Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə122/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   118   119   120   121   122   123   124   125   ...   156

 

370 


əslən Cənubi Azərbaycanın Xoy Ģəhərindən olub, Gəncə xanı Cavad 

xanın nəslindən Əbülfət xan Ziyadxanlının qızı idi (1875, Nuxa - 25 

may  1957,  Ġstanbul).  Hüseynqulu  xan  ġirinbəyim  xanım,  öğlanları 

Zahid  xan  və  Ġsgəndər  xanı,  qızları  Valiyyə  və  Samini,  6  aylıq 

nəvəsi  Abbası  və  kürəkəni,  məĢhur  Gəncə  üsyanının  baĢçısı, 

polkovnik Cahangir bəy Kazımbəyov (1888-1955) götürüb əvvəlcə 

Ġrana, sonrada Ġstanbula keçmiĢdi. 

Qeyd  etmək  lazımdır  ki,  Hüseynqulu  xanın  kürəkəni,  Gəncə 

üsyanının  məĢhur  rəhbəri, Ģeyxli  polkovnik  Cahangir bəy Kazım-

bəyov 1988-ci ildə Gəncədə anadan olmuĢdu. Peterburq Hərbi-Hava 

Akademiyasının məzunu, ilk təyyarəçilərimizdən idi (Ġlk hərbi təy-

yarəçimiz isə əslən Qazağın Qıraq Salahlı kəndindən olan,  Birinci 

Dünya müharibəsində, 1916-cı il sentyabrın 8-də döyüĢ təyyarəsin-

də həlak olmuĢ poruçik (baĢ leytenant) Fərrux ağa Qayıbov (Qayıb-

zadə)  (1891-1916),  ikinci  təyyarəçimiz  isə  Teymur  Mustafayev 

(1896,  Bakı-1981,Karaqanda,Qazaxıstan)  olmuĢdur).  C.  Kazımbə-

yov  Birinci  Dünya  müharibəsində  almanlara  qarĢı  vuruĢmuĢdu. 

1918-ci ilin iyununda  Milli Ordumuz yarananda  Rusiyadan  Gən-

cəyə  gəlmiĢdi.  O,  Hüseynqulu  xan  Xoyskinin  böyük  qızı  Valiyyə 

xanımla (11 dekabr 1900,Gəncə - 26 aprel 1947, Ġstanbul) ailə qur-

muĢdu.  Polkovnik  Cahangir  bəy  Kazımbəyov  Azərbaycan  Cüm-

huriyyətinin  süqutundan  sonra    həyat  yoldaĢı  Valiyyə  xanımı,  6 

aylıq oğlu Abbası ,qaynanası ġirinbəyim xanımı, baldızı Samini (10 

avqust 1904, Gəncə  -  19 iyul  1971,  Ġstanbul), qayınları  Zahid  xanı 

və  Ġsgəndər  xanı  2  faytona  yığaraq  20  silahlı  əsgərin  müĢayiətilə, 

dağ  yollarıyla  qohumlarından  birinin  yaĢadığı  Qazaxa  gəlmiĢdi. 

Orada qaynansı ġirinbəyimin xalası yaĢayırdı. Bir az dincəlməmiĢ, 

xəbərçilər onların gəliĢini bolĢeviklərə çatdırmıĢdılar. Odur ki, qala 

bilməmiĢdilər  və  Cahangir  bəy  evi    mühasirəyə  almağa  qoyma-

yaraq,  atıĢa-atıĢa öz  əsgərləri ilə dağlara çəkilmiĢ,  oradan isə  Ġrana 

keçmiĢdi...Ailəsi  isə  tutularaq  yenidən  Gəncəyə  qaytarılmıĢdı. 

Lakin Gəncəyə  gəlmiĢ  Azərbaycan SSR-in  xalq daxili  iĢlər komis-

sarı  Həmid  Sultanov  C.  Kazımbəyovun  ailə  üzvlərini  ölümdən 

qurtarıb onları azad etdirmiĢ və ġirinbəyimin qardaĢı ġahverdi xan 

Ziyadoğlunun evində yaĢamağa icazə vermiĢdi. 



 

371 


C.  Kazımbəyovun    ailə  üzvləri  Gəncədə  çox  qala  bilməz-

dilər...Odur ki, Ġran konsulunun verdiyi “saxta” pasportlarla əvvəlcə 

Batuma,  oradan  isə  “Ġtaliyanın  “Reno”  gəmisilə  Ġstanbula  gəlmiĢ, 

orada  yaĢayan  Hüseynqulu  xanı  tapmıĢdılar.  Cahangir  bəy  isə  

yalnız  bir  müddətdən  sonra  Ġstanbula  gəlib  çıxa  bilmiĢdi...  Həmin 

müddətdə  35  yaĢlı  C.  Kazımbəyov  Ġrandan  Gəncəyə  qayıdaraq 

Azərbaycan  ordusunun  3-cü  süvari  alayının  komandiri  kimi  11-ci 

orduya  (rus-erməni  bolĢeviklərə)  qarĢı  itirilmiĢ  milli  istiqlaliyyəti-

mizi  bərpa  etmək  və  qoruyub  saxlamaq  üçün    silahdaĢları,    Azər-

baycan  Ordusunun BaĢ  Artilleriya Ġdarəsinin rəisi,  general-mayor  

Ģahzadə  Məhəmməd Mirzə Qacar (1853, ġuĢa - 6 iyun 1920, Nar-

gin  adasında  bolĢeviklər  tərəfindən  güllələnib...),  1-ci  piyada 

diviziyasının  komandiri,  general-mayor  Cavad  bəy  ġıxlınski  (3 

yanvar  1875,  Qazax  qəzası,  ġıxlı  kəndi-1959,  Türkiyə,  84  yaĢ), 

süvari diviziyanın komandiri, general-mayor Teymur bəy Novruzov  

Zülqədər  (20  aprel  1880,  Yelizavetpol  (Gəncə)  qəzasının  Qovlar 

(Tovuzda)  kəndi  -  3  may  1961,  Nitsa  (Fransa),  81  yaĢ)  və  baĢqa 

milli təəssübkeĢlərimizlə birlikdə üsyana baĢçılıq  etmiĢdi... 

C.  Kazımbəyov  qeyri-bərabər  döyüĢdə  davam  etmiĢ  üsyanın 

məğlubiyyətindən  sonra  (üsyanın  yatırılmasında  Gəncənin  ikinci 

hissəsində  yaĢayan  ermənilərin  11-ci  iĢğalçı  orduya  bələdçilik  və 

xəbərçilik  etməsi  də  təsirli  amillərdən  olmuĢdu)  Ġstanbula  qayıdıb 

1922-ci il qədər, orada yaĢamıĢdı. Ġstanbula gəldikdən sonra Kazım-

oğlu (tarixi ədəbiyyatda Kazımbəyli də yazılır) soyadını qəbul etmiĢ 

və  bu  adla  mühacirətdə  fəaliyyətini  davam  etdirmiĢdi.  1922-ci  ildə 

PolĢanın baĢçısı marĢal  Pilsudskinin  dəvəti ilə VarĢavaya köçmüĢ-

dü.  PolĢada  ailəsilə  yaĢayan,  sovet  hakimiyyətinə  nifrəti  heç  vaxt 

sönməyən,  onunla  heç  vaxt  barıĢmayan  polkovnik  C.  Kazımbəyli 

PolĢa ordusunda diviziya komandiri kimi xidmət etmiĢdi. C. Kazım-

bəyliyə  böyük  hörmətlə  yanaĢan  marĢal  Pilsudski  ona  general  və-

zifəsinə  bərabər  diviziya  komandirliyini  vermiĢdi.  C.  Kazımbəyli 

PolĢada  sovetlərə  qarĢı  yaranmıĢ  “Prometey”  Cəmiyyətinin  fəaliy-

yətində də iĢtirak eirdi. Ġkinci Dünya müharibəsi baĢlandıqdan sonra 

döyüĢlərdən  birində,  PolĢa  ordusunun  zabiti  kimi  yaralanıb  əsir 

düĢən Cahangir bəyi vaxtıilə Yelenendorfdakı alman koloniyasında 

yaĢadığı  vaxtdan  dostluq  etdiyi,  Almaniya  ordusunun  zabiti  Emin 




 

372 


Qud azad etdirmiĢdi. Emin Qud əsir düĢmüĢ digər azərbaycanlılara 

da bacardığı köməyi  göstərmiĢdi... 

Əsirlikdən qaçan Cahangir bəy əvvəl bir müddət Almaniyada, 

sonra  isə  Ġtaliyada  yaĢamıĢdı.  1950-ci  ildə  yenidən  Ġstanbula  dön-

müĢdü.  O,  Ġstanbulda  Kazımoğlu  soyadı  ilə  Topxanada,  Kadılılar 

küçəsində, 58/1 ünvanında ağır  güzəran  keçirmiĢdi...Həyat yoldaĢı 

Valiyyə xanım 1947-ci ildə təyyarə qəzasında həlak olduqdan sonra 

Ġstanbulda  ikinci  dəfə  Məryəm  xanım  adlı  qadınla  evlənmiĢdi... 

Lakin  təzədən  Almaniyaya  qayıtmalı  olmuĢ,  ömrünün  sonunadək 

burada  yaĢamıĢ  və  mübarizədən  dönməmiĢdi.  1943-cü  il  noyabrın 

6-da  Berlində,  ”Kayserol”  otelində  dünya  azərbaycanlılarının  1-ci 

qurultayı keçirilmiĢdi. Qurultayı açmaq Ģərəfi məhz Cahangir bəyə 

həvalə olunmuĢdu. Qurultayda “Milli Birlik Məclisi” təsis olunmuĢ 

və  Ceyhun  Hacıbəyli  (1891,  ġuĢa-1962  Paris)  onun  rəhbəri  seçil-

miĢdi.  C.  Hacıbəyli  və  Fətəlibəyli  Əbdürrəhman  bəy  Düdənginski 

(12 iyun 1908 Ġrəvan quberniyası, ġərur qəzası Düdəngə kəndi - 20 

noyabr 1954, Münhen, Almaniya. ”Abo” təxəllüslü Ə. Düdənginski 

Azərbaycan legionunun yaradıcısı və komansdiri olmuĢdu... Muzd-

lu qatil,  SSRĠ DTK-ın agenti, ”Miller” ləqəbli Georgi Vladimiroviç 

tərəfindən  xaincəsinə  qətlə  yetirilmiĢdi)  ilə  ən  sadiq  dost  olan         

C.  Kazımbəylinin  VarĢavada,  Berlində  və  Romadakı  evi  bütün 

mühacir  azərbaycanlılar  üçün  mərkəz,  “ata evi” sayılırdı. 

...1947-ci  il  aprelin  26-da  arvadı,  Hüseynqulu  xanın  qızı 

Valiyyə  xanımın  təyyarə  qəzasından  həlak  olması  Cahangir  bəyi 

bərk srsıtmıĢdı. Bu hadisə belə baĢ vermiĢdi: Valiyyə xanım Gəncə 

üsyanının  fəal  iĢtirakçılarından  biri  idi.  Əri,  atası  və  qardaĢları  ilə 

birlikdə  milli  istiqlaliyyətimiz  uğrunda  var  qüvvəsilə  çalıĢırdı.  O, 

mühacir  azərbaycanlıların  yaratdığı  “Milli  Birlik  Məclisi”nin  üzvü 

idi və onun tapĢırıqlarını dəqiqliklə icra edirdi.1947-ci il aprelin 26-

da mühüm bir tapĢırıqla Ġstanbuldan Romaya yola salınmıĢdı. Lakin 

təyyarə  Yunanıstanın  paytaxtı  Afina  üzərində  qəzaya  uğramıĢ, 

Valiyyə xanım və 12 nəfər yüksək rütbəli azərbaycanlı mübariz  hə-

lak    olmuĢdu.  Bəlkə  də  bu  hadisə  təsadüfi  deyildi...  Cəmi  47  yaĢ 

ömür  sürmüĢ,  lakin  həyatını  Azərbaycanın  istiqlaliyyəti  uğrunda 

mübarizəyə həsr etrmiĢ, yüksək nüfuz qazanmıĢ bu mərd qadının (o, 

həm də gözəl pianoçu olmuĢdur) dəfni böyük izdihama çevrilmiĢdi. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə