408
RƏHİM bəy ŞIXLINSKİ
Rəhim bəy Tahir bəy oğlu ġıxlın-
ski 19-cu əsrin axırıncı rübündə Qazax
qəzasının Ġkinci ġıxlı kəndində məĢhur
“Alqazax”- ġıxlınskilər nəslindən çıxmıĢ
ailədə doğulmuĢdu. 1902-ci ildə Qori
Seminariyasını bitirmiĢ və dövrünün
qabaqcıl
pedaqoqlarından
olmuĢdu.
Müəllimliklə məĢğul olmağa Nuxa
qəzasından baĢlamıĢdı. Sonra Ağdamda
və Bakıda dərs demiĢdi.
Rəhim bəy 1917-ci ildən milli
istiqlal hərəkatında fəal içtirak edirdi.
Siyasi baxıĢlarına görə Türkiyə meyilli idi. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə əvvəlcə ġuĢa Polismeysterliyində iĢləmiĢ,
1919-cu ilin dekabrından ƏrəĢ qəzasının rəisi vəzifəsinə təyin
edilmiĢ və bu vəzifədə Azərbaycan Cümhuriyyətinin süqutuna
qədər xidmət göstərmiĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra repres-
siya olunacağından ehtiyat edərək, 1920-ci ildə Tiflisə köçmüĢdü.
Çünki orada hələ sovet hakimiyyəti qurulmamıĢdı. Rəhim bəy Tif-
lisdə Azərbaycan orta məktəbində uzun illər direktor iĢləmiĢdi... La-
kin otuzuncu illər repressiyası dövründə onu “Müsavat” partiyasına
üzv olmaqda və antisovet fəaliyyət göstərməkdə ittiham edib, 1937-
ci il iyulun 22-də həbsə almıĢ və bir qədər sonra güllələmiĢdilər...
İSGƏNDƏR bəy QƏMBƏRƏLİYEV
Ġsgəndər bəy MəĢədi Salman bəy oğlu Qəmbərəliyev (tarixi
ədəbiyyatda Əliyev də yazılır. Qəmbərəliyev düzdür) 1888-ci il
mayın 10-da Gəncədə anadan olmuĢdu. 1906-cı il iyunun 1-də 6
sinifli Gəncə Ģəhər məktəbini bitirmiĢdi. Kollec registirliyinə yiyə-
lənmiĢdi... 1917-ci ildən Yelizavetpol (Gəncə) qəza və xalq milisin-
409
də xidmət etmiĢdi. Zaqafqaziya Komissarlığının əmri ilə 1918-ci il
yanvar ayının 1-dən Gəncə Ģəhər xalq milisində 4-cü sahənin milis
komissarı təyin edilmiĢdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyun ayı-
nın 23-də Gəncənin ilk qubernatoru təyin olunmuĢ polkovnik Ġbra-
him ağa Vəkilovun 25 sentyabr 1918-ci il tarixli əmri ilə Ġsgəndər
bəy Qəmbərəliyev Gəncə Ģəhər polismeysterinin böyük köməkçisi
(1-ci müavini) vəzifəsinə təyin edilmiĢdi.Daxili iĢlər naziri
N.Yusifbəylinin 30 sentyabr 1919-cu il tarixli 133 nömrəli əmri ilə
bu vaxtadək Gəncə polismeysterinin böyük köməkçisi vəzifəsində
çalıĢan Ġsgəndər bəy Qəmbərəliyev Gəncə Ģəhərinin müvəqqəti po-
lismeysteri təyin olunmuĢdu. Sonra yenə daxili iĢlər naziri N.Yusif-
bəylinin 12 noyabr 1919-cu il tarixli 295 nömrəli əmri ilə Ġsgəndər
bəy Qəmbərəliyev ġamxor (ġəmkir) qəzasının rəis əvəzi göndəril-
miĢdi. Nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin daxili iĢlər na-
ziri Mustafa bəy Vəkilovun 18 fevral 1920-ci il tarixli 34 nömrəli
əmri ilə Ġsgəndər bəy MəĢədi Salman bəy oğlu Qəmbərəliyev 12
noyabr 1919-cu ildən sayılmaqla ġamxor qəzasının rəisi vəzifəsinə
(1-ci dərəcə üzrə ayda 3.000 manat məvaciblə) təyin edilmiĢ və bu
vəzifədə Cümhuriyyətin süqutuna qədər xidmət göstərmiĢdi...Ġs-
gəndər bəy Qəmbərəliyevlər otuzuncu illərin repressiyasına məruz
qalmıĢdılar...
410
QƏZA RƏİSLƏRİNİN KÖMƏKÇİLƏRİ
ŞAHSUVAR bəy KƏLƏNTƏROV
(1880-1934)
ġahsuvar bəy (“ġahsuvar” farsca “atlılar baĢçısı” deməkdir)
Mirzəhəzrətqulu bəy oğlu Kələntərov (əslində Hüseynbəyovdur)
1880-ci ildə ġuĢa qəzasının Xocamusaxlı (bu kənd Xacə Əbuisaqlı
da adlandırılır) kəndində əsilli ailədə anadan olmuĢdu. Ġbtidai
təhsilini molla yanında almıĢ, ardını Yelizavetpol (Gəncə) klassik
gimnaziyasında davam etdirmiĢdi. ġahsuvar bəy 19-cu əsrdə ali
təhsil almıĢ ilk azərbaycanlı gənclərimizdən biri idi. O, 1906-cı ildə
Kiyev (Ukrayna) Müqəddəs Vladimir Universitetinin hüquq fakul-
təsini bitirmiĢdi.1911-ci ildən Zəngəzurun Dondarlı bölgəsinin
(indi Qubadlı ərazisindədir.Dondarlılar qədim döyüĢkən türk
tayfaları olmuĢlar) polis pristavı idi. ġahsuvar bəy savadlılığı və
ədalətliliyi ilə el-oba arasında hörmət qazanmıĢdı. Odurki, 1918-ci
ildə Zəngəzur qəzasının mərkəzi Gorus Ģəhərinin polis rəisi
vəzifəsinə irəli çəkilmiĢdi.
Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman ġahsuvar bəy
Qarabağ General-Qubernatorluğuna daxil olan Zəngəzur qəzasının
rəis əvəzi təyin edilmiĢ Həbib xan ġəkinskinin (1880-1956) böyük
köməkçisi (1-ci müavini) vəzifəsində faəliyyət göstərmiĢdi. ġahsu-
var bəy Hüseynbəyov nüfuzlu bir Ģəxs kimi müstəqil dövlətimizin
möhkəmlənməsində və torpaqlarımızın düĢmənlərdən qorunma-
sında müstəsna xidmətlər göstərmiĢdi... ġahsuvar bəy məĢhur xalq
qəhrəmanı, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun
böyük qardaĢı Sultan bəy Sultanovun yaxın dostu və silahdaĢı ol-
muĢdu. 1919-cu ildə Sultan bəy Laçında Zabıx çayı vadisində qani-
çən daĢnak generalı Andronik Ozanyanın ordusunu darmadağın
411
edəndə ġahsuvar bəy bu müdrik və igid xalq qəhrəmanının
yanındaydı... ġahsuvar bəy erməni-daĢnak qüvvələrinin Qarabağa
hücumlarının qarĢısının alınmasında xalqımıza köməyə gəlmiĢ türk
generalı Faruq Mustafa Nuru paĢayla bərabər vuruĢmada qəhrəman-
lıqlar göstərmiĢdi. Odur ki, Nuru paĢa ona “Kələntər” (farsca
“böyük” sözündəndir, “hakim,” “baĢçı” deməkdir) adı vermiĢdi.
Kələntərov soyadı çox gümanki bu faktla bağlıdır...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra fəhlə-
kəndli hökumətinə təhsilli kadrlar lazım idi. ġahsuvar bəyə də “iĢ”
tapılmıĢdı. O, ömrünün sonunadək Laçın Ģəhərində maliyyə Ģöbə-
sinin müdiri vəzifəsində çalıĢmıĢdı. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə milli istiqlaliyyətimizin keĢikçilərindən biri olan ġahsuvar
bəy Kələntərov (Hüseynbəyov) 1934-cü ildə 54 yaĢında ürək xəstə-
liyindən vəfat etmiĢdi.
ġahsuvar bəyin Arəstə, Vəsilə, Mustafa, Xəlil, Xədicə, Bala-
xanım və Yusif adlı övladları vardı... Çox təəssüf ki, ġahsuvar bəy
Kələntərovun Ģəkilini tapa bilmədik. Otuzuncu illərin qara yelləri
onun və ailə üzvlərindən də yan keçməmiĢdi...Azərbaycanın çox
sevilən mərhum Ģairi Qasım Qasımzadə ġahsuvar bəyin nəvəsi idi.
O söyləmiĢdırki, ”kiĢinin bir Ģəkili qlıbmıĢ, onu da Allah insaf
vermiĢ qohumlarımız 1937-ci ildə qorxularından məhv ediblər”.
Qasım Qasımzadə oğlanlarından birinə ġahsuvar bəyin adına
oxĢar Xansuvar adını qoymuĢdur. Xansuvar Qasımzadə və onun
qardaĢı. ”Qurani-Kərim”in mükəmməl tərcüməçilərindən biri, Ģərq-
Ģünas alim Nəriman Qasımzadə bu gün Bakıda yaĢayırlar və nü-
fuzlu ziyalılar kimi tanınarlar. Onlar ġahsuvar bəy haqqında ifti-
xarla danıĢırlar və buna haqları da çatır... ġahsuvar bəyin nəticəsi,
polis polkovniki Əli Vəliyev isə hazırda Bakı ġəhər BaĢ Polis
Ġdarəsinin Ģəxsi heyət üzrə böyük köməkçisi vəzifəsində xidmət
edir. Ġstiqlalımızın fədailərindən biri, unudulmaz ġahsuvar bəy
Kələntərov (Hüseynbəyov) kimi...
Dostları ilə paylaş: |