Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə124/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   120   121   122   123   124   125   126   127   ...   156

 

376 


 

HÜSEYN bəy MAHMUDBƏYOV 

(1874-1920) 

 

Hüseyn  bəy  Behbud  bəy  oğlu  Mahmudbəyov  1874-cü  ildə 



ġuĢada əsilli ailədə anadan olmiĢdu. Ġbtidai təhsilini molla yanında 

almıĢdı. Sonra Ģəhər məktəbində oxumuĢdu. Daha sonra  ġuĢa qəza 

idarəsində 2-ci dərəcəli dəftərxana  xidmətçisi  kimi  iĢə baĢlamıĢdı. 

Tərcüməçı  və  pristav  vəzifələrini  də  daĢımıĢdı.  Azərbaycan  Xalq 

Cümhuriyyəti  dövründə  əvvəlcə  Zəngəzur  və  Cəbrayıl-Karyagin 

(indiki  Füzuli  rayonu)  qəzalarında  böyük  köməkçi,  sonra  isə  qəza 

rəisi  vəzifəsində  iĢləmiĢdi...1919-cu  il  yanvarın  15-də  Qarabağ 

General-Qubernatorluğu  yarananda  o,  general-qubernator  Xosrov 

bəy  Sultanovun  köməkçisi  (müavini  )  vəzifəsinə  təyin  olunmuĢdu 

(digər köməkçi erməni Qriqori Kələntərov idi...). H. Mahmudbəyov 

bu  vəzifədə  AXC-nin süqutunadək  xidmət  etmiĢdi... 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra vəzifədən 

kənarlaĢdırılaraq,  bir  müddətdən  sonra  həbs  olunan  Hüseyn  bəy 

Mahmudbəyov  naməlum  Ģəraitdə  güllələnmiĢdi... 

 

 

 



HƏMDULLA əfəndi ƏFƏNDİZADƏ 

(1888-1929) 

 

Həmdulla  əfəndi  milli  istiqlaliyyətimizin  fədakar  keĢik-



çilərindən  biri  olmuĢdur.  Həmdullah  əfəndi  Ġsmayıl  əfəndi  oğlu 

1888-ci  ildə  Quba  qəzasının  Dəvəçi  nahiyəsinin  Qələgah  kəndində 

anadan  olmuĢdu.  Ġlk  təhsilini  kənd  mollaxanasında  və  Qubadakı 

mədrəsədə  almıĢ,  ərəb  və  fars  dillərini  öyrənmiĢdi.Sonra  ikisinifli 

rus məktəbini bitirib (1906) rus dilinə də yiyələnmiĢdi. 

1918-ci  il  martın  sonu-aprelin  əvvəlində  S.  ġaumyanın  sədr 

olduğu  Bakı  XKS-in  daĢnak  Amazaspın  baĢçılığı  ilə  qaniçən  hərbi 

dəstələri Qubaya doğru irəliləyərkən Dəvəçiyə daxil olub, dinc azər-

baycanlıları və digər müsəlman əhalisini qırmağa baĢlayanda Həm-



 

377 


dullah  əfəndi  dostu,  qonaqkəndli  əfsanəvi  qaçaq  Mayılla  birlikdə 

əhalini  ayağa  qaldıraraq  vuruĢmuĢ,  əhalinin  müdafiəsini  təĢkil 

etmiĢdi. 

Əhali  arasında  böyük  nüfuzu 

olan  Həmdulla  əfəndi  1918-ci  ildə 

Azərbaycan  Milli  ġurasının  “Azər-

baycan  Məclisi-Məbusanın  təsisi 

haqqında”  19  noyabr  1918-ci  il  ta-

rixli qanuna əsasən Quba qəzasından 

Əli  bəy  Zizikski  ilə  bərabər  Azər-

baycan  Parlamentinə  millət  vəkili 

seçilmiĢdi.  Eyni  zamanda  Əli  bəy 

Zizikski Bakı qubernatorunun böyük 

köməkçisi (1-ci müavini), Həmdulla 

əfəndi  isə  köməkçi  (müavin)  təyin 

olunmuĢdu... Həmdulla əfəndi Azər-

baycan  Parlamentində  13  nəfərin 

daxil  olduğu    “Ġttihad”    fraksiyasın-

da təmsil olunurdu. Onun adı  fraksi-

ya  siyahısında  7-ci  oxunurdu.  Həmdulla    əfəndi  bir  millət  vəkili 

kimi vətəndaĢları Bakıda, Serkovnaya küçəsi, 109-da qəbul edirdi... 

Həmdulla  əfəndi  iri  dəstələr  toplayıb    Azərbaycanda  1920-ci 

il 27 aprel iĢğalı ərəfəsində Ģimaldan azsaylı milli sərhəd qüvvələri-

mizi məğlub edərək Bakıya doğru  irəliləyən 11-ci ordunun “Üçün-

cü Ġnternasional” zirehli qatarlarının və 299-cu atıcı polkunun ərazi-

mizə  daxil  olmasının  qarĢısını  kəsməyə  cəhd  göstərən  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  qatarlar  qrupunun  rəisi  knyaz  Ġ.  Lordikipa-

nedzenin baĢçılıq etdiyi qüvvələrin sırasında vuruĢsa da, lakin qüv-

vələr  qeyri-bərabər  olduğundan  geriyə  çəkilməyə    məcbur    ol-

muĢdu... 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Həmdulla 

əfəndi ona qarĢı müqavimətini davam etdirirdi. O, Əli bəy Zizikski-

nin,  qaçaq  Mayılın  (1917-ci  ildən  Qonaqkənd  Kənd  Cəmiyyətinin 

yüzbaĢısı  idi.  Qaçaq  Mayıl  Zahirov  igidlikdə  ad  çıxarmıĢdı.  At 

nalını barmaqları arasında qırırdı. Əlli  yaĢı tamam olmamıĢ, 1924-

cü ildə Azərbaycan FK-nın tutduğu muzdlu qatil tərəfindən arxadan 




 

378 


güllə  ilə  vurulub  qətlə  yetirilmiĢdi...),  cağarlı  Hatəm  Əsgərovun 

(1923-cü  ildə  Azərbaycan  FK  tərəfindən  ələ  keçirilib  güllələnmiĢ-

di...)  könüllü  dəstələri    ilə  birlikdə  Dərə  Çiçəkdə  toplantı  keçirmiĢ 

və 11-ci orduya qarĢı döyüĢ əməliyyatı aparmıĢdı...Həmdulla əfəndi 

1920-ci  il  avqustun  30-da  baĢına  2  min  nəfərlik  könüllü  döyüĢçü 

toplayaraq,  bolĢeviklərə  qarĢı  vuruĢmuĢdu.  Həmin  könüllülərə 

həmçinin ġəmsəddin əfəndi, türk zabitləri Ġsmayıl Əli əfəndi, Səttar 

əfəndi, ġükür bəy və Arif əfəndi ġıxzadə baĢçılıq etmiĢdilər. 1920-

ci il sentyabrın 7-də Həmdulla əfəndi ġalomovun komandirlik etdiyi 

11-ci ordu hissələrinin üzərinə hücum edib onu darmadağın etmiĢdi. 

Lakin əlavə qüvvələr alan sovet ordu hissələri 245-ci atıcı polkunun 

köməyi  ilə  3  gün  sonra,  1920-ci  il  sentyabrın  10-da  Həmdulla 

əfəndinin olduğu Qələgah kəndinə hücuma etmiĢ və döyüĢ zamanı 

o,  yaralanmıĢdı.Lakin  Həmdulla  əfəndini  tutmağa  müvəffəq 

olmamıĢdılar. Həmdulla əfəndi  nəhayət, çətinliklə  də olsa, 1928-ci 

ildə ələ keçirilib, həbsdə saxlanmıĢ, sonra isə Sibirə sürgün olunmuĢ 

və orada  vəfat  etmiĢdi...  Bu zaman onun cəmi 40  yaĢı  vardı. Qeyd 

etmək  lazımdır  ki,  əslən  Qubanın  Zizik  kəndindən  olan  yazıçı 

Kərim Dünyamalı Həmdulla əfəndinin 1929-cu ildə Bakıda, Nargin 

adasında  güllələndiyini  yazmıĢ  və  güllələnməzdən  əvvəlki  məhbus 

paltarında olan Ģəkilini də kitabına daxil etmiĢdir... 

 

 



 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə