Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə256/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   252   253   254   255   256   257   258   259   ...   276

533

Tarix

245 

illiyi

Mirzə Camal bəy 

1773-1853 

2018

Mirzə  Camal  bəy  Məhəmmədxan 

bəy oğlu Hacılı-Cavanşir (Mirzə Camal 

Cavanşir Qarabaği)  1773-cü ildə Hacı-

lı icmasında, Gecəgözlü obasında ana-

dan  olmuşdur.   Atası  Məhəmmədxan 

bəy  Şuşaya  Qalabəyi  təyin  olunduq-

dan sonra paytaxta köçmüşdülər. Bu-

rada  mədrəsə  bitirmişdir.  Bir  neçə 

dil  bilirdi.  Ədəbiyyatçı  Adolf  Berje 

yazır: “Mirzə Camal fars, ərəb və os-

manlı dillərindən başqa avar və ləzgi 

dillərini də bilirdi. Tarix, coğrafiya və 

astronomiya haqqında yaxşı məlumatı 

vardı. Aydın və savadlı adam olan Ca-

mal bəy divanda katib işləmiş, xanın 

əsasən daxili yazışmalarını apardığına 

görə ona Mirzə adını qoymuşlar.”

1797-cı  ildə  baş  vəzir  Molla 

Pənah  Vaqif      öldürüldükdən    son-

ra İbrahimxəlil xan xanlığa baş vəzir 

vəzifəsinə  divanxana  katibi  Mirzə 

Camal  bəy  Hacılı-Cavanşiri  təyin 

etmişdir.  1822-ci  ildə  xanlıq  ləğv 

olunduqdan  sonra    Mirzə  Camal  bəy 

rus  hərbi  idarəsi  tərəfindən  yaradı-

lan  məhkəməyə  işə  keçirilmişdi.  On 

səkkiz  il  məhkəmə  sistemində  çalış-

dıqdan sonra qocalığı ilə bağlı, 1840-

cı ildə istefaya çıxmışdır.

Mirzə Camal bəy tibb elmini gözəl 

bildiyindən həkimliklə məşğul olmağa 

başlamışdır.  Ömrünün  sonuna  qədər 

adamları pulsuz müalicə etmişdir.

Mirzə Camal bəy Cavanşir Qaraba-

ği tarixçi idi və onun zəngin kitabxa-

nası olmuşdur. 

1815-ci  ildə  “İran  tarixi  haqqında 

qısa  icmal”nı,  1847-ci  ildə  isə  Qara-

bağın  siyasi  olaylarından  bəhs  edən 

“Qarabağ  tarixi”  adlı  tarixi  əsərlərini 

yazmışdır.

Mirzə Camal bəy 1853-cü ildə vəfat 

etmişdir.



Ə d ə b i y y a t

Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi //Qarabağnamələr /tərt. ed. A.Fərzəliyev; elmi red. N. Axundov.- Bakı, 2006.-

K.I.-S.117-167.

Hüseynov, Y. “Qarabağnamələr”də yaşayan tarix /V.Hüseynov //Azərbaycan.-2015.- 12 fevral.- S.11.

Axundov, N. Qarabağ xanlıqlarının ictimai-iqtisadi vəziyyəti və mədəni həyatı //Axundov N. Qarabağ salnamələri.- Bakı, 1989.- 

S.154-206.

Qarabağ tarixini yazan soylardan biri: Mirzə Camal Cavanşir Qarabağinin varisləri //Azadlıq.- 2013.- 2 sentyabr.- S.14.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/.../Mirzə_Camal_Cavanşir_Qarabaği

http://www.anl.az/down/meqale/azadliq/2013/sentyabr/323875.htm

http://www.anl.az/down/meqale/azerbaycan/2015/fevral/420591.htm

Tarixçi


534

Ə d ə b i y y a t

“Ədalətli sultanın bir günlük ədaləti...”: Anadolu qazisi Siracəddin Urməvi //Azadlıq.- 2013.- 22 fevral.- S.14.

Məmmədov, Z. Siracəddin Urməvi /Zakir Məmmədov; Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutu.- Bakı: Elm,1990. - 48 s.

Siracəddin Urməvi //Azərbaycanda ənənəvi din [A.Şirinov [və b.]]; red. N.Məmmədov; elmi red. A. Şirinov.- Bakı, 2014.- S.91-92.

Uğur. Siracəddin Urməvinin yaradıcılığında azadfikirlilik: O, insanı əhatə edən şeylər və hadisələr haqqında maraqlı mühakimələr 

yürüdüb /Uğur //Xalq cəbhəsi.- 2014.- 28 yanvar.- S.11.

Fəlsəfə.İqtisadiyyat.Hüquq

820 

illiyi

Siracəddin Urməvi

1198-1283  

2018

Siracəddin  Mahmud  Əbubəkr  oğlu  Urməvi 

1198-ci  ildə  Cənubi  Azərbaycanın  Urmi-

ya  şəhərində  anadan  olmuşdur.  Onun  uşaqlıq 

illəri  burada  keçsə  də,  təhsilini  Mosulda  o  döv-

rün  böyük  təbiətşünas,  məntiqçi  filosoflarından 

Kəmaləddin  Musa  İbn  Yunusun  (1156-1242)  və 

başqa  nüfuzlu  şəxslərin  yanında  almış,  fəlsəfə, 

məntiq, hüquq, tibb, riyaziyyat, astronomiya və s. 

elmləri mükəmməl öyrənmiş, bu sahələrin bilici-

si  kimi  ətraf  məmləkətlərdə  də  məşhurlaşmışdır. 

Azərbaycan  alimi  həmin  dövrdə  görkəmli 

şəxsiyyətlərlə - elm adamları və siyasi xadimlərlə 

yaxınlıq  etmiş,  dövlət  və  hüquq  işlərinə  maraq 

göstərmişdir.Görkəmli filosof bir müddət Suriya-

da, sonra Kiçik Asiyada yaşamışdır. 

Siracəddin Urməvi 1246-cı ildən əvvəl Konya-

nın, 1277-ci ildən etibarən bütün Rum ölkəsinin 

baş qazisi (kadi əl-küdat) vəzifəsini icra etmişdir. 

Bu  dövrdə  müsəlman  Şərqində  fəlsəfə,  məntiq 

və hüquq elmlərini dərindən bilən alimlər dövlət 

işlərinə cəlb olunurdular.

Yazılı mənbələrdə Siracəddin Urməvinin aşağı-

dakı əsərlərinin adı çəkilir: “Məntiqə və fəlsəfəyə 

dair  Nurların  doğuşları”,  “Hikmət  incəlikləri”, 

“Haqqın bəyanı”, “Metodlar”, “Ziddiyyətin misal-

larına dair traktat”, “Dialektikaya dair traktatlar”, 

“Həkimanə sözlərin islahı”, “Təhsil”, “Suallar” və 

başqaları.

Görkəmli filosofun kitabları içərisində ən geniş 

şöhrət tapan “Nurların doğuşları” əsəridir. Bu kita-

ba, xüsusən onun məntiq hissəsinə onlarla şərh və 

haşiyə  yazılmışdır.  “Nurların  doğuşları”  əsərinin 

məntiq hissəsinin Qahirədə Xədiviyyə kitabxana-

sında saxlanılan əlyazması Siracəddin Urməvinin 

sağlığında  -  1278-ci  il  iyulun  əvvəlində  Konya 

şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçü-

rülüb tamamlanmışdır. Azərbaycan filosofunun bu 

kitabının həmin hissəsi Qütbəd-din Razinin (1291-

1365) ona yazdığı şərh ilə birlikdə Təbrizdə,  İs-

tanbulda və Tehranda müxtəlif illərdə çap edilmiş-

dir.


Siracəddin  Urməvinin  “Nurların  doğuşla-

rı”  kitabına  özünün  yazdığı  təfsirin  -  “Nurların 

doğuşları”nı işıqlandırmalar” traktatının Qahirədə 

saxlanılan nüsxəsini Əbu Abdulla Əhməd Mikayıl 

oğlu Təbrizi 1278-ci il oktyabr ayının 10-da kö-

çürüb  qurtarmışdır.  Filosofun  digər  böyük  əsəri 

“Hikmət incəlikləri” kitabının dibaçəsində deyil-

diyi kimi, müəllif onu 1257-ci ildə yazıb qurtar-

mışdır. Əsər 1972-ci ildə Tehranda çapdan çıxmış-

dır. Onun “Haqqın bəyanı” traktatının 1587-ci ildə 

köçürülmüş nüsxəsi İranda Astanqüds kitabxana-

sında saxlanılır.

Siracəddin Urməvi İbn Sinanın və Əfzələddin 

Xunəcinin fəlsəfəyə dair, Əbuhamid Qəzalinin və 

Fəxrəddin Razinin hüquqa dair kitablarına dəyərli 

şərhlər yazmışdır.

Siracəddin  Urməvi  1283-ci  ildə  Türkiyənin 

Konya  şəhərində  vəfat  etmiş,  orada  Müsəlla 

qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycanda  Siracəddin  Urməvi  irsinin  ilk 

tədqiqatçısı mərhum alimimiz Zakir Məmmədov 

olmuşdur.  O,  Urməvinin  həyatını  və  bütünlükdə 

irsini ilk dəfə geniş şəkildə tədqiq etmişdir. 

 

Azərbaycan filosofu




Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə