Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə268/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   264   265   266   267   268   269   270   271   ...   276

557

Ə d ə b i y y a t

Azərbaycan Dövlət 

Gənc Tamaşaçılar 

Teatrı /layihənin rəhbəri 

Ə.Qarayev; mətnin 

müəl. İ.Rəhimli; Azərb. 

Resp. Mədəniyyət və 

Turizm Nazirliyi.- Bakı: 

Təhsil, 2010.- 166 s.

Kərimov, İ. Gənclik 

və gözəllik teatrı 

/İ.S.Kərimov.- Bakı: 

Yazıçı, 1978.- 90 s.

Azərbaycan teat-

rının dünya sənət 

məkanına inteqrasiyası                  

//Mədəniyyət.- 2014.- 28 

mart.- S.5.

İ n t e r n e t d ə

http://www.anl.

az/down/meqale/

az_azerbaycan/2016/

iyul/499396.jpg

http://www.anl.

az/down/meqale/

medeniyyet/2014/

mart/359165.htm

http://www.azerbaijans.

com/content_208_

az.html

Tarixdə bu gün

90

 illiyi

M.Qorki adına Azərbaycan 

Gənc Tamaşaçılar Teatrı 

1928     

2018

1927-ci il mart ayının 15-də Bakıda 

yeni bir teatr afişası göründü. Afişada bu 

sözlər yazılmışdı: “Bu gün Pioner dəstə 

rəhbəri  Lətif  Kərimlinin  quruluşunda 

“Fırtına”  tamaşası  göstəriləcəkdir”.  14 

yaşlı  Ağadadaş  Qurbanovun  təşəbbüsü 

ilə hazırlanan bu tamaşa respublikamız-

da uşaq teatrının yaranmasının təməlini 

qoymuşdur. Bakı Uşaq Teatrı pioner və 

məktəblilərin  bədii  özfəaliyyət  dram 

dərnəklərinin əsasında yaranmışdır.

1928-ci  ildə Azərbaycan  Xalq  Maa-

rif Komissarlığının qərarı ilə Bakı Uşaq 

teatrı  rəsmi  olaraq  fəaliyyətə  başlamış-

dır. Teatrın ilk aktyorları və rejissorları 

Ağadadaş  Qurbanov,  Məmmədağa  Da-

daşov, Yusif Əminli, Minə Abdullayeva, 

Yusif Dadaşov, Susanna Məcidova, Ca-

vahir İskəndərova, Süleyman Ələsgərov, 

Hüseynağa  Sadıxov,  Kərim  Həsənov, 

Zəfər  Nemətov,  Məhərrəm  Haşımov, 

Əliməmməd Atayev və başqaları olmuş-

lar.


Teatrın rus bölməsi 1928-ci il noyabr 

ayının 6-da N.Smirnov və S.Şerbakovun 

“Beş nəfər” pyesi əsasında hazırlanmış 

eyniadlı tamaşa ilə, Azərbaycan bölməsi 

isə  1930-cu  il  yanvar  ayının  30-da 

N.İvanterin  “Qırmızı  qalstuk  əleyhinə” 

adlı əsəri ilə öz fəaliyyətinə başlamışdır.

1936-cı  ilin  iyul  ayının  18-dən 

etibarən  Bakı  Uşaq  Teatrı  Azərbaycan 

Xalq  Maarif  Komissarlığının  əmrinə 

əsasən  “Azərbaycan  Dövlət  Gənc  Ta-

maşaçılar  Teatrı”  adlandırılmış  və  ona 

Maksim Qorkinin adı verilmişdir. 

1937-ci  ildə  görkəmli  uşaq  yazıçısı 

Abdulla  Şaiq  teatrın  ədəbi  hissə  müdi-

ri təyin olunmuşdur. İlk milli uşaq dra-

maturgiyası  əsasında  yaranan  Abdul-

la  Şaiqin  “Xasay”,  “Eloğlu”,  “Fitnə”, 

Mirmehdi  Seyidzadənin  “Qızılquş”, 

“Nərgiz”,  Əyyub  Abbasovun  “Azad”, 

“Məlikməmməd”  tamaşaları  teatrın  ya-

radıcılıq nailiyyəti idi.

Azərbaycan  Dövlət  Gənc  Tamaşa-

çılar  Teatrı  səmərəli  fəaliyyətinə  görə 

1979-cu ildə yüksək mükafata - “Şərəf” 

nişanı Ordeninə, 1978-ci ildə Respubli-

ka Lenin Komsomolu Mükafatı laureatı 

adına layiq görülmüşdür. 

Azərbaycan  Dövlət  Gənc  Tamaşaçı-

lar Teatrı 1989-cu ildə öz tamaşaçılarını 

indiki - yeni binada qarşılamışdır. 

2009-cu  ilin  aprel  ayından  əsaslı 

təmir  və  yenidənqurma  işlərindən  son-

ra  yeni  texnika  və  müasir  dizaynla 

təmin  edilmiş  binada  fəaliyyətini  da-

vam  etdirən  Azərbaycan  Dövlət  Gənc 

Tamaşaçılar Teatrına  daha  iki  kollektiv 

- Dövlət Gənclər və Bakı Kamera Teatrı 

birləşdirilmişdir. 

 2011-ci ilin may ayında Azərbaycan 

Dövlət  Gənc  Tamaşaçılar  Teatrının 

Uşaq  və  Gənclər  Teatrları  Beynəlxalq 

ASSİTEJ-ə üzv seçilmişdir.  2012-ci ilin 

fevral  ayında  Beynəlxalq  ASSİTEJ-in 

növbəti toplantısı da Bakıda keçirilmiş, 

ASSİTEJ-ə  üzv  olan  22  dövlətin  teatr 

mütəxəssisləri Gənc Tamaşaçılar Teatrı-

nın fəaliyyəti ilə yaxından tanış olmuş-

lar. 

Azərbaycan  Dövlət  Gənc  Tamaşaçı-



lar Teatrında  hazırda  5  Xalq  artisti,  22 

Əməkdar  artist,  3  Əməkdar  incəsənət 

xadimi, 2 Əməkdar mədəniyyət işçisi, 2 

Prezident təqaüdçüsü, 10 Prezident mü-

kafatçısı çalışır. 

90 yaşlı Azərbaycan Dövlət Gənc Ta-

maşaçılar Teatrı bu gün də öz ənənəsinə 

sadiq  qalaraq,  bütün  yaş  təbəqələrini 

əhatə edən yeni-yeni maraqlı tamaşalar-

la öz tamaşaçılarını sevindirməkdədir. 




558

Ə d ə b i y y a t

Azərbaycan Dövlət Mahnı 

Teatrı //Azərbaycan Millie-

diyası: Azərbaycan.- Bakı, 

2007.- S.794.

Hüseynov, F. Bəstəkar 

Ramiz Mustafayevin 90 

illiyinə həsr olunan gecə 

/F.Hüseynov //Mədəniyyət.-

2016.- 25 noyabr.- S.4.

Hüseynov, F. Rəşid Beh-

budovun yubileyinə həsr 

olunan konsert proqramı 

/F.Hüseynov //Mədəniyyət.-

2015.- 16 dekabr.- S.8.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/medeniyyet/2016/

noyabr/516518.htm

http://www.anl.az/down/

meqale/medeniyyet/2015/

dekabr/468332.htm

https://az.wikipedia.org/.../

Azərbaycan_Dövlət_Mah-

nı_Teatr

Tarixdə bu gün

50

 illiyi

Rəşid Behbudov adına Azərbaycan 

Dövlət Mahnı Teatrı   

 1968     

2018

Rəşid  Behbudov  adına Azərbaycan 

Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal 

sənətinin görkəmli nümayəndəsi, SSRİ 

Xalq artisti Rəşid Behbudov tərəfindən 

yaradılmış və hal-hazırda öz yaradıcısı-

nın adını daşıyır.

Repertuarın əsasını təşkil edən xalq 

mahnılarının, muğam və təsniflərin ifası 

bu günə kimi böyük müğənnimiz Rəşid 

Behbudovun özünəməxsus ənənəvi ifa 

tərzini qoruyub saxlamışdır.

Teatr  fəaliyyət  göstərdiyi  vaxtdan 

burada  Zaur  Rzayev,  Natavan  Şeyxo-

va, Mübariz Tağıyev, Elxan Əhədzadə, 

Xədicə  Abbasova,  Azər  Zeynalov, 

Zöhrə Abdullayeva, Aybəniz Haşımova, 

Gülyaz  və  Gülyanaq  Məmmədovalar, 

Bilal Əliyev və s. kimi populyar sənət 

ustaları çalışmışdır. 

R.Behbudov  adına  Azərbaycan 

Dövlət  Mahnı  Teatrı  bir  çox  xarici 

ölkələrdə,  o  cümlədən  ABŞ,  Fransa, 

İsveç, İsveçrə, Hindistan, Pakistan, Al-

maniya,  Türkiyə,  Rusiya  Federasiyası 

və s. tamaşaçı tərəfindən rəğbətlə qar-

şılanmışdır. 

Prezident İlham Əliyevin Sərəncamı 

ilə 2010-2011-ci illərdə Dövlət Mahnı 

Teatrı da əsaslı təmir edilmiş, bina mü-

asir işıq və səs avadanlıqları ilə təchiz 

edilmişdir.  2011-ci  ilin  noyabr  ayın-

da  dövlət  başçısı  teatra  gəlmiş,  təmir 

işləri ilə yaxından tanış olmuş, görülən 

işlərdən razı qalmışdır. Həmin ilin de-

kabr  ayının  14-də  böyük  sənətkarımız 

Rəşid Behbudovun doğum günündə te-

atrın açılışı olmuşdur.

 Rəşid Behbudov tərəfindən yaradılan 

teatr öz miqyasına və bədii-estetik qu-

ruluşuna görə səhnə sənətinin  ecazkar 

nümunəsi kimi də çox dəyərlidir. Çün-

ki  Rəşid  Behbudov  teatrı  yaradarkən 

geniş  dinləyici  və  tamaşaçı  auditori-

yasının  maraq  dairəsini  nəzərə  almış, 

repertuarda  janr  müxtəlifliyinə  geniş 

yer  vermiş,  bu  sənət  ocağını  musiqi 

mədəniyyətimizin ən yüksək səviyyədə 

təbliğinə  xidmət  edən  məkana  çevir-

mişdir. 


İllər  ərzində  teatr  özünü  musiqi 

və  xoreoqrafiya  sənətinin  ən  gözəl  və 

nümunəvi təbliğatçısı kimi göstərmişdir. 

Məhz  R.Behbudovun  heyrətamiz  iste-

dadı  sayəsində    Azərbaycanın  müasir 

musiqi  mədəniyyəti  dünyanın  bir  çox 

ölkələrində geniş marağa səbəb olmuş-

dur. Bu səmərəli fəaliyyətin bəhrəsidir 

ki, böyük sənətkarın yaratdığı teatr bu 

gün  də  öz  ənənələrini  qoruyub  saxla-

maqla  dünyanın  bir  çox  ölkələrində 

Azərbaycan  musiqisini,  mədəniyyətini 

uğurla təmsil edir.



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə