Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə142/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   138   139   140   141   142   143   144   145   ...   156

 

435 


Dominion –  latın sözü olub  “özünüidarə” deməkdir. Məsələn, Hindistan 

dominionu, Pakistan dominionu və s. 

Dotasiya –  latınca “dotatio” sözündən olub,”bəxşiş” deməkdir. Dotasiya 

dövlət tərəfindən verilən əlavə pul yardımıdır. 

Dövlət –  ərəb sözüdür, ”siyasi qurum, iqtidar, hakimiyyət, hökumət” de-

məkdir. 

Duaen  –   fransız  sözüdür,”  ağsaqqal”  deməkdir.  Duaen  diplpmatik  kor-

pusun ağsaqqalı və həmkarları arasında birinci olaraq etimadnaməni təq-

dim edən şəxsdir. 

Duma  –  rus sözüdür. Çar Rusiyasında qanunverici və ya inzibati vəzifə 

daşıyan nümayəndələr məclisidir.  Məsələn, Rusiya Dövlət Duması, Bakı 

Bələdiyyə Duması və s. 

 

 

-E- 

 

Ekspansiya –  latın sözüdüer,”təsir dairəsinin genişlənməsi“ deməkdir. 

Eksrert  –    latın  sözüdür,”  çətin  və  mübahisəli  hallarda  ekpertiza  üçün 

dəvət edilən mütəxəssisdir”. 

Ekstremist –  latın sözüdür,” siyasətdə ifrat tədbirlər tərəfdarı, ifrat 

hərəkətlərə əl atan” (şəxs) deməkdir. 

Eksumasiya  –  latınca  “ekhumatio”  sözündən  olub,  ”içərisindən”,              

”humus”,  “torpaq”  deməkdir.  Yəni  meyitin  dəfn  olunduğu  torpaqdan  , 

yerdən çıxarılmasıdır. 

Eskalasiya –  ingilis sözüdür ,” hər hansı bir şeyin tədricən artması, güc-

lənməsi” deməkdir. 

Elita –  fransızca  “elite”, rusca “elita” ən yaxşı”,”ən seçmə”, 

”cəmiyyətin  yuxarı seçilmiş  təbəqəsi  ,ən yaxşı, əla” deməkdir. 

Elm –  ərəb sözüdür,”bilmək”,”bilgi” deməkdir. 

Embarqo –  ispan sözüdür,”bir ölkədən mal gətirilməsinin və ya oradan 

mal çıxarılmasının qadağan edilməsi, iqtisadi blokada” deməkdir. 

Ensiklopediya  –    fransız  sözüdür,”hərtərəfli,  elmin  bir  çox  sahələrini 

əhatə edən”,”hər şeyi qavrayan”, ”çoxcəhətli” deməkdir. 

Emissar  –    latınca  “missarius”  sözündəndir,  ”elçi”,”başqa    ölkəyə  

dövlət  tərəfindən məxfi  tapşırıqla göndərlən şəxs” deməkdir. 

Eridusiya  –   latın  sözüdür,”dərin  bilik”,”dərin  məlumat,  məlimatlı”  de-

məkdir. 

Etnonim –  yunan sözüdür, ”tayfa”,” xalq” ,” millət” deməkdir. 


 

436 


Etnos  –    yunan  sözüdür,  ”bir  dildə  danışan  adamların  tarixən  təşəkkül 

tapmış toplusu” deməkdir. 

Eşkiya –   ürk sözüdür, ”quldur, soyğunçu” deməkdir. 

 

 

-Ə- 

 

Əbdüsssalam –  ərəb sözüdür, ”salamın qulu” deməkdir. 

Əcnəbi – ərəb sözüdür, ”başqa ölkəyə ,xalqa ,millətə mənsub olan xarici, 

başqa ölkənin vətəndaşı, təbəəsi” deməkdir. 

Əhrar  –  ərəb  sözüdür,  ”azadlıq  sevən”,  ”hürrün  cəmi”,  ”azad  ,azad 

adamlar” deməkdir. 

Əhməd –  ərəb sözüdür, ”tərifli”, ”tərifəlayiq” deməkdir. 

Əxi  –  ərəb sözüdür, ”qardaş” deməkdir. 

Əqidə –

  

ərəbcə “əqaid” sözündəndir, ”inam, ehkam” deməkdir. 



Əqdnamə –

  

fars sözü olub, ”kəbin şahadətnaməsi” deməkdir. 



Ərkivan –  farsca ərk “qala”,” istinadgah”, van “yer,  yəni “qalaq yeri, 

istinadgah yeri” deməkdir. 

Ərgünəş –  türk sözüdür, ər “igid, yüksək, hündür” deməkdir. 

Əmniyyə –  ərəb sözüdür. İranda jandarmaya deyilir. Əmniyyə Jandarm 

İdarəsidir. Polis məmurudur. 

Əmniyyət –  ərəb sözüdür, ”təhlükəsizlik, qorxusuzluq, əminlik, sakitlik, 

ictimai asayiş” deməkdir. 

Əmr  –  ərəb  sözüdür,”bir  işin  görülməsi  üçün  verilən  hökm,  göstəriş, 

rəsmi sərəncam”deməkdir. 

Əncümə –  fars sözüdür,” məclis, cəmiyyət, şura, camaat” deməkdir. 

Ənvər –  ərəb sözüdür, ”çox işıqlı, çox parlaq” deməkdir. 

Əsasnamə  –    ərəbcə  əsas  “qanun,  nizam,”namə  farsca  “kağız,  məktub, 

sənəd, qanun kağızı, qanun sənədi” deməkdir. 

Əsəd –   ərəb sözüdür,”şir”,” aslan “ deməkdir. 

Əsləhə –  ərəb sözüdür,”silah-yaraq” deməkdir. 

 

 

-F- 

 

Faiq –  ərəb sözüdür, ”başqalarından irəli”, ”əla” ,”seçmə” deməkdir. 

Faktor –  latın sözüdür,”əmələ gətirən amil” ,”səbəb” deməkdir. 

Fatimə –  ərəb sözüdür, ”uşağı süddən ayıran” (qadın) deməkdir. 


 

437 


Federasiya  –  fransızca  “federation”,  latınca  “foederare”  sözlərindən 

olub,”ittifaqda  möhkəmlənmək”;  rusca  “fererasiya”  “bir  ittifaq  dövləti 

halında birləşmək” deməkdir. 

Feldmarşal –  alman sözüdür,”marşalaqədərki hərbi rütbə” deməkdir. 

Fenomen  –    yunanca  “phainomen”  sözündən  olub,  ”nadir”,  ”xarüq-

ladə”, ”müstəsna” “var olan” deməkdir. 

Fəqih  –  ərəbcə  “fəqihə”  sözündən  olub,  ”hüquqşünas”,”müsəlman 

hüququ” deməkdir. 

Fəridə –  ərəb sözüdür,”misilsiz”,”nadir tapılan” deməkdir. 

Fərmandeh –  fars sözüdür, ”komandan” deməkdir. 

Fərraş  –    fars  sözüdür,”cəllad”,”ölüm  hökmünü  yerinə  yetirən” 

deməkdir. 

Fərziyə –  ərəb sözüdür. ”təxmini mülahizə“, ”ehtimal”,”güman”,”fikir” 

deməkdir. 

Forpost  –  alman  sözüdür,  ”forposten”  “dayaq  məntəqəsi”,  ”dayaq 

mövqeyi”, ”duracaq yeri” deməkdir. 

Fraksiya –  fransız sözüdür, ”mütəşəkkil qrup” deməkdir. 

Füzuli –  ərəb sözüdür, ”həddi bilinməyən”, ”həddini aşan” deməkdir. 

 

 

-G- 

 

General –  yunan sözüdür,”yüksək ali hərbi rütbə və belə rütbəni daşıyan 

şəxs”deməkdir. 

Generalissimus  –    latın  sözüdür,”ən  yüksək  hərbi  rütbə  və  belə  rütbəni 

daşıyan şəxs”deməkdir. 

Genosid  –

 

yunanca  genos  “qəbilə”,”tayfa”;  latınca  qaedo  “öldürmə” 



deməkdir. Genosid beynəlxalq cinayət növü olub, irqi, milli, etnik və dini 

mənsubiyyətə  görə  əhalinin  müəyyən  hissəsinin,  yaxud  ucdantutma 

məhvidir. 

Gerb  –

 

polyak-alman  mənşəli  söz  olub,  ”bir  dövlətin,  bir  nəslin,  bir 



sülalənin fərqlənmə nişanı, fərqlənmə əlamətidir”. 

Gestapo  –    alman  sözüdür,  ”Hitler  Almaniyası  dövründə  (1938-1945) 

“gizli polis”  idi. 

 

 

 

 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə