Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə266/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   262   263   264   265   266   267   268   269   ...   276

553

265

 illiyi

Britaniya muzeyi

 1753 

  

2018

Britaniya muzeyi - Böyük Britaniya-

nın və dünyanın ən böyük muzeylərindən 

biridir.


Bu muzey 1753-cü ildə təşkil edilmiş, 

lakin açılışı 1759-cu ildə olmuşdur. Mu-

zey üçün yeni  bina 1823-1847-ci illərdə 

tikilmiş,  memarı  R.Smyork  olmuşdur. 

XVIII  əsrdən  etibarən  İngiltərənin  ən 

mühüm incəsənət mərkəzlərindən birinə 

çevrilmişdir.  

Muzeydə  müxtəlif  dövrlərə  aid   

mədəniyyət  nümunələri,  antik  və  orta 

əsr dövrlərini əhatə edən abidələr, hətta 

İntibah dövrünün məşhur Rozetta daşı, 

müxtəlif rəsmlər, qravyura sənətinə aid 

olan məmulatlar, medal, qəpik və kitab-

lar saxlanılır.  

Britaniya  muzeyinin  kitabxanasın-

da  7  milyondan  artıq  çap  edilmiş  ki-

tab vardır, həmçinin 105 min əlyazma, 

təxminən 100 min xartiya   və məktublar, 

3 mindən çox papirus vardır.

Britaniya muzeyinə girişlərin hamısı 

pulsuzdur. 1926-cı ildən etibarən muzey 

“British Museum Quarterly” adlı jurnal 

dərc edir. Muzey  Londonda üç: britani-

yalı məşhur həkim və naturalist Hensa 

Slouna (Sir Hans Sloane), qraf Robert 

Harliyə (Robert Harley), həmçinin, ki-

tabxanaçı  Robert  Kottona  (Sir  Robert 

Cotton)  aid  kolleksiyaların  əsasında 

fəaliyyətə  başlamışdır.  Muzey  özündə 

10 bölməni: bizim eradan əvvəl, Misir, 

yunan, Roma, Britaniya, orta əsrlər, in-

tibah,  Şərq,  numizmatika  və  Britaniya 

kitabxanasını birləşdirir.

Britaniya muzeyi ümumilikdə 94 qa-

lareyadan ibarətdir və uzunluğu 4 km-ə 

çatır. Hans Sloun qəpik və antik əşyalarla 

yanaşı,  çoxlu  sayda  heykəltəraşlıq 

nümunələri,  müxtəlif  heyvan,  quş  fi-

qurları, həmçinin herbari və dövlətə xas 

olan əşyalar da toplayırmış.

Muzey binasının əhatə etdiyi sahə 6 

hektardan çoxdur və Londonun mərkəzi 

küçələrindən  birində  yerləşir.  Həmişə 

kitab oxumaq üçün müraciət edənlərin 

sayından  asılı  olaraq  1854-1857-ci 

illərdə böyük həcmdə və dairəvi forma-

ya malik olan oxu zalı tikilmişdir. 

1881-1883-cü  illərdə  burada  olan 

flora, fauna, geoloji və paleontoloji kol-

leksiyaların  çoxluğu  nəzərə  alınaraq, 

Təbiət  tarixi  muzeyi  adlandırılan  yeni 

spesefik  bina  ucaldılmışdır.  II  Dünya 

müharibəsi  illərində  muzeyin  bütün 

eksponatları  ərazidən  evokuasiya  edil-

miş,  muzey  binası  hava  uçuşlarından 

çoxsaylı ziyan görmüşdür. Bir neçə zal, 

həmçinin  oxu  zalının  da  bəzi  hissələri 

dağıdılmışdır.  Uzun  illər  müddətində 

muzey özünün tikintisini və ekspozisi-

yalarını bərpa etməyi bacarmışdır.



Ə d ə b i y y a t

Humphreys, Rob. The rought guide to London /R. Humphreys.- London: Rough Guides Ltd., 2010.- 511, [13] p.

Əzizəliyeva, B. Britaniya Muzeyi Nizami Gəncəvini necə təqdim edir... /B.Əzizəliyeva //525-ci qəzet.-2016.-17 sentyabr.- S.20.

İ n t e r n e t d ə

http://www.anl.az/down/meqale/525/2016/sentyabr/506228.htm

deyerler.org/76099-7-milyon-eseri-olan-vbritaniya-muzeyiv...

Tarixdə bu gün


554

140

 illiyi

Azərbaycan Dəmir yolunun yaradılması  

1878

 

2018

Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və 

sonradan inkişaf etdirilməsi birbaşa neft daşınma-

sı ilə əlaqədar olmuşdur. Belə ki, neft sahibkarlar 

mədənlərlə  neftayırma  zavodları  arasında  dəmir 

yolunun  çəkilməsi  haqqında  dəfələrlə  Nazirlər 

Komitəsinə  müraciətlər  etmişdilər.  Nəhayət, 

Nazirlər  Komitəsinin  çar  II  Aleksandrın  iştirakı 

ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft 

sahəsində  dəmir  yolunun  tikintisi  layihəsi  təsdiq 

olunmuşdur.  25,2  verst  uzunluğunda  olan  dəmir 

yolunun  çəkilməsi  isə  “Poti-Tiflis”  dəmir  yolu 

cəmiyyətinə həvalə edilmişdir.  

Dəmir yolunun inşasına 1878-ci ildə başlanılmış 

və 1879-cu ildə başa çatmışdır. Uzunluğu cəmi 20 

km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan 

ibarət  olmuşdur.  Dekabrın  17-dən  etibarən  Bala-

xanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq 

üçün yüklər qəbul edilmiş, 20 yanvar 1880-ci ildə 

dəmir  yolunun  rəsmi  açılışı  olmuşdur.  Dünyada  

ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla da-

şınmağa başlanılmışdır.

Sovetlər dövründə respublikanın partiya və so-

vet təşkilatları Bakı-Sabunçu dəmir yolu xəttinin 

elektrikləşdirilməsi  istiqamətində  yenidənqurma 

işlərinə başladı. 1926-cı il iyulun 26-da Abşeronun 

məşhur neft rayonları olan Sabunçu və Suraxanıya 

ilk elektrik qatarları hərəkət etdi.

28 may 1980-ci ildə Azərbaycan dəmir yolu - 

“Oktyar inqilabı” ordeni ilə təltif edilmişdir.

Azərbaycan  Nazirlər  Kabinetinin  8  avqust  

1995-ci il tarixli 171 saylı əmri ilə Oktyabr İnqila-

bı ordenli Azərbaycan Dəmir Yoluna - Azərbaycan 

Dövlət Dəmir Yolu adı verilmişdir.

Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir 

Yolunun 240, 4 km sahəsi işğal altına düşmüş və 

təsərrüfatlara təxminən 45 mln. 60 min ABŞ dolla-

rı məbləğində ziyan dəymişdir.

15 iyun 1993-cü ildə yenidən  ölkə rəhbərliyinə 

qayıtmış ümummilli lider  Heydər Əliyevin səyləri 

nəticəsində  Azərbaycan  dəmir  yolunda  dirçəliş 

dövrü başlamışdır. Ulu Öndərimiz Heydər Əliyev 

tərəfindən təməli qoyulan nəqliyyat infrastrukturu-

nun inkişaf etdirilməsi və modernləşdirilməsi pro-

sesi Prezident İlham Əliyev tərəfindən daha inten-

siv şəkildə aparılır, ölkəmiz “Bakı-Tbilisi-Qars” və 

“Şimal-Cənub”  beynəlxalq  və  regional  nəqliyyat 

dəhlizlərinin  reallaşması  prosesində  aktiv  iştirak 

e

dir.    30  oktyabr  2017-ci  ildə  Bakı-Tbilisi-Qars 



dəmir yolunun açılışı olmuşdur. Avrasiya məkanı 

üçün yeni yüksəliş layihəsi olan Bakı-T

bilisi-Qars 

dəmir  yolu  xətti  qədim  İpək Yolunun  polad  ma-

gistrallar  üzərində  bərpasıdır.  Ümumi  uzunluğu 

846  kilometr  olan  Bakı-Tbilisi-Qars  dəmir  yolu 

xəttinin  504  kilometrlik  hissəsi  Azərbaycanın 

ərazisinə  düşür.  Dəmir  yolu  xəttinin  263  kilo-

metri Gürcüstandan keçir. Yolun 79 kilometri isə 

Türkiyə  ərazisindədir.  Bakı-Tbilisi-Qars  dəmir 

yolu Mərkəzi Asiya ölkələrinin — Türkmənistan, 

Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, 

həmçinin Əfqanıstanın Avropa və dünya bazarları-

na çıxışını asanlaşdıracaqdır.

Hər  il  oktyabrın  13-ü  müstəqil  Azərbaycan  

dəmir  yolunun  yarandığı  gün  Azərbaycan  Res-

publikasının  Prezidenti  cənab  İlham  Əliyevin  7 

oktyabr 2005-ci ildə “Dəmir yolu işçilərinin peşə 

bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə 

- Azərbaycan Dəmir Yolu İşçilərinin Peşə Bayramı 

Günü kimi qeyd olunur. Azərbaycan Respublikası-

nın Prezidenti cənab İlham Əliyevin 20 iyul 2009-

cu  il  tarixli  “Azərbaycan  Dəmir  Yolları”  Qapalı 

Səhmdar  Cəmiyyətinin  yaradılması  haqqında  və 

6 iyul 2010-cu ildə  “Azərbaycan Respublikasın-

da dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü 

illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq 

edilməsi  haqqında  Sərəncamları  iqtisadiyyatımı-

zın tərkib hissəsi olan bu cahənin sürətli inkişafına 

səbəb olacaqdır.



Ə d ə b i y y a t

Paşayev, M. Azərbaycanda dəmiryolu: dəmiryolçuların sosial-iqtisadi vəziyyəti və mübarizəsi (1880-1920) /M.İ.Paşayev; elmi red. 

T.T.Vəliyev.-Bakı: Apostrof, 2012.-361, [2] s.

Bayramov, V. Azərbaycan dəmiryolu ölkənin sosial-iqtisadi inkişafında mühüm yer tutur /V.Bayramov //Maliyyə və uçot.- 2016.- № 4.- 

S.50-54.

Əsgərov, A. Azərbaycan Dəmiryolunun inkişafı ümummilli liderin adı ilə bağlıdır /A.Əsgərov //Respublika.- 2013.- 12 may.- S. 2.

Tarixdə bu gün


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə