Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

              Hacı Mirfazil 
94
necə  də Allahdan qorxan, öz nəfsinə hakim 
olan bir insandır. O, sadəcə Allahın bir sevimli, 
layiqli bəndəsi idi. Amma Allaha müti (təslim) 
olduğundan elə bir əzəmət və izzət əldə etmişdi 
ki, onunla qarşılaşanlar ona həqiqi bir seyid 
kimi, mömin bir insan kimi ehtiram və hörmət 
edirdilər. 
İmam Məhəmməd Baqir (ə.s) buyurub: 
“Təqvalı mömin şəxs dağdan da möhkəm olar, 
əgər istəsən bir şey qopardasan, çətin olsa da 
qopara bilərsən, amma hər nə qədər çalışsan da 
möminin qəlbindən, imanından, Allaha olan 
eşqindən bir şey azaldıb xaric edə bilməzsən”.
Mircalal ağanın  ən böyük və yaddaqalan 
kəraməti  Şahbuz rayonunda dağlarda baş 
verib. Belə ki, o vaxt kasıbçılıq olduğu üçün 
kənddən bir neçə insan Şahbuz rayonundakı 
dağlara gedib, orada bitən otlardan yığıb 
gətirərdilər. Həmin otları aparıb Ermənistanda 
ərzaqla dəyişdirərdilər.  Əvəzində isə kartof, 
soğan və s. qida məhsulları alıb gətirərdilər. 
O vaxt Mircalal ağanın bir motosikleti var 
idi. Ağanın yoldaşları  İsa və  Cəlil kişi də öz 
motosikletləri ilə axşamdan yola çıxardılar. 
Səhər sübh açılanda dağlara çatardılar. 
Səfərlərinin birində  gəlib dağın  ətəyinə 
çatırlar. Axşamdan dağlara çoxlu yağış 
yağıbmış. Mircalal ağa öz yoldaşlarına deyir ki, 
sübh namazının vaxtıdı, bir az səbr edin, məni 


Sədərəyin  Seyidlər ocağı
95
gözləyin, mən namazımı qılım, sonra yolumuza 
davam edərik. Ağa namaza başlayanda onlar öz 
aralarında bir-birinə deyir ki: “Calalın namazı 
çox çəkəcək, biz bunu tanıyırıq, gəl biz gedək, 
o, sonra arxamızca gələr. Çünki, dağlara yağış 
yağıb, burada çox gözləsək, sel-su gələ bilər, 
sonra bu yeri keçə bilmərik”.  İsa və  Cəlil kişi 
bu fıkirlə Mircalal ağanı orada qoyub yollarına 
davam edirlər. Calal ağa namazı qurtarıb dualar 
etdikdən sonra görür ki, yoldaşları yoxdu. 
Yerindən qalxıb motosikleti işə salır və  dərəni 
yenib sudan o biri taya keçmək istəyir. Lakin 
dərənin ortasında motosiklet birdən-birə sönür, 
işləmir. Ağa elə bilir ki, motorun üstünə su 
düşüb. Tez motoru işə salmaq istəyir. Ancaq nə 
edirsə motor işə düşmür. Bu vaxt başını qaldırıb 
görür ki, dağların  ətəyindən sel-su gəlir. Özü 
də elə sel ki, özü ilə böyük ağac kökləri gətirir. 
Sel gəlib motosikletin altından keçir. Su o qədər 
çox və güclü olur ki, ağa görür motosikleti su 
aparır. Calal ağa deyirdi ki: “Bu vaxt mən özümü 
motosikletin üstünə atdım ki, bəlkə  mənim 
ağırlığım motosikleti saxlasın. Baxdım ki, elə 
mən qarışıq su ikimizi də aparır. Onda başımı 
qaldırıb belə dua etdim: “İlahi, səni and verirəm 
həzrəti Abbasın hörməti xatirinə, mənə kömək 
ol”. Bir anın içində heç özüm də bilmədən necə 
oldu gözümü açıb gördüm ki, suyun o biri 
tayındayam. Mən motosikletin üstündə uzanaqlı 


              Hacı Mirfazil 
96
halda idim. Bir də gördüm başımın üstündə 
qara rəngdə gözəl bir at dayanıb. Üstündə 
də üzü bağlı, gözləri qara, uca boylu, gözəl 
bir oğlan dayanıb. Mən bu hadisəyə görə çox 
təəccübləndim. Dilim-ağzım söz tutmadı ki, bir 
söz deyib danışım. Bu an atın üstündəki oğlan 
mənə belə dedi: “Mircalal, motorun üstündəki 
çöpləri təmizlə, yoxsa motor işə düşməz”. Mən 
dönüb motora baxdım, birdən özümə gəldim. 
Qəlbimdə özümə sual verdim ki, ilahi, görən 
bu Həzrəti Abbas (ə.s.) ağadır? Geri dönüb 
baxdım ki, heç kəs yoxdur. 
Bu hadisədən sonra Calal ağa geri – evə 
qayıdır. Anam Fatimə deyir ki: Ağanız gəldi. 
Həyətdə bir qara qoçumuz var idi. Onu tez 
qurban kəsdi və qonşulara payladı. Bu hadisəyə 
görə düz 7 gün danışmayıb. O, yalnız namaz 
vaxtı durub namazını  qılardı, sonra sanki 
susmaq orucu kimi yerində uzanardı. 
Mircalal ağa yaxşı bilirdi ki, imanı 
gücləndirməyin ilkin şərti səmimi qəlbdən 
istəyin güclənməsidir. Yəni bunu qəlbən 
istəməkdir. Allahın vacib buyurduğu əməlləri 
vaxtında və qüsursuz eşqlə  əta etməkdir. 
O gün Mircalal ağanın eşqlə  qıldığı o iki 
rükət sübh namazı onun dadına çatdı.  Əziz 
Peyğəmbərimiz Məhəmməd (s.ə.v.) bu haqda 
belə buyurub: “Allaha diqqətlə  qılınan iki 
rükət namaz, Allahdan qəflətdə  qılınan min 


Sədərəyin  Seyidlər ocağı
97
rükət namazdan üstündür”.
Mircalal ağanın heç bir elmi savadı yox idi. 
Ancaq o yaxşı bilirdi ki, iman və iradə təkcə elm 
və  mərifət yolu ilə yaranmır.  İman və iradəni 
qazanmaq üçün təkrara da ehtiyac var. İnsan öz 
ruhiyyəsini və mənəviyyatını gücləndirmək üçün 
bir sıra təkrarları yerinə yetirmişdir. Mircalal 
ağa yaxşı bilirdi ki, vacib namazın beş vaxt 
təkrar təyin olunmasının fəlsəfəsi də budur. Gün 
ərzində ibadətin təkrar olunması möminlərin 
iradəsini qüvvətləndirir. Həzrət  Əli (ə.s)-dan 
soruşurlar:  “İman nədir?” Həzrət onlara belə 
cavab verir: “İman bunlardan ibarətdir: Allahı 
qəlbən tanıyıb, dilində etiraf etmək və bütün 
vücudu ilə ruhən və cismən Allahın əmrini qəbul 
edib ona əməl etməkdir”. 
Həqiqətən Mircalal ağa Allahı qəlbən tanıyıb, 
onun varlığına iman edib ruhən və cismən Uca 
Rəbbinin itaətində bacardığı, gücü çatdığı qədər 
xidmət edib. 
Mütəal Allah öz müqəddəs kitabı Qurani-
Kərimdə belə buyurub: “Hər kim Rəbbinin 
hüzurunda durmaqdan qorxmuş  və  nəfs 
istəklərindən qorunmuşdusa, həqiqətən onun 
yurdu cənnətdir (Naziat surəsi, 40-cı ayə)”.
Mircalal ağanın Sədərək camaatı içəri-
sində böyük hörməti var idi. Hamı ona bir əsl 
seyid kimi, bir mömin dindar kimi ehtiram 
edərdi. Ağanın mömin dindar dostları çox idi. 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə