Kbt я25 uot (059) Baş redaktor


Kitabxanaşünaslıq.Biblioqrafiya 40



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə264/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   260   261   262   263   264   265   266   267   ...   276

549

Kitabxanaşünaslıq.Biblioqrafiya

40

illiyi

40

 illiyi

Quba Rayon Mərkəzləşdirilmiş 

Kitabxana Sistemi  

1978       

Qusar Rayon Mərkəzləşdirilmiş 

Kitabxana Sistemi 

1978    

2018

  Quba  Rayon  Mərkəzləşdirilmiş  Kitabxana 

Sistemi  1978-ci ildə təşkil edilmişdir. MKS-ə 1 

Mərkəzi Kitabxana (MK), 1 şəhər, 89 qəsəbə və 

kənd  kitabxana  filialı  daxildir.  MK  1932-ci  ildə 

yaradılmışdır. Bu dövrədək rayonda müxtəlif for-

malarda  qiraətxanalar  və  kitabxanalar  faəliyyət 

göstərmişdir. MKS-in ümumi kitab fondu 614 min 

nüsxə,  oxucuların  sayı  30  min  nəfərdir.  145  işçi 

çalışır. 

MKS-in  Mərkəzi  kitabxanasında  kompüter-

ləşdirilmiş infrastruktur qurulmuş, kitabxana yeni 

informasiya  texnologiyaları  ilə  təchiz  edilmiş, 

ödənişsiz Wi-Fi zonası yaradılmışdır. Kitabxanada 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 

6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq 

edilmiş  Azərbaycan  Respublikasında  kitabxana-

informasiya  sahəsinin    2008-2013-cü  illərdə  in-

kişafı  üzrə  Dövlət  Proqramı  icrası  ilə  əlaqədar 

olaraq  yeni  sayt  yaradılaraq  vahid  mərkəzləşmiş 

kitabxana portalına (http://guba.cls.az) daxil edil-

miş,  “ALİSA”  (Automated  Library  System  of 

Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana 

sistemi yüklənmişdir.



Ə d ə b i y y a t

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.- Bakı, 2015.- S.390.

www.guba.cls.az. 

Qusar Rayon MKS 1978-ci ildə yaradılmış və 

01.01.2017-ci il tarixinə 1 Mərkəzi kitabxana, 1 

şəhər, 1 qəsəbə, 40 kənd filialı olmaqla cəmi 43 

kitabxananı özündə birləşdirir. 

  2012-ci  ildə  MKS  Elektron  Kitabxana-

lar  və  Yeni  İnformasiya  Texnologiyalarının 

istifadəçilərinin  Beynəlxalq  Assosiasiyasına  üzv 

qəbul edilərək 515 №-li beynəlxalq sertifikat al-

mışdır.


Mərkəzi  Kitabxana  və  əksər  filiallar  müasir 

tələblərə uyğun əsaslı təmir olunmuş, yeni inven-

tar və avadanlıqlarla təchiz olunmuşlar. Mərkəzi 

kitabxanada 38 nəfər, filiallarda isə 87 nəfər ol-

maqla MKS üzrə cəmi 125 nəfər işləyir. Mərkəzi 

kitabxanada  23  kompyuter  və  9  printer  quraşdı-

rılmış  və  bütün  kompyuterlərin  internetə  çıxışı 

təmin olunmuşdur. Bütün filiallarda kompyuterlər 

və printerlər quraşdırılmışdır və 22 filial telefonla 

təchiz olunduğuna görə kompyuterlərin internetə 

qoşulması həyata keçirilir .

  2017-ci  ilin  əvvəlinə  MKS-nin  kitab    fondu 

312444 nüsxə,  oxucuların sayı 22464 nəfər, kitab 

verilişi 247429 ədəd təşkil etmişdir. Kitabların və 

kitabxananın təbliğ olunması və yeni oxucuların 

cəlb olunması məqsədi ilə bir sıra yeni metod və 

formalardan istifadə olunur. Mərkəzi Kitabxana-

nın bütün işçiləri müasir və yaraşıqlı vahid geyim 

forması ilə təmin olunmuşlar.

Ə d ə b i y y a t

Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.-Bakı, 2015.- S.395.

www.gusar.cls.az. 



550

35 

illiyi

Cəbrayıl Rayon Mərkəzləşdirilmiş 

Kitabxana Sistemi  

1983       

2018

1983-cü  ilin  fevral  ayında  təşkil 

edilmişdir. 1993-cü ildə Cəbrayıl rayo-

nun erməni silahlı qüvvələri tərəfindən 

işğalına  qədərki  dövrdə  MKS-in 

nəzdində 1 rayon Mərkəzi Kitabxana-

sı, 1 uşaq, 1 şəhər, 75 kənd kitabxana 

filialı faliyyət göstərmişdir. 

MKS-in fondunda 352 min nüsxədən 

çox  çap  məhsulu  olmuşdur.  İşğal 

nəticəsində  mənəvi  sərvətlərimizin 

daşıyıcısı  olan    kitab  fondu  məhv 

edilərək  dağıdılmışdır.  İşğaldan  son-

rakı  dövrdə  əhalinin  məskunlaşdığı 

çadır  düşərgələrində  və  digər  yaşa-

yış  məntəqələrində    kitabxanaların 

fəaliyyətinin  bərpası  üçün    müəyyən 

tədbirlər görülmüşdür. 

Rayon  Mərkəzi  Kitabxanasının  və 

30 kitabxana filialının fəaliyyəti bərpa 

edilmiş, kitabxana işcilərinin bir qismi 

işlə təmin edilmişdir. 

Əvvəllər  çadır  düşərgələrində 

fəaliyyət  göstərən  11  kitabxana  filialı 

Biləsuvar rayonu ərazisində cəbrayıllı 

məcburi  köçkünlər  üçün  istifadəyə 

verilən  qəsəbələrdə  tikilmiş  müasir 

tipli  yeni  kitabxana  binalarına  köçü-

rülmüşdür.  Mərkəzi  Kitabxana  6  say-

lı  qəsəbədə  yerləşir.  Hazırda  MKS-in 

fondunda 70 min nüsxədən çox kitab 

vardır. Oxucuların sayı 5 min nəfərdən 

artıqdır. 

MKS-in  Mərkəzi  kitabxanasın-

da  kompüterləşdirilmiş  infrastruktur 

qurulmuş,  kitabxana  yeni  informasi-

ya  texnologiyaları  ilə  təchiz  edilmiş, 

ödənişsiz  Wi-Fi  zonası  yaradılmışdır. 

Kitabxanada Azərbaycan Respublikası 

Prezidentinin 2008-ci il 6 oktyabr ta-

rixli 3072 nömrəli Sərəncamı ilə təsdiq 

edilmiş  Azərbaycan  Respublikasında 

kitabxana-informasiya sahəsinin  2008-

2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət 

Proqramı icrası ilə əlaqədar olaraq sayt 

yaradılaraq vahid mərkəzləşmiş kitab-

xana  portalına  (http://jabrayil.cls.az) 

daxil edilmişdir.



Kitabxanaşünaslıq.Biblioqrafiya

Ə d ə b i y y a t

Cəbrayıl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.-Bakı, 2015.- S.191.


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə