Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə146/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   142   143   144   145   146   147   148   149   ...   156

 

445 


Müəllim –  ərəb sözüdür, ”dərs verən, tədris edən “ deməkdir. 

Mücadilə –  ərəb sözüdür, ”mübarizə, çəkişmə” deməkdir. 

Müdrik  –    ərəb  sözüdür,  ”dərrakəli,  dərk  edən,  dərindən  anlayan,  çox 

ağıllı” deməkdir. 

Müharibə –  ərəb sözüdür, ”hərb, döyüş” deməkdir. Türklər müharibəyə 

“savaş” deyirlər. 

Mükalimə –  ərəb sözüdür, ”müsahibə, söhbət” deməkdir. 

Mükəlləfiyyət  –  ərəb  sözüdür,  ”yerinə  yetiriləsi  məcburi  olan  vəzifə” 

deməkdir. 

Müqəddəm  –    ərəb  sözüdür,  ”ön,  öndə  gedən,  qabaqda  gedən,  əvvəldə 

olan” deməkdir. 

Münasibət  –  ərəb sözüdür, ”uyğunluq, əlaqə, ünsiyyət” deməkdir. 

Müsavat  –  ərəb sözüdü,  ,”bərabər deməkdir. 

Müşavir  –  ərəb sözüdür, ”məsləhətçi” deməkdir. 

Müşir –  ərəb sözüdür, ”marşal, əmr, hökm verən” (şəxs) deməkdir. 

Mütarikə – ərəb sözüdür,”müvəqqəti barışıq, sülh” deməkdir. 

Mütəfəkkir –  ərəb sözüdür ,”düşünən, düşüncəli, filosof, alim” deməkdir. 

Müvəkkil –  ərəbcə “əl-müvəkkil” sözündəndir,”səlahiyyətli” deməkdir. 

Müvərrix –  ərəb sözüdür,”salnaməçi, tarix yazan” deməkdir. 

Möhtəsib  –  ərəb  sözüdür.  Orta  əsrlərdə  Azərbaycanda  və  digər  Şərq 

ölkələrində polis rəisi funksiyalarını həyata keçirən şəxsdir. 

Mövlud –  ərəb sözüdür,”anadan olunan gün” deməkdir. 

 

 

-N- 

 

Naçalnik  –  rus sözüdür,”rəis, müdir” deməkdir. 

Naib  –  ərəbcə  “müavin”,  farsca  “canişin,  soltan”  deməkdir.  Orta 

əsrlərdə polis rəisi vəzifəsini yerinə yetirən şəxsin köməkçisi idi. Bir sıra 

hallarda naib mahal başçısı da olurdu. 

Nahiyə  –  ərəb  sözüdür,”mahal,vilayət”  deməkdir.  Orta  əsrlərdə  geniş 

yayılmış inzibati ərazi vahididir. 

Naqan –  alman sözüdür, ”hərlənən , fırlanan, barabanlı  tapançadır”. 

Narkobiznes  –    narko  yunan,  biznes  ingilis  sözüdür,  ”narkotik 

maddələrin alveri” deməkdir. 

Nazir  –  ərəb  sözüdür  ,”nəzarət  edən,  nazirliyə  başçılıq  edən  hökumət 

üzvü,  idarə edən, inspektor” deməkdir. 

Nemezis –  yunan sözüdür, ”yunan  ilahəsi Nemezidanın adına işarədir”. 

Nəhr –  ərəb sözüdür ,”axar çay” deməkdir. 


 

446 


Nəsib –  ərəb sözüdür, ”əsli-nəsəbi olan” deməkdir. 

Nəzmiyyə –  ərəb sözüdür ,”İranda  polis, jandarm idarəsinin adıdır”. 

Nizamnamə –  nizam ərəbcə qanun, qərar, namə farsca “kağız, məktub”, 

yəni “qanunlar toplusu, əsasnamə, məcəllə” deməkdir. 

Notarius  –  latın sözüdür, ”mirzə, katib” deməkdir. 

Novator –  latın sözüdür, ”yenilikçi” deməkdir. 

Nümayiş  –    fransız  sözüdür,”siyasi-ictimai  əhval-ruhiyyəni  ifadə  edən 

kütləvi yürüş” deməkdir. 

 

 

-O- 

 

Orqanon –  yunanca “orqanon” sözündəndir, inzibati idarə ,inzibati təş-

kilat (məsələn, polis orqanı”, prokurorluq orqanı, məhkəmə orqanı və s.) 

deməkdir. 

Ofis - türk sözüdür,”idarə”,”müəssisə”,”şöbə”,”departament” deməkdir. 

Orden - latın sözüdür,”müxtəlif dərəcəli fərqlənmə nişanı” deməkdir. 

Opion -  latınca “optio” sözündən olub, ”seçmə” deməkdir. 

 

 

-

Ö- 



 

Ödül –  türk sözüdür,”mükafat” deməkdir. 

 

 

-P- 

 

Paritet –  alman sözüdür,”bərabər, bərabərhüquqlu” deməkdir. 

Pasport  –  fransızca ”passeport” sözündən olub, ilkin mənası “limandan 

keçmək üçün icazə” deməkdir. Parsport farsca bəndər, yəni “liman” de-

məkdir. Pasport vətəndaşın şəxsiyyətini təsdiq edən əsas hüquqi sənəddir. 

Parlament  –  ingiliscə  ”parliament”,  fransızca  “parlement”,  ”parle” 

sözündən  olub,  ”danışıram”  deməkdir.  Parlament  ilk  dəfə  1265-ci  ildə 

(13-cü  əsr)  İngiltərədə  silki  nümayəndəlik  orqanı  kimi  yaradılmışdır. 

Parlament qanunvericilik funksiyasını yerinə yetirən seçilmiş nümayəndəli 

orqan, ,ali qanunverici məclisdir. 

Patent  –  latınca  “patens”  sözündən  olub,  ”şəhadətnamə,  fərman, 

müəyyən hüquqi səlahiyyəti təsdiq edən sənəd” deməkdir. 


 

447 


Patronal  –  latınca  “patronatus”,  ”patronus”  sözündən  olub, 

”himayədarlıq”  deməkdir. 

Patrul –  fransız sözüdür,”təhlükəsizliyi, nizam və qayda-qanuna nəzarət 

edən polis, milis, əsgər və s.-dən ibarət kiçik silahlı dəstədir. 

Paşa –  türk sözüdür,”generala bərabər mülki rütbədir”. 

Paytakaran  –  fars sözü olub, ”Arranın anası” deməkdir. 

Periferiya –  yunanca “perphereia” sözüdür, ”əhatə”, rusca “periferiya 

isə “mərkəzdən uzaq yer, məhəlli” deməkdir. 

Petisiya  –  latın  sözüdür,  ”ali  orqanlara,  yuxarı  distansiyalara  təqdim 

edilən yazılı müştərək ərizədir”. 

Piyada –  ərəb sözüdür ,”idman” deməkdir. 

Plagiat –  latınca “plagio”, ”oğurlayıram” deməkdir. 

Plebissit  –   latınca  “pleisetum”-ple  “sadə  xalq”,  setum  “qərar”  demək-

dir. Plebissit əhali arasında aparılan sorğudur. 

Prins  –  almanca  ”prinz”,  latınca  “prinseps”  sözündəndir,”kralın 

(Avropa  ölkələrində)  varisi  olan  oğulun  titulidur”.  Polk  -  rus-sözüdür, 

”alay”a uyğun hərbi birləşmədir”. 

Podpolkovnik –  rus sözüdür, mayordan sonra gələn hərbi rütbədir (indi 

polkovnik-leytenant  deyilir).  Polkovnik-rus  sözüdür,  podpolkovnikdən 

sonra gələn hərbi rütbə və belə rütbə daşıyan şəxsdir (zabit). 

Poliqraf  –  yunanca  poli  “çoxlu”,”qraptos”  yazıram,deməkdir.  Hərfi 

mənası “çoxlu yazıram” deməkdir. 

Polis  –  almanca  “polizei”,  yunanca  “politea”  sözündən  olub,  klassik 

anlamda “dövlət işlərini idarə etmə”, ”idarə edən” deməkdir. 

Polismen –  ingilis sözüdür, əsasən ingilisdilli ölkələrdə işlənir . İngiltərə 

və ABŞ-da polismen “polis nəfəri”dir. 

Polismeyster  –  almanca  “polizeimeister”  sözündəndir,  ”polis  rəisi” 

deməkdir. 

Pornoqrafiya – yunanca pornos “əxlaqsız”, qrapko “yazıram” deməkdir. 

Poruçik –  polyak sözüdür (bax:səh161) 

Preambula – fransızca “preambul” və latınca “preambulus” sözlərindən 

olub,”qabaqda  gedən”  deməkdir.  Preambula  beynəlxalq  müqavilə  və  ya 

sazişin giriş hissəsidir. 

Presedent – latınca “prousenes”,”prasedentis” sözlərindən olub, ”əvvəl-

ki, qabaqdan gələn” deməkdir. 

Prokuror  –  latın  sözü  olub,  ”qanunların  dəqiq  icrasına  nəzarəti  həyata 

keçirən vəzifəli şəxs, dövlət məmurudur”. 

Prokurorluq  –  latınca  “prokuro”  sözündən  olub,  ”qayğısına  qalıram, 

təmin edirəm, qarşısını alıram” deməkdir. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə