Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə267/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   263   264   265   266   267   268   269   270   ...   276

555

Ə d ə b i y y a t

Azəri, L. İlin kino 

mənzərəsi /L.Azəri         

//Mədəniyyət.- 2016.- 30 

dekabr.- S.11.

Hətəmov, M. Azərbaycan 

kinosu: sabaha böyük 

ümidlə /M.Hətəmov; 

müsahibəni apardı 

M.Mükərrəmoğlu //Xalq 

qəzeti.-2016.-11 mart.-

S.12.

Hətəmov, M. Şərəfli inki-

şaf yolu: Azərbaycanfim 

- 90 /M.Hətəmov             

//Xalq qəzeti.- 2013.- 22 

avqust.- S.6.

Hətəmov, M. Azərbaycan 

kinosu: inkişafa doğru 

/M.Hətəmov, müsahibəni 

apardı G.Allahverdiyeva 

//Ekran-efir.- 2014.- 31 

oktyabr.- S.10.

Tahirli, G. Yubileylərin 

görüşü: Kinomuzun 115, 

kinostudiyamızın 90 yaşı 

tamam olur... /G.Tahirli 

//Mədəni həyat.- 2013.- 

№ 8.- S.52-55.

Tarixdə bu gün

95

 illiyi

C.Cabbarlı adına “Azərbaycanfilm” 

kinostudiyası 

1923   

2018

1920-ci ildə Nəriman Nərimanov ki-

nematoqrafiya  idarələrinin  milliləşdiril-

məsi haqqında dekret imzalayır və xalq 

mədəniyyət  komissarlığının  tərkibində 

foto-kino  şöbəsi  (Azərbaycan  XMK-

nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü 

ildə  isə  bu  qurumu  I  Dövlət  kinofabri-

ki  (“Azərbaycan  Foto-Kino  İdarəsi” 

(AFKİ)  əvəz  edir. AFKİ-i  Bakıda  keç-

miş  “Renessans”  restoranının  bina-

sında  Dövlət  Kino  fabrikinin  (gələcək 

“Azərbaycanfilm”  kinostudiyası)  yara-

dılmasına  başlandı  və  çox  çəkmədi  ki, 

aprelin  28-də  Kinofabrikin  açılışı  oldu 

və dövlət kinofabrikində çəkilən ilk film 

“Qız  qalası”  filmi  oldu.  Filmi  çəkmək 

üçün  rejissor  Ballyuzek  Moskvadan 

dəvət  olunmuşdu.  İlk  direkroru  Hənifə 

Terequlov olmuşdur.

Azərbaycan  kino  strukturu  sonra-

kı  illərdə  müxtəlif  cür  adlandırılıb. 

1926-1930-cu  illərdə  “Azdövlətkino” 

(Azərbaycan  Foto-Kino  Sənaye  və 

Ticarət  Birliyi),  1930-1931-ci  illərdə 

“Azərkino”, 

1934-1935-ci 

illərdə 


“Azdövlətkinosənaye”  (Oktyabrın  X 

illiyi  adına  kinofabrik),  1932-1941-ci 

illərdə  “Azərfilm”  (Azərbaycan  Foto-

Kino  Sənayesi  İdarəsi),  1939-1959-cu 

illərdə “Bakı kinostudiyası”. 

SSRİ  Xalq  Komissarları  Sovetinin 

1938-ci il 2 mart qərarı ilə bədii filmlərin 

Bakı  Kinostudiyasının  Nizamnaməsi 

təsdiq  olundu.  SSRİ  Xalq  Komissarla-

rı  yanında  Kinematoqrafiya  İşləri  üzrə 

komitənin  1938-ci  il  30  iyun  tarixli 

əmri ilə kinostudiya 1938-ci ildən bədii 

filmlərin  Bakı  Kinostudiyası  adlandı-

rılmış  və  1944-cü  ilə  kimi  Komitənin 

tabeliyində olmuşdur.

1953-cü  il  may  ayının  25-dən  kino-

studiya ASSR  Mədəniyyət  Nazirliyinin 

sərəncamına  verilmişdir.  1958-ci  ildən 

kinostudiya  “Azərbaycanfilm”  kinos-

tudiyası  (Mədəniyyət  Nazirliyinin  22 

avqust 1958-ci il tarixli əmrinə əsasən) 

adlanmışdır. 

Azərbaycan  SSR  Nazirlər  Sovetinin 

20 aprel 1959-cu il tarixli qərarı ilə ki-

nostudiyaya C.Cabbarlının adı verilmiş-

dir. Kinostudiyanın yeni binasının əsası 

1951-ci ildə qoyulmuş və 15 ildən sonra 

hazır  olmuşdur.  1966-cı  ildə  bu  binada 

artıq kino istehsalına başlanılmışdır.

ASSR  Nazirlər  Soveti  Rəyasət 

Heyətinin 23 sentyabr 1988-ci il tarixli 

fərmanı ilə ASSR Dövlət Kinematoqra-

fiya Komitəsi ləğv olunaraq, Azərbaycan 

Mədəniyyət  Nazirliyinin  sərəncamına 

verilmişdir. ASSR Nazirlər Sovetinin 19 

sentyabr 1988-ci il tarixli qərarı ilə bütün 

kino təşkilatları, o cümlədən kinostudiya 

nazirliyin tərkibinə qatılmışdır. 1989-cu 

ilin  əvvəllərində  Mədəniyyət  Nazirliyi-

nin  tərkibində  “Azərkinovideo”  İB  ya-

radılmış və kinostudiya İB-nin tərkibinə 

daxil edilmişdir.

2001-ci  ilin  aprelində  Azərbaycan 

Respublikası  Prezidentinin  Sərəncamı 

ilə Azərkinovideo  İB  ləğv  olunmuş  və 

bunun əvəzinə Mədəniyyət Nazirliyində 

Kino İşləri Baş İdarəsi təşkil olunmuş-

dur.


1 sentyabr 2003-cü ildən etibarən baş 

idarənin  adı  dəyişdirilərək  Kino  İşləri 

Şöbəsi adlandırılmışdır.

Hazırda Azərbaycanda  kino  qurumu 

Azərbaycan Mədəniyyət və Turizm Na-

zirliyinin tərkibində fəaliyyət göstərir. 

“Azərbaycanfilm”də  bədii  filmlərin 

ssenarisini təsdiq edən Bədii Şura (BŞ) 

fəaliyyət  göstərir.  Heyət  hər  il  yenidən 

seçilərək  təsdiqlənir.  Təqdim  olunan 

ssenari  Bədii  Şura  heyəti  tərəfindən 

qəbul  olunduqdan  sonra  Mədəniyyət 

Nazirliyinə təqdim olunur. 



556

Ə d ə b i y y a t

Şəymən. Azərbaycan 

qadın mətbuatının tarixi.

Sovet dönəmində nəşr 

olunan “Şərq qadını” 

zəngin irsə malikdir        

/Şəymən //Şərq.- 2016.- 

16 fevral.- S.5

Şəymən.“İşiq”dan 

“Azərbaycan qadını”na 

gələn yol... Müstəqilliyin 

bərpasından sonra 

qadın mətbuatının yeni 

inkişaf mərhələsı başladı            

/Şəymən //Şərq.- 2016.-

18 fevral.- S.9.

Tahirqızı, Ü. Azərbaycan 

qadınını azadlığa 

səsləyən nəşrlər “İşıq”, 

“Zaqafqaziya zəhmətkeş 

qadını”, “Şərq qadı-

nı” bu yöndə fəaliyyət 

göstəriblər /Ü.Tahirqızı 

//Xalq cəbhəsi.- 2014.- 9 

aprel.- S.11.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/sherq/2016/

fevral/477816.htm

http://www.anl.az/down/

meqale/sherq/2016/

fevral/477576.htm

Tarixdə bu gün

95

 illiyi

“Şərq qadını” jurnalı

 1923     

2018

1923-cü 


ilin 

noyabr 


ayında 

Azərbaycan  Qadınlar  Şurasının  orqanı 

olan “Şərq qadını” (indiki “Azərbaycan 

qadını”) jurnalının ilk sayı çap olunmuş-

dur.

Ayna Sultanova jurnalın ilk redakto-



ru  olmuşdur.  Ərəb  əlifbası  ilə  çap  olu-

nan  “Şərq  qadını”  qadınlara  azadlıq, 

bərabərlik  ideyaları  aşılayır,  maarif  və 

mədəniyyətdən  yazırdı.  Amma  bütün 

bunların  hamısı  kommunizm  ideologi-

yasının süzgəcindən keçirilib oxuculara 

təqdim olunurdu.

“Şərq 


qadını” 

tərəqqipərvər 

müəllimlərin  və  ictimai  xadimlərin 

qüvvəsinə   arxalanaraq qadın təhsilinin, 

məktəbəqədər 

tərbiyənin 

mühüm 

problemlərinin həllində görkəmli rol oy-



namışdı. Azərbaycanda  qadınların,  qız-

ların təhsili, qız məktəblərinin, kursların 

təşkili,  burada  aparılan  təlim-tərbiyə 

işi  məsələlərinə  jurnal  səhifələrində 

müntəzəm yer verilmişdir. 

“Şərq  qadını”nın  bir  tarixi  rolu  da 

odur  ki,  bu  jurnal  qadın  publisistlərin, 

şair  və  yazıçıların  yetişməsi  üçün 

bir  məktəb  rolunu  oynamış,  elmə, 

mədəniyyətə, incəsənətə, təbabətə mara-

ğı olan qadınların, qızların ilk məqalələri 

jurnalın  səhifələrində  dərc  edilmişdir. 

Azərbaycanın  ilk  yazıçı  və  jurnalist 

qadınları  ilə  bərabər  görkəmli  bədii 

söz  ustaları    -  C.Məmmədquluzadə, 

S.S.Axundov, 

A.Şaiq, 

S.Hüseyn, 

Y.V.Çəmənzəminli, T.Şahbazi, H.Cavid, 

Qantəmir,  B.Talıblı,  H.Nəzərli  və  baş-

qa  yazıçıların  öz  hüquqları  uğrunda 

mübarizəyə  qoşulan  qadınlarımızın 

həyatlarına  həsr  etdikləri  hekayə  və 

şeirləri tez-tez çap olunurdu.

Bundan    sonra,  1938-ci  ilin  fevra-

lından etibarən “Şərq qadını”nın adı da 

dəyişdirilərək  “Azərbaycan  qadını”  adı 

ilə  nəşr  olunmağa  başlamışdı.  Jurnal  

Azərbaycan  KP  Mərkəzi  Komitəsinin 

ictimai-siyasi və ədəbi-bədii aylıq nəşri 

olmuşdu.

Jurnal  2009-cu  ilin  mayından  təzə 

tərtibatla nəşrinə davam etmişdir. 

Hazırda böyük ənənəsi və geniş oxucu 

auditoriyası  olan  “Azərbaycan  qadını” 

jurnalının  səhifələrini    ölkənin  ictimai 

həyatında mühüm rol oynayan, elmimi-

zin,  mədəniyyətimizin  inkişafına  təkan 

verən  tədbirlər,  eləcə  də  müasirlərimiz 

haqqında maraqlı müsahibələr  bəzəyir. 

İndi  ildə  dörd  dəfə  oxucuların 

görüşünə  gələn  jurnal  hər  nömrəsi 

5000  tiraj  olmaqla  Azərbaycan  və  rus 

dillərində nəşr olunur. 

Bu  gün  95  yaşlı  “Azərbaycan  qadı-

nı” jurnalı  yoluna davam edir. Bu uzun 

yolun əvvəlində onu daha çox zərif cin-

sin  nümayəndələrinin  saysız-hesabsız 

problemləri düşündürürdüsə, indi jurnal 

müasir Azərbaycan  qadınının  simasını, 

uğurlarını,  qabaqcıl  təcrübəsini  geniş 

auditoriyaya təqdim etməyə can atır.




Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə