Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə127/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   123   124   125   126   127   128   129   130   ...   156

 

385 


Gəncədən  gedəndən  sonra  Sarı  Ələkbər  gübrə  zavodu  sahibi 

olmudu.  Sarı  Ələkbərin  övladları  Ġsmayıl,  Brilyant  və  Qulu  da  öz 

savad  və  bacarıqları  ilə  yüksək  məqamlara  çatmıĢdılar.  Ġsmayıl  və 

Brilyant  ixtisasca  həkim  olmuĢdular.  Ġsmayıl  millət  vəkili  olmuĢ-

du...Hazırda  Ġstanbulda  yaĢayan  Brilyant  xanım  Türkiyə  Sahiyyə 

Nazirliyində yüksək vəzifələr  tutmuĢdu... Sarı Ələkbər, onun nəsli-

törəmələri  Türkiyədə  “Sarıyal”  soyadını  götürmüĢdülər  (Sarıyal 

Gəncə ətrafında dağ adıdır). Sarıyal Türkiyənin tanınan soyadların-

dan birinə çevrilmiĢdir. Azərbaycan-Türkiyə Parlamentlərarası dost-

luq qrupunun baĢçısı, Ġqdır bölgəsindən millət vəkili seçilmiĢ  ġamil 

Ayrum (babası vaxtıilə Gədəbəydən Türkiyəyə köç edib, ana tərəfi 

isə  Gəncədən  idi)  Sarı  Ələkbərin  qohumlarındandır,  daha  dəqiqi 

onun  qayınanası  Sarı  Ələkbərin  nəvəsidir.  Sarı  Ələkbərin  nəvəsi 

olan həmin qadın isə Türkiyədə ilk azərbaycanlı turizm və mədəniy-

yət naziri olmuĢ Ġlhan Aküzümün bacısıdır... Brilyant xanımın oğlu 

Ġlhan  Türkiyə  Parlamentinin  üzvü  olmuĢdur.  Türkiyədə  yaĢayan 

azərbaycanlıların  hamısı  Sarı  Ələkbərə  Gəncənin  rəmzi  kimi 

baxırdılar...  Sarı  Ələkbər  1956-cı  ildə  Qars  Ģəhərində  71  yaĢında 

vəfat etmiĢdir... 

1992-ci  il  mayın  28-də  Respublika  Günündə  Sarı  Ələkbərin 

vaxtı ilə Gəncədə Bağbanlar qəsəbəsində  yaĢadığı evin ön hissəsinə 

xatirə lövhəsi - onun baralyefi  vurulmuĢdur. 

 

 

 




 

386 


 

 

QƏZA RƏİSLƏRİ 

 

 

 



 

MİKAYIL bəy İSRAFİLBƏYOV 

(1875/1878-1920) 

 

 Mikayıl  bəy  Hüseyn  bəy 



oğlu  Ġsrafilbəyov  1875–ci  ilin 

fevralında  (bəzi  sənədlərdə 

1878-ci  il  göstərilir)  Yelizavet-

pol 


(Gəncə) 

quberniyasının 

Gəncə  qəzasının  Zəyəm  kən-

dində (indi ġəmkir ərazisinə da-

xildir)  nüfuzlu  bəy  ailəsində 

anadan  olmuĢdu.  Ġsrafilbəyov-

lar  əslən  gəncəli  idilər.  Onların 

Hacıkənddə,  o  cümlədən  Zə-

yəmdə  mülkləri  vardı.Onlar 

əsasən  ailələri  ilə  Gəncədə  ya-

Ģayırdılar.  Ailədə  3  qardaĢ  idi-

lər. Mikayıl  bəy  kiçik   qardaĢ  

idi. 

Atası  Hüseyn  bəy  Ġsrafil-



bəyov  (1838-1907)  polis  mə-

muru  olmuĢdu.  O,  1868-1871-

ci  illərdə  Qazaxda  məhkəmə  pristavı,  1871-1872-ci  illərdə  Yeliza-

vetpol (Gəncə) Ģəhər Polis Ġdarəsinin pristavı, 1873-1874-cü illərdə 

Qazax  qəza  rəisinin  kiçik  köməkçisi,  titulyar  müĢavir,  Qazax  qəza  

rəisinin  köməkçisi,  kollec  assesoru,  1877-ci  ildə  Zəngəzur  qəza 

rəisinin köməkçisi, 1878-1883-cü illərdə Yelizavetpol Ģəhərinin  

Ortada Mikayıl bəy İsrafilbəyov 



 

387 


polismeysteri,  saray  müĢaviri,  kollec  müĢaviri,  1882-ci  ildə 

polismeyster  vəzifəsində  iĢləyə-iĢləyə  Yelizavetpol  Quberniyasının 

Həbsxanalara  Nəzarət  Komitəsinin  üzvü,  1894-1897-ci  illərdə 

yenidən  Yelizavetpol  Ģəhərinin  polismeysteri,  Ģtatski-müĢavir  ol-

muĢdu. Hüseyn bəy 1901-1907-ci illərdə Yelizavetpol ġəhər Ġdarə-

sinin,  o  cümlədən  1901-1903,  1906-cı  illərdə  Yelizavetpol  ġəhər 

Dumasının qlasnısı olmuĢdu. Hüseyn bəy Ġsrafilbəyov 1907-ci ildə 

naməlum Ģəraitdə qətlə yetirilmiĢdi... 

Mikayıl  bəy  gələcəkdə  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

görkəmli xadimləri olmuĢ F. Xoyski, X. Xasməmədov, N.Yusifbəy-

li  və  X.  Rəfibəyli  ilə  birlikdə  Gəncə  Ģəhər  klassik  kiĢi  gimnaziya-

sında  oxumuĢdu.  Rus  dilinə  təmiz  yiyələnmiĢdi.  Azərbaycan  Xalq 

Cümhuriyyəti dövründə Gəncə Qəza Polis Ġdarəsində əvvəlcə pris-

tav,  sonra  qəza  rəisinin  böyük  köməkçisi,  daha    sonra    isə    Qəza  

polis  rəisi  vəzifələrində  xidmət göstərmiĢdi. 

Özündən  böyük  qardaĢı  Ġsrafil  bəy  Ġsrafilbəyov  (1872-1920) 

da Gəncə  polisinin məmuru idi.  O, 1884-1890-cı  illərdə Yelizavet-

pol  Ģəhər  klassik  kiĢi  gimnaziyasında  oxumuĢdu.  Ġsrafil  bəy  1899-

cu  ildə  Yelizavetpol  Qəza  Polis  Ġdarəsinin  məmuru,  kollej  qeydiy-

yatçısı,  1900-cü  ildə  Yelizavetpol  Quberniya  Ġdarəsinin  katibi, 

1904-1905-ci  illərdə  Yelizavetpol    Qəza  Polis  Ġdarəsinin  tərcümə-

çisi (rus dili üzrə), kollec katibi, 1908-1914-cü illərdə isə Yelizavet-

pol Qəza Ġdarəsi barıĢdırıcı məhkəməsinin tərcüməçisi, titulyar mü-

Ģavir, kollec assesoru vəzifələrində iĢləmiĢdi. Ġsrafil bəy də qardaĢı 

Mikayıl  bəylə  bərabər  Gəncə  üsyanından  sonra  naməlium  Ģəraitdə 

yoxa çıxmıĢdı... Onun haqqında da dəqiq məlumat yoxdur... 

Mikayıl bəyin böyük qardaĢı Cəbrayıl bəy Ġsrafilbəyov 1871-

ci ildə anadan olmuĢ, 1884-1892-ci illərdə Gəncə Ģəhər klassik kiĢi 

gimnaziyasını bitirmiĢdi. Lakin 1892-ci ildə atasının xahiĢi ilə ərizə 

verib  gimnaziyadan  çıxmıĢ  və  sənədlərini  hərbi  məktəbə  hazırla-

mıĢdı... Onun bundan sonrakı taleyi barədə bir məlumat yoxdur... 

Qəza  rəisi  vəzifəsində  iĢləyərkən,  Mikayıl  bəy  Ġsrafilbəyov 

Azərbaycan  Ordusunun  komandirlərindən  Mahmud  bəy  PaĢayevlə 

birlikdə öz dəstəsiylə bolĢeviklərlə əlbir olub, müstəqil dövlətimizə 

qarĢı mübarizə aparan “qatır Məmməd”in dəstəsinə qarĢı döyüĢmüĢ-



 

388 


dü.  Həmin  döyüĢ  1919-cu  il  iyunun  28-də  Gəncə  qəzasının  Goran 

kəndində olmuĢdu... 

Mikayıl  bəy  Ġsrafilbəyov  Xudadat  bəy  Rəfibəylinin  general 

qubernator  olduğu  dövrdə  Gəncə  Quberniya  Ġdarəsinin  müĢaviri 

vəzifəsində  xidmət  etmiĢdi.  Belə  ki,  Xudadat  bəyin  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  daxili  iĢlər  naziri  M.H.  Hacınskiyə  göndər-

diyi  7  dekabr  1919-cu  il  tarixli  17969  nömrəli  təqdimat  əsasında 

nazirin  31  dekabr  1919-cu  il  tarixli  193  nömrəli  əmri  ilə  Mikayıl 

bəy Hüseyn bəy oğlu Ġsrafilbəyov 11 iyun 1919-cu ildən sayılmaqla 

Gəncə  Quberniya  Ġdarəsinin  müĢaviri  vəzifəsinə  təyin  edilmiĢdi. 

Mükayıl bəy hərbi, polis və inzibati məsələlərə baxan müĢavir idi. 

Digər  müĢavir  isə  Aleksandr  Konstantinoviç  Boqatko  idi.  O, 

təsərrüfat  və  təchizat  məsələləri  ilə  məĢğul  olurdu. 

Milli  qüvvələrimizin  sovet  hakimiyyətinə  qarĢı  qaldırdığı 

Gəncə  üsyanının  (24  may  -  4  iyun  1920-ci  il)  fəal  iĢtirakçısı  olan 

Mikayıl bəy Ġsrafilbəyovun sonrakı taleyi barəsində təəssüfki, dəqiq 

məlumat  yoxdur.  Mikayıl  bəyin  nəticəsi,  hazırda  Bakıda  yaĢayan, 

ziyalı  Əziz Mustafayev (o, Mikayıl bəyin nəvəsi Tamella xanımın 

oğludur)  söyləyir  ki,  Gəncə  üsyanından  sonra  naməlum  Ģəraitdə 

yoxa  çıxan Mikayıl bəyin qardaĢı Ġsrafillə birlikdə elə Gəncədə bol-

Ģeviklər  tərəfindən  məhkəməsiz  güllələnmiĢdir.  Bizim  ehtimalımız 

isə  belədir  ki,  Mikayıl  bəy  həbs  olunaraq,  Bakıya  gətirilmiĢ  və  bir 

qrup digər milli təəssübkeĢlərimizlə bir sırada (onların arasında Xu-

dadat bəy Rəfibəylidə vardı) Nargin adasında 1920-ci il iyunun 6-da 

güllələnmiĢdir... 

Mikayıl bəy Ġsrafilbəyov Dünya xanım Qambay bəy qızı Cə-

millinskaya ilə ailə qurmuĢdu. Bu ailəlikdən onların Zərintac (1904-

1991)  xanım  və  Qəmərtac  xanım  adlı  iki  qız  övladı  dünyaya  gəl-

miĢdi... 

 

 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə