  ya‐
şanmaqdadır. Fransa konstitusiyaya “yox” dedi. Ardından da 
Hollandiya.  Digər  AB  ölkələrində  də  konstitusiyaya  yox  de‐
yənlərin sırası genişlənməkdədir. Ümumi götürəndə Fransada 
“yox” deyənlərin başlıca arqumentləri bunlardır:
32
‐ Onlara görə, konstitusiya market maraqlarının sosial ma‐
raqları kölgədə qoyduğu “ultra liberal bir sistem”i nəzərdə tu‐
tur. İşçilər lazımi səviyyədə qorunmur. 
‐ Konstitusiya, müdafiə sahəsində Birliyi NATO‐dan, dola‐
yısilə də ABŞ‐dan asılı duruma gətirir. 
‐  Konstitusiya,  Brüsselə  daha  çox  səlahiyyət  verdiyi  üçün 
Fransanın təsirini azaldır. 
‐  Konstitusiyanın  başa  düşülməsi  çətindir.  Sosial  hüquqlar 
daha  çox  nəzərə  alınaraq,  daha  yaxşı  bir  konstitusiya  üçün 
müzakirə aparılmalıdır. 
‐ Konstitusiya Türkiyənin AB‐nə üzv olmasına şərait yara‐
dır. 
Bütün bunlarla yanaşı konstitusiyanı daha az liberal, fede‐
rativ quruluşa daha az uyğun gördüyü üçün “yox” deyənlərin 
də mövcudluğu diqqətdən qaçırılmamalıdır. 
“Hə” deyənlərin əsas arqumentləri: 
‐ Avropa Birliyi Konstitusiyası ilə AB‐nin qərar alma prose‐
durası daha da sadələşəcək. 
‐ Avropa Birliyi Konstitusiyası, ümumi müdafiə sisteminin 
və  xarici  siyasətin  güclənməsinə  imkan  yaradacaq.  Birliyin 
beynəlxalq arenadakı nüfuzunu artıracaq. 
                                                 
32
 “AB, Fransa’daki referanduma kilitlendi”, 
http://www.ntvmsnbc.com/news/325639.asp, 28 may 2005, (01.03.2006) 
 
‐ 29 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə