Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə134/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   130   131   132   133   134   135   136   137   ...   156

 

408 


RƏHİM bəy ŞIXLINSKİ 

 

Rəhim  bəy  Tahir  bəy  oğlu  ġıxlın-



ski  19-cu  əsrin  axırıncı  rübündə  Qazax 

qəzasının  Ġkinci  ġıxlı  kəndində  məĢhur 

“Alqazax”- ġıxlınskilər nəslindən çıxmıĢ 

ailədə  doğulmuĢdu.  1902-ci  ildə  Qori 

Seminariyasını    bitirmiĢ    və  dövrünün 

qabaqcıl 

pedaqoqlarından 

olmuĢdu. 

Müəllimliklə  məĢğul  olmağa  Nuxa 

qəzasından baĢlamıĢdı.  Sonra  Ağdamda  

və  Bakıda  dərs  demiĢdi. 

Rəhim  bəy  1917-ci  ildən  milli 

istiqlal  hərəkatında  fəal  içtirak  edirdi.  

Siyasi    baxıĢlarına    görə  Türkiyə  meyilli  idi.  Azərbaycan  Xalq 

Cümhuriyyəti  dövründə  əvvəlcə  ġuĢa  Polismeysterliyində  iĢləmiĢ, 

1919-cu  ilin  dekabrından  ƏrəĢ  qəzasının  rəisi  vəzifəsinə  təyin 

edilmiĢ  və  bu  vəzifədə  Azərbaycan  Cümhuriyyətinin  süqutuna 

qədər xidmət göstərmiĢdi... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  repres-

siya  olunacağından  ehtiyat  edərək,  1920-ci  ildə  Tiflisə  köçmüĢdü. 

Çünki orada hələ sovet hakimiyyəti qurulmamıĢdı. Rəhim bəy Tif-

lisdə Azərbaycan orta məktəbində uzun illər direktor iĢləmiĢdi... La-

kin otuzuncu illər repressiyası dövründə onu  “Müsavat” partiyasına 

üzv olmaqda və antisovet fəaliyyət göstərməkdə ittiham edib, 1937-

ci il iyulun 22-də həbsə almıĢ və bir qədər sonra  güllələmiĢdilər... 

 

 



 

İSGƏNDƏR bəy QƏMBƏRƏLİYEV 

 

Ġsgəndər  bəy  MəĢədi  Salman  bəy  oğlu  Qəmbərəliyev  (tarixi 



ədəbiyyatda  Əliyev  də  yazılır.  Qəmbərəliyev  düzdür)  1888-ci  il 

mayın  10-da  Gəncədə  anadan  olmuĢdu.  1906-cı  il  iyunun  1-də  6 

sinifli  Gəncə  Ģəhər  məktəbini  bitirmiĢdi.  Kollec  registirliyinə  yiyə-

lənmiĢdi... 1917-ci ildən Yelizavetpol (Gəncə) qəza və xalq milisin-




 

409 


də xidmət etmiĢdi. Zaqafqaziya Komissarlığının  əmri ilə 1918-ci il 

yanvar ayının 1-dən Gəncə Ģəhər xalq milisində 4-cü sahənin milis 

komissarı  təyin  edilmiĢdi. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyun ayı-

nın 23-də Gəncənin ilk qubernatoru təyin olunmuĢ polkovnik Ġbra-

him ağa Vəkilovun 25 sentyabr 1918-ci  il tarixli  əmri ilə  Ġsgəndər 

bəy  Qəmbərəliyev  Gəncə  Ģəhər  polismeysterinin  böyük  köməkçisi 

(1-ci  müavini)  vəzifəsinə  təyin  edilmiĢdi.Daxili  iĢlər  naziri 

N.Yusifbəylinin 30 sentyabr 1919-cu il tarixli 133 nömrəli əmri ilə 

bu  vaxtadək  Gəncə  polismeysterinin  böyük  köməkçisi  vəzifəsində 

çalıĢan Ġsgəndər bəy Qəmbərəliyev  Gəncə Ģəhərinin müvəqqəti po-

lismeysteri təyin olunmuĢdu. Sonra yenə daxili iĢlər naziri N.Yusif-

bəylinin 12 noyabr 1919-cu il tarixli 295 nömrəli əmri ilə Ġsgəndər 

bəy  Qəmbərəliyev  ġamxor  (ġəmkir)  qəzasının  rəis  əvəzi  göndəril-

miĢdi. Nəhayət,  Azərbaycan Xalq  Cümhuriyyətinin  daxili  iĢlər na-

ziri  Mustafa  bəy  Vəkilovun  18  fevral  1920-ci  il  tarixli  34  nömrəli 

əmri  ilə  Ġsgəndər  bəy  MəĢədi  Salman  bəy  oğlu  Qəmbərəliyev  12 

noyabr  1919-cu ildən sayılmaqla ġamxor qəzasının  rəisi vəzifəsinə 

(1-ci dərəcə üzrə  ayda 3.000 manat məvaciblə) təyin edilmiĢ və bu 

vəzifədə  Cümhuriyyətin  süqutuna  qədər  xidmət  göstərmiĢdi...Ġs-

gəndər  bəy  Qəmbərəliyevlər  otuzuncu  illərin  repressiyasına  məruz 

qalmıĢdılar... 

 



 

410 


 

 

QƏZA RƏİSLƏRİNİN KÖMƏKÇİLƏRİ 

 

 

 



 

ŞAHSUVAR bəy KƏLƏNTƏROV 

(1880-1934) 

 

ġahsuvar  bəy  (“ġahsuvar”  farsca  “atlılar  baĢçısı”  deməkdir) 



Mirzəhəzrətqulu  bəy  oğlu  Kələntərov  (əslində  Hüseynbəyovdur) 

1880-ci  ildə  ġuĢa qəzasının  Xocamusaxlı (bu kənd Xacə  Əbuisaqlı 

da  adlandırılır)  kəndində  əsilli  ailədə  anadan  olmuĢdu.  Ġbtidai 

təhsilini  molla  yanında  almıĢ,  ardını  Yelizavetpol  (Gəncə)  klassik 

gimnaziyasında  davam  etdirmiĢdi.  ġahsuvar  bəy  19-cu  əsrdə  ali 

təhsil almıĢ ilk azərbaycanlı gənclərimizdən biri idi. O, 1906-cı ildə 

Kiyev  (Ukrayna)  Müqəddəs  Vladimir  Universitetinin  hüquq  fakul-

təsini  bitirmiĢdi.1911-ci  ildən  Zəngəzurun  Dondarlı  bölgəsinin  

(indi  Qubadlı  ərazisindədir.Dondarlılar  qədim  döyüĢkən  türk 

tayfaları  olmuĢlar)  polis  pristavı  idi.  ġahsuvar  bəy  savadlılığı  və 

ədalətliliyi  ilə el-oba arasında hörmət  qazanmıĢdı.  Odurki, 1918-ci 

ildə  Zəngəzur  qəzasının  mərkəzi  Gorus  Ģəhərinin  polis  rəisi 

vəzifəsinə irəli çəkilmiĢdi. 

Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman ġahsuvar bəy 

Qarabağ  General-Qubernatorluğuna  daxil  olan  Zəngəzur  qəzasının 

rəis  əvəzi  təyin  edilmiĢ  Həbib  xan  ġəkinskinin  (1880-1956)  böyük 

köməkçisi (1-ci müavini) vəzifəsində faəliyyət  göstərmiĢdi. ġahsu-

var  bəy  Hüseynbəyov  nüfuzlu  bir  Ģəxs  kimi  müstəqil  dövlətimizin 

möhkəmlənməsində  və  torpaqlarımızın  düĢmənlərdən  qorunma-

sında müstəsna xidmətlər  göstərmiĢdi... ġahsuvar bəy məĢhur xalq 

qəhrəmanı, Qarabağın  general-qubernatoru Xosrov bəy Sultanovun 

böyük  qardaĢı  Sultan  bəy  Sultanovun  yaxın  dostu  və  silahdaĢı  ol-

muĢdu. 1919-cu ildə Sultan bəy Laçında Zabıx çayı vadisində qani-

çən  daĢnak  generalı  Andronik  Ozanyanın  ordusunu  darmadağın 




 

411 


edəndə  ġahsuvar  bəy  bu  müdrik  və  igid  xalq  qəhrəmanının 

yanındaydı...  ġahsuvar  bəy  erməni-daĢnak  qüvvələrinin  Qarabağa 

hücumlarının qarĢısının alınmasında xalqımıza köməyə gəlmiĢ türk 

generalı Faruq Mustafa Nuru paĢayla bərabər vuruĢmada qəhrəman-

lıqlar  göstərmiĢdi.  Odur  ki,  Nuru  paĢa  ona  “Kələntər”  (farsca  

“böyük”  sözündəndir,  “hakim,”  “baĢçı”  deməkdir)  adı  vermiĢdi. 

Kələntərov  soyadı  çox  gümanki  bu faktla bağlıdır... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  fəhlə-

kəndli hökumətinə təhsilli kadrlar lazım idi. ġahsuvar bəyə də  “iĢ” 

tapılmıĢdı.  O,  ömrünün  sonunadək  Laçın  Ģəhərində  maliyyə  Ģöbə-

sinin müdiri vəzifəsində çalıĢmıĢdı. Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə milli istiqlaliyyətimizin keĢikçilərindən biri olan ġahsuvar 

bəy Kələntərov (Hüseynbəyov) 1934-cü ildə 54 yaĢında ürək  xəstə-

liyindən  vəfat  etmiĢdi. 

ġahsuvar bəyin  Arəstə, Vəsilə, Mustafa, Xəlil, Xədicə, Bala-

xanım və Yusif adlı övladları vardı... Çox təəssüf ki, ġahsuvar bəy 

Kələntərovun  Ģəkilini  tapa  bilmədik.  Otuzuncu  illərin  qara  yelləri 

onun  və  ailə  üzvlərindən  də  yan  keçməmiĢdi...Azərbaycanın  çox 

sevilən mərhum Ģairi  Qasım Qasımzadə ġahsuvar bəyin nəvəsi idi. 

O  söyləmiĢdırki,  ”kiĢinin  bir  Ģəkili  qlıbmıĢ,  onu  da  Allah  insaf 

vermiĢ qohumlarımız 1937-ci ildə qorxularından  məhv  ediblər”. 

Qasım Qasımzadə oğlanlarından birinə ġahsuvar bəyin  adına 

oxĢar  Xansuvar  adını  qoymuĢdur.  Xansuvar  Qasımzadə  və  onun 

qardaĢı. ”Qurani-Kərim”in mükəmməl tərcüməçilərindən biri, Ģərq-

Ģünas  alim  Nəriman  Qasımzadə  bu  gün  Bakıda  yaĢayırlar  və  nü-

fuzlu  ziyalılar  kimi  tanınarlar.  Onlar  ġahsuvar  bəy  haqqında  ifti-

xarla  danıĢırlar  və  buna  haqları  da  çatır...  ġahsuvar  bəyin  nəticəsi, 

polis  polkovniki  Əli  Vəliyev  isə  hazırda  Bakı  ġəhər  BaĢ  Polis 

Ġdarəsinin  Ģəxsi  heyət  üzrə  böyük  köməkçisi  vəzifəsində  xidmət 

edir.  Ġstiqlalımızın  fədailərindən  biri,  unudulmaz  ġahsuvar  bəy 

Kələntərov (Hüseynbəyov) kimi... 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə