Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə112/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   108   109   110   111   112   113   114   115   ...   156

 

339 


QUBERNATORLAR 

 

 



 

 

MÜSEYİB bəy ƏXİCANOV 



(1892-1920) 

 

Müseyib  bəy  Əxicanov  (bəzi  ədəbiyyatlarda  Axıcanov,  Axi-



canov  yazılır.  Əxicanov  düzdür)  Azərbaycan  milli-istiqlal  hərəka-

tının tanınmıĢ iĢtirakçılarından biridir. Müseyib bəy Qəhrəman bəy  

oğlu  Əxicanov  1892-ci  il  oktyabr  ayının  12-də  Cavad  qəzasının 

Beyləqan sahəsində tərəkəmə - elat ailəsində anadan olmuĢdu. Ġxti-

sasca hüquqĢünas idi. Kiyev Universitetinin hüquq fakultəsini bitir-

miĢdi. 1918-ci il sentyabrın 15-də Bakı Nuru paĢanın komandanlığı 

altında  Qafqaz  Ġslam Ordusu və Azərbaycan Cümhuriyyətinin hər-

bi  qüvvələri  tərəfindən  azad  edildikdən  sonra  Bakının  müvəqqəti  

qubernatoru türk zabiti, yarbay (podpolkovnik) Mehmet Fəthi, onun  

böyük köməkçisi isə polkovnik Əli  bəy  Zizikski  təyin  edilmiĢdi... 

1918-ci ilin noyabrından Mudros saziĢinin (30 oktyabr 1918) 

Ģərtlərinə  əsasən  türklər  Bakını  tərk  eməyə  baĢlamıĢdılar.  Həmin 

vaxt  Azərbaycan  hökumətinin  qərarı  və  daxili  iĢlər  naziri  Behbud 

xan   CavanĢirin  müvafiq əmri  ilə  Bakını tərk etmiĢ  Mehmet  Fəthi-

nin əvəzinə Bakının qubernatoru vəzifəsinin icrası ixtisasaca hüquq-

Ģünas olan Müseyb bəy Əxicanova həvalə olunmuĢdu. Müseyib bəy 

Bakının qubernatoru vəzifəsini 1919-cu il fevralın 5-dək, yəni Azər-

baycan  hökumətinin  qərarı  ilə bu vaxtadək Nazirlər ġurasında ĠĢ-

lər  Ġdrəsinin  müdiri  iĢləyən  RəĢid  bəy  Axundzadənin  Bakının 

qubernatoru təyin ediməsinədək yerinə yetirmiĢdi... 

...Müseyib  bəy  Azərbaycan  Milli  ġurasının  üzvü  olmuĢdu. 

1918-ci  il  dekabrın  7-dən  isə  o,  Azərbaycan  Parlamentinin  “Müsa-

vat”  və bitərəflər” fraksiyası”nın üzvü idi... 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolĢevik-

lər  onu  dərhal  həbs  etmiĢ  və  1920-ci  il  iyunun  6-da  bir  qrup  milli 

təəssübkeĢimizlə  bir  sırada  Nargin  (Böyük  Zirə)  adasında  güllələ-




 

340 


miĢdilər... Böyük M.Ə. Rəsulzadə özünün “Azərbaycan Cümhuriy-

yəti”  kitabında Müseyib bəy Əxicanovu “Ġstiqlal ġəhidi” adlandır-

mıĢdır... 

 

 



 

RƏŞİD bəy AXUNDZADƏ 

(1880 – 1940) 

 

RəĢid  bəy  Axundzadə  Azər-



baycan milli-istiqlal hərəkatının fəal 

iĢtirakçılarından  biridir.  O,  1880-ci 

il martın 28-də Salyanda nüfuzlu ru-

hani,  sonralar  (1894-cü  ildən)  Qaf-

qaz  Müsəlmanları  Ġdarəsinin  rəisi  – 

Ģeyxülislam  olmuĢ    Əbdüssalam  

Axundzadənin    (1843  -1907)  ailə-

sində  doğulmuĢdu  (RəĢid  bəyin  do-

ğulduğu  tarixi  1879-cu  və  1894-cü 

ilərə də aid edirlər... Lakin fikrimiz-

cə, o dövrün mötəbər sənədində təs-

diq olunan 1880-ci il tarixi daha də-

qiqdir...). Atasının RəĢid bəy üzərin-

də böyük zəhməti olmuĢdu... RəĢid bəy arzuladığı hüquqĢünas ixti-

sasına onun qayğısı sayəsində yiyələnmiĢdi... RəĢid bəy Axundzadə 

1912-ci ildə Kiyev Universitetinin hüququ fakultəsini bitirmiĢdi. 

Ġxtisasca hüquqĢünas olan RəĢid bəy əvvəl Zaqafqaziya Sey-

minin  Müsəlman  fraksiyasının,  sonra  Azərbaycan  Milli  ġurasının 

üzvü  idi.  Milli  ġuranın  “Azərbaycan  Məclisi-Məbusanının  təsisi 

haqqında” qanununa  əsasən (19  noyabr 1918-ci  il) Salyan qəzasın-

dan  Azərbaycan  Demokratik  Respublikası  Parlamentinin  tərkibinə 

daxil edilmiĢdi. O, Azərbaycan hökimətində ĠĢlər Ġdarəsinin müdiri 

vəzifəsində də çalıĢırdı... 

 

 



 


 

341 


1919-cu il fevralın 5-də daxili iĢlər naziri X.Xasməmmədovun  

təqdimatı  və  Azərbaycan    hökumətinin    qərarı    ilə  bu  vaxtadək 

Azərbaycan  Nazirlər  ġurasında  ĠĢlər  Ġdarəsinin  müdiri  vəzifəsində 

çalıĢan RəĢid bəy  Əbdüssalam oğlu Axundzadə 1919-cu il yanvarın 

1-dən  sayılmaqla  Bakı  Ģəhərinin  qubernatoru  vəzifəsinə  (DĠN  qul-

luqçularının 16 dərəcəli tarif cədvəlinə əsasən 1-ci dərəcə üzrə aylıq 

əmək haqqı 3.600 manat olmaqla) təyin edilmiĢdi.Bu vaxtadək hə-

min vəzifəni  Azərbaycan Parlamentinin üzvü Müseyib bəy Əxica-

nov (noyabr 1918 - 5 fevral 1919) icra edirdi.RəĢid bəy  Axundzadə 

Bakı Ģəhərinin qubernatoru vəzifəsində 1919-cu il avqustun 25-dək 

iĢləmiĢdi. Sonra onun yerinə- Bakı qubernatoru vəzifəsinə, ixtisasca 

hüquqĢünas  olan  Əmir  bəy  Nərimanbəyov  təyin  edilmiĢdi. 

RəĢid  bəy  Axundzadənin  Bakı  qubernatoru  təyin  edilməsi 

haqqında  qərarla  (5  fevral  1919-cu  il)  yanaĢı,  daxili  iĢlər  naziri       

X. Xasməmmədov da 9 fevral 1919-cu il tarixdə bütün DĠN sistemi 

əməkdaĢlarının bu haqda məlumatlı olması üçün ayrıca əmr vermiĢ 

və  əmr  elan  olunaraq,  yerlərə  göndərilmiĢdi.  R.  Axunzadə  isə  yeni 

qubernator təyin  edildikdən bir neçə  gün sonra,  1919-cu il fevralın 

10-da Bakı və Balaxanı-Sabunçu polismeysterlikləri əməkdaĢlarının 

müĢavirəsini  keçirmiĢdi.  MüĢavirədə  polis  iĢçilərinin  yeni  vəzifə-

ləri, yeni tələblər, həmçinin onların paltarla təmin edilməsi, nizam-

intizanın  möhkəmləndirilməsi  və  s.  barədə  məsələlər  müzakirə 

olunmuĢdu. RəĢid bəy müĢavirədə polis iĢçiləri qarĢısında Azərbay-

can  hökumətinin  cinayətkarlıqla  mübarizəyə  qarĢı  yeni  qəbul 

edilmiĢ qərarının icrasını mühüm bir vəzifə kimi qarĢıya qoymuĢdu. 

RəĢid bəy gənc və bacarıqlı azərbaycanlı kadrların dövlət qul-

luğuna  qəbul  olunmasına  çöx  diqqət  və  qayğı  ilə  yanaĢır,  buna 

böyük  əhəmiyyət  verirdi.  Məsələn,  əslən  Qarabağdan  olan,  Zaqaf-

qaziya  Universitetinin  təbiyət  fakultəsinin  gənc  bir  tələbəsi  Əliyev 

Ələkbər MəĢədi Qəhrəman oğlu 1919-cu il iyunun 9-da Bakı quber-

natoru RəĢid bəy Axundzadəyə iĢlə təmin olunması barədə ərizə ilə 

müraciət etmiĢdi. RəĢid bəy onun ərizəsinə müsbət cavab vermiĢ və 

özünün 25 iyun 1919-cu il tarixli 467 nömrəli əmri ilə Bakı Quber-

nator  Ġdarəsində  Ümumi  ġöbənin  kargüzar  yardımçısı  vəzifəsinə 

təyin etmiĢdi. O zaman kargüzar iĢi xüsusilə mühüm dövlət vəzifəsi  



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə