Qafqaz Tədqiqat Resurs Mərkəzi – Azərbaycan
Avrasiya Əməkdaşlıq Fondunun Proqramı
Sizi məmnuniyyətlə
Karnegi Tədqiqat Təqaüd Proqramı
adlı təqdimatda iştirak etməyə dəvət edir
Tarix: 29 Mart
, 2011
Vaxt:
--:--
Ünvan:
QTRM-Azərbaycan, Xəzər Universiteti, Bəşir Səfəroğlu 122, Bakı.
Xülasə:
QTRM Karnegi Tədqiqat Təqaüd Proqramını (KTTP) elan edir. Proqram Cənubi
Qafqazdan olan alimlərə Birləşmiş Ştatlarda xüsusi tədqiqat işi aparmaq imkanı təklif edir.
Xüsusilə, sosial və humanitar elmlər sahəsində çalışan alimlər Birləşmiş Ştatlarda universitet və
institutlara fərdi, qeyri-dərəcə tədqiqat işi aparmaq üçün müraciət edə bilərlər. Proqram artıq tədqiqat
sahəsində müəyyən nailiyyətlər əldə etmiş qabaqcıl tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. Tədqiqat
müddəti 2011-сu ilin sentyabr və ya 2011-ci ilin yanvar ayından başlayaraq tam bir semestr (4 ay)
davam edəcək.
Təqaüd Proqramında aşğıdakı tələblərə cavab verən şəxslər iştirak edə bilərlər:
•
Ermənistan, Azərbaycan və Gürcüstan vətəndaşları
•
Birləşmiş Ştatlarda son illərdə heç bir tədqiqat işi aparmayan, öz karyeralarının
istənilən pilləsində
olan ali dərəcəli məzunlar, Universitet professorları və müəllimləri
•
Namizədlik və ya yüksək dərəcə almış və yaxud müraciət etdiyi vaxtda namizədlik işini yazanlar
•
Xüsusi sahələrdə nəşrləri olan alimlər (məzun tələbələr elmi konfranslara təqdim etdikləri
məqalələrinə istinad edə bilərlər)
•
Müstəqil tədqiqat işi aparmaq və həmkarları ilə ünsiyyət qurmaq üçün yazılı və şifahi ingilis
dilində yüksək səviyyəyə malik elmi işçilər
•
Birləmiş Ştatların J-1 vizasını almağa qadir olanlar
•
2011-сu ilin sentyabr və ya 2012-ci ilin yanvar ayından Birləşmiş Ştatlarda KTTP başlaya biləcək
elmi işçilər
NCEEER, Amerika Şurası və QTRM irqi, cinsi, dini, milli və ya etnik mənsubiyyətinə və əliliyə görə
heç bir ayrıseçkilik etmir. Daha ətraflı məlumat üçün
NCEEER
-in veb səhifəsinə baxa bilərsiniz.
Ərizə qəbulu üçün son tarixi – 29 Aprel, 2010-cu il, saat 17.00-yə qədərdir. Ərizəçilərdən xahiş
olunur ki, sonradan məyus olmamaq üçün ərizə forması ilə qabaqcadan təfsilatı ilə tanış olsunlar.
Ərizələr sosial və humanitar elmlər sahəsində qəbul edilir. Yol xərcləri də daxil olmaqla bütün xərclər
ödəniləcək. Karnegi Tədqiqat Təqaüdü tədqiqatçılara ABŞ-da olduqları müddət ərzində öz işlərini
müstəqil olaraq davam etdirmək fürsəti verir. Nəzərə alin ki, seçim prosesi rəqabət əsasında olacaq və
sizdən tədqiqatın qısa layihəsi gözlənilir.
Dil:
Təqdimat İngilis dilində aparılacaq, amma suallar Rus və Azərbaycan dillərində də
cavablandırıla
bilər.
Qeydiyyat: Mühazirədə iştirakınızı təsdiq etmək üçün xahiş olunur Seymur Cavadova 28 Mart,
2011-ci il tarixinədək müraciət edəsiniz. Onun elektron ünvanı
seymur@crrccenters.org
(xahiş olunur,
elektron məktubun mövzu başlığında “Karnegi Tədqiqat Təqaüd Proqramı” cümləsini qeyd edəsiniz)