Kbt я25 uot (059) Baş redaktor


Kitabxanaşünaslıq.Biblioqrafiya 95



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə260/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   256   257   258   259   260   261   262   263   ...   276

541

Kitabxanaşünaslıq.Biblioqrafiya

95 

illiyi

95 

illiyi

Ağdaş Rayon Kitabxanası 

1923       

Zaqatala Rayon Kitabxanası 

1923    

2018

Ağdaşda  kitabxana  1923-cü  ildə  təşkil  edil-

mişdir. Sonralar bu kitabxananın bazası əsasında 

1980-cı  ildə Ağdaş  rayon  MKS-i  yaradılmışdır. 

MKS özündə 1 mərkəzi kitabxana  (6 şöbə ilə), 

və  69  filial  kitabxananı  birləşdirir.  Filial  kitab-

xanaların  7-si  şəhərdə  3-ü  qəsəbələrdə  59-u  isə 

kəndlərdə yerləşir. Hazırda Ağdaş rayon MKS-nin 

fondunda 393034 nüsxə kitab vardır ki, onlardan 

96500 nüsxəsi latın qrafikalı ədəbiyyatdır. 

MKS-in  Mərkəzi  kitabxanasında  kompüter-

ləşdirilmiş infrastruktur qurulmuş, kitabxana yeni 

informasiya  texnologiyaları  ilə  təchiz  edilmiş, 

ödənişsiz Wi-Fi zonası yaradılmışdır. Kitabxanada 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 

6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq 

edilmiş Azərbaycan Respublikasında Kitabxana-

informasiya  sahəsinin  2008-2013-cü  illərdə  in-

kişafı  üzrə  Dövlət  Proqramı  icrası  ilə  əlaqədar 

olaraq  sayt  yaradılaraq  vahid  mərkəzləşmiş  ki-

tabxana  portalına  (http://aghdash.cls.az)  daxil 

edilmiş, “ALİSA” (Automated Library System of 

Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana 

sistemi yüklənmişdir.



Ə d ə b i y y a t

Ağdaş Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası.- Bakı, 2015.- S.18 .

Zaqatalada  ilk  qiraətxana  1906-сı  ildə  açıl-

mışdır.  1920-ci  ilə  qədər  yalnız  bir  müsəlman 

qiraətxanası olmuş və o uzun müddət yerli əhaliyə 

xidmət göstərən yeganə mədəniyyət ocağı kimi ta-

nınmışdır. Azərbaycanda sovet hakimiyyəti qurul-

duqdan sonra 1920-ci ilin sentyabr ayında Zaqa-

tala Qəza Komitəsinin Təbliğat şöbəsinin yanında 

partiya üzvləri və zəhmətkeşlər üçün qiraət koması 

təşkil edilmiş və 1923-cü ilin sentyabr ayında bu 

qiraət  koması  kütləvi  kitabxanaya  çevrilmişdir. 

Zaqatalada kitabxana işinin təşkili məhz bu tarixlə 

bağlıdır. Rayonun 42 kənd kitabxanası 1974-cü ilin 

iyul  ayından  rayon  Mərkəzləşdirilmiş  Kitabxana 

Sisteminin filialları kimi fəaliyyət göstərməyə baş-

lamışdır. Rayon Mərkəzi kitabxanası 1923-cü ildə 

yaranmış və1938-ci ildə yeni bina ilə təmin olun-

muşdur. Zaqatala rayon XDS İcraiyyə Komitəsinin 

31 mart 1947-ci il tarixli 225 №-li əmrinə əsasən 

rayon Mərkəzi kitabxanasına Azərbaycan xalqının 

dahi şairi N.Gəncəvinin adı verilmişdir. 

1933-cü ildə Zaqatalada 2 kitabxana və 6 klub 

fəaliyyət  göstərmişdir.  1936-cı  ildə  ilk  müstəqil 

uşaq  kitabxanası  təşkil  edilmişdir.  1974-cü  ildə 

MKS təşkil edilmişdir. MKS-ə 1 Mərkəzi Kitab-

xana, 4 şəhər, 2 qəsəbə, 50 kənd kitabxana filialı 

daxildir.

MKS-in Mərkəzi kitabxanasında kompüterləş-

dirilmiş  infrastruktur  qurulmuş,  kitabxana  yeni 

informasiya  texnologiyaları  ilə  təchiz  edilmiş, 

ödənişsiz Wi-Fi  zonası  yaradılmışdır.  Kitabxana-

da Azərbaycan  Respublikası  Prezidentinin  2008-

ci  il  “6”  oktyabr  tarixli  3072  nömrəli  Sərəncamı 

ilə  təsdiq  edilmiş  Azərbaycan  Respublikasında 

kitabxana-informasiya  sahəsinin  2008-2013-cü 

illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı  icrası  ilə 

əlaqədar olaraq sayt yaradılaraq vahid mərkəzləşmiş 

kitabxana  portalına  (http://zagatala.cls.az)  daxil 

edilmiş

, “ALİSA” (Automated Library System of 



Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana 

sistemi yüklənmişdir.



Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası.- Bakı, 2015.-S.628.


542

Göyçay Rayon Kitabxanası 

1923

2018

Göyçay  Rayon  Kitabxanası  1923-cü  ildən 

fəaliyyət  göstərir.  Kitabxana  M.Ə.Sabirin 

adını  daşıyır.  1978-ci  ildə  kitabxanaların 

mərkəzləşməsi  ilə  əlaqədar  olaraq  bu  kitabxana 

mərkəz olmaqla rayonda olan kütləvi kitabxana-

lar  mərkəzləşdirilərək  MKS  yaradılmışdır.  Ha-

zırda  MKS  1  mərkəzi  kitabxana  (6  şöbə  ilə),  3 

şəhər, 40 kənd kitabxana filialı vasitəsi ilə əhaliyə 

kitabla  xidmət  göstərir.  Kitabxananın  319054 

nüsxə kitab fondu (bunlardan 79889 latın qrafi-

kalı, 192775  kiril qrafikalı, 46390 digər dillərdə) 

vardır. 

MKS-in Mərkəzi kitabxanasında kompüterləş-

dirilmiş  infrastruktur  qurulmuş,  kitabxana  yeni 

informasiya  texnologiyaları  ilə  təchiz  edilmiş, 

ödənişsiz Wi-Fi zonası yaradılmışdır. Kitabxana-

da Azərbaycan Respublikası Prezidentinin 2008-

ci  il  6  oktyabr  tarixli  3072  nömrəli  Sərəncamı 

ilə  təsdiq  edilmiş  Azərbaycan  Respublikasında 

Kitabxana-informasiya  sahəsinin  2008-2013-

cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı  icrası 

ilə  əlaqədar  olaraq  yeni  sayt  yaradılaraq  vahid 

mərkəzləşmiş  kitabxana  portalına  (http://goyc-

hay.cls.az)  daxil  edilmiş

  “ALİSA”  (Automated 

Library System of Azerbaijan) mərkəzləşdirilmiş 

elektron kitabxana sistemi yüklənmişdir.

Kitabxana 1928-ci ildə yaradılmış və 

S.M.Kirovun adını daşımışdır. 1992-ci 

ildən N.Rəfibəyli adına Uşaq Kitabxa-

nası  kimi  fəaliyyət  göstərmişdir.  Ki-

tabxana  1972-ci  ildən  Nəsimi  rayonu 

4-cü  mikrorayon  7-ci  Binəqədi  küçəsi 

ünvanında  yerləşir.  Ümumilikdə,  ki-

tabxanada  2  şöbə  fəaliyyət  göstərir. 

Kitabxananın  ümumi  fondu  39  938 

nüsxədir. Oxucuların sayı 3 697 nəfər, 

kitab  verilişi  isə  56902  kitabdır.  Bakı 

şəhər Mədəniyyət və Turizm İdarəsinin 

“Mərkəzləşdirilmiş  kitabxana  sistemi-

nin  yaradılması  haqqında”  27  yanvar 

2011-ci il tarixli 4 saylı əmrinə əsasən 

kitabxananın adı yerləşdiyi rayon üzrə 

Nəsimi MKS-nin 1saylı filialı adlandı-

rılmışdır.



N.Rəfibəyli adına Uşaq Kitabxanası 

1928

Ə d ə b i y y a t

Göycay Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.- Bakı, 2015.- S.247.

95 

illiyi

90 

illiyi

Ə d ə b i y y a t 

N. Rəfibəyli adına Uşaq Kitabxanası //Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında.- Bakı, 2007.- C.I-II.- S.123-127.

nasimi.cls.az/

Kitabxanaşünaslıq.Biblioqrafiya


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə