Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə143/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   139   140   141   142   143   144   145   146   ...   156

 

438 


-H- 

 

Hakim  –    ərəb  sözüdür,  ”məhkəmə  orqanlarında  baxılan  iş  haqqında 

hökm və ya qərar çıxaran vəzifəli şəxs”. 

Hakimiyyət    ərəb  sözüdür,  ”dövləti  idarə  etmək  hüququ,  siyasi 

hömranlıq”  deməkdir. 

Hegemon –  yunan sözüdür, ”rəhbər, qabaqcıl, hökmran”  deməkdir. 

Hədis –  ərəb sözüdür, ”rəvayət” deməkdir. Rəvayət Məhəmməd Peyğəm-

bər  və  silahdaşlarının  gördükləri  işlər,  əməllər  və  söylədikləri  fikirlərlə 

bağlı topludur. 

Hərb –  ərəb sözüdür,”müharibə, döyüş” deməkdir 

Həzrə –  ərəb sözüdür, ,”ev, ocaq, yaşayış  yeri”  deməkdir. 

Horadiz –  fars sözüdür, hor “od, günəş, işıq”; diz “qala”, yəni “Günəş 

qalası, qala kənd, qala məkan, qala yurd, qala” anlamındadır. 

Hökumət  –  ərəbcə  “hökumə”  sözündəndir,”dövlətə  aid,  dövlətin  ali 

icraedici orqanı” deməkdir. 

Hüquq  –    ərəb  sözüdür,  dövlət  tərəfindən  müəyyən  olunan  və  tətbiq 

edilən,  insanlar  arasında  ictimai  münasibətləri  nizama  salan  və  hakim 

sinfin  iradəsini  ifadə  edən  normaların,  qaydaların,  dövlətlər  arasında 

qarşılıqlı  münasibətləri  nizamlayan  beynəlxalq  sazişlərin,  müqaviləlrin 

məcmusudur. 

Hürriyyət –   ərəb sözüdür, ”azadlıq” deməkdir. 

 

 

-X- 

 

Xalid –  ərəb sözüdür, ”ölməz, əbədi”  deməkdir. 

Xanədan –  fars sözüdür,”sülalə, nəsil”  deməkdir. 

Xaos –  yunan sözüdür,”qarma-qarışıqlıq, hərc-mərclik” deməkdir. 

Xəfiyyə –  ərəb sözüdür, ”gizli agent ,cəsus” deməkdir. 

Xəlifə  –  ərəbcə  “xalifa”  sözündəndir,  “varis,  övlad,  əvəz,  müavin, 

davamçı” deməkdir. 

Xitam –  ərəb sözüdür.”bitmə, sona çatma, qurtarma” deməkdir. 

Xronika  –  yunanca  “chronikas”  sözündən  olub,”salnamə,  hadisələrin 

tarixi ardıcıllıqla yazılışı” deməkdir. 

Xronologiya  –  yunan  sözüdür,  xronos  “vaxt,  zaman”,  loqos  “elm”  de-

məkdir.  Xronologiya  tarixin  zaman  və  dövrlər  üzrə  ardıcıllıqla  yazılma-

sıdır. Xronologiya tarixin ardıcıllıqla öyrənilməsini tədqiq edən elmdir. 

 


 

439 


-İ- 

 

İctimai –  ərəb sözüdür, ”kollektiv, ümumi, ellik, insan cəmiyyətinə aid, 

xalq ilə əlaqədar olan” deməkdir. 

İflas –  ərəb sözüdür, ”müflis olmaq ,var-yoxu əldən çıxmaq” deməkdir. 

İfrat –  ərəb sözüdür,”son hədd, son həddi keçmə” deməkdir. 

İlhaq  –  ərəb  sözüdür,  ”zorla  birləşdirmə,  birləşdirmə,  bitişdirmə,  daxil 

etmə, qoşma, işğal etmə” deməkdir. 

İqtidar  –  ərəb  sözüdür,”qüvvət,  güc,  hakimiyyət,  hakimiyyətdə  olan 

qüvvə” deməkdir. 

İqtisad –  ərəb sözüdür, ”qənaət”  deməkdir. 

İlbaşı –  türk sözüdür, ”vali, qubernator” deməkdir. 

İltimas –  ərəb sözüdür, ”xahiş, rica etmək” deməkdir. 

İmperiya  –  latın  sözüdür,”başında  qeyri-məhdud  hakimiyyətə  malik 

hökmdarın durduğu monarx (mütləq) dövlət hakimiyyəti . 

İNSAN   - ərəb sözüdür, ” üns saxlayan”  deməkdir. 

İmperator  –  latın  sözüdür,  ”çarın,  padşahın,  hökmdarın,  sultanın  ən 

yüksək titulu, bu titulu daşıyan şəxs”dir. 

İmperialist  –  fransız  sözüdür,  ”iri  kapitalist,  inhisarçı,  monopolist” 

deməkdir. 

İmpiçment –  ingilis sözüdür, ”mühakimə etmək, vəzifədən kənarlaşdır-

maq” deməkdir. 

İmtiyaz –  ərəb sözüdür, ”müstəsna hüquq , üstünlük” deməkdir. 

İnaqurasiya  –  ingilis  sözüdür,”ABŞ-da  prezidentin  rəsmən  vəzifəsinə 

başlaması mərasimi”dir. 

İnkişaf –  ərəb sözüdür ,”irəliyə doğru, tərəqqi” deməkdir. 

İnqilab –  ərəb sözüdür,”zorkı ictimai çeviriliş” deməkdir. 

İntendant  –    fransız  sözüdür,”orduda,  qoşun  hissəsində  təsərrüfat 

işlərinə baxan hərbi qulluqçu”dur. 

İntensiv –  fransız sözüdür, ”səmərəli, məhsuldar” deməkdir. 

İntellektual –  ərəb sözüdür, ”hərtərəfli biliyə malik” deməkdir. 

İntervü –     ingilis sözüdür,”müsahibə” deməkdir. 

İntibah –  ərəb sözüdür, ”oyanış, oyanma, canlanma” deməkdir. 

İnvestisiya –  latın sözüdür,”kapital qoyuluşu” deməkdir. 

İslahat –  ərəb sözüdür, ”islah” “yenidənqurma, yenidən təşkiletmə, də-

yişdirmə, əsaslı dəyişikliklər” deməkdir. 

İstanbul  –    latın-yunan  sözüdür,  ”İstin  polis”,  ”şəhərə  gedirəm,  şəhərə 

girirəm”  deməkdir. 


 

440 


İstiqlal  –    ərəb  sözüdür,  müstəqillik  əldə  etmək,  müstəqillik  qazanmaq, 

müstəqillik, azadlığa qovuşmaq”  deməkdir. 

İstiqbal –  ərəb sözüdür ,”gələcək” deməkdir. 

İslam –  ərəb sözüdür, ”itaət, Allahın iradəsinə itaət” deməkdir. 

İstibdad – ərəb sözüdür,”özbaşınalığa, zülm və zorakılığa əsaslanan döv-

lət idarə üsulu”dur. 

İstintaq  –    ərəb  sözüdür,  ”sorğu-sual,  soruşma,  dindirmə,  ifadə  alma” 

deməkdir. 

İstisna  –   ərəb  sözüdür,  ”ümumi  qaydadan  kənar  çıxma,  ayırma,  xüsusi 

hal” deməkdir. 

İşgəncə  –    fransız  sözüdür,”vəhşi  və  amansız  üsullarla  verilən  cismani 

əzab, əziyyət, zülm və hədsiz incitmə”dir. 

İttihad –  ərəb sözüdür, ”birlik” deməkdir. 

 

 

-J- 

 

Jandarm –  fransız sözüdür, ”jandarmeriyada (siyasi polis) xidmət edən 

polis məmuru, jandarm polisinin aşağı rütbəsi. 

Jandarmeriya – 

 

fransız sözüdür. Çar rusiyasında və Avropanın bir sıra 



ölkələrində siyasi mühafizə və inqilabi hərəkata qarşı mübarizə məqsədilə 

yaradılmış  xüsusi  polis  qoşunu,  siyasi  polis.  Rusiyada  1917-ci  ildə  ləğv 

edilmişdir. 

 

 

-K- 

 

Kabinet –  fransız sözüdür, ”nazirlər heyəti, hökumət”  deməkdir. 

Kadastr  –  fransız  sözüdür,”müşahidə  nəticəsində  tərtib  olunan  sistemli 

məlumat”dır. Məsələn, dövlət kadastrı. 

Kadet –  fransız sözüdür.”korpus müdavimi “deməkdir. Çar Rusiyasında 

zadəgan  uşaqlarının  oxuduğu  qapalı  orta  hərbi  məktəb.  Rusiyad  siyasi 

partiyanın adı olub. 

Kansler –

  

alman sözüdür, ”Baş nazir, hökumət başçısı” (Almaniyada). 



Karser  –  latın  sözüdür,  ”müqəssirin,  məhkumun  saxlandığı  təkadamlıq 

soyuq otaq, kamera”dır. 

Kassasiya – latınca “cassatio” “ləğv etmə”,”quassso” “dağıdıram, uçu-

ruram” deməkdir, sözüdür,” 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə