545
Zərdab Rayon Kitabxanası
1948
2018
Zərdab rayonunda ilk kitabxana 1948-ci ildə
açılmışdır. MKS 1978-ci ildə yaradılmışdır.
MKS-ə 1 Mərkəzi Kitabxana, 40 kənd kitabxana
filialı daxildir. MKS-də 136 nəfər işçi fəaliyyət
göstərir. MKS-in kitab fondu 290 min nüsxədən
çoxdur.
MKS-in Mərkəzi kitabxanasında kompüter-
ləşdirilmiş infrastruktur qurulmuş, kitabxana yeni
informasiya texnologiyaları ilə təchiz edilmiş,
ödənişsiz Wi-Fi zonası yaradılmışdır. Kitabxana-
da Azərbaycan Respublikası Prezidentinin 2008-
ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş Azərbaycan Respublikasında kitab-
xana – informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı icrası ilə əlaqədar
olaraq sayt yaradılaraq vahid mərkəzləşmiş kitab-
xana portalına (http://zardab.cls.az) daxil edilmiş,
“ALİSA” (Automated Library System of Azerba-
ijan) mərkəzləşdirilmiş elektron kitabxana sistemi
yüklənmişdir.
Ucar Rayon Mərkəzi Kitabxanası 1948-ci ildə
yaradılmışdır. 1978-ci ildən Mərkəzləşmiş Kitab-
xana Sistemi kimi fəaliyyət göstərir. 1 mərkəzi
kitabxana (6 şöbə ilə), 40 filial kitabxanası ilə
əhaliyə xidmət edir. Mərkəzləşdirilmiş Kitabxana
Sistemi (MKS) üzrə fond 264865 nüsxədir.
MKS-in Mərkəzi kitabxanasında kompüterləş-
dirilmiş infrastruktur qurulmuş, kitabxana yeni
informasiya texnologiyaları ilə təchiz edilmiş,
ödənişsiz Wi-Fi zonası yaradılmışdır. Kitabxanada
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə in-
kişafı üzrə Dövlət Proqramı icrası ilə əlaqədar
olaraq yeni sayt yaradılaraq vahid mərkəzləşmiş
kitabxana portalına (http://ucar.cls.az) daxil edil-
miş,
“ALİSA” (Automated Library System of
Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana
sistemi yüklənmişdir.
Ucar Rayon Mərkəzi Kitabxanası
1948
Ə d ə b i y y a t
Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.- Bakı, 2015.-S.629.
www.ucar-mks.webs.com
Ə d ə b i y y a t
Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.- Bakı, 2015.- S.597.
www.ucar-mks.webs.com
70
illiyi
70
illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
546
Kitabxanaşünaslıq.Biblioqrafiya
70
illiyi
70
illiyi
İsmayıllı Rayon Mərkəzi Kitabxanası
1948
Füzuli Rayon Kitabxanası
1948
2018
İsmayıllı rayonunun mərkəzində ilk kitabxana
1948-ci ildə yaradılmışdır. Bu kitabxananın açılı-
şında görkəmli şairlər Səməd Vurğun və Süleyman
Rüstəm də iştirak etmişlər. 1950-ci ildən kəndlərdə
də kitabxanalar təşkil olunmağa başlamışdır. MKS
1981-ci ildə təşkil edilmişdir. Hazırda MKS-ə 1 ra-
yon Mərkəzi Kitabxanası (MK), 2 şəhər, 45 qəsəbə
və kənd kitabxana fi lialı daxildir. Hazırda MKS-
in ümumi kitab fondu 394 min nüsxədir. MKS-in
28 mindən aƨ q oxucusu var (2014). MKS 2004-cü
ildən Beynəlxalq layihələrdə iştirak edərək Regi-
onal Kitabxana Məlumat Mərkəzinin yaradılma-
sına nail olmuşdur. MKS-in işçilərinin sayı 113
nəfərdir.
MKS-in Mərkəzi kitabxanasında kompüterləş-
dirilmiş infrastruktur qurulmuş, kitabxana yeni
informasiya texnologiyaları ilə təchiz edilmiş,
ödənişsiz Wi-Fi zonası yaradılmışdır. Kitabxanada
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inki-
şafı üzrə Dövlət Proqramı icrası ilə əlaqədar ola-
raq sayt yaradılaraq vahid mərkəzləşmiş kitabxana
portalına (http://ismayilli.cls.az) daxil edilmiş,
“ALİSA” (Automated Library System of Azerba-
ijan) mərkəzləşdirilmiş elektron kitabxana sistemi
yüklənmişdir.
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.- Bakı, 2015.- S.312.
Füzuli rayon Mərkəzi Kitabxanası 1948-ci
ildə yaradılmışdır. 1978-ci ildə təşkil olunmuşdur.
1993-cü ilə qədər öz ətrafında 1 Mərkəzi Kitabxa-
nanı (MK) və 91 kitabxana filialını birləşdirmiş,
kitab fondu 389 min nüsxədən ibarət olmuşdur.
1993-cü ildə Ermənistan silahlı qüvvələrinin
işğalı nəticəsində rayondakı digər mədəniyyət
ocaqları ilə yanaşı bütün kitabxanalar da öz fond-
ları ilə bərəbər tamamilə məhv edilmişdir. 1994-cü
ilin yanvar ayında rayonun 25 yaşayış məntəqəsi
erməni işğalından azad edildikdən sonra buradakı
kitabxanalar öz fəaliyyətini tədricən bərpa etməyə
başlamışdır.
Mərkəzi Kitabxana 2010-cu ildə rayonun
ərazisində yeni salınmış Birinci Zobucuq qəsəbə
Mədəniyyət evinə köçürülmüşdür və fəaliyyətini
orada davam etdirir. Mərkəzi Kitabxana müharibə
bölgəsində və cəbhə xəttinin 3 km-liyində
yerləşməsinə baxmayaraq öhdəsinə düşən bütün
vəzifələri həyata keçirir. Hazırda MKS-in kitab
fondu 39 min nüsxədən ibarətdir. MKS 43 kitab-
xana filialını özündə birləşdirir. Onlardan 1-i MK,
4-ü şəhər, 2-si qəsəbə, 36-sı isə kənd kitabxana fi-
lialıdır. Hazırda MKS-də 109 nəfər işçi fəaliyyət
göstərir, 74 nəfər isə dondurulmuş əməkhaqqı
alır.
MKS-in Mərkəzi kitabxanasında kompüterləş-
dirilmiş infrastruktur qurulmuş, kitabxana yeni
informasiya texnologiyaları ilə təchiz edilmiş,
ödənişsiz Wi-Fi zonası yaradılmışdır. Kitabxana-
da Azərbaycan Respublikası Prezidentinin 2008-
ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş Azərbaycan Respublikasında
kitabxana – informasiya sahəsinin 2008-2013-
cü illərdə inkişafı üzrə Dövlət Proqramı icrası
ilə əlaqədar olaraq yeni sayt yaradılaraq vahid
mərkəzləşmiş kitabxana portalına (http://fuzuli.
cls.az) daxil edilmişdir.
Füzuli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (Füzuli rayon MKS) //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.- Bakı, 2015.-
S.249.