419
pristav Nurəddin Hacı Seyid Hüseyin oğlu Seyidzadə 1968-ci ildə
Gəncədə vəfat etmiĢ və oradakı Səbizkar qəbristanlığında dəfn
olunmuĢdu... Nurəddin Seyidzadənin ikimərtəbəli mülkü Gəncə Ģə-
hərindəki Firuz Məlikov küçəsindədir...
İSRAFİL İBRAHİMOV
(1897-1938)
Ġsrafil Ələkbər öğlu Ġbrahimov
1897-ci ildə Ġrəvan quberniyası, Sür-
məli qəzasının Qaraqoyunlu kəndində
anadan olmuĢdu.1918-ci ildən “Hüm-
mət” təĢkilatının üzvü olmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Qazax Ģəhərinin polis pris-
tavlığında 3-cü sahənin pristavı və
Ağstafada Poyly (Saloğlu) stansiya-
sının polis pristavı vəzifəsində xidmət
etmiĢdi...
Sovet hakimiyyəti qurulduqda
bolĢeviklər partiyasına daxil olmuĢ-
du. Partiya ləqəbi “Saqqal Ġbrahim”
idi. Ġ. Ġbrahimov bir təcrübəli kadr kimi Azərbaycan SSR XDĠK
orqanlarında müxtəlif məsul vəzifələrdə, o cümlədən 1921-1923-cü
illərdə XDĠK-in müavini, eyni zamanda BaĢ Milis Ġdarəsinin rəisi,
1925-1926-cı illərdə XDĠK Kollegiyasının üzvü və eyni zamanda
Ġslah Əmək Müəssisələri BaĢ idarəsinin rəisi olmuĢ, sonrakı illərdə
Azərbaycan SSR XKS-də və Naxçıvan MĠK-də məsul vəzifələrdə
çalıĢmıĢ, ġamaxı rayonu Ġcraiyə Komitəsinin sədri iĢləmiĢdi. Ġ.
Ġbrahimov otuzuncu illərdə repressiyanın qurbanı olmuĢdu. 1937-ci
ildə “ġamaxı iĢi” üzrə Həmid Sultanovla günahkar bilinərək həbs
olunmuĢ və 1938-ci il yanvarın 20-dən 21-nə keçən gecə Azərbay-
can SSR xalq daxili iĢlər komissarı vəzifəsini icra edən T.M. Bor-
Ģovun (1901-1956) əmri ilə 41 yaĢında güllələnmiĢdi (Timofey Mi-
420
xayloviç BorĢov Azərbaycan SSR-in Qusar rayonunda anadan
olmuĢdu. Etdiyi cinayətlərə görə Bakıda M.C. Bağırovun məhkəmə-
sində (12-26 aprel 1956-cı il) məhkəmənin hökmü ilə güllələnməyə
məhkum olunmuĢ, hökm həmin ilin may ayında yerinə yetirilmiĢdi)
Ġ. Ġbrahimov o gecə güllələnən 7 nəfərin sırasında sayca 3-cü idi. 1-
ci isə Azərbaycan SSR-in ilk xalq daxili iĢlər komissarı Həmid Sul-
tanov (1889-1938) güllələnmiĢdi.
Ġsrafil Ġbrahimovun Validə və Nəzakət adlı qızları vardı.
Onlar 80-ci illərin ortalarınadək Bakıda yaĢayırdılar...
ABUTALIB SADIQOV
(1867-1983)
Abutalıb Hacı Sadıq oğlu Sadıqov 1867-ci ildə ġuĢa Ģəhərində
anadan olmuĢdu. Molla yanında oxumuĢdu. Sonra ġuĢa real məktə-
bini bitirmiĢdi. ġuĢa Qəza Ġdarəsində 2-ci dərəcəli dəftərxana xid-
mətçisi kimi əmək fəaliyyətinə baĢlamıĢdı...1919-1920-ci illərdə
Bakı Qəza Ġdarəsində-Balaxanı-Sabunçu ərazisində pristav və Bakı
Ģəhər Polismeysterliyinin 6-cı Mixaylovski sahəsinin polis pristavı
vəzifəsində (5-ci dərəcə əmək haqqı tarifi üzrə ayda 1800 manat
olmaqla) xidmət etmiĢdi...
Abutalıb Sadıqovun Adil adlı oğlu vardı...
Adil Abutalıbov 1903-cü ildə ġuĢada anadan olmuĢdu. Sonra-
lar tibb sahəsində tanınmıĢ terapevt, tibb elmləri doktoru, professor
olmuĢdu. 1929-cu ildə Azərbaycan Tibb Ġnstitunu bitirmiĢdi...
1965-1972-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb Ġnstitu-
tunun (indiki Azərbaycan Tibb Universitetinin) daxili xəstəliklə
propedefikası kafedrasının professoru idi. Onun tədqiqatları əsasən,
patalogiyaya, ürək-damar sistemi problemlərinə, qastroenterologiya
və kurortologiyaya həsr olunmuĢdu. Professor Adil Abutalıb oğlu
Sadıqov 1983-cü ildə 80 yaĢında Bakıda vəfat etmiĢdir...
421
ŞAHZADƏ ƏRDƏŞİR mirzə QOVANLI-QACAR
ġahzadə ƏrdəĢir mirzə Bəhmən mirzə oğlu 1875-ci il sentya-
brın 2-də Yelizavetpol (Gəncə) quberniyası, ġuĢa qəzasının ġuĢa Ģə-
hərində əsilzadə ailədə anadan olmuĢdu. ġahzadə ƏrdəĢir mirxə xü-
susi ailə tərbiyəsi almıĢdı. Anasının adı da Bərdə xanım idi.
ġahzadə ƏrdəĢir mirzə 11 avqust 1908-ci ildə 2-ci dərəcəli
dəftərxana qulluqçisu kimi ġuĢa Qəza Polis Ġdarəsində xidmətə
baĢlamıĢdı. 1912-ci il aprelin 18-də Yelizavetpol (Gəncə) Quber-
niya Ġdarəsinin (qubernatorun) əmri ilə ġuĢa Qəza Polis Ġdarəsinə
tərcüməçi təyin edilmiĢdi. 1914-cü il mayın 27-də ġahzadə ƏrdəĢir
mirzə ġuĢa qəzasının Kirs, Fingə və Sarıbaba ərazilərində yerləĢən
yaylaqlara dağbəyi vəzifəsinə göndərilmiĢdi. 1916-cı il mayın 21-də
o, ġuĢa qəzasının Qırxqız və Meydan ərazilərində yerləĢən yaylaq-
lara həmin vəzifəyə təyin edilmiĢdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ġahzadə ƏrdəĢir
mirzə 1919-cu ildən əvvəlcə ġuĢa Ģəhərinin ermənilər yaĢayan 1-ci
hissəsinin,1920-ci ildə isə 2-ci sahənin polis pristavı vəzifəsində
xidmət göstərmiĢdi...
ƏLƏKBƏR bəy QALABƏYOV
(1887-1920)
Ələkbər bəy Bahadur bəy oğlu Qalabəyov 1887-ci ildə Ca-
vanĢir qəzasının Bərdə nahiyəsinin Əyricə kəndində əsilli ailədə
anadan olmuĢdu. Ġlkin təhsilini ġuĢa real mətəbində və gimnaziyada
almıĢdı. Sonra Sankt-Peterburq Universitetinin hüquq fakultəsini
bitirmiĢ.Yevlax sahə polis pristavı vəzifəsində xidmətə baĢlamıĢdı...
Azərbaycanda sovet hakimiyyəti qurulduqadan sonra Ə. Qala-
bəyov 1920-ci ildə Əyricə kəndində bolĢeviklər tərəfindən cəmi 31
yaĢı olarkən öldürülmüĢdü...
Dostları ilə paylaş: |