Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə145/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   141   142   143   144   145   146   147   148   ...   156

 

443 


Qazax    –    türk  sözüdür,  qaz  “ucalıq,  yüksəklik”,  ax  “yer,  sahə”,  yəni 

“uca yer, yüksək yer, yüksək sahə” deməkdir. 

Qazi  –  ərəb  sözüdür,”müsəlman  dini  icmasının  hakimi,  başçı,  şəriət 

hakimi“ deməkdir. 

Qərar  –  ərəb sözüdür, ”hökm, sərəncam, qətnamə” deməkdir. 

Qərinə  –    ərəb  sözüdür  ,”zaman,  vaxt,    dövr”  deməkdir.  Qərinə  əsrin 

üçdə biridir (33 il). 

Qnçaq –  erməni sözüdür,”haray, zəng, səs”  deməkdir. 

Qorodovoy  –

 

rus  sözüdür,  ”çar  Rusiyası  dövründə  aşağı  polis  rütbəsi 



(indiki polis nəfəri) idi. 

Qradonaçalnik – 

 

rus sözüdür,1907-ci ilədək Rusiyada xüsusi əhəmiyyəti 



olan iri şəhərlərdə qubernator hüququnda olan şəhər rəisi. 

Qusar  –  macar sözüdür, ”süvari” (qoşun) deməkdir. 

Qövm –  ərəb sözüdür, ”tayfa, qohum-əqrəba, nəsil”  deməkdir. 

 

 

-L- 

 

Lənkəran –   farsca  “Lənkərkonan”  sözündən  olub,”lövbər  salınan  yer” 

deməkdir. 

Leytenant  –    fransız  sözüdür.  Leytenant  baş  leytenantdan  əvvəl  gələn 

hərbi rütbə və belə rütbəni daşıyan şəxsdir (zabit). 

Lider –  ingiliscə “leader” sözündən olub, ”qabaqda gedən”, ”rəhbər”, 

”aparıcı”, ”başçı” deməkdir. 

Litoqrafiya –  yunanca litos “daş”, qrapho “yazıram”, ,rusca litoqrafiya 

“daşbasması”  üsulu,  ”daşbasma  çapxanası” deməkdir. 

 

 

-M- 

 

Marixuana –  hind sözüdür, ”hind kənafından alınan, güclü təsirə malik 

narkotik maddə”dir. 

Marş  – 

 

fransız  sözüdür,  ”sırada  bir  qydada,  ritmik  yürüş  tərzi, 



komanda” deməkdir. 

Marşal  –

 

fransız  sözüdür,  ”yüksək  hərbi  rütbə  və  belə  rütbəsi  olan 



şəxs”dir. 

Mayor  –

 

latın  sözüdür,”kapitandan  sonra  gələn  zabit  rütbəsi  və  belə 



rütbəsi olan şəxs” deməkdir. Məsələn, polis mayoru və s. 

Mehdi – 

 

ərəb sözüdür, ”doğru yola gəlmiş” deməkdir. 




 

444 


Məcəllə  –  ərəb sözüdür, ”jurnal” deməkdir. 

Mədrəsə  –

 

ərəb  sözüdür,  ”məktəb  (məscid  yanında  ruhani  məktəb) 



deməkdir. 

Məfkurə –  ərəb sözüdür, ”ideologiya, ideya, qayə” deməkdir. 

Məclis –  ərəb sözüdür ,”toplantı, iclas, yığıncaq yeri” deməkdir. 

Məhəmməd  –  ərəb  sözüdür,  ”tərifəlayiq,  bəyənilmiş,  öyülmüş,  mədh 

edilmiş, çox öyülən” deməkdir. 

Məhkəmə  –    ərəb  sözüdür,  ”mühakimə  edən”  deməkdir.  Məhkəmə 

cinayət və mülki işlərin təhqiqatını aparan ədliyyə orqanıdır. 

Məlik –  ərəb sözüdür, ”hökmdar, vəliəhd, şahzadə” deməkdir. 

Məmur  – ərəb sözüdür,”əmr alan, bir işə təyin edilən dövlət qulluqçusu” 

deməkdir. 

Mənsur  –  ərəb sözüdür ,”fərman”  deməkdir. 

Məramnamə  –  məram  ərəbcə,  namə  farsca  “bəyan  edən  sənəd, 

proqram” deməkdir. 

Məscid –

 

ərəbcə “sucud” sözündən olub,”səcdə edilən, səcdə qılınan yer-



dir. Məscid müsəlmanların ibadət etdikləri dini ayinlər binası, Allah evidir. 

Məslək –  ərəb sözüdür, ”yol, əqidə”  deməkdir. 

Məşhəd  –  ərəbcə  “şəhid  olmuş,  bir  müqəddəsin  şəhid  olduğu  və  ya 

basdırıldığı  yer” deməkdir. 

Məşrutə –  ərəb sözüdür ,”konstitututsiya” deməkdir. 

Millət –  ərəbcə  “millə” sözündəndir,”dini icma, əhali, xalq” deməkdir. 

Milis –  latınca “militia” sözündən olub, ”xalq qoşunu, xalq qvardiyası, 

könüllü xalq dəstəsi, daimi olmayan qoşun” deməkdir. 

Miralay –  türk sözüdür, ”alay bəyi (polkovnik)  deməkdir. 

Mirliva –  türk  sözüdür, ”general-mayor” deməkdir. 

Mirpənc –  farsca  “general-leytenant”  deməkdir. 

Mitinq –  ingilis sözüdür, ”mühüm gündəlik (daha çox siyasai) məsələyə 

həsr olunmuş yığıncaq ,toplantı” deməkdir. 

Modern –  fransız  sözüdür, ”müasir”  deməkdir. 

Molokan –  rus sözüdür , ”süd kimi pak”  deməkdir. 

Moratorium  – latınca “moratorius” sözündən olub, ”fövqəladə vəziyyət 

və  s.  ilə  əlaqədar  müəyyən  işin  görülməsinin  dayandırılması,  ləngidici, 

təxirəsalıcı aktdır”. 

Muxtariyyət  –   ərəb sözüdür, ”özünüidarə” deməkdir. 

Murad –  ərəb sözüdür, ”istək, kam, məqam, məqsəd” deməkdir. 

Müavin –  ərəb sözüdür, ”rəisi, sədri, rəhbəri əvəz edən” deməkdir. Orta 

əsrlərdə müavinə nəqib (ərəbcə) deyilirdi. 

Müdavim –  ərəb sözüdür, ”dinləyici” deməkdir. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə