401
Ġdarəsinin müvəqqəti rəisi təyin olunmuĢdu.Onun böyük köməkçisi
Avetis - Ter Qukasov idi... Daxili iĢlər naziri M. Vəkilovun 1920-ci
il 6 mart tarixli 42 nömrəli əmri ilə isə o, ġuĢa qəzasının rəisi (1
dekabdr 1919-cu ildən sayılmaqla) təyin edilmiĢdi. Lakin daxili
iĢlər naziri M. Vəkilovun 21 aprel 1920-ci il tarixli 61 nömrəli yeni
əmrü ilə Qədir bəy Hacıbəyov “vəzifəsinə uyğun gəlmədiyi üçün”
həmin vəzifədən və ümimiyyətlə, DĠO-dan azad olunmuĢdu... Bu,
nazir müavini və həm də DĠN-in Dəftərxana direktoru ġəfi bəy
Rüstəmbəylinin Qarabağın general-qubernatoru X.Sultanova gön-
dərdiyi 21 aprel 1920-ci il tarixli teleqramından bəlli olur...
FƏRƏC bəy MƏLİKNAMZƏLİYEV
Fərəc bəy Kərbəlayi Mehdi bəy oğlu Məliknamazəliyev 1863-
cü ildə ġuĢa qəzasının Vərəndə sahəsinin Pirəhmədli kəndində ana-
dan olmuĢdi. ġuĢa Ģəhər real məktəbində oxumuĢdu. Sonra dövlət
idarələrində qulluğa baĢlamıĢdı. Tiflisdə Qafqaz CaniĢinliyində tər-
cüməçi iĢləmiĢdi. 1909-cu ildə titulyar müĢavir rütbəsi almıĢdı.
Zaqatala dairəsində pristav vəzifəsində xidmət etmiĢdi. Azərbay-
can Xalq Cümhuriyyəti dövründə (1919-cu ilin fevralınadək) Zən-
gəzur qəzasının rəisi vəzifəsində iĢləmiĢdi.
Fərəc bəy əvvəlcə Bədircahan bəyim Mustafa ağa qızı Sarı-
calı-CavanĢirlə, sonra isə Asiya bəyim Axundova ilə ailə qurmuĢdu.
Həsən bəy adlı oğlu vardı...
402
HƏBİB xan ŞƏKİNSKİ
(1880-1956)
Həbib xan Süleyman xan oğlu
(tarixi ədəbiyyatda Süleyman ağa da
adlandırılır) ġəkinski 1880-ci ildə ġu-
Ģada doğulmuĢdu. O, ġəki xanı Səlim
xanın və Qarabağ xanı Ġbrahim Xəlil
xanın nəvəsi idi. Hələ çar Rusiyası döv-
ründə Zəngəzur qəzasının Dığ nahiyə-
sində sahə polis pristavı olmuĢdu...
Azərbaycan Xalq Cümhuriyyəti
dönəmində Zəngəzur qəzasının rəis
əvəzi təyin edilmiĢdi (Qeyd: AXC dö-
nəmində Zəngəzur qəzasının rəisi vəzi-
fəsində 6 nəfər xidmət etmişlər. Bunlar
Fərəc bəy Məliknamazəliyev, Hüseyn
bəy Mahmudbəyov, Camal bəy Sultanov, Fərrux bəy Sərməstbəyov,
Mirzə Məhəmməd Axundov və Həbib xan Şəkinski olmuşlar H.
Şəkinski rəis hüququnda rəis əvəzi vəzifəsini yerinə yetirmişdi).
Zəngəzur qəzasının Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib
xan ġəkinskiyə məxsus idi.
Həbib xan ġəkinskinin anası Gövhər xanım görkəmli yazıçı,
dramaturq Əbdürrəhim bəy Haqverdiyevin (17 may 1870, ġuĢa -
17 dekabr 1933, Bakı) əmisi qızı idi. Həbib xan Ağca (Həcər) xa-
nım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuĢdu. Onun
Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var-
dı. Barat xanım ġəkinskaya (14 iyun 1914, ġuĢa - 14 yanvar 1999,
Bakı) görkəmli aktrisa, respublikanın xalq artisti kimi məĢhur idi.
Həbib xan ġəkinski 1956-cı ildə Bakıda 76 yaĢında vəfat
etmiĢdir...
403
Həbib xan Şəkinski
ƏLƏKBƏR bəy BƏHRƏMBƏYOV
...Ələkbər bəy Bəhrəmbəyov 1919-cu ilin dekabrınadək Ba-
kı Mərkəzi Həbsxanasının (1888-ci ildə tikilib istifadəyə verilmiĢdi)
rəisi iĢləyirdi. 1919-cu il dekabrın 12-də daxili iĢlər naziri Nəsib
bəy Yusifbəylinin əmri ilə Ələkbər bəy Bəhrəmbəyov tutduğu
vəzifəsindən azad olunaraq Qarabağa, Cəbrayıl qəzasının rəisi
vəzifəsinə (1-ci dərəcə üzrə ayda 3.000 manat əmək haqqı ilə təyin
edilmiĢdi (Bundan əvvəl həmin vəzifədə Hüseyn bəy Mahmud-
bəyov iĢləmiĢdi). Bu təyinat Daxili ĠĢlər Nazirliyinin 5 yanvar
1920-ci il tarixli 228 nömrəli yeni əmri ilə bir daha təsdiqlən-
miĢdi...
O zaman Cəbrayıl qəzası Xosrov bəy Sultanovun baĢçılıq et-
diyi Qarabağ General-Qubernatorluğunun tərkibinə daxil idi. Bu
404
qubernatorluğa Cəbrayıl qəzasından baĢqa ġuĢa, Zəngəzur və Ca-
vanĢir qəzaları da daxil idi. Ələkbər bəyə vəzifələrinin yerinə yeti-
rilməsində əvvəlki xidməti fəaliyyət xəttindən tanıdığı, millət vəkili
Bəhram bəy Vəzirov (1857-1927) yaxından kömək etmiĢdi...
Bəhram bəy Əsəd bəy oğlu Vəzirov 23 dekabr 1857-ci ildə
ġuĢa qəzasının Vərəndə (indiki Ağdərə) sahəsinin Mirzəcamallı
(ġərifbəyli) obasında doğulmuĢdu. Sonra ġuĢa Ģəhərinə köçmüĢ-
dülər. Bəhram bəy ġuĢa real məktəbini bitirmiĢdi. Sonra hüquq təh-
silinə yiyələnmiĢdi... Bir müddət qəza polis idarəsində iĢləmiĢdi...
Buna görə də Qarabulaq (indiki Füzuli), o vaxtkı Karyagin dövlət
həbsxanasının rəisi iĢləmiĢdi... Elə Ələkbər bəy Bəhrəmbəyovla da
həmin sahədəki xidməti fəaliyyəti zamanı yaranmıĢ əlaqələrə görə
tanıĢ idi... Bəhram bəy Vəzirov Azərbaycan Milli ġurasının 19
noyabr 1919-cu il tarixli “Azərbaycan Məclisi-Məbusanının təsisi
haqqında qanuna” əsasən “Ġttihad” partiyasından Azərbaycan Cüm-
huriyyəti Parlamentinə üzv seçilmiĢdi. Parlamentdə 13 nəfərdən
ibarət ”Ġttihad” fraksiyasına daxil idi. Bəhram bəyin adı Parla-
mentin iclaslarında fraksiya üzvlərinin adı çəkilən zaman sayca 5-
ci səslənirdi. Bəhram bəy həmdə Ģair idi. ”Fədai” təxəllüsü ilə Ģeir
yazırdı... Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bəh-
ram bəy müxtəlif təssərrüfat müəssiələrində və idarələrində iĢləmiĢ-
di.. Lakin iyirminci illərin ortalarından o , keçmiĢinə görə təqiblərə
məruz qalmağa baĢlamıĢ və nəticədə repressiyanın qurbanı olmuĢ-
du. Bəhram bəy Vəzirov 1927-ci ildə ailə üzvləri ilə birlikdə sür-
gün olunmuĢ və orada vəfat etmiĢdi...
...Ələkbər bəy Bəhrəmbəyov Cəbrayıl qəzasının rəisi vəzifə-
sində 1920-ci ilin martınadık iĢləmiĢdi. Beləki, Azərbaycan Cüm-
huriyyətinin daxili iĢlər naziri Mustafa bəy Vəkilovun 6 mart 1920-
ci il tarixli əmri il o, tutduğu vəzifəsindən azad olunmuĢdu...
Dostları ilə paylaş: |