543
90
illiyi
C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanası
1928
2018
Kütləvi kitabxana kimi 1928-ci ildə
yaradılmışdır. İlk illər çox məhdud
şəraitdə, bir otaqda təkcə qiraət zalı
ilə fəaliyyət göstərmişdir. 1937-ci
ildən Azərbaycan dramaturgiyasının
banilərindən biri sayılan C.Cabbarlının
adını daşıyır. Tədricən abonentlərinin
sayını və kitab fondunu artıran ki-
tabxananın həyatında 1950-ci ildən
başlayaraq ciddi dönüş yaranmış-
dır. Böyük sahə ilə təmin olunmuş,
fondunu Azərbaycan və rus dillərində
ədəbiyyatlarla zənginləşdirmiş, oxucu-
larının, şöbələrinin sayını artırmışdır.
1976-cı ildə Gənclər kitabxanası statu-
sunu almışdır.
2009-cu ilin mart ayından kitabxana-
da İRBİS-64 Avtomatlaşdırılmış Kitab-
xana İnformasiya Sistemi yaradılmış,
kitabxanada Elektron kataloq yaradıl-
mışdır ki, bu texnologiyanın tətbiqi ilə
əlaqədar olaraq məlumat-biblioqrafiya
xidməti yeni mərhələyə çıxmışdır.
Ənənəvi kartoteka ilə yanaşı Elektron
Kartoteka və Tam Mətnli Sənədlərin
Kartotekası yaradılmışdır. Elektron
Kartotekada verilənlər bazasının əsasını
dövri mətbuatda çap olunan müxtəlif
məqalələr təşkil edir.
Azərbaycan Respublikasının Prezi-
denti İ.Əliyevin 2006-cı il 28 dekabr
tarixli “Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Mil-
li Fəaliyyət Planının təsdiq edilməsi
haqqında”
imzaladığı
Sərəncama
əsasən 2007-ci il, fevral ayının 27-də
kitabxanada İctimai Hüquqi İnforma-
siya Mərkəzi yaradılıb. Həmin tarixdən
mərkəzdə Rusiya Qanunvericilik toplu-
su proqramı fəaliyyətə başlamışdır.
2011-ci ildə kitabxana ilə “Digesta”
firması arasında bağlanmış müqaviləyə
əsasən “Azərbaycan qanunvericilik ba-
zası” yaradılmışdır.
Azərbaycan kitabxanalarının birgə
kataloqlaşdırma sisteminin yaradıl-
masını, Azərbaycanda yaradılan milli
elektron resursların, biblioqrafik ya-
zıların keyfiyyətinin yüksəldilməsini,
İRBİS-64 Avtomatlaşdırılmış Kitabxa-
na İnformasiya Sistemi istifadəçilərin
elektron resurslarının vahid mərkəzdən
idarə olunmasını nəzərə alaraq kitab-
xanada ümumrespublika əhəmiyyətli
Azərbaycan Milli Kitabxana İnformasi-
ya “AzlibNet” mərkəzi yaradılmışdır.
Kitabxana xarici ölkə kitabxanaları
ilə əlaqələr saxlayır, hər il Rusiya, Uk-
raynada keçirilən beynəlxalq kitabxana
konfranslarında iştirak edir. Bosniya və
Hersoqoviniyanın Tuzla şəhərinin Uni-
versal və kütləvi kitabxanası ilə 2012-
ci ilin avqust ayında imzalanmış me-
maranduma əsasən birgə layihələrdə
iştirak etmək, elektron kitabxana və
elektron kataloqdan qarşılıqlı istifadə,
beynəlxalq kitab mübadiləsi, kitab
nəşrində elmi axtarışlar, mədəniyyət
günlərinin keçirilməsi, həmin kitabxa-
nada Azərbaycan haqqında, kitabxana-
da isə Bosniya-Hersoqoviniya haqqında
guşənin yaradılması və digər məsələlər
öz əksini tapmışdır.
Ə d ə b i y y a t
C.Cabbarlı adına
Respublika Gənclər Ki-
tabxanası //Azərbaycan
Kitabxana Ensiklope-
diyası: AKE.- Bakı,
2015.- S.530.
C.Cabbarlı adına
Respublika Gənclər
Kitabxanası //
Azərbaycan kitabxana-
ları XXI əsrin informa-
siya məkanında.- Bakı,
2007.-C.1-2.-S.24-25.
www. ryl.az
Kitabxanaşünaslıq.Biblioqrafiya
544
Kitabxanaşünaslıq.Biblioqrafiya
80
illiyi
75
illiyi
Gəncə Dövlət Universiteti kitabxanası
1938
Ağsu Rayon Qəsəbə Kitabxanası
1943
2018
Kitabxana 1938-ildən fəaliyyət göstərir. 1953-
1954-cü tədris ilində Zərdabi adına Kirovabad
Dövlət Pedaqoji İnstitutunun nəzdində fəaliyyətə
başlamışdır.
2000-ci ildən Gəncə Dövlət Unuversiteti kitab-
xansı kimi öz fəaliyyətini davam etdirir.
Kitabxana 3 şöbə və 3 qiraətxanadan ibarətdir.
Komplekləşdirmə şöbəsi, Biblioqrafiya şöbəsi,
Abonoment şöbəsi.
Kitabxanaya kitablar mühasibatlıq yolu ilə
alınır. Universitetdə keçirilən elmi konfransların
materialları, müəllimlərin əsərləri və ayrı-ayrı
müəlliflərin öz təşəbbüsü ilə hədiyyə olaraq kitab-
xanaya təqdim olunur. Bundan başqa Prezidentin
sərəncamı ilə (12.01.2004-cü il tarixli) kitabxa-
naya hədiyyə olaraq 585 adda 15613 nüsxə kitab
göndərilmişdir. Kitabxana hər il 26 adda qəzetlərə
və 20 adda jurnallara (Azərbaycan, rus və ingilis
dillərində) abunə yazılır.
GDU-nun kitabxanasının ümumi fondu
590815 nüsxə təşkil edir. Bunlardan 362693-ü
kitab, 71273-ü jurnal, 228122-si qəzetdir. Kitab-
xanada 362693 nüsxə ədəbiyyat saxlanılır. Bun-
lardan 50670-i elmi, 125987-si dərslik və dərs
vəsaiti, 64122-si bədii, 121914-ü isə ictimai-siyasi
ədəbiyyatdır.
Ağsu rayonunda ilk kitabxana 1943-cü ildə Bö-
yük Vətən müharibəsində vuruşan həmyerlilərimizə
göndərilmək üçün toplanmış kitablar hesabına
təşkil edilmişdir. Toplanmış 5135 nüsxə kitabın çox
hissəsi cəbhəyə göndərilmiş, qalan kitablar bir ota-
ğa yığılmış və qəsəbə kitabxanası kimi fəaliyyətə
başlamışdır. Həmin kitabxana sonralar Mərkəzi
Kitabxana (MK) kimi fəaliyyət göstərmişdir. MK-
ya 1979-cu ildə görkəmli şair Əhməd Cavadın adı
verilmişdir. MKS-də 1 mərkəzi, 1 şəhər, 36 kənd
kitabxana filialı var. MKS-in fondunda 230 min
nüsxəyə yaxın kitab saxlanılır (2014). MK-da eyni
vaxtda 30 nəfər oxucuya xidmət edən oxu zalı və
“Hüquq İnformasiya Mərkəzi” fəaliyyət göstərir.
MKS-də 88 nəfər kitabxana işçisi çalışır.
Hazırda MKS-da 242421 nüsxə, o cümlədən
51105 nüsxə latın qrafikalı ədəbiyyat vardır.
Ağsu rayon MKS-i 1979-cu ildə yaranmışdır.
MKS-1 mərkəzi kitabxana (6 şöbə ilə), 38 kitabxa-
na filialla oxuculara xidmət göstərir.
MKS-in Mərkəzi kitabxanasında kompüterləş-
dirilmiş infrastruktur qurulmuş, kitabxana yeni
informasiya texnologiyaları ilə təchiz edilmiş,
ödənişsiz Wi-Fi zonası yaradılmışdır. Kitabxanada
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasında Kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inki-
şafı üzrə Dövlət Proqramı icrası ilə əlaqədar olaraq
yeni sayt yaradılaraq vahid mərkəzləşmiş kitabxa-
na portalına (http://aghsu.cls.az) daxil edilmişdir.
Ə d ə b i y y a t
Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.-Bakı, 2015.- S.19.
İ n t e r n e t d ə
https://gdu.edu.az/?page_id=187