549
Kitabxanaşünaslıq.Biblioqrafiya
40
illiyi
40
illiyi
Quba Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi
1978
Qusar Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi
1978
2018
Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana
Sistemi 1978-ci ildə təşkil edilmişdir. MKS-ə 1
Mərkəzi Kitabxana (MK), 1 şəhər, 89 qəsəbə və
kənd kitabxana filialı daxildir. MK 1932-ci ildə
yaradılmışdır. Bu dövrədək rayonda müxtəlif for-
malarda qiraətxanalar və kitabxanalar faəliyyət
göstərmişdir. MKS-in ümumi kitab fondu 614 min
nüsxə, oxucuların sayı 30 min nəfərdir. 145 işçi
çalışır.
MKS-in Mərkəzi kitabxanasında kompüter-
ləşdirilmiş infrastruktur qurulmuş, kitabxana yeni
informasiya texnologiyaları ilə təchiz edilmiş,
ödənişsiz Wi-Fi zonası yaradılmışdır. Kitabxanada
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə in-
kişafı üzrə Dövlət Proqramı icrası ilə əlaqədar
olaraq yeni sayt yaradılaraq vahid mərkəzləşmiş
kitabxana portalına (http://guba.cls.az) daxil edil-
miş, “ALİSA” (Automated Library System of
Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana
sistemi yüklənmişdir.
Ə d ə b i y y a t
Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.- Bakı, 2015.- S.390.
www.guba.cls.az.
Qusar Rayon MKS 1978-ci ildə yaradılmış və
01.01.2017-ci il tarixinə 1 Mərkəzi kitabxana, 1
şəhər, 1 qəsəbə, 40 kənd filialı olmaqla cəmi 43
kitabxananı özündə birləşdirir.
2012-ci ildə MKS Elektron Kitabxana-
lar və Yeni İnformasiya Texnologiyalarının
istifadəçilərinin Beynəlxalq Assosiasiyasına üzv
qəbul edilərək 515 №-li beynəlxalq sertifikat al-
mışdır.
Mərkəzi Kitabxana və əksər filiallar müasir
tələblərə uyğun əsaslı təmir olunmuş, yeni inven-
tar və avadanlıqlarla təchiz olunmuşlar. Mərkəzi
kitabxanada 38 nəfər, filiallarda isə 87 nəfər ol-
maqla MKS üzrə cəmi 125 nəfər işləyir. Mərkəzi
kitabxanada 23 kompyuter və 9 printer quraşdı-
rılmış və bütün kompyuterlərin internetə çıxışı
təmin olunmuşdur. Bütün filiallarda kompyuterlər
və printerlər quraşdırılmışdır və 22 filial telefonla
təchiz olunduğuna görə kompyuterlərin internetə
qoşulması həyata keçirilir .
2017-ci ilin əvvəlinə MKS-nin kitab fondu
312444 nüsxə, oxucuların sayı 22464 nəfər, kitab
verilişi 247429 ədəd təşkil etmişdir. Kitabların və
kitabxananın təbliğ olunması və yeni oxucuların
cəlb olunması məqsədi ilə bir sıra yeni metod və
formalardan istifadə olunur. Mərkəzi Kitabxana-
nın bütün işçiləri müasir və yaraşıqlı vahid geyim
forması ilə təmin olunmuşlar.
Ə d ə b i y y a t
Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.-Bakı, 2015.- S.395.
www.gusar.cls.az.
550
35
illiyi
Cəbrayıl Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi
1983
2018
1983-cü ilin fevral ayında təşkil
edilmişdir. 1993-cü ildə Cəbrayıl rayo-
nun erməni silahlı qüvvələri tərəfindən
işğalına qədərki dövrdə MKS-in
nəzdində 1 rayon Mərkəzi Kitabxana-
sı, 1 uşaq, 1 şəhər, 75 kənd kitabxana
filialı faliyyət göstərmişdir.
MKS-in fondunda 352 min nüsxədən
çox çap məhsulu olmuşdur. İşğal
nəticəsində mənəvi sərvətlərimizin
daşıyıcısı olan kitab fondu məhv
edilərək dağıdılmışdır. İşğaldan son-
rakı dövrdə əhalinin məskunlaşdığı
çadır düşərgələrində və digər yaşa-
yış məntəqələrində kitabxanaların
fəaliyyətinin bərpası üçün müəyyən
tədbirlər görülmüşdür.
Rayon Mərkəzi Kitabxanasının və
30 kitabxana filialının fəaliyyəti bərpa
edilmiş, kitabxana işcilərinin bir qismi
işlə təmin edilmişdir.
Əvvəllər çadır düşərgələrində
fəaliyyət göstərən 11 kitabxana filialı
Biləsuvar rayonu ərazisində cəbrayıllı
məcburi köçkünlər üçün istifadəyə
verilən qəsəbələrdə tikilmiş müasir
tipli yeni kitabxana binalarına köçü-
rülmüşdür. Mərkəzi Kitabxana 6 say-
lı qəsəbədə yerləşir. Hazırda MKS-in
fondunda 70 min nüsxədən çox kitab
vardır. Oxucuların sayı 5 min nəfərdən
artıqdır.
MKS-in Mərkəzi kitabxanasın-
da kompüterləşdirilmiş infrastruktur
qurulmuş, kitabxana yeni informasi-
ya texnologiyaları ilə təchiz edilmiş,
ödənişsiz Wi-Fi zonası yaradılmışdır.
Kitabxanada Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 6 oktyabr ta-
rixli 3072 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-
2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı icrası ilə əlaqədar olaraq sayt
yaradılaraq vahid mərkəzləşmiş kitab-
xana portalına (http://jabrayil.cls.az)
daxil edilmişdir.
Kitabxanaşünaslıq.Biblioqrafiya
Ə d ə b i y y a t
Cəbrayıl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.-Bakı, 2015.- S.191.