525
Siyasət.Hərbi iş
595
illiyi
Uzun Həsən
1423-1478
2018
Ucaboylu olduğuna görə “Uzun
Həsən” ləqəbini almış Həsən bəy Bayan-
dur 1423-cü ildə anadan olmuşdur. Trab-
zon imperatoru IV İoanın (1429-1458)
qızı Dəspinə xatunla evlənmişdir. Onun
başqa məzhəbə və dinlərə etiqad edən
əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı
ölkədə sabitləşdirici rol oynamışdır.
Uzun Həsən Osmanlı imperiyası,
Venesiya Respublikası, Böyük Moskva
Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya,
Macarıstan, Çexiya, Almaniya, Papalıq,
Burqundiya, Neopolitan Krallığı, Ro-
dos, Kipr, Qaraman bəyliyi, Misir, Hin-
distan və başqa dövlətlərlə diplomatik
münasibətlər saxlamışdır.
Uzun Həsən Ağqoyunlu tayfaları-
nı birləşdirərək, Dəclə və Fərat çay-
larının yuxarı axarı boyunca paytaxtı
Diyarbəkirdə yerləşən kiçik bir ərazidə
öz hakimiyyətini qurmuş və o vaxtdan
da adı tarixə düşmüşdür.
O bir neçə Avropa ölkəsi ilə ona odlu
silah yardımı göstərilməsi barədə danı-
şıqlar aparmışdır. Həmin yardım Qara
dəniz və Aralıq dənizi vasitəsilə Uzun
Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları
ilə qədimdən əməkdaşlıq edən və Qa-
raman bəyliyinin Qərb sərhədlərində
yerləşən yunan Trapezund imperiyası
üzərindən keçib gəlməli idi.
Osmanlılar bunun qarşısını almaq
istəmiş və 1453-cü ildə Fateh II Meh-
met tərəfindən Konstantinopol işğal
olunduqdan sonra Trapezund imperi-
yasını məhv etmək qərarına gəlmişlər.
Uzun Həsən buna mane olmaq istəsə
də, Osmanlı qoşunlarının Ağqoyunlu
ərazisinə müdaxiləsi onu sülh xahişi ilə
onlara müraciət etməyə məcbur etmiş-
di. Osmanlıların Yastıçəmən yaylağında
yerləşən düşərgəsinə Uzun Həsənin ana-
sı Sara xatunun başçılığı ilə elçilər yol-
lamışdı.
Sara xatun mahir bir diplomat kimi
öz ölkəsindən çox-çox uzaqlarda da ta-
nınmışdı. O, bu dəfə də öz vəzifəsinin
öhdəsindən gəlmiş - sülh bağlamışdır.
Bu sülhün şərtlərinə görə, Uzun Həsən
osmanlıların Trapezundu işğal etməsinə
mane olmamalı, osmanlılar isə onun
dövlətinin ərazisindən çıxmalı idilər.
Uzun Həsəni neytrallaşdırmaq üçün
II Mehmet Trapezund üzərinə hücuma
keçərkən Sara xatunu və onun başçılıq
etdiyi heyəti də özü ilə götürmüş, 1461-
ci il oktyabr ayının 26-da Trapezundun
mühasirəsi qələbə ilə nəticələnmişdi.
Osmanlı dövləti ilə mübarizə apar-
maq üçün ölkəni iqtisadi cəhətdən
möhkəmləndirmək, ordunu yenidən təşkil
etmək və güclü müttəfiqlər tapmaq lazım
idi. Uzun Həsən ilk növbədə ölkə iqtisa-
diyyatının inkişafına təkan vermək üçün
bir sıra islahatlar aparmış, onun xəzinəsi
dolmuş və Azərbaycanda möhtəşəm bir
mərkəzləşdirilmiş dövlət yaranmışdır.
Ordusunun təkmilləşdirilməsi haqqında
çox düşünən Uzun Həsən bu məqsədlə
Avropadan mütəxəssislər çağırmış və ni-
zami ordu yaratmaq istəmişdir.
Uzun Həsənin sarayında alimlər
məclisi fəaliyyət göstərmiş və zəngin ki-
tabxana yaradılmışdır.
Uzun Həsən 1478-ci il yanvar ayının
5-də vəfat etmiş, onu özünün tikdirdi-
yi Nəsriyyə məscid kompleksində dəfn
etmişlər. Bundan sonra həmin məscid
“Həsən padşahın məscidi” adlandırıl-
mışdır.
Dövlət xadimi
Ə d ə b i y y a t
Qacar, Ç. Qədim
və orta əsrlər
Azərbaycanın görkəmli
şəxsiyyətləri /Ç.Qacar;
red. E.Namazov; tərtib
edənlər: N.Qaramanlı,
N.Quliyev.- Bakı: [Ni-
cat], 1997.- 304 s.
Qocayev, Ə.S. Uzun
Həsən /[Ə.Qocayev;
red. R.İsmayılov;
rəssam. E.Cabbarov;
dizayn. R.İsmayılov].-
Bakı: Altun Kitab,
2015. - 14 s.
Karvan /red. hey.
O.Salamzadə [və b.].-
Bakı: Yazıçı, 1990.-109
s.; Roman-qəzet May,
1990-cı il, № 8(5)
Qaraoğlu, F. Tarixdə
iz buraxanlar: Uzun
Həsən /F.Qaraoğlu
//Bakı xəbər.-2016.- 2
iyun.- S.13.
İ n t e r n e t d ə
http://www.anl.
az/down/meqale/
baki_xeber/2016/
iyun/494934.jpg
526
Siyasət.Hərbi iş
270
illiyi
Cavad xan
1748-1804
2018
Cavad xan Şahverdi xan oğlu (Zi-
yadoğlu) Qacar 1748-ci ildə Gəncə
şəhərində anadan olmuşdur. Cavad xa-
nın atası Şahverdi xan 1756-cı ildən
(1761-ci ilə qədər) Gəncənin xanı ol-
muşdur. Qacarlar nəslindən olan böyük
Azərbaycan sərkərdəsi, dövlət xadimi,
Gəncə xanlığının sonuncu hökmdarı
Cavad xan Gəncədə XVI əsrdən hökm-
ranlıq edən Ziyadoğlular nəslindəndir.
Ziyadoğlular ilk doqquz Qızılbaş tay-
falarından olan Qacarların bir qoludur.
Cavad xan o dövrdə sürətlə bir-birini
əvəz edən mürəkkəb hadisələr fonun-
da öz fəal siyasi fəaliyyəti ilə digər
Azərbaycan xanlarından seçilirdi. Ya-
xınlaşan təhlükə qarşısında Azərbaycan,
Dağıstan və Gürcüstan hakimlərinin va-
hid cəbhədən çıxış etmək meyillərindən
məharətlə istifadə edən Gəncə xanı an-
tirus koalisiya yaratmağa çalışır, hətta
buna müyəyyən qədər müvəffəq olur.
Gəncə, Qarabağ, Şəki xanları, ləzgi
şamxalları və gürcü şahzadəsi Aleksandr
Rusiyaya qarşı birgə mübarizə aparacaq-
larına and içirlər. Lakin həlledici anda
Gəncə xanına heç kim kömək etmir və
o, güclü düşmən qarşısında tək qalır.
II Yekaterinanın vəfatından son-
ra yeni imperator I Pavel qraf Zubo-
va Zaqafqaziyanı tərk etmək əmrini
vermişdir. Rusların gedişindən dərhal
sonra İran hökmdarı Ağa Məhəmməd
Şah Qacar Azərbaycanın şimalına cəza
yürüşünə çıxmışdır. O, Şuşanı tutmuş
və Bakı xanı Hüseynqulunu silah al-
tında buraya gətizdirmiş, Cavad xan da
buraya gəlmişdir. 1797-ci ilin 5 iyun
günü şahın öz xidmətçiləri tərəfindən
qətlə yetirilməsi Cavad xanı mühakimə
olunmaqdan xilas etmişdir. 1799-cu ildə
rus qoşunları Gürcüstana girmiş, bir
ildən sonra isə Gürcüstanın Rusiyaya
birləşməsi haqqında manifest verilmiş-
dir. 1803-cü ilin 22 noyabrında ruslar
Tiflisdən Gəncə istiqamətində hərəkət
etmiş, şəhərin yaxınlığında dayanan
Sisiyanov yenidən Cavad xana məktub
yazaraq, şəhəri təslim etmək barədə ul-
timatum vermişdir. Cavad xan Gəncəni
döyüşərək müdafiə edəcəyini bildirmiş-
dir. Cavad xan öz qoşununu və yaxın
adamlarını başına yığaraq, düşmənin
üzərinə yerimişdir. Döyüş dahi şairi-
miz Nizami Gəncəvinin məqbərəsi ya-
xınlığında, Quru qobu adlanan yerdə
baş vermişdir. Qüvvələr nisbəti bərabər
olmadığı üçün gəncəlilər ağır itkilər
verdikdən sonra geri çəkilərək qala-
nın darvazalarını bağlamışlar. Onla-
rı təqib edən ruslar da şəhərə girərək,
qalanı dörd bir tərəfdən mühasirəyə
almış, düz bir ay Sisyanovun ultima-
tumlarına Cavad xan eyni cür cavab
vermişdir: “Şəhəri verməyə gəlincə, bu
niyyətinizdən əl çəkin, çünki bu olan iş
deyil. Sən Gəncəyə yalnız mənim me-
yitimin üzərindən girə bilərsən. Başa
düşürsənmi? Ancaq mən öləndən sonra,
başqa heç cür.” Cavad xanın başcılığı
ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan
artıq müddətdə mübarizə aparırlar.
1786-cı ildən Gəncəni idarə edən
Cavad xan 1804-cü ilin yanvarın 3-dən
4-nə keçən gecə general Pavel Sisia-
novun başçılığı ilə uzun müddət şəhəri
mühasirədə saxlayan rus işğalçı qoşun-
ları ilə qeyri-bərabər döyüşdə oğulları
ilə birlikdə qəhrəmancasına həlak ol-
muşdur.
Gəncədə Şah I Abbas tərəfindən ti-
kilmiş məşhur Cümə məscidində dəfn
olunmuşdur.
Dövlət xadimi
Ə d ə b i y y a t
Dilsuz. Cavad xan /Dilsuz;
layih. məsl. Elçin; ideya
müəl. Q.Qarayev; layih.
rəhb. Qaraqoyunlu; məsul
red. A.Dənzizadə; rəssam
İ.Mehdiyev.- Bakı: Beşik,
2008.- 18 s.
Məmmədli, N. Cavad
Xan: [tarixi roman]
/N.Məmmədli; tərt.- red.
Vasif - Т.Qərib.- Bakı:
Adiloğlu, 2005.- 190 s.
Rüstəmxanlı, S.
Ölüm zirvəsi: roman
/S.Rüstəmxanlı; red.
N.Əbdülrəhmanlı; naşir.
Ş.Xuduoğlu.- Bakı: Qanun,
2007.- 554 s.
Hidayətqızı, S. Cavad xan -
xalq öz qəhrəman oğulları-
nı unutmur! /S.Hidayətqızı
//Mədəniyyət.az.-2016.-
№1.- S.46-47.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org