345
1937-ci ilin sonunda həbs olunaraq uzaq Solovki düĢərgəsinə
göndərilmiĢdi.Nəriman bəy Nərimanbəyli 1938-ci ilin əvvəllərində
48 yaĢında ikən güllələnmiĢdir...
İBRAHİM ağa VƏKİLOV
(1853 – 1934)
Ġbrahim ağa PaĢa ağa oğlu
Vəkilov (“Kosaoğlu Ġbrahim Vəkil-
zadə Qazaği”) 1853-cü il mayın 7-də
Yelizavetpol (Gəncə) quberniyasının
Qazax qəzasının Qırax Salahlı kən-
dində anadan olmuĢdu.PeĢəkar hərb-
çi kadr idi və orduda ilk hərbi to-
poqrafiya üzrə mütəxəssis sayılırdı.
Albay (polkovnik) rütbəsi vardı.
Azərbaycan Cümhuriyyətinin ikinci
daxili iĢlər naziri Behbud xan Ca-
vanĢir peĢəkar kadrlardan biri kimi
onu DĠN sistemində iĢləməyə cəlb
etmiĢdi. B. CavanĢirin 1918-ci il 23 iyun tarixli əmi ilə Ġbrahim ağa
Vəkilov Gəncənin qubernatoru vəzifəsinə təyin edilmiĢdi. Ġ.Və-
kilov Gəncənin ilk qubernatoru olmuĢdu...
Gəncə qubernatoru kimi Daxili ĠĢlər Nazirliyinə, Ģəxsən nazir
B. CavanĢirə görülən iĢlər barədə vaxtaĢırı raportlar göndərən Ġbra-
him ağa Vəkilov bu vəzifəyə təyin edildikdən sonra milli höku-
mətimiz əleyhinə olan qüvvələrə qarĢı qətiyyətli fəaliyəti və
gördüyü təsirli tədbirlərlə ad çıxarmıĢdı. Ġ.Vəkilov Goranboyda və
onun ayrı-ayrı kəndlərində sığınacaq tapmıĢ daĢnk tör-töküntülərinə
divan tutub onları tərksilah etmiĢdi...
1919-cu il martın 14-də Azərbaycan hökumətinin 248 nöm-
rəli sərəncamı ilə Ġbrahim ağa Vəkilov tutduğu vəzifəsindən azad
edilərək Milli Ordumuzun BaĢ Qərargahında BaĢ Ġdarənin Hərbi
Topoqrafiya ġöbəsinin rəisi təyin olunmuĢdu. 1919-cu il martın 30-
346
da Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə nümunəvi xid-
mətinə görə Ġbrahim ağa Vəkilova general-mayor, onun köməkçisi
(müavini) Hüseynqulu xan Xoyskiyə isə polkovnik rütbəsi veril-
miĢdi. Qeyd etmək lazımdır ki, Ġbrahim ağa Vəkilovdan sonra Gən-
cənin qubernatoru vəzifəsinə 1919-cu il mayın 6-da məĢhur Rəfi-
bəylilər nəslindən olan, görkəmli milli istiqlal fədaisi, bunadək F.
Xoyskinin baĢçılıq etdiyi 2-ci hökumət kabinetində səhiyyə və
sosial təminat naziri vəzifəsini tutmuĢ Xudadat bəy Rəfibəyli
(1877-1920) təyin edilmiĢdi.
General Ġbrahim ağa Vəkilov 11-ci ordunun 1920-ci il 27
aprel iĢğalınadək öz vəzifəsində xidmət göstərmiĢdi. O, Milli Ordu-
muzun BaĢ Qərargah Ġdarəsinin 1919-cu ilin dekabrında ilk hərbi
Bayrağımızın təsdiq edilməsi qərarından sonra həmin Bayrağın ya-
radıcısı olmuĢdu...General-mayor Ġbrahim ağa Vəkilov 1934-cü il
iyunun 26-da Bakıda 81 yaĢında vəfat etmiĢdi...O,Yelena Yefimov-
na ilə ailə qurmuĢdu. Qalib bəy, Faris bəy və Reyhan xanım adlı
övladları vardı...
MƏHƏMMƏD bəy ŞAHMALIYEV
(1870 – 1924)
Azərbaycan istiqlal hərəkatının xə Xalq Cümhuriyyətinin gör-
kəmli fədailərindən biri Məhəmməd bəy ġahmalıyev olmuĢdur. Mə-
həmməd bəy Nəsrullah bəy (1809) oğlu ġahmalıyev 1870-ci ildə
Yelizavetpol (Gəncə) qəzasının Samux kəndində əsilzadə ailədə
anadan olmuĢdu. Ġxtisasca hüquqĢünas olan Məhəmməd bəy 72 min
desyatin torpaqları olan Samux bəylərinin görkəmli nümayəndələ-
rindən biri idi.
Burada Məhəmməd bəyi yetirmiĢ Samuxun tarixi barədə
bəhs etmək də yerinə düĢər. Ġyirminci əsrin əvvəllərində Samux Ģə-
hərinin mövcud olmasını Samux meĢələrində onun indi də qal-
maqda olan xarabalıqları sübut edir...Samux Ģəhərinin ərazisi Kür
çayının hər iki sahilində Qazannı dağlarının ətəklərini,Qanlı Qobu
ilə Qabırrı çayı arasında olan ərazini əhatə edirdi. Tədqiqatçıların
bir qisminin fikrincə, ”Samux” alban sözü olub, ”meĢəlik”, ”ov
347
yeri” deməkdir. Digər qisim tədiqatçıların qənaətincə, ”Samux” üç
çayın (Kür, Qabırrı və Alazan) birləĢdiyi yerdir. BaĢqaları hesab
edir ki, ”Samux” sözü fars dilində
“üç çay qolu” deməkdir...
Samux rayonu 1931-ci il noya-
brın 24-də təĢkil olunmuĢdu. Azər-
baycan SSR Ali Soveti Rəyasət He-
yətinin 24 yanvar 1939-cu il tarixli 4
nömrəli qərarına əsasən Səfərəliyev
rayonu (inqilabçı Xanlar Səfərəliye-
vin soyadını daĢıyırdı) Kirovabad (o
vaxt Gəncə belə adlanırdı) Ģəhərinin
ərazisinə daxil olan inzibati ərazi
vahidi idi. 1940-cı il yanvarın 16-da
bu rayon Kirovabad Ģəhərinin tərki-
bindən çıxarılıb respublikanın kənd
rayonları sırasına daxil edildi. 1948-ci ildən baĢlayaraq Mingəçevir
SES-in tikintisi ilə əlaqədar olaraq Samuxun ərazisinin çöx hissəsi
su altında qalmıĢdı...1954-cü il yanvarın 28-də Azərbaycan SSR Ali
Sovetinin qərarı ilə Samux rayonu ləğv edilərək, ərazisi Səfərəliyev
rayonu ilə birləĢdirilmiĢdi. 1959-cu il dekabrın 4-də Səfərəliyev
rayonu da müstəqil rayon kimi ləğv edilərək Gəncə Ģəhərinə
birləĢdirilmiĢdi. 1963-cü il yanvarın 4-də keçmiĢ Səfərəliyev rayo-
nunun ərazisi Xanlar rayonuna daxil edilmiĢdi.
...Xanlar rayonu 1954-cü il yanvarın 28-də Səfərəliyev rayonu
ilə birləĢdirilmiĢdi. Səfərəliyev rayonu 1938-ci ilədək görkəmli
dövlət xadimi və yazıçı N. Nərimanovun Ģərəfinə Nərimanov rayo-
nu adlanırdı. Nərimanov adının verilməsinə qədər isə, 1819-cu il ap-
relin 22-dən rayon Yelenenedorf (almanca Helelenedorf) adlan-
mıĢdı. Belə ki, hələ 19-cu əsrdə, 1819-cu il aprelin 22-də Azərbay-
cana gəlmiĢ ən böyük icma olan alman koloniyaçıları Yelenendorf
adı ilə həmin yaĢayıĢ məntəqəsini salmıĢdılar...1869-cu il aprelin
22-də koloniya özünün 50 illiyini təntənəli syrətdə qüeyd
etmiĢdi...1896-cı ildən etibarən də Yelenendorfda və onun ətrafında
ermənilər görünməyə və orada məskunlaĢmağa baĢlamıĢdılar...
Dostları ilə paylaş: |