Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə109/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   105   106   107   108   109   110   111   112   ...   156

 

330 


1920-ci  il  298  nömrəli  cinayət  iĢi  ləğv  edildi  və  o,  ancaq  70  ildən 

sonra  uğrunda  canını  fəda  etdiyi  doğma  Azərbaycanının  vətəndaĢ-

lığı haqqında bəraət aldı. Bu bəraət onun qohumu, əməkdar  hüquq-

Ģünas,  indi  istefada  olan  ədliyyə  general-mayoru  Akif  BəĢir  oğlu 

Rəfiyevin gərgin  zəhmətləri, sabiq  SSRĠ-nin  aidiyyatı  orqanlarına 

ayaqdöymələri ...sayəsində  əldə  edilmiĢdir. 

Halbu ki, Xudadat bəy, o cümlədən Gəncə üçün ,ümumilikdə 

milləti  üçün  çox  iĢlər  görmüĢ  atası  Ələkbər  bəy  Rəfibəylinin  və 

digərlərinin  xatirələri unudulmamalı,  layiqincə  əbədiləĢdirilməlidir. 

Həmmüasirimiz,  tanınmıĢ  ictimai-siyasi  xadim,  Gəncə  ġəhər  Ġcra 

Hakimiyyətinin  uzun  zaman  baĢçısı  vəzifəsində  iĢləmiĢ  mərhum 

Tofiq  Bağırov  “Gəncə-qiyammı,üsyanmı?”  məqaləsində  yazmıĢdır 

ki,  Gəncə  üsyanının  (24  may  -  4  iyun  1920-ci  il)  hazırlanmasında 

Rəfibəylilər nəslinin nümayəndələrinin böyük rolu olub,ələlxüsusda  

MəĢədi  Əli  bəy  və  Bağır  bəyin”. 

Burada həmiĢə xalqımızın həqiqi tarixinin və görkəmli Ģəxsiy-

yətlərinin  unudulmaz  haqlarının  özlərinə  qaytarılmasının  yorulmaz 

təĢəbbüsçüsü  olmuĢ  ümummilli  liderimiz,  Azərbaycan  Respublika-

sının  prezidenti  Heydər  Əliyevin  hələ  1998-ci  il  oktyabrın  7-də 

Gəncə  seçiciləri  ilə  görüĢündəki  çıxıĢında  söylədiyi  aĢağıdakı  xa-

rakterik fikrini xatırlamaq yerinə düĢər: 

 ”...Yolumuz    Sərdar  bağına  düĢdü.  Çünki  orada  Gəncənin  

dəyərli  insanlarından  biri  Nigar  Rəfibəylinin  abidəsinin  açılıĢ 

mərasimini 

keçirdik...Gəncənin  tarixi  haqqında  danıĢarkən 

deməliyəm  ki,  Nigar  xanım  Rəfibəylilər  ailəsinin,  sülaləsinin  çox 

parlaq  nümayəndəsidir.Gəncənin  tarixi  haqqında  danıĢarkən 

Rəfibəylilərin xüsusi yerini mən qeyd edirəm... Onlardan biri Nigar 

xanımın  atası  Xudadat  bəy  Rəfibəyli  Azərbaycanın  ilk 

hökumətində,  Xalq  Cümhuriyyətində  nazir  vəzifəsini  tutmuĢ  bir 

insan,  sonra  repressiya  qurbanı  olmuĢdur.  Ancaq    tarix    hər    Ģeyi  

yerinə  qoyur”. 

1992-ci  il  mayın  28-də  Respublika  Günündə  Xudadat  bəy 

Rəfibəylinin  vaxtı  ilə  Gəncədə  yaĢadığı  binanın  önünə  xatirə  löv-

həsi- onun  baralyefi vurulmuĢdur. Gəncədə Xudadat bəy Rəfibəyli-

nin adına  küçə  vardır. 

 



 

331 


 

RZA bəy QARAŞARLI 

 

Rza  bəy  QaraĢarlı  (QaraĢa-



rov)  Azərbaycan  milli  istaqlal  hə-

rəkatının və Xalq Cümhuriyyətinin 

görkəmli  xadimlərindən  biridir. O, 

Azərbaycan xalqının məĢhur soyla-

rıdan  olan  QaraĢarlılar  nəslindən 

çıxmıĢdır.  Bu  soy  öz  baĢlanğıcını 

QaraĢar bəy Bilici-Kəngərlidən gö-

türüb. Bu soy Kəngərli elinin Bilici 

oymağına  bağlıdır.  Vaxtı  ilə  Nax-

çıvandan  köçüb  ġuĢa  Ģəhərində 

məskunlaĢmıĢdılar.  QaraĢar  bəyin 

oğlu  Hümbət  bəy  18-ci  əsrdə  Qa-

rabağ  xanı  Ġbrahimxəlil  xan  Sarı-

calı-CavanĢirə xidmət etmiĢdi. Rza 

bəy  Kərbəlayı  Baba  bəy  oğlu 

(1853) QaraĢarlı (QaraĢarov) 1891-

ci ildə ġuĢa Ģəhərində nüfuzlu ailə-

də  anadan  olmuĢdu.  Kərbəlayi  Baba  bəy  ticarətlə  məĢğul  olsa  da, 

Qarabağda  zil  səsli  mahir  xanəndə  kimi  də  ad  çıxarmıĢdı.  Onun 

Məmməd bəy (1889-1961) və Rza bəy adlı iki oğlu vardı... Rza bəy 

Ģəhər real məktəbini bitirmiĢdi. Sonra ali pedaqoji təhsil almıĢdı... 

Rza  bəy  QaraĢarlı  1918-ci  ilədək  müxtəlif  məktəblərdə  riya-

ziyyat  müəllimi  iĢləmiĢdi.  Zaqafqaziya  Xeyriyyə  Cəmiyyətində  də 

çalıĢmıĢdı.  Sosialist  inqilabçılar  (eser)  partiyasının  üzvü  olmuĢdu. 

R. QaraĢarlı Zaqafqaziya Seymi Müsəlman fraksiyasının, Azərbay-

can  Milli  ġurasının  da  üzvü  olub.Milli  ġuranın  “Azərbaycan 

Məclisi  Məbusanının  təsisi  haqqında”  1918-ci  il  19  noyabr  tarixli 

qanununa  əsasən  7  dekabr  1918-ci  ildə  Azərbaycan  Xülq  Cümhu-

riyyəti  Parlamentinin  tərkibinə  daxil  edilib. 

Rza  bəy  QaraĢarlı  Parlamentdə  (o,  deputat  kimi  ”Metropol” 

mehmanxanasında otururdu) 13 nəfərdən ibarət Sosialistlər fraksiya-

sında təmsil olunurdu. Onun  adı  fraksiya  üzvləri sırasında 7-ci səs-




 

332 


lənirdi.  R.  QaraĢarlının  Sosialistlər  fraksiyasında  millət  vəkili  məs-

ləkdaĢları  Aslan  bəy  Səfikürdski,  Səməd  ağa  Ağamalıoğlu,  Qasım 

bəy Camalbəyov, Camo bəy Hacınski,  Əli Heydər Qarayev, Əhməd 

bəy Pepinov, Ġbrahim Əbilov, Əkbər ağa  ġeyxülislamov və baĢqaları 

idi. R. QaraĢarlı  Parlamentdə  bir  neçə  iclasa  katiblik  etmiĢdi. 

Rza  bəy  QaraĢarlı  1919-cu  il  mayın  6-da  Azərbaycan  höku-

mətinin qərarı ilə Daxili ĠĢlər Naziliyinin Qazax qəzasaında Xüsusi 

Səlayiyyətli müvəkkili vəzifəsinə göndərilmiĢdi. Bu vəzifə general-

qubernator  (vali)  vəzifəsinə  bərabər  hüquqlu  bir  vəzifə  idi.  Qəza 

rəisi  də  ona  tabe  idi.  Rza  bəy  QaraĢarlı  bu  vəzifədə  1919-cu  ilin 

oktyabrınadək xidmət göstərmiĢdi... Sonuncu tarixdən onun  yerinə 

Bakı  qubernatorunun  böyük  köməkçisi  vəzifəsində  iĢləyən  Əmir 

xan Xoyski  təyin  olunmuĢdu. 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbay-

can SSR Xalq Daxili ĠĢlər Komissarlığının (XDĠK) 11 may 1920-ci 

il  tarixli  xüsusi  əmri  ilə  Azərbaycan  Xalq  Cümhuriyyəti  DĠN-in 

strukturları,  o  cümlədən  general-qubernator,  qubernator,  qradona-

çalnik,  xüsisi  səlahiyyətli  müvəkkillər,  Ģəhər  və  qəzaların  polis-

meysterliyi, polis  müfəttiĢliyi, pristav  vəzifələri ləğv  edildi və  əvə-

zində milis rəisləri, milis komissarlıqları və s. sovet inzibati orqan-

lara və vəzifələri tətbiq olundu. Ġlk dövrdə Azərbaycan SSR XDĠK-

in  də  peĢəkar  kadrlara  ehtriyacı  olduğu  üçün  vaxtı  ilə  Azərbaycan 

Xalq  Cümhuriyyəti  DĠN  sistemində  çalıĢmıĢ  iĢçıləri  də  yeni 

xidmətə  cəlb  edirdi.  Onların  sırasında  Azərbaycan  SSR  XDĠK-in 

BaĢ  Milis  Ġdarəsində  məsul  vəzifəyə  qəbul  olunmuĢ  Ġsrafil  Ġbrahi-

mov,  Riza  Mövləzadə,  Əbil  Musayev,  həmçinin  Rza  bəy  QaraĢarlı 

(milisə  nəzarət  üzrə  müfəttiĢ  vəzifəsində)  var  idi.  Onlara  Bakı  mi-

lisində milis komissarları təyin edilən Həsən bəy Firidunbəyovu və  

Qriqori  ġpakı,  qəzalarda  Qiyas  bəy  ġıxlınski,  Məmməd  və  Qiyas 

bəy Sarıcalınski qardaĢlarını və baĢqalarını da əlavə etmək olardı... 

20-ci  illərin  ortalarına  doğru  Rza  bəy  QaraĢarlının  XDĠK 

sistemindən çıxıb  Azərbaycan  SSR  Xalq  Maarif  Komissarlığında 

çalıĢması barədə məlumatlar da vardır...Lakin bir çox milli təəssüb-

keĢlərimiz kimi Rza bəy QaraĢarlının da repressiya qurbanlarından 

biri  olduğu  söylənilir... 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə