Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə248/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   244   245   246   247   248   249   250   251   ...   276

517

Milli ədəbiyyat 

155 

illiyi

150 

illiyi

Ağadadaş Müniri  

1863-1940

2018

Ağadadaş Müniri (Cəfərov) 1863-cü ildə Bakı 

şəhərinin Hövsan kəndində anadan olmuşdur. 

  “Müniri”  təxəllüsünü  “Münir”  sözündən 

(ərəbcə “işıq” deməkdir) götürən şairin yazıları in-

qilabdan əvvəl və sonra mətbuatda dərc olunmuş-

dur.  (“Dirilik”  (1916),  “Türkcə  qəzəllər”  kitabı, 

(1917), “Ədəbi parçalar” (1926) və s.) 

Hövsanlı  şair  Ağadadaş  Münirinin  ölməz 

bədii irsi onun klassik şeirin müxtəlif janrlarında 

(qəzəl, məsnəvi, rübai, qitə, qəsidə) yazdığı ədəbi 

nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri 

haqqında yazılan müxtəlif kitablarda şairin bir neçə 

qəzəli  çap  olunsa  da  bütövlükdə  əsərləri  tədqiq 

olunmamış  qalmaqdadır.  Bu  əsərlər  Azərbaycan 

Milli  Elmlər  Akademiyasının  M.Füzuli  adına 

Əlyazmalar İnstitutunun fondunda saxlanılır. 

Hövsanlı  şair  Ağadadaş  Müniri  1880-ci  ildə 

Bakıda  təşkil  olunan  “Məcməüş-şüəra”  ədəbi 

məclisinin görkəmli nümayəndələrindən sayılırdı. 

Şairin ən məşhur əsərlərindən biri onun “Ənar” 

qəsidəsidir. İmam Əlinin (ə) və Həzrəti Fatimənin 

(s.ə)  ailəsində  baş  vermiş,  olduqca  əxlaqi  bir 

hadisənin bədii tərənnümü olan bu qəsidə klassik 

şeir şəklini olduğu kimi saxlamışdır. 

Ağadadaş Müniri 1940-cı ildə vəfat etmiş, Ba-

kının Buzovna kəndində dəfn olunmuşdur.

Şair

Jurnalist, yazıçı

Haşımbəy Vəzirov  

1868-1916

Haşım bəy Mir Haşım bəy Mir İman bəy oğlu 

Vəzirov 

1868-ci ildə 

Şuşa şəhərində anadan olmuş-

dur.  Müəllimlər  Seminariyasını  tamamladıqdan 

sonra  Böyük  Vedi  kəndində,  Cavanşir  qəzasının 

Alpout,  Bərdə,  Şəki  qəzasının  Kiçik  Köynük 

kəndlərində  müəllimlik  etmişdir.  Bir  müddət  isə 

məktəb naziri (müdiri) vəzifəsində  işləmişdir. Şu-

şada  müsəlman-rus  məktəbinin  direktoru  olmuş,   

məktəbdə  işləməklə  bərabər  Şəhər  Bələdiyyə 

İdarəsinə  qlasnı  seçilmişdir.  Mir  Haşım  bəy 

təəssübkeş  bir  millətçi  idi.  1905-1906-cı  illərdə 

erməni  quldurlarına  qarşı  mübarizə  aparmışdır. 

1906-cı ildə hökumət tərəfindən tutulmuş, sürgün 

edilməsinə qərar verilmişdir. 1906-cı ilin ortaların-

da  sürgündən  azad  olunan  Mir  Haşım  bəy  Şuşa-

ya, sonra Bakıya qayıtmış və ömrünün axırınadək 

Bakı şəhərində yaşamışdır. 

Əhməd Ağaoğlunun “İrşad” qəzetilə əməkdaşlıq 

etmişdir. “İrşad”dakı fəaliyyəti ilə Mir Haşım bəyin 

professional jurnalistlik dövrü başlamışdır. O, özü 

müstəqil bir qəzet yaratmaq fıkrinə düşmüşdür və 

1907-ci il aprelin 1-də “Tazə həyat” qəzetini nəşr 

etməyə  başlamışdır.  Bu  qəzet  tərəqqipərəst  möv-

qe  tutduğundan  uzun  müddət  yaşaya  bilməmiş, 

1908-ci ildə oktyabr ayının 7-də qapanmışdır. Ha-

şım bəy “İttifaq” qəzetini nəşr etdirmişdir ancaq, 

bu qəzet də 1909-cu ildə bağlanmışdır. Həmin ildə 

o, “Səda” qəzetinin nəşrinə başlamışdır ki, Haşım 

bəyin nəşr etdiyi mətbuat içərisində ən çox yayılan 

bu qəzet olmuşdur.

“Səda”  qəzeti  qapandıqdan  sonra  “Qafqazist” 

adlı  rus  qəzetini,  “Sədayi-vətən”,  “Sədayi-həqq”, 

nəhayət,  “Sədayi-Qafqaz”  qəzetlərini  nəşr  etdir-

mişdir. Sonuncu qəzet 180 nömrə çıxdıqdan sonra 

hökumət tərəfindən rəsmən qapanmışdır.

  Haşım  bəy  məşhur  məzhəkə  jurnalı  olan 

“Məzəli”nin  də  mühərriri  olmuşdur.  Bu  jurnal 

“Molla Nəsrəddin”dən sonra mətbuat tarixində ən 

görkəmli satirik jurnaldır. Haşım bəy Vəzirov həm 

də yaxşı bir yazıçı idi. O, “Döymə qapımı, döyərlər 

qapını”,  “Evlənmək  su  içmək  deyil”,  “Xan-xan” 

adlı  komediyalar  yazmış,  bu  komediyalarında 

köhnə  adətlərə,  ailə-məişət  məsələlərində  xəstə 

əhvali-ruhiyyələrə gülmüşdür. 

Haşım bəyin rus dilindən bir neçə tərcüməsi də 

vardır. Şekspirin məşhur “Otello” əsərini tərcümə 

etmişdir.

Haşım bəy Vəzirov 1916-cı il fevral ayının 4-də 

vəfat etmişdir.




518

Milli ədəbiyyat

140  

illiyi

Əli Nəzmi     

1878-1946

    

2018

Əli Məhəmməd oğlu Məmmədzadə 

(Əli  Nəzmi)  1878-ci  ildə Yelizavetpol 

(Gəncə  şəhəri)  yaxınlığındakı  Sarov 

kəndində  anadan  olmuşdur.  İbtidai 

təhsilini mollaxanada alan Əli sonra rus-

tatar məktəbində oxumuşdur.  O, atası-

nın vəfatından sonra güzəran üzündən 

doğma  yurdunu  tərk  edərək  Orta Asi-

yaya  getmiş,  Buxara  və  Səmərqənd 

şəhərlərində iki il tacir dükanında şagird 

olmuşdur.  İşləməklə  bərabər,  mütaliə 

yolu ilə təhsilini artırmış, klassik Şərq 

ədəbiyyatını dərindən öyrənmişdir. 

Əli Nəzmi ədəbi fəaliyyətə 1904-cü 

ildə  “Şərqi-Rus”  qəzetində  dərc  etdir-

diyi  “Kənddə  ibtida”  adlı  ilk  şeri  ilə 

başlamışdır.  “Molla  Nəsrəddin”  ədəbi 

məktəbinin görkəmli nümayəndəsi kimi 

tanınan şairin jurnalın 11-ci nömrəsində 

“Əli  dəyənəkli”  imzası  ilə  kiçik  bir 

məktubu  dərc  olunmuşdur.  Sonralar 

o,  satirik  şeirlərini  “Məşədi  Sicimqu-

lu”,  “Kefsiz”  və  başqa  gizli  imzalar-

la  “Molla  Nəsrəddin”in  səhifələrində 

müntəzəm  çap etdirmişdir. “İstibdad”, 

“Qorxuram”,  “Olacaqmı”,  “Sizə  nə”, 

“Ey füqəra”, “Od tutub odlandı vətən” 

və başqa şeirlərində azadlıq ideyalarını 

təbliğ  edir,  zavallı  xalqının  acınacaqlı 

halına acıyırdı. 

Şair sonralar doğma kəndində təqib 

olunduğuna  görə  ailəsi  ilə  Gəncəyə 

köçmüş,  burada  kiçik  ticarətlə 

məşğul  olmuşdur.  O,  eyni  zaman-

da  öz  satirik  şeirlərini  gizli  imzalarla 

(A.S.Əlidəyənəkli,  “Həcamətverdi”, 

“Sərsəri”,  “Qanacaqsız”,  “Şəmşir”, 

“Şəmşirək”,  “Peşiman  qoca”,  “Gəncə 

cavanları”, “Müt-şair”, “Şallax”, “Kav-

mahi”, “Qoca zığ-zığ”, “Papirosçəkən” 

və  s.)  çap  etdirməyi  də  dayandırmır. 

Onun  “Bikəs”  təxəllüsü  ilə  şeirləri  də 

xalq arasında məhşur idi.

Sabirin ən layiqli davamçısı, “Molla 

Nəsrəddin”  jurnalının  ən  fəal  yazarla-

rından biri Əli Nəzmi olmuşdur. Sabir 

ilə Əli Nəzminin şeirlərini biri-birindən 

yalnız imzaları ayırırdı.

M.Ə.Sabirin 

vəfatından 

sonra 


istər  “Molla  Nəsrəddin”də,  istərsə  də 

“Məzəli”,  “Zənbur”,  “Tuti”  və  başqa 

mətbu orqanlarda ən yaxşı satirik şeirlər 

yazan Əli Nəzmi olmuşdur.

1924-1926-cı  illərdə  o,  Gəncə 

məktəblərində  müəllimlik  etmiş,  son-

ra “Yeni Gəncə” qəzeti redaksiyasında 

çalışmış,  1926-1931-ci  illərdə  Bakı-

ya  köçərək  “Kəndli”  qəzeti  və  “Mol-

la  Nəsrəddin”  jurnalı  redaksiyasın-

da  məsul  katib  olmuş,  1934-cü  ildən 

Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü 

seçilmişdir.

Nizami,  Firdovsi,  Krılov  kimi 

sənətkarlardan 

tərcümələr 

etmiş, 

eyni  zamanda  qiymətli  ədəbi-tənqidi 



məqalələr  yazmışdır.  “Keçmiş  günlər” 

(1944)  adlı  mənzum  xatirəsi  XX  əsr 

Azərbaycan  ədəbiyyatı  və  mətbuatını 

öyrənmək üçün dəyərli mənbədir.

Əli Nəzmi 1946-cı il yanvar ayının 

4-də Bakıda vəfat etmişdir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri /Ə.Nəzmi; 

tərt. və ön sözün müəl. 

F.Hüseynov; red. 

E.Qasımova.-Bakı: Şərq-

Qərb, 2006.-544 s.

Keçmiş günlər: xatirələr: 

[şeirlər] /Ə.Nəzmi; trans-

literasiya edib çapa haz., 

ön söz, lüğət və izahların 

müəll. E.Qasımova; red. X. 

Məmmədov; Azərbaycan 

Milli Elmlər Akademiyası 

Nizami adına Ədəbiyyat 

İnstitutu.-Bakı: Adiloğlu, 

2006.-176 s.

Əli Nəzmi. Satiralar //XX 

əsr Azərbaycan şeiri anto-

logiyası: 1905-1920-ci illər     

/tərt. ed., ön söz və şərhlərin 

müəl. M. Məmmədov.-Bakı: 

Şərq-Qərb, 2005.-S.23-28.

İsmayıl. Milliliyimizin 

təbliğatçısı...: Əli Nəzminin 

yaradıcılığının əsas xəttini 

azərbaycançılıq tutub           

/İsmayıl //Şərq.- 2014.- 9 

oktyabr.- S.11.

Publisist


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə