389
LÜTVƏLİ bəy ZÜLQƏDƏROV
(1881-1920)
Lütvəli (tarixi ədəbiyyatda
Niftəli bəy yazılır Əslində, Lütvəli
bəydir). Lütvəli bəy Mehralı bəy
oğlu Zülqədərov 1881-ci ildə
Yelizavetpol (indiki Gəncə) qu-
berniyasında iri mülkədar ailə-
sində anadan olmuĢdur. Lütvəli
bəy orta əsrlərdə parlamıĢ və
Azərbaycan dövlətçiliyində mü-
hüm rol oynamıĢ məĢhur Zülqədə-
rovlar adlı türk tayfalarının iri nəs-
lindən çıxmıĢ Ģəxs idi. Zülqədə-
rovlar əsasən ġəmĢəddil (ġəmĢəd-
din)
mahalının
(Sultanlığının)
(1747-1819) iri Xılxına kəndində,
Tovuz ərazisində, Öksüzlüdə, bir qismi isə ġəmkirdə və Zəyəmdə
yaĢayırdılar...
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lütvəli bəy əvvəlcə
Cəbrayıl (Karyagin. Ġndiki Füzuli) qəzasının 2-ci sahə polisinin,
Yelizavetpol (Gəncə) qəza polisinin 3-cü sahəsinin pristavı, habelə
ƏrəĢ qəzasında pristav vəzifəsində iĢləmiĢdi. Əhalinin böyük hör-
mətini qazanmıĢdı. Lütvəli bəy əvvəllər Peterburqda çar II Nikola-
yın sarayında qulluq etmiĢ, imperator və imperatriça Mariya Fyodo-
rovna tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüĢdü...
O, 1918-ci il oktyabrın 12-də daxili iĢlər naziri Behbud xan
CavanĢirin 78 nömrəli əmri ilə ġamaxı qəzasının müvəqqəti rəisi
vəzifəsinə təyin edilmiĢ və bu vəzifədə 1919-cu ilin iyununadək
xidmət göstərmiĢdi. Sonuncu tarixdə, daxili iĢlər naziri N.Yusifbəy-
linin 23 iyun 1919-cu il tarixli 85 nömrəli əmri ilə Göyçay qəza-
sının rəisi (1-ci dərəcə üzrə 3.000 manat əmək haqqı ilə) təyin olun-
muĢdu (Göyçay qəzası çar hökumətinin 9 dekabr 1867-ci il tarixli
inzibati islahatına əsasən 1 yanvar 1868-ci ildə Bakı quberniyasının
390
tərkibində yaradılmıĢdı. Mərkəzi Göyçay Ģəhəri idi. 1917-ci ilə aid
mənbələrdə Göyçaya Alxasova (Alxas adlı Ģəxsin adıdır) və
Yalman da demiĢlər) rəisi vəzifəsində fəaliyyət göstərmiĢdi. Lütvəli
(Niftəli) bəy Zülqədərovun qəza rəisi kimi sonuncu vəzifəsi Cavad
qəzasında olmuĢdu. Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri
M.H. Hacınskinin 1920-ci il 14 fevral tarixli 488 nömrəli əmri ilə
L.Zülqədərov Göyçay qəzasaının rəisi vəzifəsindən azad olunub,
mərkəzi Tərtər olan CavanĢir qəzasının rəisi təyin edilmiĢdi.
L. Zülqədərov Göyçay qəza rəisi vəzifəsində 1920-ci ilin martına-
dək xidmət göstərmiĢdi. 1920-ci il martın 19-da daxili iĢlər naziri
M.Vəkilovun əmri ilə Lütvəli bəy CavanĢir qəzasının rəisi vəzifə-
sindən azad olunmuĢ, onun yerinə Mustafa bəy Qabulov təyin
edilmiĢdi...
...Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lütvəli
bəy Gəncədə yaĢayırdı. O, 1920-ci il Gəncə üsyanında (24 may-4
iyun) iĢğalçı XI orduya qarĢı yerli əhalinin sırasında axıradək
vuruĢmuĢdu. Üsyan yatırıldıqdan sonra Türkiyədən ona Gəncədən
çıxıb oraya gəlmək təklif olunmuĢdu. Lakin lütvəli bəy buna razı
olmamıĢdı və rus – bolĢeviklər onu tutub elə 1920-ci ilin iyun
ayında güllələmiĢlər. Bundan sonra onunailəsi və nəsli də repressi-
yaya məruz qalmıĢdı. Zülqədərovlar təqibdən yaxa qurtarmaq üçün
Mehralıyev soyadını qəbul etmiĢdilər.
Lütvəli bəyin qardaĢı Allahyar bəy də Azərbaycanda məĢhur
idi. O, Gəncə Ģəhər dumasının üzvü Gəncə Quberniyasının ġəmkir
qəzasının rəisi olmuĢdu. Lakin bolĢeviklər tərəfindən qızıĢdırılmıĢ
kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə
xanım gülləylə öldürülmüĢ, özü isə tutularaq diri-diri yandırılmıĢdı.
Lütvəli bəyin oğlu Kamran bəy Zülqədərov sonralar general
rütbəsinə yüksəlmiĢdi. Bekə ki o, Tiflisdə gimnaziyanı biritdikdən
sonra Zaqafzaziya Dəmiryol Ġnstitutuna daxil olmuĢdu. Ġnstitutudan
sonra bu sahədə çalıĢmıĢ, Zaqafzaziya Dəmiryol nazirinin müavini,
daha sonra Gəncə Dəmiyolunun rəisi, Gəncə Politexnik Ġnstitutunun
ndekanı olmuĢdu. Lütvəli bəyin qızı Sima xanım Bakıda yaĢayırdı
və 1996-cı ilin iyulunda hələ sağ idi...
391
MƏMMƏD bəy SÜLEYMANBƏYOV
Məmməd bəy Süleymanbəyov Ġrəvan quberniyasında əsilli
ailədə anadan olmuĢdu. Ali təhsilli hüquqĢünas idi. 1918-ci ildə Ba-
kıya köçmüĢdü. Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyi siste-
mində müstəntiq vəzifəsində iĢə düzəlmiĢdi. Onu 1919-cu ilin payı-
zında təcrübəli müstəntiq kimi DĠN sahəsində iĢləməyə dəvət
etmiĢdilər. Bununla əlaqədar Azərbaycan Cümhuriyyəti daxili iĢlər
nazirinin müavini, general-mayor Əliyar bəy HaĢımbəyovun imza-
sıyla DĠN-in adından Ədliyyə Nazirliyinə 8 noyabr tarixli 10980
nömrəli xahiĢ məktubu yazılmıĢdı. Məktubda Ədliyyə Nazirliyinin
Bakı Məhkəmə Dairəsinin Balaxanı-Sabunçu sahəsinin müstəntiqi
Məmməd bəy Süleymanbəyovun tutduğu vəzifəsindən azad oluna-
raq DĠN-in sərəncamına göndərilməsi xahiĢ olunurdu. Məktuba
müsbət cavab verilmiĢ və Məmməd bəy Süleymanbəyov tutduğu
vəzifədən azad edilərək Azərbaycan DĠN-in sərəncamına göndəril-
miĢdi. Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri N.Yusifbəy-
linin 15 noyabr 1919-cu il tarixli əmri ilə Məmməd bəy Süley-
manbəyov 14 oktyabr 1919-cu ildən sayılmaqla Cavad qəzasının
rəisi vəzifəsinə (1-ci dərəcə üzrə 3.000 manat məvaciblə) təyin edil-
miĢ və bu vəzifədə 1920-ci ilin yazınadək xidmət göstərmiĢdi...
AZAD bəy QOCAMANBƏYOV
(1860-1920)
Azad bəy Ağa Sadıq bəy Qocamanbəyov 1860-cı ildə ġamaxı
qəzasının Məlik-Çobanlı kəndində məĢhur mülkədar ailəsində ana-
dan olmuĢdu. 1918-1920-ci illərdə ġamaxı Qəza Polis Ġdarəsində
müxtəlif məsul vəzifələrdə, o cümlədən qəza rəisi vəzifəsində iĢlə-
miĢdi. Onun köməkçisi sonralar (sovet dövründə) general-mayor
rütbəsi almıĢ, əslən ağsulu olan Tərlan bəy Əliyarbəyov idi. Azad
bəy 1918-ci ildə erməni-daĢnaklarla mübarizədə hünərlər gös-
tərmiĢdi... Azad bəy Qocamanbəyov 1920-ci ilin fevralında ġama-
xıda 60 yaĢında vəfat etmiĢ və Laləzar qəbristanlığında dəfn olun-
muĢdur.
Dostları ilə paylaş: |