Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə131/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   127   128   129   130   131   132   133   134   ...   156

 

398 


rəisi  idi.  (Haşiyə:  Hörmətli  tədqiqatçı-jurnalist  ġəmistan  Nəzirli 

yazır ki, ƏĢrəf bəy ƏrəĢ mahalının bəylərbəyisi idi. Bu, düzgün 

fakt  deyildir.  Məlumat  üçün  bidirək  ki,  1918-1920-ci  illərdə 

Azərbaycanda  inzibati  ərazi  vahidi  qəza  idi.  Bəylərbəyilik  və 

bəylərbəyi isə hələ 16-cı yüzilliyin birinci yarısında yaranmıĢ və 

18-ci yüzillikdə ləğv olunmuĢdu. 1747-ci ildə ləğv olunan Qara-

bağ bəylərbəyiliyinin əsasında iki müstəqi feodal dövləti -  Qara-

bağ  və  Gəncə xanlıqları yaranmıĢdı... 

ƏĢrəf  bəy  Həsən  bəy  yüzbaĢının  oğlu  idi.  O,  əsl  bəy  idi. 

Mərdliyi, səxavəti, el-obanı birliyə çağırması və  dayaq durması, 

xeyir-Ģərlərində  yaxından  iĢtirakı  ilə  nüfuz  qazanmıĢdı.  ”Çörək-

verən” adamdır,-deyirdilər.  Bunları  Yevlax,  Ağdam,  AğdaĢ, ġə-

ki, Qəbələ, Göyçay camaatı indi də xatırlayır... ƏĢrəf bəyin Qar-

xunda, habelə AğdaĢda iki mülkü, ġəkidə isə möhtəĢəm evi vardı 

(90-cı  illərin  əvvəllərində  AğdaĢdakı  mülkündən  birində  tarix 

diyarĢünaslıq  muzeyi,  digərində  isə  rayon  qəzetinin  redaksiyası 

yerləĢirdi...). 

...ƏĢrəf  bəy  igid  adam  idi.  1918-ci  il  yanvarın  9-da  Türkiyə 

cəbhəsindən–Qars  və  SarıqamıĢdan  qatarla  geri  qayıdan  rus 

əsgərlərinin  ġəmkirin  Dəllər  stansiyasında  tərksilah  edilməsində 

ƏĢrəf bəy Qarxunlunun və Adil xan Ziyadxanlının (Gəncə) baĢçılıq 

etdiyi dəstələr də mühüm rol oynamıĢdı...ƏĢrəf bəy yaxın silahdaĢ-

ları  Qamboy  ağa  Qazanpapaq  oğlu  Qaramanlı  (Quliyev)  (Böyük 

M.Ə. Rəsulzadənin yaxın dostu və məsləkdaĢı), bərdəli sərrast atıcı 

sarıtel Aslan və bibisi oğlu  Məhəmmədlə birlikdə qəzanın qeyrətli 

gənclərindən    ibarət  “ƏrəĢ  alayı”  yaratmıĢdı.  ƏĢrəf  bəyin  koman-

danlığı  altında  “ƏrəĢ  alayı”  Qarabağa  hücum  edən  erməni-

daĢnaklarına qarĢı  vuruĢmalarda  iĢtirak  edib  ad  çıxarmıĢdı... 

1918-ci ilin  yayında Azərbaycana köməyə  gələn türk ordusu-

nu ƏĢrəf bəy Yevlax stansiyasında qarĢılamıĢdı. Bakını xilas etmə-

yə  gedən  Qafqaz  Ġslam  (Müsəlman)  Ordusunun  komandanı,  gene-

ral-leytenant Faruq Mustafa Nuru paĢa iyul ayında Gəncədən gələr-

kən ƏĢrəf bəyin evində  qonaq olmuĢdu. Nuru paĢanı Qafqaz  Ġslam 

Ordusunun  hərbi  müĢaviri  Əhməd  bəy  Ağaoğlu  və  gəncəli  milli 

təəssübkeĢ  Nağı  bəy  ġeyxzamanlı  müĢayiət  edirdilər.  ƏĢrəf  bəy  

Bakını düĢmənlərdən azad etməyə gedən Nuru paĢanın komandan-




 

399 


lıq etdiyi Qafqaz Ġslam Ordusunun və Azərbaycan Cümhuriyyəti Si-

lahlı  Qüvvələrinin  tərkibində  idi.  O,  türk  ordusu  komandanlığına 

tərcüməçi kimi də cəlb olunmuĢdu... 

...Azərbaycan  milli-istiqlal  hərəkatının  fəal  iĢtirakçısı  olan 

Ģəxs kimi dəyərləndirilən ƏĢrəf bəy Tağıyev Azərbaycan Milli ġu-

rasının  “Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında”  19  no-

yabr  tarixli  qanununa  əsasən  1918-ci  il  dekabrın  7-də  açılan  Azər-

baycan  Cümhuriyyəti  Parlamentinə  AğdaĢ  Ģəhərindən  millət  vəkili 

seçilmiĢdi. O, Parlamentdə  “Əhrar” partiyasını təmsil edirdi. ƏrəĢ 

qəzasında  “Əhrar”  partiyasının  yerli-bölgə  təĢkilatını  ƏĢrəf  bəy 

Qarxunlu yaratmıĢdı. TəĢkilatın sıralarına ƏrəĢ, Nuxa, AğdaĢ qəza-

larının və Gəncəbasarın nüfuzlu ziyalıları və din xadimləri daxil idi. 

TəĢkilatın “El” adlı qəzeti də çıxırdı. Qəzetin redaktoru əslən  Zaqa-

talanın Faldar kəndindən olan Bayram Niyazi Kiçixanlı (Kiçixanov) 

idi. (O,Parlamentin katibi və vəzifəsinə görə Rəyasət  Heyətinin də 

üzvü  idi). 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ƏĢrəf bəy 

lazımlı kadrlardan olaraq 1921-ci ildək hərbi tərcüməçi iĢləmiĢdi... 

Lakin o baĢa düĢürdü ki, bu, müvəqqətidir. Azərbaycan Xalq Cüm-

huriyyətinin  digər  sabiq  xadimlərindən  biri  kimi  bolĢeviklərin  onu 

bağıĢlamayacağını  yəqin  bilirdi.  Odur  ki,  ƏĢrəf  bəy  fürsət  düĢən 

kimi  1921-ci  ilin  əvvəllərində  qardaĢları  ilə  birlikdə  əvvəlcə  hələ 

sovet hakimiyyətrinin qurulmadığı menĢevik Gürcüstanının paytaxtı 

Tiflisə  qaçmıĢ,  oradan  isə  Batumdan  gəmi  ilə  Ġstanbula  getmiĢ, 

1923-cü  ilədək  orada  qalmıĢdı...  1923-cü  ildə  hansı  yolla  isə  sovet 

hakimiyyəti  orqanlarından  “bərəaət”  almıĢ  və  geriyə  qayıtmıĢdı... 

Ancaq  qayıtdıqdan  sonra  bərk  xəstələnmiĢdi...ƏĢrəf  bəy  ġəkidəki 

mülkündə xəstə  yatırdı. Bu vəziyyətini nəzərə almadan, 1924-cü il 

oktyabrın  7-də  onu  həbs  edib  Bakıya  aparmıĢdılar.  Lakin  3  aydan 

sonra  günahı  sübut  olunmadığından  Zaqafqaziya  DSĠ-i  Kollegiya-

sının  qərarı  ilə həbsdən  buraxılmıĢdı. 

ƏĢrəf bəy Tağıyev sovet  totalitar rejiminin ilk qurbanlarından 

olmuĢ, həyatı faciə ilə sona yetmiĢdir. O, 1930-cu il yanvarın 27-də 

yenidən həbs edilərək, Azərbaycan  SSR CM-nin 72-ci maddəsi ilə 

təqsirli bilinərək (o, güya 1918-ci ildə türklər Azərbaycana gələndə 

AğdaĢda dinc erməniləri  talayıb, qətlə  yetirib və birdə 1929-cu ilin 




 

400 


oktyabrında  Yevlax  yolunda  Azneftin  kassirini  və  onun  mühafizə-

çisini öldürüb qarət etməkdə iĢtirak  edib... Həm də güya əksinqilabi 

“Əhrar” partiyasının üzvü kimi kolxoz hərəkatına və sovet hakimiy-

yətinə  qarĢı  təbliğat  aparıb)  10  il  müddətinə  azadlıqdan  məhrum 

edilməyə  məhkum  olunsada,  sonradan  bu  hökm  dəyiĢdirilərək, 

ölüm cəzasıyla əvəzlənmiĢ, 1930-cu il martın 3-də  “xalq düĢməni” 

kimi  63  yaĢında  güllələnmiĢdi... 

ƏĢrəf bəyin BaxĢalı bəy, Samsun bəy, Mürsəl bəy  və Mustafa 

bəy  adlı  qardaĢları,  Məstan  xanım  adlı  bacısı  vardı.  O,  əslən  ġəki-

dən  olan  Maral  xanım  adlı  qadınla  ailə  qurmuĢdu.  Onların  Knyaz 

(1902) və Məhəmmədəli (1912) adlı oğlu, Ceyhun adlı qızı vardı... 

Ceyhun xanım  Ģəmkirli  Ağalar bəy Zülfüqarovun həyat yoldaĢıydı. 

ƏĢrəf  bəy  Qarxunlu  (Tağıyev)  yalnız  Azərbaycan  SSR  Ali 

Məhkəməsinin 29 avqust 1989-cu il tarixli qərarı ilə hərəkətlərində 

cinayət  tərkibi  olmadığı  üçün  Zaqafqaziya DSĠ-nin və Azərbay-

can  SSR XDĠK-in 3 mart  1930-cu il tarixli  ədalətsiz qərarı ilə ləğv 

edildikdən sonra bəraət almıĢdı. ƏĢrəf bəyin Bakıda məsul vəzifədə 

iĢləyən    nəvəsi    Kərim    Məhəmməd    oğlu  Kərimovun    bu    iĢdə  

mühüm  rolu  olmuĢdur... 

 

 



 

QƏDİR bəy HACIBƏYOV 

 

Qədir  bəy  Mehdi  bəy  oğlu  Hacıbəyov  1874-cü  ildə  ġuĢa 



Ģəhərində  anadan  olmuĢdu.  UĢaqlığı  ġuĢa  qəzasının  Əhmədağalı, 

Zəngəzur  qəzasının  Diləli-Muğanlı  kəndində  keçmiĢdi.  Kənddə 

mollaxanada ibtidai təhsil almıĢdı. Sonra ġuĢa real məktəbində oxu-

muĢdu. ġuĢa Qəza Polis Ġdarəsinə 2-ci dərəcəli dəftərxan xidmətçisi 

kimi  iĢə  düzəlmiĢdi.  Bir  müddət  tərcüməçi  kimi  çalıĢmıĢdı.  Sonra  

polis  pristavı  iĢləmiĢdi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  ġuĢa  qəza  Ġdarə-

sində  böyük  köməkçi  vəzifəsində  iĢlərkən,  Qarabağın  general-qu-

bernatoru  Xosrov  bəy  Sultanovun    təqdimatı  və  daxili  iĢlər  naziri 

Mustafa bəy Vəkilovun 6 dekabr 1919-cu il tarixli 103 nömrəli əm-

rilə  Qədir  bəy  Hacıbəyov  vəzifədə  irəli  çəkilərək  ġuĢa  Qəza 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə