Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə129/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   125   126   127   128   129   130   131   132   ...   156

 

392 


 

TALIBXAN bəy TALIBXANOV 

(1859-1920) 

 

Talıb xan MəĢədi Hüseyn bəy oğlu Talıbxanov 24 may 1859-



cu  ildə  ġuĢa  qəzasının  Vərəndə  sahəsinin  Qacar  kəndində  əsilzadə 

ailədə  anadan  olmuĢdu.  Molla  yanında  ibtidai  təhsil  almıĢdı.  Ailə 

Ģəraitində  rus  dilini  öyrənmiĢdi.  1881-ci  il  avqusyun  1-də  Bakı 

Ģəhərinin  Ġvanovo  sahəsində  katib  köməkçisi  kimi  iĢə  baĢlamıĢdı. 

1882-ci  ildə  Quba  qəzasına  tərcüməçi  göndərilmiĢdi.  1883-cü  ilin 

dekabrından  Quba  qəzasında  pristav  köməkçisi  vəzifəsinə  təyin 

olunmuĢdu.  1884-cü  il  iyunun    4-də    Qubadakı  həbsxanaya  baxıcı 

təyin  edilmiĢdi.  1888-ci  il  sentyabrın  22-də  Quba  Ģəhər  pristavının 

köməkçisi  vəzifəsinə  irəli  çəkilmiĢdi.  1890-cı  il  oktyabrın  18-də 

yenidən  həbsxana  baxıcısı  vəzifəsinə  göndərilmiĢdi.  Talıb  xan  bəy 

1892-ci  il  mayın  31-də  Göyçay  qəzasının  BərgüĢad  qəzasına  polis 

pristavı  təyin  edilmiĢdi.  1894-cü  il  sentyabrın  24-də  Kürdəmir 

sahəsinə    polis  pristavı  vəzifəsinə  dəyiĢdirilmiĢ,  1901-ci  ilədək 

orada  xidmət göstərmiĢdi. Həmin ilin sentyabrında Bakı qəzasının 

MaĢtağa sahəsinə polis oristavı vəzifəsinə dəyiĢdirilmiĢdi. 1903-cü 

ildə  Bakı  qəzasının  Bibiheybət  sahəsinə  polis  pristavı  vəzifəsinə 

köçürülmüĢ,  1907-ci  ilədək  orada  xidmət  etmiĢdi.  1907-ci  ilin 

sentryabrında  Göyçay  qəzasının  Kürdəmir  sahəsinə  köhnə  vəzifə-

sinə  qaytarılmıĢdı.  1909-cu  il  yanvarın  1-də  Göyçay  qəza  rəisinin 

köməkçisi vəzifəsinə irəli çəkilmiĢdi. 1910-cu il iyunun 24-də Bakı 

qəza rəisinin böyük köməkçisi təyin edilmiĢdi. O, bir sıra orden və 

medallarla,  o  cümlədən  çar  Rusiyasının  2-ci  dərəcəli  “Müqəddəs 

Anna”  ordeni  və  3-cü  dərəcəli  Aleksandr  medalı,  həmçinin  “ġiri-

XurĢud” (Ġran) ordeni ilə təltif olunmuĢdu. 

Azərbaycan Xalq  Cümhuriyyəti dövründə,  1920-ci  il fevralın 

əvvəlində (həmin vaxt ġamaxı qəzasının rəisi Azad bəy Qocaman-

bəyov vəfat etmiĢdi və onun yerinə T. Talıbxanov təyin olunmuĢdu) 

1920-ci ilin əvvəlində o polkovnik rütbəsi almaqla daha məsul vəzi-

fəyə  –  ġamaxı  qəzasının  rəisi  vəzifəsinə  göndərilmiĢdi.  T.  Talıb-

xanov AXC-nin  süqutunadək  həmin  vəzifədə  xidmət  etmiĢdi... 




 

393 


T.  Talıbxanov    Xeyrənnisə    xanım  MəmiĢ  bəy  qızı  Mirzəca-

malova ilə ailə qurmuĢdu. Onların Hüseyn bəy adlı oğulları, Qəmər 

xanım,  Sürəyya  xanım  və  Sona  xanım  adlı  qızları  dünyaya  gəl-

miĢdi... 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra T. Talıb-

xanovun    ailəsi  Türkiyəyə  mühacirət  etməli  olmuĢdu...  T.  Talıbxa-

nov 1920-ci ildə vəfat etmiĢdi... (Qeyd etmək lazımdır ki, Talıbxan 

bəyin  qardaĢı  Tapdıq  bəy  Talıbxanov  Qacar  kəndinin  yüzbaısı 

olmuĢ və 130 il (1862-1991) ömür sürmüĢ, 1991-ci  ildə dünyasını 

dəyiĢmiĢdi...).  Talıbxan  bəyin  ortancıl  qızı  Sürəyya  xanım  (1888) 

Talıbxanlı  Bakıda  Azərbaycan  Cümhuriyyətii  Parlamentində  Qa-

nunvericilik ġöbəsinin rəisi iĢləmiĢdi.O, Ġstanbula gələn kimi Talıb-

xanlı  soyadını  qəbul  etmiĢdi.  Ġstanbul  Universitetinin  filologiya 

fakultəsini bitirmiĢdi. Hələ tələbə ikən Türkiyədə publisist, ədəbiy-

yatĢünas  kimi  tanınmıĢdı...  Sürəyya  xanım  Ġstanbulda    Azərbaycan 

Xalq Cümhuriyyətinin ən gənc və sonuncu sabiq daxili iĢlər naziri 

Mustafa  bəy  Vəkilovla  tanıĢ  olmuĢdu.  Mustafa  bəy  daxili  iĢlər 

naziri  olanda  Sürəyya  xanımın  atası  Talıbxan  Talıbxanov  ġamaxı-

nın  qəza  rəisi  iĢləyirdi və xidməti sarıdan Mustafa bəyə tabe idi. 

Onlar bir-birini yaxĢı tanıyırdılar. Mustafa bəy heç vaxt ailəli olma-

mıĢdı  və  Ġstanbula  da  Azərbaycandan  subay  gəlmiĢdi.  Beləliklə, 

Sürəyya  xanım  Talıbxanlı  və  Mustafa  bəy  evlənmiĢdilər...  Lakin 

Mustafa bəyin siyasi  fəaliyyəti  ilə əlaqədar olaraq  Avropa ölkələ-

rində, o cümlədən PolĢada uzun müddət qalmalı olduğundan yolları 

ayrılmıĢdı.  Onların  uĢaqları  da  olmamıĢdı...Sürəyya  xanım  ikinci 

dəfə  azərbaycanlı  mühacirlərdən  professor,  fizika  üzrə  elmlər 

doktoru  Məhəmməd Qarabağlı ilə  ailə qurmuĢdu. Onlar  sonradan  

Amerikaya  köçmüĢ, hər  ikisi  orada  vəfat  etmiĢdilər... 

 

 

 




 

394 


RÜSTƏM bəy KƏRİMBƏYOV 

 

Rüstəm  bəy  (ağa)  Heybət  bəy  oğlu  Kərimbəyov  1878-ci  ildə 



Quba qəzasında anadan olmuĢdu. Quba qəza polisində kiçik rütbədə 

polis məmuru vəzifəsində iĢə  baĢlamıĢ, sonra polis pristavı və Quba 

qəza  rəisinin böyük köməkçisi  (1-ci müavini) olmuĢdu.  Rüstəm bəy 

1919-cu  ildə  Cavad  qəza  rəisinin  də  böyük  köməkçisi  vəzifəsində 

xidmət  edirdi.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  daxili  iĢlər  naziri 

N.Yusifbəylinin  23  oktyabr  1919-cu  il  tarixli  156  nömrəli  əmri  ilə 

Rüstəm  bəy  Heybət  bəy  oğlu  Kərimbəyov  tutduğu  vəzifədən  azad 

olunaraq,  xidmətdə  irəli  çəkilmiĢ  və  Bakı  quberniyasının  Lənkəran 

qəzasının  rəisi  vəzifəsinə  (1-ci  dərəcə  üzrə  aylıq  əmək  haqqı  3.000 

min manat olmaqla) təyin olunmuĢdu. O, bu vəzifədə 1920-ci il apre-

lin 19-dək iĢləmiĢdi. Rüstəm bəy Kərimbəyov daxili iĢlər naziri əvəzi 

ġəfi bəy Rüstəmbəylinin əmr-teleqramı ilə sonuncu tarixdən tutduğu 

vəzifəsindən azad olunaraq  Bakıya- DĠNin sərəncamına çağırılmıĢdı. 

Bakının  general-qubernatoru,  general-mayor  Murad  Gəray 

bəy Tlexasın təqdimatı üzrə cəmi 1 gün sonra, Azərbaycan Cümhu-

riyyətinin daxili iĢlər naziri Mustafa bəy Vəkilovun 21 aprel 1920-

ci il tarixli 60 nömrəli əmri ilə R. Kərimbəyov  yenə xidmətdə irəli 

çəkilərək  polkovnik  Rüstəm  bəy  Mirzəyevin  yerinə  Balaxanı-

Sabunçu  polismeysteri  təyin olunmuĢdu. Rüstəm bəy Kərimbəyov 

Balaxanı-Sabunçu  polismeysteri  vəzifəsində  Azərbaycanda  sovet 

hakimiyyəti  qurulanadək  (28 aprel 1920)  xidmət  göstərmiĢdi... 

 

 



 

ƏYYUB bəy RƏFİBƏYOV (RƏFİBƏYLİ) 

(1890-1979) 

 

Əyyub  bəy  Rəfibəyov  (Rəfibəyli)  -  Əyyub  Sayğın  Gəncənin 



əsilli-nəsilli, məĢhur  Rəfibəylilər sülaləsinin tanınmıĢ nümayəndə-

si,  milli-istiqlal  uğrunda  mərd  mübarizlərdən  biri  olmuĢdur.  Sovet 

hakimiyyətrinə  qarĢı  baĢ  vermiĢ  Gəncə  üsyanın  (24  may  -  4  iyun 

1920-ci  il)  təĢkilatçılarından  və  iĢtirakçılarından  biri  olan  Əyyub 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə