Kbt я25 uot (059) Baş redaktor


Maarifçi-alim Maarifpərvər ziyalı Mədəniyyət.Maarif.Təhsil Əbdüssəlam  Axundzadə



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə257/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   253   254   255   256   257   258   259   260   ...   276

535

Maarifçi-alim

Maarifpərvər ziyalı

Mədəniyyət.Maarif.Təhsil

Əbdüssəlam  Axundzadə  

1843-1907

2018

Əbdüssəlam  Axund  Vəliməmməd  oğlu 

Axundzadə 1843-cü ildə Salyanda anadan olmuş-

dur. İlk təhsilini atasından almış, az müddətdə fars 

və ərəb dillərində yazıb oxumağı öyrənmişdir. 

1861-1868-ci  illərdə  Tiflisə  gedərək  Qafqaz 

Müsəlmanları Ruhani İdarəsi tərəfindən bu şəhərdə 

açılmış dini mədrəsədə ərəb və fars dillərində elm 

tədris etmişdir. 

Gürcüstanın  Qori  Seminariyasında  1879-cu 

ildə seminariyanın müsəlman şöbəsinin açılışında 

Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi 

uğrunda müsabiqədə qalib gəlmişdir.

 1895-ci ildən 1907-ci ilə kimi Qafqaz (Zaqaf-

qaziya)  müsəlmanlarının  şeyxülislamı  vəzifəsini 

icra etmişdir. O, dini ədəbiyyatın yayılmasına çox 

kömək etmiş, eyni zamanda dinə və şəriətə dair bir 

sıra kitablar yazaraq nəşr etdirmişdir. Onun üç cild-

lik “Tarixi-müqəddəs-ənbiya”, “Risaleyi-Zübtədül 

əhkam” kitablarında müsəlmanların dini tələblərə 

uyğun olan itaətkar həyat tərzi təbliğ edilmişdir. 

Müsəlman birliyinə aid rəvayətlər və s. yazıları 

da mövcuddur. Hacı Zeynalabdin Tağıyevin vəsaiti 

hesabına  şeyxülislam  Əbdüssəlam  Axundzadə 

“Tarixi-müqəddəs” kitabını nəşr etdirmişdir.

 Çar höküməti onu 1907-ci il noyabr ayının 18-

də  Qafqaz  (Zaqafqaziya)  Şiə  Ruhani  İdarəsinin 

sədri seçərək, ona şeyxülislam və mülki müşavir 

rütbəsi vermişdir. O, dəfələrlə çar ordenlərinə la-

yiq görülmüşdür.

Şeyxülislam  Axund  Əbdüssəlam  Axundzadə 

1907-ci ildə vəfat etmişdir.  

Hacı Hüseyn Hacı Abbas oğlu Naxçıvani 1848-

ci  ildə  Təbrizdə  anadan  olmuşdur.  Ata-babaları 

vaxtilə  Naxçıvandan  Təbrizə  köçmüşdür.  Hacı 

Məhəmməd Naxçıvaninin böyük qardaşıdır.

Əsasən  ticarətlə  məşğul  olsa  da,  ömrü  boyu 

səfərlərdə   Avropa, Asiya  , Afrika  ölkələrindən, 

o  cümlədən  Misir,  Suriya,  Türkiyə,  Hindistan  , 

Orta Asiya və başqa ölkələrdən  fars, ərəb və türk 

(Azərb.) dillərində nadir əlyazma və çap kitabla-

rını toplamışdır. Şəxsi kolleksiyasında 4000 kitab 

olmuşdur.  Qardaşı  Hacı  Məhəmməd  Naxçıvani 

kimi, sonralar kitabxanasını Təbriz Milli Kitabxa-

nasına bağışlamışdır. 

Hacı  Hüseyn  Naxçıvani  dövrünün  alim  ziya-

lılarından  biri  olmuşdur.  O,  “İbrətnamə”,  “Qırx 

məqalə”,  “Məmləkətin  təzkirələri”  və  sair  kimi 

əsərləri  qələmə  almışdır.  “Çehel  məqalə”  (“40 

məqalə”) adlı kitab çap etdirmiş (1909), kitabda 

Təbrizin  tarixinə  dair  qiymətli  materiallar  topla-

mış, adları ədəbiyyat tarixinə düşməmiş şairlərdən, 

habelə nadir əlyazmalardan bəhs etmişdir. 

Hacı Hüseyn Naxçıvani 1934-cü ildə Təbrizdə 

vəfat etmişdir.

Hacı Hüseyn Naxçıvani  

1848-1934

Ə d ə b i y y a t

Müqəddəs tarix: 19.02.1899 /tərt. ed. M.Əfəndizadə, F.Köçərli; Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti; tərc.edəni. F.Şirinov; Türk 

dilində yazılanı Hüseyn Əfəndi Qayıbov və Əbdüssəlam Axundzadə təsis və təchiz ediblər.-Bakı: Təhsil, 2007.-72 s.

175 

illiyi

170 

illiyi

Ə d ə b i y y a t

Naxçıvani Hacı Hüseyn Hacı Abbas oğlu //Naxçıvan ensiklopediyası.- Bakı, 2002.- S.434.



536

Mədəniyyət.Maarif.Təhsil

155 

illiyi

Mahmud bəy Mahmudbəyov   

1863-1923    

2018

Mahmud  bəy  Polad  bəy  oğlu 

Mahmudbəyov  1863-cü  ildə  Şamaxı 

şəhərində anadan olmuşdur. 

1870-1879-cu  illərdə  Şamaxıda 

məhəllə və şəhər məktəblərində, 1879-

1883-cü  illərdə  Qori  Seminariyasında 

təhsil almışdır. 

Pedaqoji  fəaliyyətinə  Yelizavetpol 

və İrəvan quberniyası xalq məktəblərinə 

direktor  vəzifəsi  ilə  başlamış,  1883-

1888-ci  illərdə  Padar,  Ağcabədi  və 

Ağdam  kənd  ibtidai  məktəblərində 

müəllim  işləmişdir.  1888-1897-ci 

illərdə Dağıstan vilayəti xalq  məktəbi 

direktorluğuna  dəyişilmiş,  Dilman  və 

Kalavat  kənd  ibtidai,  Göyçay  və  Sa-

bunçu ikisinifli məktəblərində pedaqoji 

fəaliyyətini davam etdirmişdir. 1897 -ci 

ildə  Bakı  şəhəri  2-ci  “rus-müsəlman” 

məktəbində müəllim, 1898-ci ildə 3-cü 

“rus-müsəlman”  məktəbində  müdir 

vəzifələrində işləmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyəti 

dövründə 

ölkənin 


mədəni-maarif 

həyatında  yaxından  iştirak  etmiş, 

1919-cu  ildə Maarif naziri Nəsib bəy 

Yusifbəylinin əmri ilə Bakı quberniyası 

xalq  məktəblərinin  4  rayonu  üzrə  ins-

pektor vəzifəsinə təyin olunmuş, nazir-

liyin təşkil etdiyi əlifba komissiyasının 

işində fəal iştirak etmişdir.

XX  əsrin  əvvəllərində  xalq  inqi-

labının  təsiri  altında  milli-mənəvi 

həyatda milliləşmə prosesi başlanarkən 

M.Mahmudbəyov  Qafqaz  müsəlman 

müəllimlərinin 1-ci və 2-ci qurultayla-

rında tədris-pedaqoji ədəbiyyatın yara-

dılmasına rəhbərlik etmişdir. O, “Birinci 

il Müsəvvər türk əlifbası” (1907), “İkin-

ci  il”  (1908;  S.Əbdül-Rəhmanbəyzadə 

və  S.Axundovla  birgə)  “Yeni  məktəb” 

(1909;  Abbas  Səhhətlə  birgə),  “Türk 

ədəbiyyatına  ilk  qədəm”  (1914;  Ab-

bas  Səhhətlə  birgə)  dərsliklərini  yaz-

mış,  milli  məktəblərin  tarixində  yeni 

mərhələnin 

təməlini 

qoymuşdur. 

Məktəbdə və mətbuatda yazı qaydaları-

nı nizama salmaq və vahid orfoqrafiya 

prinsipi yaratmaq məqsədilə “İmlanuz” 

(1911) əsərini qələmə almışdır.

Mahmudbəyov  milli  bədii  və  pe-

daqoji  ədəbiyyatın  sağlam  inkişafına 

xüsusi  diqqət  yetirmiş,  ədəbiyyatdan 

və üsuli-təlim və tərbiyədən bəhs edən 

“Rəhbər”  (1906-1907)  adlı  jurnal  nəşr 

etmiş,  “Maarif’  (1922)  uşaq  jurnalının 

redaktorlarından biri olmuşdur. 

Onun fəaliyyətində milli ədəbiyyatın 

toplanması,  nəşri  və  təbliği  məsələləri 

aparıcı  yer  tutmuşdur.  Öz  əsərlərində 

uşaq  mütaliəsində  fars  və  ərəb 

ədəbiyyatı  nümunələrinin  təsirini 

tənqid  etmiş  (“Müsəlman  məktəbləri”, 

1905),  ədəbiyyat  tarixi  materialları-

nın  toplanıb  tədqiqi  məsələsini  irəli 

sürmüşdür  (“Ədəbiyyatımıza  dair”; 

1906). F.Köçərliyə sifariş verərək “Se-

yid  Əbülqasım  Nəbati”,  “Vaqif  və Vi-

dadi”  haqqında  məqalələr  yazdırmış 

(“Rəhbər”  jurnalı,  1906,№l,5),  xalq 

ədəbiyyatı  nümunələrini  toplayıb  nəşr 

etdirmiş  (“Zaqafqaziya  türklərinin 

poeziyadan”,  “Molla  Qasım  nağılı”, 

“Abbas  və  Gülgəz”,  “Aşıq  Qərib”), 

“Hophopnamə”nin birinci və ikinci ça-

pının (1912-1914) fəal təşkilatçılarından 

olmuşdur.

Mahmud  bəy  Mahmudbəyov  1923-

cü ildə Bakıda vəfat etmişdir.



Ə d ə b i y y a t

Çingizoğlu, Ə. 

Mahmudbəyovlardan 

biri /Ə.Çingizoğlu 

//”Soy” dərgisi.- Bakı, 

2010.- № 2 (34).- S.23-

25.

Mahmudbəyov Mah-

mud bəy Polad bəy 

oğlu //Azərbaycan Xalq 

Cümhuriyyəti Ensiklo-

pediyası: 2 cildə.- Bakı, 

2004.- C.II.- S.170.

Nəhmətova, K. Ba-

kıdakı üçüncü “rus-

tatar” məktəbinin ilk 

müdiri /K.Nəhmətova                

//Azərbaycan müəllimi.-

2014.- 16 may.- S.11.

İ n t e r n e t d ə

shamakhi-encyclopedia.

az/mahmudbəyov-

mahmudbəy http://

www.anl.az/down/me-

qale/az_muellimi/2014/

may/370735.htm

Maarif xadimi


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə