Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə132/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   128   129   130   131   132   133   134   135   ...   156

 

401 


Ġdarəsinin müvəqqəti rəisi təyin olunmuĢdu.Onun  böyük köməkçisi  

Avetis - Ter Qukasov idi... Daxili iĢlər naziri M. Vəkilovun 1920-ci 

il  6  mart  tarixli  42  nömrəli  əmri  ilə  isə  o,  ġuĢa  qəzasının  rəisi  (1 

dekabdr  1919-cu  ildən  sayılmaqla)  təyin  edilmiĢdi.  Lakin  daxili 

iĢlər naziri M. Vəkilovun  21 aprel 1920-ci il tarixli 61 nömrəli yeni 

əmrü ilə Qədir bəy Hacıbəyov  “vəzifəsinə uyğun gəlmədiyi üçün”  

həmin  vəzifədən  və    ümimiyyətlə,  DĠO-dan  azad  olunmuĢdu...  Bu, 

nazir  müavini  və  həm  də  DĠN-in  Dəftərxana  direktoru    ġəfi  bəy 

Rüstəmbəylinin  Qarabağın  general-qubernatoru  X.Sultanova  gön-

dərdiyi 21 aprel 1920-ci il tarixli teleqramından bəlli olur... 

 

 

 

FƏRƏC bəy MƏLİKNAMZƏLİYEV 

 

Fərəc bəy Kərbəlayi Mehdi bəy oğlu Məliknamazəliyev 1863-



cü ildə ġuĢa qəzasının Vərəndə sahəsinin Pirəhmədli kəndində ana-

dan  olmuĢdi.  ġuĢa  Ģəhər  real  məktəbində  oxumuĢdu.  Sonra  dövlət 

idarələrində qulluğa baĢlamıĢdı. Tiflisdə Qafqaz CaniĢinliyində tər-

cüməçi  iĢləmiĢdi.  1909-cu  ildə  titulyar  müĢavir  rütbəsi  almıĢdı. 

Zaqatala  dairəsində  pristav    vəzifəsində    xidmət  etmiĢdi.  Azərbay-

can  Xalq  Cümhuriyyəti dövründə  (1919-cu  ilin  fevralınadək)  Zən-

gəzur qəzasının  rəisi  vəzifəsində  iĢləmiĢdi. 

Fərəc bəy əvvəlcə Bədircahan  bəyim  Mustafa ağa  qızı  Sarı-

calı-CavanĢirlə, sonra isə Asiya bəyim Axundova ilə ailə qurmuĢdu. 

Həsən bəy adlı oğlu vardı... 

 

 

 




 

402 


 

HƏBİB xan ŞƏKİNSKİ 

(1880-1956) 

 

Həbib  xan  Süleyman  xan  oğlu 



(tarixi  ədəbiyyatda  Süleyman  ağa  da 

adlandırılır)  ġəkinski    1880-ci  ildə  ġu-

Ģada  doğulmuĢdu.  O,  ġəki  xanı  Səlim 

xanın  və  Qarabağ  xanı  Ġbrahim  Xəlil 

xanın nəvəsi idi. Hələ çar Rusiyası döv-

ründə  Zəngəzur  qəzasının  Dığ  nahiyə-

sində  sahə  polis  pristavı  olmuĢdu... 

Azərbaycan  Xalq  Cümhuriyyəti 

dönəmində  Zəngəzur  qəzasının  rəis 

əvəzi  təyin  edilmiĢdi  (Qeyd:  AXC  dö-



nəmində  Zəngəzur  qəzasının  rəisi  vəzi-

fəsində  6  nəfər  xidmət  etmişlər.  Bunlar 

Fərəc  bəy  Məliknamazəliyev,  Hüseyn 

bəy Mahmudbəyov, Camal bəy Sultanov, Fərrux bəy Sərməstbəyov, 

Mirzə  Məhəmməd  Axundov  və  Həbib  xan  Şəkinski  olmuşlar  H. 

Şəkinski  rəis  hüququnda  rəis  əvəzi  vəzifəsini  yerinə  yetirmişdi). 

Zəngəzur qəzasının Akara, Muradxanlı, Novruzlar  kəndləri  Həbib  

xan  ġəkinskiyə məxsus idi. 

Həbib xan ġəkinskinin anası Gövhər  xanım  görkəmli  yazıçı, 

dramaturq    Əbdürrəhim  bəy  Haqverdiyevin  (17  may  1870,  ġuĢa  - 

17  dekabr  1933,  Bakı)  əmisi  qızı  idi.  Həbib  xan  Ağca  (Həcər)  xa-

nım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuĢdu. Onun 

Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var-

dı. Barat xanım ġəkinskaya (14 iyun 1914, ġuĢa - 14 yanvar 1999, 

Bakı) görkəmli aktrisa, respublikanın xalq artisti  kimi  məĢhur idi. 

Həbib    xan    ġəkinski  1956-cı      ildə    Bakıda  76    yaĢında    vəfat  

etmiĢdir... 

 

 

 



 


 

403 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Həbib xan Şəkinski 

 

 

ƏLƏKBƏR bəy BƏHRƏMBƏYOV 

 

...Ələkbər  bəy  Bəhrəmbəyov  1919-cu ilin dekabrınadək Ba-



kı Mərkəzi Həbsxanasının (1888-ci ildə tikilib istifadəyə verilmiĢdi) 

rəisi    iĢləyirdi.  1919-cu  il  dekabrın  12-də  daxili  iĢlər  naziri  Nəsib 

bəy    Yusifbəylinin    əmri    ilə  Ələkbər  bəy  Bəhrəmbəyov    tutduğu 

vəzifəsindən  azad  olunaraq  Qarabağa,  Cəbrayıl  qəzasının  rəisi 

vəzifəsinə (1-ci dərəcə üzrə ayda 3.000 manat  əmək haqqı ilə təyin 

edilmiĢdi  (Bundan  əvvəl  həmin  vəzifədə  Hüseyn  bəy  Mahmud-

bəyov  iĢləmiĢdi).  Bu    təyinat    Daxili  ĠĢlər    Nazirliyinin    5    yanvar  

1920-ci il  tarixli  228  nömrəli  yeni əmri  ilə  bir  daha  təsdiqlən-

miĢdi... 

O zaman Cəbrayıl qəzası  Xosrov bəy Sultanovun baĢçılıq et-

diyi    Qarabağ  General-Qubernatorluğunun  tərkibinə  daxil  idi.  Bu 



 

404 


qubernatorluğa  Cəbrayıl  qəzasından  baĢqa  ġuĢa,  Zəngəzur  və  Ca-

vanĢir qəzaları  da daxil idi. Ələkbər bəyə  vəzifələrinin  yerinə  yeti-

rilməsində əvvəlki xidməti fəaliyyət xəttindən tanıdığı, millət  vəkili 

Bəhram bəy Vəzirov (1857-1927) yaxından  kömək  etmiĢdi... 

Bəhram  bəy  Əsəd    bəy  oğlu  Vəzirov  23  dekabr  1857-ci  ildə 

ġuĢa  qəzasının  Vərəndə  (indiki  Ağdərə)  sahəsinin  Mirzəcamallı 

(ġərifbəyli)  obasında  doğulmuĢdu.  Sonra  ġuĢa  Ģəhərinə  köçmüĢ-

dülər. Bəhram bəy ġuĢa real məktəbini bitirmiĢdi. Sonra hüquq təh-

silinə  yiyələnmiĢdi...  Bir  müddət  qəza    polis  idarəsində  iĢləmiĢdi... 

Buna  görə  də  Qarabulaq  (indiki  Füzuli),  o  vaxtkı  Karyagin  dövlət 

həbsxanasının  rəisi  iĢləmiĢdi... Elə Ələkbər bəy Bəhrəmbəyovla da 

həmin  sahədəki  xidməti  fəaliyyəti  zamanı  yaranmıĢ  əlaqələrə  görə 

tanıĢ  idi...  Bəhram  bəy  Vəzirov  Azərbaycan  Milli  ġurasının  19 

noyabr  1919-cu  il  tarixli    “Azərbaycan  Məclisi-Məbusanının  təsisi 

haqqında qanuna” əsasən “Ġttihad” partiyasından Azərbaycan Cüm-

huriyyəti  Parlamentinə  üzv  seçilmiĢdi.  Parlamentdə  13  nəfərdən 

ibarət  ”Ġttihad”    fraksiyasına    daxil  idi.  Bəhram  bəyin  adı  Parla-

mentin  iclaslarında  fraksiya üzvlərinin adı çəkilən zaman sayca 5-

ci  səslənirdi.  Bəhram  bəy  həmdə  Ģair idi.  ”Fədai” təxəllüsü ilə  Ģeir 

yazırdı...  Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  Bəh-

ram bəy müxtəlif təssərrüfat müəssiələrində və idarələrində iĢləmiĢ-

di.. Lakin iyirminci illərin ortalarından o , keçmiĢinə görə təqiblərə  

məruz qalmağa baĢlamıĢ və nəticədə repressiyanın qurbanı  olmuĢ-

du. Bəhram  bəy Vəzirov  1927-ci  ildə ailə üzvləri ilə birlikdə  sür-

gün  olunmuĢ  və  orada  vəfat  etmiĢdi... 

...Ələkbər  bəy  Bəhrəmbəyov  Cəbrayıl  qəzasının  rəisi  vəzifə-

sində  1920-ci  ilin  martınadık    iĢləmiĢdi.  Beləki,  Azərbaycan  Cüm-

huriyyətinin daxili iĢlər naziri Mustafa bəy Vəkilovun 6 mart 1920-

ci il tarixli əmri il o, tutduğu  vəzifəsindən  azad  olunmuĢdu... 

 

 



 

 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə